Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə48/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   45   46   47   48   49   50   51   52   53

166
VI BÖLMƏ 
Dil qaydaları
6. M tnd  göy r ngl  verilmiş mübt dalara diqq t yetirin. Onlar hansı
nitq hiss l ri il  ifad  olunmuşdur? Sizc , n  üçün “g nc” sözü sif t
olmasına baxmayaraq, bu cüml d  
kim? sualına cavab verir?
7. Mübt daları tapıb ifad  vasit l rini göst rin.
1. H y td ki alma ağacları çiç k açmışdı.
2. Körp  anasına baxıb gülüms yirdi.
3. Bu gün birincil r hamıdan çox sevinirdil r.
4. Susmaq  n yaxşı cavabdır.
5. G nc memar hazırladığı layih ni müsabiq y  t qdim etdi. 
6. O, imtahanı uğurla ver r k ali m kt b  daxil oldu.
7.  Aşağı çox qaranlıq idi.
8. Verilmiş  v zlikl ri cüml l rd  mübt da kimi işl din.
h r şey, h r k s, kim, kims , özüm, heç kim, özün  
1. Sualın cavabını ... bilmirdi.
2. Bu m s l ni ... h ll etm lis n.
3. ... bird n-bir  yadına düşdü.
4. Mü llimlik peş sini ... seçmiş m. 
5. Şad x b ri s n  ... çatdırdı?
6. V t n qarşısında borcunu ... verm lidir. 
7. Qapının ağzında ... dayanmışdı.
9. Hansı atalar sözl rind  “böyük”, “kiçik” v  “qoca” sözl ri müb t da
v zif sind  işl nmişdir?
1. Böyük başını kiçik iş  qatma.
2. Böyük danışar, kiçik götür r.
3. Qoca evin dir yidir.
4. Qoca tülkü tora düşm z.
Mübt da  sas nitq hiss l ri v  söz birl şm l ri il  ifad  olunur: 
Narın y
yağış (isim) ara vermirdi. 
O, ( v zlik) yarışa hazırdır.
Öyr nm k (m sd r)heç vaxt gec deyil. 
Cavan (sif t) bu x b r  xeyli sevindi. 
Beşincil r (say) yarışda qalib g ldil r. 
V t n eşqi (söz birl şm si) daima q lbimizd  sönm z bir at şdir.
Yadda saxla!    
MÜBT DANIN İFAD  VASİT L Rİ
 Çap üçün deyil


MARAFON
QAÇIŞININ TARİXİ
Dörd ildən bir keçirilən beynəl 
xalq
Olimpiya oyunlarına daxil olan yüngül
atletika yarışlarından biri də 
marafon
qaçışıdır
. Bu yarış idman azarkeşləri
tərəfindən çox 
sevilir
. Ona görə də yün -
gül atletika üzrə yarışlar məhz ma rafon
qaçışının keçirilməsi ilə 
bitir

Olimpiya yarışları ilk dəfə qədim Yu -
na nıstanda Miladdan çox-çox əvvəl ke -
çirilmişdir. Müasir Olimpiya oyun la rına o
dövrdə keçirilən bir çox idman növləri də
daxildir
. Marafon qaçışının tarixi isə qə -
dim Yunanıs tanla bağlı olsa da, o zaman
belə bir idman növü olmamışdır. Marafon
qaçışının yaranması çox maraqlı tarixi
hadisə ilə 
bağlıdır
.
Böyük qüdrətə və gücə malik olan Әhəmənilər dövlətinin hökmdarı I Dara
öz dövlətinin sərhədlərini genişləndirmək üçün bir sıra qonşu dövlətlərə
hücumlar edirdi. Onun Әhəmənilər dövlətinin tərkibinə qatmaq istədiyi
ölkələrdən biri də Yunanıstan idi. Miladdan öncə 499-cu ildə I Dara yunan
torpaqlarına hücuma keçdi. Әhəməni ordusu bir sıra şəhərləri özünə tabe
etdi. Nəhayət, I Daranın ordusu Yunanıstanın Marafon şə hə rinə ya xın laşıb
döyüşə hazırlaşmağa başladı. Bunu görən Afina şəhər başçısı öz or-
dusunu həmin yerə göndərdi. 
Yunanıstanla İran arasında ən böyük döyüşlərdən biri sayılan Marafon
döyüşü e.ə. 490-cı il sentyabrın 12-də  baş verdi. Uzun çəkən döyüşdə afi -
na  lılar qalib gəldilər. 
Məşhur rəvayətə görə, qələbədən sonra Afina döyüşçülərindən biri
həmyerlilərinə qələbə xəbərini çatdırmaq üçün qaça-qaça doğma şəhərinə
tərəf yollanır. Bu döyüşçünün adı Fidippid idi. Fidippid Marafon şəhərindən
Afinaya qədər dayanmadan qaçır və şəhərə gəlib çatan kimi: “Sevinin,
afinalılar, biz qalib gəldik!” – deyərək ölür. Bununla da, o öz adını tarixə
həkk edir.  
Afinalı döyüşçünün Marafondan Afinaya qədər qaçması 1896-cı ildə
Beynəlxalq Olimpiya Komitəsi tərəfindən yeni yarış növünün – Marafon
qaçışının təsis olunmasına gətirib çıxardı. 
167
QƏDİM DÜNYA
 Çap üçün deyil


Məlumdur ki, Afina ilə Marafon şəhərləri arasındakı məsafə təxminən
40 km-dir. Bəs nəyə görə müasir dövrdə marafon qaçışı zamanı id -
mançılar 42 km 195 m məsafəni qət edirlər?
1896-cı ildə Afinada keçirilən ilk beynəlxalq Olimpiya oyunlarında ma -
ra fon atletləri məhz 40 km, yəni vaxtilə Fidippidin qət etdiyi məsafəni qaç -
mışdılar. Lakin sonradan bu məsafə düz altı dəfə dəyişdirilmişdir. Bu
də yişikliklərə səbəb, ilk növbədə, Olimpiya oyunlarının fərqli ölkələrdə
keçirilməsi idi. Oyunlara ev sahibliyi edən ölkə özü lazım bildiyi məsafəni
seçirdi. Bu rəqəm 40 km ilə 42 km 750 m arasında dəyişirdi. 
1921-ci ildə Beynəlxalq Yüngül Atletika Federasiyası tərəfindən verilən
qərara əsasən, marafon qaçışı üçün məsafənin vahid standartı qəbul edil -
di. Həmin standart bu günədək dəyişməz qalır. Bu marafon məsa fə si nin də
yaranma tarixi elə afinalı Fidippidin şücaəti haqqında rəvayət qədər
maraqlıdır.
1908-ci ildə London Olimpiadasında marafon qaçışının başlanğıc
nöqtəsi olaraq Vindzor sarayının önündən keçən küçə seçildi. Bu, kral
ailəsinin yarışı saraydan izləyə bilməsi üçün idi. Kral ailəsinin bəzi üzvləri
isə “Vayt Siti” idman meydançasında onlar üçün ayrılmış lojada ola caq dı -
lar. Ona görə də qaçış həmin lojanın önündə bitməli idi. Vindzor sa ra yın -
dan idman meydançasına qədər olan məsafəni ölçdükdə məlum oldu ki,
marafonçular 42 km 195 m məsafəni qət etməlidirlər. 
Həmin il marafonçuların qət etdiyi məsafə sonradan marafon qaçışının
beynəlxalq standartına çevrildi. 
O vaxtdan bəri bu qayda yalnız bir dəfə – 2004-cü ildə Afinada keçirilən
Olimpiya oyunları zamanı pozulmuşdur. Adı tarixə düşmüş afinalı döyüş -
çünün xatirəsinə hörmət əlaməti olaraq marafonçular 42 km 195 m deyil,
40 km məsafəni qət etmişlər.
Svetlana Quliyeva
Söz ehtiyatı
1. Lüğ td n istifad  ed r k  “atletika”, “t sis”, “atlet”, “standart”,
“loja”  söz  l  ri nin    m  na larını  araşdırın.
Düşün və cavab ver
2. Marafon qaçışı m saf sinin ayrı-ayrı ölk l rd  müxt lif ol ma sı n
il   laq dar ola bil r?
3. Marafon döyüşünd n neç  il sonra Marafon qaçışı Olimpiya idman
növü kimi t sis olundu? Sillogizm qurmaqla cavabınızı  saslandırın.
168
VI BÖLMƏ 
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə