Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə5/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   2   3   4   5   6   7   8   9   ...   53

Dil qaydaları
5. M tnd  işl nmiş “atamın”, “pulun”, “inamı” sözl rinin qar şı sına han -
sı ş xs  v zliyini artırmaq olar? Cavabınızı  saslandırın.
6. Nöqt l rin yerin  uyğun g l n m n su biyy t ş kilçil ri yazmaqla
şeiri d ft riniz  köçürün.
g r olmasaydı ana z hm t...,
Qazana bilm zdim heç bu hörm ti.
Onun ruzi...l  xoş olar hal...,
Onun dua...yla gül r iqbalım.
Onun h r söz...d n alıram qüvv t,
Q lb...i nur etdi, verdi n sih t.
Onun dualar... olmasaydı, ah,
Ömr... puç olardı, y qin, bir sabah.
( fz l ddin Xaqani)
7. Aşağıdakı söz birl şm l rind  m nsubiyy t ş kilçili sözl ri mü yy n
edin.
dağ k ndl ri, k ndimizin yolları, m kt bimizin direktoru,
s rin q hr manı, q hr manın xarakteri, Abşeron bağları,
bağların göz lliyi, şairin sonuncu kitabı, gözümün işığı
şyanın hansı ş xs  (I, II, III) aid olduğunu bildirm k üçün söz
aşağıdakı m nsubiyy t ş kilçil ri artırılır:
M nb , mövqe, m nafe, tale, m nş , su, n sözl ri m nsubiyy t
ş  kil çisi  q bul  ed rk n 
y bitişdirici samitini q bul edir. M  s  l n:
tale-y-im, m nafe-y-in, m nb -y-i, n -y-imiz, m nş -y-i.
Yadda saxla!       
İSMİN MӘNSUBİYYӘTӘ GÖRӘ DӘYİŞMӘSİ
Ş xsl r
T k
C m
Ş kilçi
Nümun
Ş kilçi
Nümun
I ş xs
-ım
4
(-m)
d ft r-im
çanta-m
-ımız
4
(-mız
4
)
d ft r-imiz
çanta-mız
II ş xs
-ın
4
(-n)
d ft r-in
çanta-n
-ınız
4
(-nız)
d ft r-iniz
çanta-nız
III ş xs

4
(-sı
4
)
d ft r-i
çanta-sı

4
(-sı
4
)
d ft r-i
çanta-sı
21
FƏRD VƏ CƏMİYYƏT
 Çap üçün deyil


İDMAN
AYAQQABISI
Məktəbin yaxınlığında balaca bir
ayaq qabı dükanı var idi. Sahibi nin
adı Әşrəf idi. O özü satıcılıq edir di.
Satış dan gə liri cüzi oldu ğu na görə
əlavə işçi   sax   laya bilmirdi.
Yay tətilinin başlanmasına az
qalmışdı. Ona görə də yüngül id man
ayaq qabılarına tələbat art mış dı.
Düka nın qarşısında 11-12 yaşlı
bir oğlan da yanıb vitrindəki ayaq qa -
bı la ra baxır 
dı. Oğlanın sol ayağı
dizdən aşağı yox idi. Qoltuq ağacının
kö məyi ilə gəzirdi. 
Әşrəf əmi yeni gətirdiyi malları vitrinə yerləşdirirdi. Bu zaman dü kanın
qarşısında duran oğlanı gördü. Oğlan gözünü bir cüt gözəl idman
ayaqqabısına zilləmişdi. 
– Ey, balaca, – deyə dükan sahibi onu səslədi, – xoşuna gəlir? Buil ki
modeldir. Gözəldir, elə deyilmi?
– Həqiqətən, çox gözəldir! – deyə oğlan utancaq bir təbəssümlə cavab
verdi.
Әşrəf əmi oğlanı içəri çağırdı.
– Gəl, əyləş.  İs tə yir sən, verim, bax gör ölçüsü uyğun gəlirmi? 
– Amma...
– Nə amma?
– Mənim bir qıçım var...
– Nə olsun? Әskikliyi olmayan adam var? Kiminin qıçı əskikdir, kiminin
əli, kiminin ağlı, kiminin əqidəsi. Məncə, adamın əqidəsi əskik olmaq-
dansa, qıçı əskik olsa, yaxşıdır.
– Әqidə nədir?
– Hələ balacasan. Böyüyəndə başa düşərsən. 
Bunu deyib Әşrəf əmi ayaqqabını uşağa uzatdı. Oğlan ayaqqabının
üstünə yapışdırılmış qiymət kağızına baxıb tez geri qaytardı:
– Yox, bağışlayın. Ala bilmərəm.
– Niyə, pulun çatmır? Problem deyil. İki aydan sonra bu ayaq qa bılara
20% endirim olacaq.  Sənin üçün endirim mövsümünü qabağa çə kərəm.
Onu da nəzərə alaq ki, sən ayaqqabının bir tayını alacaqsan. Deməli,
22
I BÖLMƏ
 Çap üçün deyil


pulun yarısını verəcəksən. Bu eləyir... – Әşrəf əmi kalkulyatoru götürüb
hesabladı, – on manat.
– Bəs ayaqqabının o biri tayını nə edəcəksiniz?
– Dostum, söhbəti uzatdın ha! – Әşrəf əmi ərklə dedi. – Mən sənin iş -
lə rinə qarışmıram ki.  Sən də mənim işimə qarışma. Onu da sağ ayağı ol -
ma yan adama satacağam. Hə, yeri gəl 
mişkən, sən bu mək 
təbdə
oxu    yur san, eləmi? Mən bu məktəbin uşaq larına hər ayaqqabıda beş
manat güzəşt edirəm. Deməli, sənin mənə borcun beş manatdır.
Dükan sahibi uşağın çaşqın nəzərlərinə fikir vermədən onun köhnə
ayaqqabısını çıxarıb yenisini geydirdi.
– Әla! – deyə öz işindən razı halda ayağa qalxıb ayaqqabıya baxdı. –
Uşaqlar sənə həsəd aparacaqlar.
Sonra Әşrəf əmi uşağın köhnə ayaqqabısını götürüb ora-burasına
baxdı:
– Bu ayaqqabını daha geyinməyəcəksən?
– Yox.
– Mən bu ayaqqabını alardım. Neçəyə deyirsən?
Uşaq heyrətlə dükan sahibinə baxdı:
– Siz nə danışırsınız?! Onun dabanı yırtılmaq üzrədir.
Әşrəf əmi gülümsündü.
– Dostum, sənin ayaqqabı alverindən başın çıxmır. Heç mağazada
satılan cins şalvarları görmüsən? Ağarmış, dizi yırtıq şalvarları. Bəziləri
belə geyim üçün əldən-ayaqdan gedir. Güman edirəm ki, sənin bu
ayaqqabını ən azı on beş manata sata bilərəm. Beş manat mənim satıcılıq
haqqım, beş manat da təzə ayaqqabı üçün sənin borcun. Deməli, mənim
sənə beş manat borcum qalır. 
Bunu deyib Әşrəf əmi cibindən beş manat çıxartdı və uşağa uzatdı.
Balaca oğlan hadisələrin bu cür gedişindən özünü tamam itirmişdi. Hər
şey ona yuxu kimi gəlirdi. Anasının ayaqqabı üçün verdiyi 15 mana ta
qənaət etmişdi. Hələ üstəlik ona pul da təklif edirdilər.
– Yox, götürmərəm, – dedi. – Siz mənim üçün endirim etdiniz. Mən də
sizin üçün endirim edirəm.
– Nə yaxşı! Çox sağ ol. Vallah, bu gün mənim üçün çox uğurlu gündür.
Әyilib uşağın üzündən öpdü. Oğlan da qoltuqağacını buraxıb iki əli ilə
onun boynunu qucaqladı. Bu zaman o, Әşrəf əminin gözünün necə yaşar -
dığını görmədi.
İşləyəni: Rafiq İsmayılov
1 . Oğlanın almaq ist diyi ayaqqabının ilkin satış qiym ti neç
manat idi?
23
FƏRD VƏ CƏMİYYƏT
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə