Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə2/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   2   3   4   5   6   7   8   9   ...   53

FƏRD VƏ CƏMİYYƏT
11
Mən bir xeyli qarşımdakı ağ vərəqə baxıb fikrə daldım. Heç vaxt öz zəif
cəhətlərim haqqında düşünməmişdim. Nəhayət, birinci cümləmi yazdım:
“Mən riyazi məsələnin tənliyini qura bilmirəm”.
Sonra bir az da düşündüm və bir-birinin ardınca yazmağa başladım:
“Sinif qarşısında çıxış edərkən sərbəst ola bilmirəm”.
“Küsdüyüm rəfiqəmlə barışmaq istədikdə ilk addımı ata bilmirəm”.
“Aytən kimi rəqs etmək istəyərdim, ancaq bacarmıram”...
Artıq səhifənin yarısından çoxunu yazmışdım. Öz-özümə düşün düm:
“Mənim nə çox zəif cəhətim varmış”. Başımı qaldıranda gör düm ki, başqa
uşaqlar da çox ciddi şəkildə vərəqlərində qeydlər aparırlar. Hətta Günay
müəllim də qarşısındakı vərəqdə nə isə yazırdı. Nəhayət, o dilləndi:
– Kifayətdir. Yazdığınızı imzalamağa ehtiyac yoxdur. Vərəqlərinizi iki
qatlayın. Kim istəyirsə, yaxın dostu ilə vərəqini dəyişib onun yazdıqlarını
oxuya bilər. Sonra hamı vərəqlərini bu qutuya qoysun. 
Bunu deyib Günay müəllim masanın üstünə bir qutu qoydu.
III hissə
Mən sinfə göz gəzdirdim. Öz zəif cəhətlərimi kimə etiraf edə bilərdim
ki?! Birdən qarşımda Günay müəllimi gördüm. O, üzünü mənə tutub ya -
vaş ca dedi:
– Nigar, yazını mənimlə dəyişmək istəyirsən?
Әvvəlcə özümü itirdim. Sonra sevinc və qürur hissi duydum. Axı Günay
müəllim öz zəif cəhətləri haqqında düşüncələrini mənimlə bölüşürdü.
Vərəqlərimizi dəyişdik. Günay müəllimin yazdıqlarını oxu duqca sanki onu
daha yaxından tanımağa başlayırdım:
“Başladığım elmi işi tamamlaya bilmirəm”.
“Bəzən həftələrlə anama baş çəkməyə vaxt tapa bilmirəm”.
“Oğlumu ərköyün böyüdürəm. Onunla kifayət qədər ciddi rəftar edə
bilmirəm”.
“Sinfimdə ən qapalı uşaqlardan biri Oqtaydır. Onun qəlbinə yol tapa
bilmirəm”...
Sonuncu olaraq vərəqi qutuya qoyan mən oldum. Gözüm müəllimə
sataşdı. Biz başqalarından gizli sirri olan rəfiqələr kimi bir-birimizə baxıb
gülümsədik.
Günay müəllim qutunun ağzını örtüb ayağa qalxdı və dedi ki, hamı
onun arxasınca gəlsin. Biz hamımız maraq içində sinfi tərk edib məktəbin
2. Sizc , v r ql ri qutuya yığmaqda Günay mü llimin m q s  di n  idi?
3. Nigarın etiraflarından çıxış ed r k onun xarakterini açın. 
 Çap üçün deyil


çıxış qapısına tərəf getdik. Yolüstü müəllim oğlanlardan birini təsərrüfat
otağına bel dalınca göndərdi. 
IV hissə
Biz məktəbdən çıxıb idman meydançasının yanındakı ağaclığa sarı
yollandıq. Müəllim iri gövdəli bir ağacın yanında dayanıb iki oğlana tapşırdı
ki, çala qazsınlar. Çala hazır olduqdan sonra o, qutunu çalaya qoydu və
bizə tapşırdı ki, çalanı torpaqla dolduraq.  Bir azdan “bilmirəm”lərlə dolu
qutu torpağın altında görünməz oldu. 
Әtrafa dərin sükut çökdü. Hamı yarım saat əvvəl yazdığı zəif cəhətləri
haqqında düşünür, sanki ürəyində öz qüsurları ilə vidalaşırdı. Nəhayət,
Günay müəllim ətrafa çökmüş sükutu pozdu: 
– Dostlar, “bilmirəm”lər hamımızın dilində var. Evdə də, məktəbdə də
biz bu sözü dəfələrlə səsləndiririk. Bu gün isə “bil  mi  rəm” lə rimizlə vi da -
laşırıq. Mən inanı 
ram ki, siz tez 
liklə bu sözü unudacaq, onun ye 
  rini
“bilirəm”lərə, “baca 
ra ram”la ra
verəcəksiniz. 
Sinfə qayıtdıqdan sonra
müəl lim təklif etdi ki, bugünkü
dərsin adını müəyyən edək.
Müxtəlif tək liflər oldu:
– Bacarıqsızlığa əlvida!
– Әlvida, “bilmirəm”!
– Yaşasın “bilirəm”!..
Lakin adından asılı olma-
yaraq, bu dərs həyatım boyu ya -
dımdan çıx 
ma yacaq. Baş 
qa
uşaq ları deyə bil mə rəm, ancaq
mən bundan sonra “ba 
 carmı -
ram” sözünü dil 
i mə gətir 
mə -
 yəcəyəm. Bu sözü iş lət məmək
üçün əlimdən gələni edəcəyəm. 
İşləyəni:
Rafiq İsmayılov
4. III hiss ni oxuduqdan sonra Nigar haqqında mühakim l rini -
z  n   lav  olundu? Sizc , Nigarı da Oqtay kimi qapalı uşaq he -
sab etm k olarmı? M tn  istinad etm kl  fikrinizi  saslandırın.
12
I BÖLMƏ
 Çap üçün deyil


Düşün və cavab ver
5. M tn  istinad ed r k Günay mü llim haqqında aşağıdakı fikirl ri
saslandırın v  ya inkar edin.
1. Şagirdl rin  böyük h ssaslıqla yanaşır.
2. Pedaqoji f aliyy tl  yanaşı, elmi f aliyy tl  d  m şğuldur.
3. Valideynl ri il  bir yerd  yaşayır.                                   
4. Mü llim kimi f aliyy ti onun üçün ön mlidir.                              
5. Yüks k peş karlığa malik pedaqoqdur. 
6. Ail lidir, iki qızı var.                                                                                               
7. Şagirdl rin  qarşı münasib td  qeyri-s mimidir.   
Söz ehtiyatı 
6. Lüğ td n istifad  ed r k “ovqat” v
“kompliment” sözl rinin
m nalarını araşdırın.
7. “ lvida” sözü il  “sağ ol”, “xudahafiz” sözl ri arasındakı m na f rq i ni
izah edin.
8. “Qayğılarını qapının ağzında qoyub sinf  daxil olur” ifad sini nec
başa düşürsünüz?
9. Hansı sütundakı ifad l rin bir sözd n ibar t qarşılığı var? N  üçün?
can atmaq  
top atmaq
h yat sürm k 
maşın sürm k
söz açmaq 
qapı açmaq
Dil qaydaları
10. M tnd göy r ngl verilmiş cüml d  h r bir sözün sualını mü yy n -
l ş dirin. Hansı sözl r  sual verm k olmur?
Dilimizd  h r bir söz mü yy n nitq hiss sin  aiddir. Nitq
hiss l ri iki qrupa ayrılır: 
sas v  köm kçi nitq hiss l ri. 
sas nitq hiss l ri leksik m naya malik olur, cüml  üzvü
olur, müvafiq suala cavab verir. Az rbaycan dilind  altı  sas nitq
hiss si var: 
isim, sif t, say,  v zlik, feil, z rf. 
Köm kçi nitq hiss l rinin yalnız qrammatik m nası olur,
suala cavab vermir, ayrılıqda cüml  üzvü rolunda çıxış etmir.
Yadda saxla!                      
NİTQ HİSSӘLӘRİ
13
FƏRD VƏ CƏMİYYƏT
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə