Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə44/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   40   41   42   43   44   45   46   47   ...   53

SƏSSİZ DƏRS
Qədimdə müdrik bir us tad
ya şa  yırdı. Tələbələrə pul suz-
para sız dərs deyir, onların
kamil insan kimi yetiş 
məsi
üçün əlindən gə ləni edir di. 
Günlərin bir günü ustad
fikir ver di ki, tələbələrindən biri
çoxdandır, dərsə gəl mir. Bir ay
da gözlədi, tə 
lə  bədən xəbər
çıx madı. Ustad qə 
rara gəldi ki, tələ 
bə sini ziyarət etsin. Ax 
şam çağı
məktəbdən çıxıb tələbənin evinə yol lan dı.
Qış mövsümü idi, tələbəsi evdə tək idi. Ustadını qapının ağzında
qarşılayan tələbə: “Xoş gəlmisiniz!” – deyib müəllimini içəri dəvət etdi.
Otaqdakı böyük sobanın içindəki odunlar çatırtı ilə yanırdı. Ustadın
gəlişinin səbəbini təxmin edən tələbə sobanın qarşısında yer rahatladı.
Onlar bir müddət səssiz oturdular. Tələbə gözləyirdi ki, ustad nə vaxt öyüd-
nəsihətə başlayacaq, onun məktəbə gəlməməsinin sə bə bini soruşacaq.
Lakin ustad sükut içində sobadakı alova baxırdı. Sanki otaqda ondan
başqa heç kim yoxmuş kimi sobadakı odunların alovun təsirindən min bir
rəngə düşməsinə tamaşa edirdi.
Tələbə bu sükuta dözməyib:
– Gedim, çay gətirim, – dedi və ayağa qalxdı.
Ustad bir söz demədi. Eləcə alova baxmaqda davam etdi. Tələbə çay
gətirmək üçün otaqdan çıxdı.
Bir azdan tələbə iki fincan çayla qayıtdı. Bir fincanı ustadının qar şı sı -
na, birini də öz qarşısına qoyub səssizcə gözləməyə başladı. Hərdən alt-
dan-altdan ustadına nəzər salıb düşünürdü: “Әgər o, çaya əl vurma sa,
deməli, məndən əməlli-başlı inciyib”.
Ustad nə tələbəsinə, nə çaya məhəl qoyurdu. O, maşanı əlinə alıb
sobadan iri bir köz götürdü. Közü sobanın yanındakı daşın üstünə qoy du.
Yalnız bundan sonra əlini fincana uzadıb çaydan bir qurtum içdi. Tə ləbə
dərindən nəfəs alıb özü də çay içməyə başladı.
Tələbə iki il ustadın yanında dərs almışdı. Məktəbin ağıllı, çalışqan
tələbələrindən biri sayılırdı. O bilirdi ki, ustad danışmırsa, bunun bir sə -
bəbi var. Gözləmək lazımdır. Tələbə danışmağa birinci başla mamalıdır.
1. Oxuduğunuz hiss y   sas n ustad haqqında n  dey  bil rsiniz?
153
HİKMƏT XƏZİNƏSİ
 Çap üçün deyil


V BÖLMƏ 
154
Axı o nə deyə bilər? Desin ki, üç aydır, başqa ölkəyə ticarətə getmiş ata -
sından bir xəbər yoxdur? Daim intizar içində olduğundan dərsə həvəsi
qalmadığını söyləsin? Bunları niyə desin? Axı müəllim heç nə soruşmur.
Ustadın kənara qoyduğu közün işartısı sönməkdə idi. Ustad çay içə-
içə gah sobadakı alova, gah da kənara qoyduğu közə baxırdı.
Nəhayət, bayaqdan istilik və işıq saçan köz tamamilə sönüb qara-boz
rəngli kömürə çevrildi. Ustad onu əli ilə ehmalca götürüb ora-bu rasına
baxdı. Üstündəki külü üfürüb yenidən sobaya atdı. Bir qədər göz lədi.
Kömür yenidən alovlandı, qıpqırmızı qızarıb istilik verməyə başladı. 
Ustad fincandan son qurtumu içib ayağa qalxmaq üçün sağ əlini yerə
dayadı. Tələbə cəld qalxıb ona kömək etdi. Onlar qapıya tərəf yönəldilər.
Birdən ustad ayaq saxlayıb geri çevrildi və bir daha sobaya baxdı. Onun
nəzərləri bayaq sobaya atdığı kömürə zillənmişdi. Bunu hiss edən tələbə
də diqqətlə sobada alışıb-közərən kömürə baxdı və birdən hər şeyi başa
düşdü. Qapının ağzında ustadını yola salarkən onun əlindən öpüb dedi:
– Gəlişinizin səbəbini başa düşdüm, ustad. Bu dərsiniz üçün Sizə min -
nətdaram. Söz verirəm ki, bundan sonra dərslərinizi buraxma ya ca ğam.
İşləyəni: Dilrüba Cəfərova
Söz ehtiyatı
4. Lüğ td n istifad  ed r k “çatırtı” sözünün v  “m h l qoymamaq” ifa -
d si nin  m  na larını araşdırın. 
Düşün və cavab ver
5.  s rin ideyasını aşağıdakı şeir parçasının m zmunu il  müqayis
edin.
Yaşamaq yanmaqdır, yanasan g r k,
H yatın m nası yalnız ondadır. 
Şam  g r yanmırsa, yaşamır dem k, 
Onun da h yatı yanmağındadır.  
(B xtiyar Vahabzad )
2. Oxuduğunuz hiss d  hansı m qamlar diqq tinizi daha çox c lb
etdi? Sizc , onlardan hansının  s rin m zmunu v  ideyası
üçün daha çox  h miyy ti olacaq?
3. Debat. 
A) Ustad susmaqla müdrikliyini göst rdi. 
B) Ustad susmaqla laqeydliyini göst rdi. 
 Çap üçün deyil


155
HİKMƏT XƏZİNƏSİ
SİLİNMƏZ DOSTLUQ
Bir-birini çox sevən iki səmimi dost
birlikdə
səyahətə çıxır. Yol boyu söh  bət
edə-edə dağlardan, me şə lər dən, çay-
lardan keçirlər. Uzun yol dost    lar dan
birinin ürəyini sıxmağa baş  layır. Dos-
tunun söz lə ri onu əsə bi ləş dirir. Hirsini
ci lov  la  ya bilməyib ona bir şillə vurur.
Yorğunluqdan taqəti tükənən, üs -
təlik də, durduğu yerdə şillə ye yən dost
heç nə demir. 
Aşağı
əyilib yerdən bir çubuq gö türür və qumun üs tü nə yazır:
“Bu gün ən yaxşı dostum mənə şillə vur du”.
Dostlar yollarına davam edirlər. Gəlib bir dəniz sahilinə çıxırlar. Әyin -
lə rini soyunub suya baş vururlar. Bu zaman dostundan şillə alan gənc bo -
ğulmağa başlayır. Bunu görən dostu özünü yetirib onu xilas edir. Sahilə
çıxdıqdan sonra boğulan dost cibindən bıçağı çıxarıb sahildəki qayaya
yaxınlaşır və daşın üstündə bu sözləri cızır: “Bu gün ən yaxşı dostum məni
ölümdən xilas etdi”. 
Axşam düşür. Dostlar ocaq qalayıb ətrafında otururlar. 
Xeyli
susduq-
dan sonra xilaskar dost dillənir:
– Dostum, sənə şillə vurduğuma görə çox peşmanam. Ancaq sən məni
bir sirdən agah elə. De görüm, nəyə görə sənə şillə vuranda bunu qumun
üstünə yazdın, amma dənizdə xilas edəndə daşın üstünə həkk elədin?
Dostu gülümsəyib dedi:
– Sən mənə şillə vuranda “Bu gün ən yaxşı dostum mənə şillə vur du!”
sözlərini quma yazdım ki, əsən küləklər yazını silib aparsın və sənin bu hə -
 rə kətini
tezliklə 
unudum. Məni boğulmaqdan xilas edəndə isə bunu daşlara
yaz  dım ki, heç bir külək dostluğumuzu silib aparmasın. Dos t luğumuz əbədi
ol sun.
(Şərq hekayəti)
Düşün və cavab ver
1. Altından x tt ç kilmiş ifad l rd n hansı h   qiqi m nada işl nmişdir?
Dil qaydaları
2. Göy r ngl  verilmiş z rfl rin m na növünü mü y y n l şdirin.   
Yazı
3. “M nim dostum” mövzusunda t sviri, n qli v  mühakim  xarak-
terli yazı yazın.
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə