Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə46/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

Söz ehtiyatı
2. Lüğ td n istifad  ed r k “qaşov”, “paleolit”, “paleontoloq”, “ge o -
loq”    söz l  ri nin    m  na larını  araşdırın. 
Düşün və cavab ver
3. M tn   sas n Azıx adamının m şğuliyy t növünü mü y y n l ş di rin.
A)  kinçilik
B) ovçuluq 
C) heyvandarlıq
D) d mirçilik 
E) dulusçuluq
4. İndiy d k öyr ndikl riniz   sas n tarixi, arxeoloji, xalq yaradıcılığı,
yazılı abid l r  aid misallar göst rin.
Dil qaydaları
5. M tnin birinci cüml sin  diqq t yetirin. Bu cüml nin bitkin fikir
ifad  etm sind  hansı sözl rin rolu daha böyükdür?
6. Cüml l rin qrammatik  sasını t şkil ed n sözl ri seçib yazın.
1. Qardaşım Eldar maraqlı kitab oxuyur.
2. Q dim insanlar mağaralarda yaşayırdılar.
3. Balaca uşaqlar f vvar y  maraqla baxırdılar.
4. Şidd tli kül k ağacın yarpaqlarını tökmüşdü.
7. Nöqt l rin yerin  sözl r artırmaqla atalar sözl rini b rpa edin.
Artırdığınız sözün hansı cüml  üzvü olduğunu mü yy n edin.
T k  ld n ... çıxmaz.  
Örtülü bazar dostluğu ...
... ayaq tutar, yerim z.
... basdığını k sm z.
Ehtiyat igidin ... 
Böyük olan yerd  kiçik ...
Cüml  bir-biri il  m na v  qrammatik c h td n bağlı olan sözl r
v birl şm l rd n t şkil olunur. Bu sözl r v  birl şm l r c
cüml  üzvü
adlanır. 
Cüml  üzvl ri iki qrupa bölünür:
1) Baş üzvl r: 
mübt da v  x b r
2) İkinci d r c li üzvl r: 
tamamlıq, t yin, z rflik
(mübt da)    (z rflik)      (t yin)       (tamamlıq)  (x b r)
Anar  dün n maraqlı film baxdı.
Cüml nin yaranmasında v  bitmiş fikir ifad  etm sind   sas rolu
baş üzvl r oynayır. Onlar m na v  qrammatik c h td n cüml nin
sasını t şkil edir. 
Yadda saxla!     
CÜML NİN QRAMMATİK  SASI
160
VI BÖLMƏ 
 Çap üçün deyil


METE XAQAN
Çinin şimal sərhədləri boyu 2500 km
uzunluğunda, 4 m enində və 10 m hün -
dürlüyündə qala divarları ucalır. “Böyük
Çin səddi” adlanan bu divarlar “dün ya nın
8-ci möcüzəsi” adına iddia edən möh tə -
şəm abidələrdən biridir. Çin imperatoru
Sin-Şi-Xuandi bu səd di Miladdan öncə
III əsrdə qon şuluq da yaşayan hun tayfa -
la  rın dan mü  dafiə olunmaq üçün tikdi r miş -
di. Türkdilli tayfalar olan hunların çinlilərlə
müharibəsi əsrlərlə davam etmişdir. Böyük Çin tarixçisi Sıma Syan yazır
ki, hunlar tarix boyu dəfələrlə gah güclənib yekdil, vahid səltənət yaratmış,
gah zəifləyib ayrı-ayrı xanlıqlara parçalanmışlar. 
* * *
Miladdan öncə 238-ci il idi. Hun dövləti xeyli zəifləmişdi, Çin im pe ri -
yasına, hətta digər qonşularına xərac verməli olurdu. Aylı-ulduzlu gecədə
Hun xaqanı Buminin alaçığında  dünyaya bir körpə gəldi. Adını Mete qoy-
dular. O gecə Buminin heç yuxusuna da girməzdi ki, Mete böyüyüb qon -
şu larından, hətta böyük Çin imperiyasının özündən xərac alacaq.
Sonradan Buminin başqa qadından bir oğlu da oldu. Bumin nədənsə
Meteni deyil, kiçik oğlunu taxt-tacın varisi etmək istəyirdi. Xaqan Meteni düş -
mən tayfasına girov göndərib eyni zamanda həmin tayfa üzərinə hücuma
hazırlaşdı. Bununla da, Bumin öz oğlunun ölümünə imza atdı. Lakin bunu
hiss edən Mete əsirlikdən qaçıb at belində doğma yurduna qayıtdı. Oğ -
lunun gəldiyini görən Bumin ona on min atlı bağışlayıb uzaq əyalət lər dən
birinə vali göndərdi.
İllər keçdi. Böyük döyüş təcrübəsi toplamış Mete hun döyüşçülərinin
cəsur və ağıllı sərkərdəsinə, xalqın sevimlisinə çevrildi. O razı ola bilməzdi
ki, qəddar atası taxt-tacı iradəsiz və qorxaq oğluna versin. Odur ki Mete
hakimiyyəti öz əlinə alıb Hun səltənətində nizam-intizamı və döyüş ruhunu
bərpa etdi.
Mete az bir zamanda Xəzər sahillərindən Sibirə qədər, Çin sərhəd lə -
rindən Sakit okeana qədər əraziləri tutdu. Şərqin ən güclümü tə şəkkil,
döyüşkən ordusunu və qanunlara söykənən dövlətini ya ratdı. İndi Metenin
hədəfi Çin dövləti idi…
1. N  üçün atanın h r k ti oğlunun ölümün  s b b ola bil rdi?
161
QƏDİM DÜNYA
 Çap üçün deyil


* * *
Müharibəyə birinci olaraq Çin imperatoru Lyu Banq başladı. O, sər kər -
də Xan Sin başda olmaqla qoşunlarını hunlara qarşı göndərdi. 
Mete
sər -
kər dələrinə düşməni layiqincə qarşılamağı əmr etdi. Xan Sin hunların
dö yüş rəşa də tinə və qələbə əzminə bələd idi. Buna görə də ordunu əbəs
yerə qırğına vermək istəmədi. O, tez bir zamanda təslim olub hunlara
xidmət etməyə razılıq verdi. Bu xəbəri eşidən Çin imperatoru qəzəblənib
böyük qoşunla hunlara qarşı hücuma keçdi. 
Miladdan öncə 202-ci ilin şaxtalı qış ayları idi. Sibir çöllərinin sonsuz
düzənlərində acı 
küləklər 
vıyıldayırdı. Qoşunların ön dəstələri üz-üzə
gələndə birdən göz 
lə nilməz bir hadisə baş verdi. Hunların qara atlı
süvariləri günbatana tərəf dönüb ağır-ağır uzaqlaşmağa başladılar. Bu
xəbər Lyu Banqa çatanda o, hunları təqib etməyi əmr etdi.
Mete niyə geri çəkilirdi? Heç kim bilmirdi. Dahi ona görə dahidir ki, Tanrı
ən gərgin anlarda ən doğru qərarı onların ürəyinə pıçıldayır.
Lyu Banq başda olmaqla Çin ordusu hunları təqib edə-edə Pinçen
vilayətinə gəlib çıxdı. Birdən xəbər gəldi ki, uzaqdan hunlar görünür. Sonra
başqa bir cinahdan da eyni xəbər gətirdilər. Üç yüz minlik ac, yorğun Çin
or dusu özünə gəlməmiş Metenin ildırım sürətli süvariləri düşmən düşər -
gəsini üzük qaşı kimi mühasirəyə aldılar. Lakin onlar heç kimə toxunmur-
dular. Sadəcə, onsuz da yorğun olan Çin əsgərlərini daim gərginlikdə
sax  layaraq taqətdən düşməsini gözləyirdilər. Mete bir nəfəri də qurban
vermədən qələbə çalmaq taktikasını seçmişdi. Beləliklə, Çin qoşunları hər
an hücum təhlükəsi altında yeddi gün, yeddi gecə ac-susuz, yuxusuz
qalmağa məcbur oldular. Artıq Çin imperatorunu əsirlikdən, onun ordusunu
isə məhv olmaqdan heç nə xilas edə bilməzdi.
Bu
, Çin tarixində ən ağır fəlakət, ən acı məğlubiyyət idi. Ağlamaqdan
imperatorun gözləri şişmişdi. Nəhayət, o, məktub yazıb elçi ilə Meteyə
gön dər di. Bu, yalvarış məktubu idi.
Mete məktubu oxuyub fikrə getdi. Sonra çadırdan çıxıb ata mindi. Әli ilə
işarə verib çinlilər üçün gündoğan tərəfdən dar keçid açılmasını əmr et di.
Yazıq görkəmli Çin əsgərləri bitib-tükənməz sıra ilə ağır-ağır keçib getdilər. 
Dünya müharibələri tarixində bu, görünməmiş bir alicənablıq idi. Mete
uzun zaman Çini sakit buraxdı. Bundan sonra qılınca əl atmadı. Çünki ona
baş əyməyən bir xalq qalmamışdı. O, eramızdan əvvəl 174-cü ildə və fat
etdi. Onun səltənəti düz üç yüz il – daxili çəkişmələr ölkəni dağıdana qədər
yaşadı.
Əlisa Nicatın “Mete və onun Pinçen qələbəsi” əsərindən 
(ixtisar olunmuş və sadələşdirilmişdir)
162
VI BÖLMƏ 
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə