Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə52/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   45   46   47   48   49   50   51   52   53

DİNOZAVRLAR
Müasir dövrdə dinozavrlar uşaq -
 la rın sevimli film qəhrə man ların dan
biridir. Ba la caların nəvazişlə “Dino”
adlandırdığı bu 
hey vanlar
cizgi film -
lə rində, adətən, xe yir xah qəhrəman
kimi 
təsvir olunur
. Lakin milyon illər
əvvələ qayıtsaq, yəqin ki, heç kim
bu qorxunc canlı ilə üz-üzə gəlmək
istəməzdi.
Təxminən 225 milyon il əvvəl
Yer kü rə sində yaranmış və 160 mil -
yon il ərzində yaşamış dinozavrlar
planeti mizdə möv cud olmuş ən bö -
yük can lılar idi. Həmin dövrdə 
insanlar
hələ 
mövcud de yildilər.
O zamanlar
pla netimizdəki heyvanlar və bitkilər də indikilərdən çox fərqlənirdi. Yer
kürəsində sürünənlər “ağalıq” edirdi. On ların böyük his sə sini dinozavrlar
təşkil edirdi. Bu nəhəng sürünənlərin bəziləri bitkilərlə qidalanan təhlükəsiz
dinozavrlar, digərləri isə qorxunc yırtıcılar idi. 
Dinozavrlar
dövrümüzə 
gəlib çatmayıblar
. Alimlər onların zahiri gö rü -
nüşünü və ölçülərini planetin müxtəlif yerlərində tapılmış sümüklərə
əsasən təyin etmişlər. 
Dinozavrların qalıqları
ilk dəfə İngiltərə ərazisində 1815-ci ildə 
tapıl -
mışdır
. Alimlər bu qalıqların nəhəng bir heyvana aid olduğunu heyrət içində
müəyyən etmişdilər. O dövrdə insanlar Yer kürəsində nə vaxtsa bu nə -
hənglikdə heyvanların mövcud olduğundan xəbərsiz idilər. Daha sonra
1826-cı ildə başqa bir ingilis alimi naməlum nəhəng heyvana məxsus olan
sümüklər tapdı. Nəhayət, 1842-ci ildə daha bir dinozavr qalıqları tapan in-
gilis bioloqu Riçard Ouen hər üç tapıntı arasında oxşarlığı müəyyən edə -
rək onların eyni canlı növünə aid olduğunu sübut etdi. O, naməlum hey  vanın
skeletini qismən bərpa etdi və ona “dinozavr” adı verdi. “Dino” yu nanca
“qorxunc”, “zavr” isə “kərtənkələ” deməkdir. Bu ad elmdə qəbul olun du.
Sonradan bu fəsilədən olan bir çox heyvanların da qalıqları tapıldı: anxi -
zavr, izizavr, karnotavr, anteozavr və başqaları. Bununla belə, “dinozavr”
adı həmin heyvan fəsiləsinin ümumi adı kimi qə bul olundu. 
Dinozavrların sümükləri milyon illərlə üst-üstə qalaqlanmış torpaq
laylarının altından, qayaların arasından tapılır. Heyvan və bitki qalıqlarının
axtarışı və bərpası ilə məşğul olan alimlər paleontoloq adlanırlar. Paleon-
179
QƏDİM DÜNYA
 Çap üçün deyil


toloqlar tapılmış dinozavr sü mük lərini birləşdirərək skeleti bərpa edir,
sonra üzərinə dəri çəkərək bu qədim heyvanın görünüşünü əldə etməyə
çalışırlar. Bu işdə onlara kər tənkələ skeletinin quruluşu kö mək edir. Çünki
dinozavrlar da kər tənkələlər kimi sürünənlər olduğu üçün onların skelet
quruluşu çox ox şardır. Bu oxşarlığı ilk dəfə aşkar edən də Riçard Ouen
olmuşdur. 1858-ci ildə ABŞ ərazisində tapılan dinozavr qalıqları isə bu
heyvan la rın iki arxa ayaq üstə gəzdiklərini sübuta yetirdi. 
Dinozavrların qalıqları bütün qitə və materiklərdə tapılmışdır. Bu o
deməkdir ki, dinozavrlar planetin bütün hissələrində məskunlaşmışdılar.
Tapılmış qalıqlar sübut edir ki, dinozavrlar müxtəlif skelet quruluşuna və
ölçüyə malik olmuşlar. Hinduşka ölçüsündə olan dino zavrlarla yanaşı,
dördmərtəbəli ev hündürlüyündə, on-on iki fil ağır lığında dinozavrlar da
olmuşdur. Onların arasında quruda hərəkət edən, uçan və suda yaşa -
yanlar var idi. 
Paleontoloqlar dinozavrların min dən çox növünü aşkar etdilər. Bu
tədqiqatlar hələ də davam etdiyinə görə onların yeni növlərinin aşkar
olunacağı istisna deyil. 
Әvvəllər alimlər dinozavrların məməlilər sinfinə aid olduğunu, yəni
balasını  bətnində bəsləyərək dünyaya gətirdiyini düşünürdülər. Lakin
1859-cu ildə Fransa ərazisində dinozavrlara məxsus yumurtalar tapıldı.
Beləliklə, dinozavrların yumurta qoyaraq çoxaldığı məlum oldu. 1995-ci ildə
isə Çin ərazisində dinozavr yumurtalarının kütləvi şəkildə bas dırıldığı yer
tapıldı. İndiyədək tapılmış dinozavr yumurtaları arasında ən böyüyü də
məhz burada aşkar edilmişdir. Həmin yumurtanın uzunluğu 45 sm-ə
bərabər idi. 
Bəs necə oldu ki, dinozavrların nəsli kəsildi? Alimlərin fikrincə, buna
səbəb Yer planetində baş verən iqlim dəyişikliyi olmuşdur. Bu dəyişiklik
zamanı dinozavrların qidasını təşkil edən bir çox bitkilərin və heyvanların
məhv olması dinozavrların özlərinin də məhvinə gətirib çıxarmışdır. 
Müasir dövrdə texnikanın güclü inkişafı dinozavrlarla bağlı araş 
-
dırmalarda yeni nailiyyətlərin əldə olunmasına inamı artırır.
Svetlana Quliyeva
Söz ehtiyatı
1. Lüğ td n istifad  ed r k “f sil ”, “b tn” söz l  ri nin m  nalarını
araşdırın. 
2. M tnd  altından x tt ç kilmiş “istisna deyil” ifad sini hansı sözl
v z etm k olar?
180
VI BÖLMƏ 
 Çap üçün deyil


Düşün və cavab ver
3. Dinozavrlar haqqında aşağıdakı fikirl ri m tn  istinad ed r k
t sdiq v  ya inkar edin.
1. Dinozavrların qalıqları ilk d f  İngilt r   razisind  tapılmışdır.
2. Dinozavr qalıqları ilk d f  1826-cı ild  tapılmışdır.
3. “Dinozavr” adını Riçard Ouen t klif edib. 
4. Dinozavr qalıqları bütün materikl rd  tapılmışdır. 
5. Dinozavrlar balasını b tnind  b sl y r k dünyaya g tirirdil r.
6. Dinozavrlar sürün nl r f sil sin  aiddirl r. 
7.  n böyük dinozavr yumurtası Fransa  razisind  tapılıb. 
8. Dinozavr heyvan f sil sinin adıdır.  
Araşdırma
4. Dinozavrlar haqqında müxt lif m nb l rd n m lumat toplayaraq
t qdimat hazırlayın. 
Dil qaydaları
5. M tnd  göy r ngl  verilmiş mübt da v  x b rl rin neç nci ş xs  aid
olduğunu mü yy nl şdirin.
X b rl r mübt da il , ad t n, ş xs  v  k  miy     y t  gör  uzlaşır.
M s l n: 
M n kitab oxumağı çox ssevir m. Q
Qızlar mahnı oxuya-
oxuya bulağa g
gedirdil r.  
III ş xsin c mind  x b r mübt da il  b z n k miyy t  gör  uz -
laş maya da bilir. Bununla bağlı aşağıdakı qaydaları bilm k lazımdır:
1) III ş xsin c mind  mübt da insan anlayışı ifad  etdikd  x  -
b r,  sa s n, c md  olur. M s l n: 
Şagirdl r s rgid ki eksponatlara
diq q t l   b
baxırdılar. 
2) Heyvan v  quş adları bildir n mübt da c md  olduqda x b r
h m c md , h m d  t kd  ola bilir. M s l n: 
Quşlar  uçuşurdu.
Quşlar uçuşurdular.
3) Mübt da cansız varlıqları bildir n sözl rl  ifad  olunduqda
x  b r,  ks r n, t kd  olur. M s l n: 
Kül yin t sirind n y
yarpaqlar
yer  ttöküldü. Gözümüzün önünd  günd n-gün  yeni b
binalar
ucalırdı.
Yadda saxla!    
X B RİN MÜBT DA İL  UZLAŞMASI
181
QƏDİM DÜNYA
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə