Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə51/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   45   46   47   48   49   50   51   52   53

MİSİR EHRAMLARI
Dünyanın yeddi möcüzə -
sin dən müasir dövrümüzə
qə  dər gə 
lib çıxmış yeganə
mö cüzə Misir ehramlarıdır. 
Qədim Misirdə ölkəni ida -
rə edən fironları dəfn etmək
üçün  ehramlar tikir dilər. Bu
ehramlar pilləvari pira 
mi da
şək lində olurdu. Hər bir ehram
yalnız bir fironun dəfn olun -
ması üçün nəzərdə tutulurdu.
Deyilənə görə, fi ro nun ruhunun ilahların yanına pil lələrlə qalxa bilməsi
üçün piramidanı pilləli etmişlər. 
Ehramlara Misirin müxtəlif yerlərində rast gəlmək olar. Lakin ən böyük
və məşhur ehramlar müasir Misirin paytaxtı Qahirə yaxınlığındakı Cizədə
yerləşir. Bu ehramların çox maraqlı və müəmmalı yaranma tarixi vardır.  
Misirin ən məşhur və ən böyük ehramı Xeops ehramıdır. Məhz bu
ehram dünyanın yeddi möcüzəsindən biri sayılır.
Xeops ehramı təxminən e.ə. XXVI əsrdə firon Xeopsun şərəfinə ti kil -
miş dir. Onun inşasına 20 il vaxt sərf olunduğu güman edilir. Tarix elminin
ata sı sayılan Herodot yazırdı ki, Xeops ehramının tikintisində 100 000 qul
ça lışmışdır. Piramidanın hündürlüyü 140 metr, özüldə hər tərəfinin uzun -
luğu 230 metrdir. Üçbucaq formalı tərəflərinin ümumi sahəsi isə 85500
kvadrat metrdir. Bu ehram qədim dünyanın ən böyük tikilisi sayılır. 
Ehram daş bloklardan tikilmişdir. Hər blokun çəkisi orta hesabla 2,5 ton,
ən ağırı isə 15 tondur. Hesablamalara görə, Xeops ehramının ümumi
çəkisi 6,25 mln tona bərabərdir. 
Bu ağırlıqda daşları necə yonmuş, necə daşımışlar? Yükqaldıran kran-
lar olmadan onları ehramın yuxarı hissələrinə necə qaldırmışlar? Alimlər
bu suallara indiyə qədər birmənalı cavab tapa bilməmişlər. Bəzilərinin
fikrincə, qədim Misirdə elm və texnika, xüsusilə həndəsə, astronomiya və
1. Verilmiş m lumatlardan istifad  etm kl  Xeops ehramının
özülünün sah sini v  perimetrini tapın.
2. Sonuncu abzasda işl nmiş sayları sözl  ifad  edib d f t  ri ni -
z  köçürün. Hansı sayda r q ml rin sayı sözl rin sayın dan
üç d f  çoxdur?
176
VI BÖLMƏ 
 Çap üçün deyil


fizika yüksək inkişaf mərhələsinə çatmışdı. Bununla yanaşı, qədim Misir
fi ronlarının və kahinlərinin yad planetdən gəlməsi ilə bağlı müəmmalı fikir -
lər də mövcuddur. 
Әvvəllər elə hesab olunurdu ki, ehramların tikintisində yalnız qul
əməyindən istifadə olunmuşdur. Lakin sonradan arxeoloqlar Cizə yaxın -
lığında qədimdə mövcud olmuş kiçik bir qəsəbə aşkar etdilər. Məlum oldu
ki, bu, muzdlu inşaatçılar və sənətkarlar qəsəbəsidir. Görünür, qədim
Misirdə, doğrudan da, inşaat çılıq sənəti yüksək səviyyədə imiş. 
Ehramın içində çoxlu miqdarda labirintşəkilli dəhlizlər, salonlar var. Bu-
raya ehramın şimal tərəfində, 15 metr yüksəklikdə yerləşən girişdən daxil
olmaq mümkündür. Vəfat edən fironu qiymətli əşyaları ilə birlikdə salon-
lardan birində saxlayırdılar. Onun bədəni mumiyalanırdı. Mumiya meyi tin
xeyli müddət çürümədən qalmasına imkan verirdi. Bir çoxları fironun qızıl
əşyalarını oğurlamaq üçün cənazənin saxlanıldığı otağı tapmağa cəhd
edirdi. Lakin bu heç də asan deyildi. Otağın yerini dəqiq bilməyən hər kəs
ehrama daxil olarkən labirintə düşür, həftələrlə, aylarla buradan çıxa
bilməyib acından ölürdü. 
Misir ehramları və orada saxlanılan mumiyalarla bağlı müəmmalar
zaman-zaman bütün dünya ictimaiyyətinin diqqətini özünə cəlb etmişdir. 
1984-cü ildə firon Xefrenin tabutu çoxsaylı turistlərin müşahidəsi altın -
da ehramdan çıxarılırdı. Bu zaman qəribə bir hadisə baş verdi. Təd qi qat -
çılar və turistlər öskürəkdən boğulur, ayaq üstə dayana bilmirdilər. He sab
olunur ki, məşhur şir-insan heykəli olan Sfinks də məhz bu fironun əmri
ilə tikilmişdir. Sonradan özünə gələn turistlər birağızdan deyirdilər ki,
mumiyanın saxlandığı otağa keçdikdə nəfəs yolları qıcıqlanmış, gözləri
yaşarmış, qəfil zəifləmişlər. Ehrama giriş elə həmin gün bağlanmış, mü tə -
xəssislər içəridə araşdırmalara başlamışdılar. Lakin tədqiqatlar heç bir
nəticə verməmişdir. 
Daha bir qəribə hadisə Mikerin ehramı ilə bağlı baş vermişdi. Fironun
cənazəsi ehramdan çıxarılıb İngiltərəyə yollansa da, onun oraya gedib
çatması mümkün olmamışdı. Cənazəni aparan gəmi dənizdə bat mış dı.
Deyilənə görə, Mikerin ehramının lənəti elə güclü idi ki, onun için də uzun
müddət qalan insanlar tezliklə müəmmalı şəkildə vəfat edir dilər. 
Әn müəmmalı hadisələr isə 1922-ci ildə Tutanxamonun ehramı aşkar
olunduqdan sonra baş vermişdir. Bu tapıntı arxeologiya elmi tarixində ən
böyük hadisələrdən biri hesab olunurdu. Lakin ekspedisiya qrupunun
rəhbəri Hovard Karter və ona maddi dəstək verən lord Karnarvon tədqiqat
prosesində həkimlərin təyin edə bilmədiyi naməlum bir xəstəlikdən öldülər.
3. Sonuncu abzasda hansı cüml  yerind  deyil?
177
QƏDİM DÜNYA
 Çap üçün deyil


Növbəti bir neçə il ərzində Tutanxamon ehramını tədqiq edən daha iyirmi
iki nəfər səbəbi bilinməyən xəstəlikdən öldü. 
Sonralar Tutanxamon ehramının təqdiqatı zamanı divarda heroqliflərlə
həkk olunmuş bir yazı aşkar olundu:
“Fironun rahatlığını pozan hər kəsi tezliklə ölüm gözləyir!” 
Bütün bunlar göstərir ki, müasir elmin inkişaf səviyyəsi nə qədər yüksək
olsa da, hələ ki qədim dünyanın bütün sirlərini açmağa imkan vermir. Bu
müəmmalar hələ də öz tədqiqatçılarını gözləyir.
Svetlana Quliyeva
Söz ehtiyatı
4. Lüğ td n istifad  ed r k “ehram”, “mü mmalı”, “blok”,“mumiya”
v   “lord”söz l  ri nin m  nalarını araşdırın. 
Araşdırma
5. Ümumi tarix f nnind n Misir dövl ti haqqında öyr ndikl riniz
sas n t qdimat hazırlayın. 
6. Dig r altı möcüz  haqqında m lumat toplayaraq t qdimat hazırlayın.
Dil qaydaları
7. Frazeoloji birl şm l ri x b r v zif sind  işl tm kl  cüml l ri
tamamlayın.
q lbin  d ym k, sevincind n yer -göy  sığmamaq, ağzına su alıb
oturmaq, canına üşütm  düşm k, gözünün kökü saralmaq
1. Hamının sözünü k s n  li indi ...
2. H kim adı g l nd  uşağın qorxudan ...
3. Oğlunun yolunu gözl m kd n ananın ...
4. S m d heç vaxt heç kimin ... 
5. O, riyaziyyat olimpiadasında qalib g ldiyini bil nd  ...
8. Verilmiş söz v  söz birl şm l rini cüml l rd  mübt da v  ismi x b r
v zif sind  işl d r k yazın.
ş h r bağı, dostluq, m kt b direktoru,
v t n torpağı, göz l, c sar t
Nümun :  Ana dili h r bir xalqın  n müq dd s s rv tidir. Bu gün ilk
d rsimiz ana dilidir. 
178
VI BÖLMƏ 
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə