Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə47/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

Söz ehtiyatı
2. Lüğ td n istifad  ed r k “yekdil”, “s lt n t”, “girov”, “vali”,
“müt ş kkil”, “r şad t”, “ zm”, “cinah” v  “alic nablıq”  söz l  ri nin
m  na larını  araşdırın. 
Düşün və cavab ver
3. Mete xaqanı xarakteriz  edin. G ldiyiniz n tic l ri m tnd n seç -
di yiniz parçalarla  saslandırın.
*
4. Ümumi tarix f nnind n öyr ndikl riniz  sasında q dim Hun
v   in dövl tl ri, Mete xaqan haqqında bildikl rinizi danışın.
Dil qaydaları
5. M tnin  ikinci hiss sind  göy r ngl  verilmiş sözl r  sual verin.
H min sözl r cüml d  n yi ifad  edir?
6. Aşağıdakı cüml l rd  mübt daları tapıb n  il  ifad  olunduğunu
söyl yin.
1. Dost dostu dar günd  sınayar.
2. Bilm m k eyib deyil, soruşmamaq eyibdir.
3. Kül t p cik olmaz.
4. Yaxşılıq itm z. 
7. Aşağıdakı sözl ri mübt da v zif sind  işl d r k cüml l r qurub
yazın.
V t n, h yat, döyüşçü, yarpaq, züraf , inam, müh ndis, ş h r
Mübt da cüml d  haqqında danışılan ş xsi,  şyanı v  anlayışı
bildirir.  M  s  l n: 
S m d işd n yorğun g lib. Yamaclar yaşıl idi.
Sükut q rib  duyğular oya dır. Oxumaq vacibdir.
Mübt da insan m fhumu ifad  etdikd  
kim?, dig r canlı v
cansız varlıqları ifad  etdikd  
n ?, m kan anlayışı ifad  etdikd  is
hara? sualına cavab olur.  
Mübt da, ad t n, cüml nin  vv lind  işl nir. 
Yadda saxla!    
MÜBT DA N DİR?
163
QƏDİM DÜNYA
 Çap üçün deyil


164
VI BÖLMƏ 
BRUT
Tarixin yaddaşında iki 
Brut
qal mış dır.
Onlardan biri, daha doğrusu, ikincisi, Ro -
ma imperatoru Yuli Sezara xəyanət et miş
və onun qətlində iştirak etmişdir. Ona gö -
rə də o, yaddaşlarda xəyanət rəm zi kimi
qal mış dır. Birinci Brut isə çox qədim za   -
manlarda – ikincidən 500 il əvvəl yaşa mış
və dünya tari 
xində respublika idarə 
çi -
liyinin yaradı cısı kimi iz qoymuşdur. Bu
rə va yət də birinci Brut haqqındadır.
Romanın yeddinci padşahı Məğrur Tarkvini miladdan öncə 534-cü ildə
özündən əvvəlki padşahı öldürərək hakimiyyəti zorla ələ keçirmişdi. 
O
,
əhaliyə zülm edir, bir çox ağıllı və ədalətli patrisiləri qətlə yetirirdi. Onun
öldürdüyü patrisilərdən birinin iki oğlu var idi. Tarkvini onlardan böyüyünü
öldürüb, kiçiyini sarayda nəzarət altında saxlayırdı. Bu uşaq başa düşürdü
ki, padşaha qarşı öz nifrətini göstərsə, onu da atasının və böyük qarda -
şının aqibəti gözləyir. Odur ki özünü təlxək yerinə qoymuşdu. Onu “Brut”
deyə çağırırdılar. Brut latın dilində “axmaq” demək  idi.
Brut bir qədər böyüyüb yeniyetmə çağına çatanda Məğrur Tarkvini
ondan bir təhlükə hiss etməyib öz oğulları ilə bir yerdə olmağa izin verdi. 
Bir dəfə Tarkvininin oğulları Brutla birlikdə Yunanıstana, Delfa kahininin
yanına getdilər. Şahzadələr kahinə bahalı hədiyyələr verdilər. Brut isə ata -
sından qalmış çomağı hədiyyə etdi. Şahzadə qardaşlar bunu Brutun
növbəti təlxəkliyi hesab edib gülüşdülər. Lakin Delfa kahini bilirdi ki, bu
ağac çomağın içində qızıldan çomaq gizlədilib. O başa düşdü ki, bu ço -
mağı hə diy yə edən 
gənc
zahirdə özünü axmaq və təlxək kimi aparsa da,
da xildə çox ağıllı və dərrakəlidir. 
Tarkvininin oğulları kahindən soruşdular ki, atalarından sonra kim pad -
şah olacaq. Kahin cavab verdi ki, buradan qayıdandan sonra kim öz ana -
sını birinci öpsə, o da taxt-taca yiyələnəcək. Qardaşlar Romaya tələsdilər.
Ro ma tor pa ğına çatan kimi Brut özünü elə göstərdi ki, guya atdan yıxıldı.
Yerə yı xı lan kimi o, torpağı qucaqlayıb öpdü. Atasız-anasız qalmış Brut
vətən torpağını öz anası sayırdı. 
Bir müddət sonra ağıllı Brut əhalini zalım Tarkviniyə qarşı qaldırdı. Tark -
vi ninin zülmündən bezmiş xalq onu devirdi və Brutu Romanın hökmdarı
seçdi.
 Çap üçün deyil


Brut Romada yeni idarəçilik sistemi yaratdı. İndi xalq şəhərin əsas
mey da nı olan foruma yığışaraq öz hakimlərini seçirdi. Onları konsul adlan -
dı rır dılar. Bu söz “məsləhət verən”, “qayğısını çəkən” mənasını  ve rir di.
Eyni za manda iki konsul seçirdilər kitəkhakimiyyətlilik olmasın. Taleyüklü
qərarlar isə Romanın ali şurası olan senat tərəfindən qəbul edilirdi. Kon-
sullar senat qarşısında hesabat verirdilər.  
Konsullar da, senatorlar da yalnız patrisilərdən seçilə bilərdilər.
Plebeylər narazı qalmasınlar deyə onların arasından senata iki xalq tri-
bunu seçirdilər. Tribunların səsvermə hüququ yox idi, lakin senatın
istənilən qə ra rına veto qoymaq hüququ var idi. (Latın dilində “veto” sözü
qadağa deməkdir.)
Beləliklə, dünya tarixində ilk dəfə olaraq Romada respublika yaradıldı.
Onun yaranmasında əsas rol oynayan Brutun adı isə tarixdə zülmə,
monarxiyaya qarşı mübarizənin təcəssümü kimi qaldı. Onun yaratdığı
üsuli-idarə ilə bağlı terminlər müasir dövrdə hələ də işlənir. Məsələn, hər
hansı problemi müzakirə etmək məqsədi ilə təşkil edilmiş toplantı və ya
internet vasitəsilə müəyyən məsələ ilə bağlı fikir mübadiləsi indi də “forum”
adlanır. Hüquq elmində “veto” kəlməsi hələ də qüvvədədir. Dünya siya sə -
tin də in d i yə dək veto hüququndan istifadə olunur.  
Rafiq İsmayılov
Söz ehtiyatı
1. Lüğ td n istifad  ed r k “aqib t”, “forum”, “konsul”, “t kha ki -
miyy tlilik”, “taleyüklü”, “senat”, “sena  tor”, “tribun”, “veto”, “res -
pub  lika”,  “mo narxiya”  v   “üsuli-idar ”  söz  l  ri  nin    m  na larını
araşdırın. 
Düşün və cavab ver
2. Tarkvininin Bruta qarşı münasib tini nec  qiym tl ndirirsiniz?
3. Debat. Brut hakimiyy ti devirm kd  haqlı idi? 
A) Brutun Tarkviniy  qarşı üsyanı x yan t idi.
B) Brutu x yan tkar adlandırmaq olmaz.
4. Sizc , n  üçün Brut t khakimiyy tliliyin olmasını ist mirdi?
Danışma
*
5. Bu m tnd n v  ümumi tarix f nnind n öyr ndikl riniz  sasında
Q dim Roma dövl tind  idar çilik sistemi haqqında t qdimat
hazırlayın.
165
QƏDİM DÜNYA
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə