Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə8/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

32
I BÖLMƏ
7. Altından x tt ç kilmiş sözl rin düzgün variantını seçib ifad l ri 
d ft riniz  köçürün v  cüml l rd  işl din.
isimin/ismin halları
uşağın ağızı/ağzı
işin xeyiri/xeyri
x st nin çiyni/çiyini
beyinin/beynin x st liyi
s n tkarın ömürü/ömrü
çiç k  tri/ tiri
çiyin /çiyn qonmaq
8. Hansı cüml l rd  f rql ndirilmiş söz s hv yazılıb?
1. X zan ff silinin bu k d rli gününd  Atab y M h mm din böyük
ordusu Şimali Az rbaycana doğru ir lil yirdi.
2. Ş
Ş klimizi divar q zetind  gör nd  hamımız qürur hissi keçirdik.
3. T bi t q
qoynunda istirah t edirdik.
4. G minin b
burununu t z  r ngl mişdil r.
5. S
Sinfin bütün şagirdl ri mü llimin dedikl rin  diqq tl  qulaq
asırdılar.
6. Qollarım dolanar b
boyununa bir gün,
Yen  baş qoyaram dizin , T briz. (Süleyman Rüst m)
9. M tnd  buraxılmış s hvl ri düz ldin v  d ft riniz  köçürün.
iyininin üstünd n dönüb geri baxdı. Uşaqlığı, g ncliki
keçmiş bu ev ona çox q rib  göründü. Sanki hamıdan küsmüş,
talesinin bel  olması il  bir-t h r razılaşmışdı.
Ür yi ağradı. Gözl ri doldu. Anasınnan sora bura heç
g lm mişdi. İndi s hf el diyini anladı. Sanki anası qarşısında
durub incik ba xış lar nan ona baxırdı, onun ocaqına olan laqeyd -
 liyinin s b bini öyr nm k istiyirdi. 
Başını aşağı saldı. Göz yaşları yanağınnan süzülüb dodağına
düş dü. Ağzına şor v  eyni zamanda acı bir dad yayıldı.
Talesi el  g tirmişdi ki, ata ocağınnan uzaq düşmüşdü.
Amma indi bur da özün  söz verdi. Söz verdi ki, anasının ruhu
yaşayan bu evi heç vaxt t k qoymuyacaq.
 Çap üçün deyil


DÜLGƏR OĞLU
Nazim ətraf məhəllələrdə tanın mış
usta idi. Kimə dülgər işi lazım olsa, ona
müraciət edərdi. Әlin  dən hər iş gəlirdi:
qapı-pəncərə düzəltmək, mebel təmir
etmək... 
İkimərtəbəli evinin birinci mər tə bə sini
emalatxana üçün ayırmışdı. Әv 
vəllər
onun işi yaxşı gedirdi. Hətta iki işçisi də
var idi. Lakin plastik qa pı-pəncərələr də -
bə düşdükdən son 
ra si 
farişləri azaldı.
İmkan sız lıqdan iş  çi   ləri buraxıb tək işlə -
məli oldu. İndi bütün günü emalat  xana -
sında zəhmət çəkib tər tökürdü ki, ailəsi
korluq çəkməsin. 
Nazimin ən böyük arzusu isə 12 yaşlı
oğlu Elxanı böyüdüb boya-başa çat 
-
dırmaq, ona yaxşı tərbiyə və təhsil ver -
mək idi. Elxan neçə dəfə ema lat xa na ya
girib atasının ağır zəhmətə qatlaş dığını
görəndə köməyini təklif etmişdi:
– Ata, qoy sənə kömək edim. Görürəm axı, sənin üçün çox ağırdır.
Usta Nazim isə cavabında demişdi:
– Yox, oğlum, sən dərslərinlə məşğul ol. Sənin mənə ən böyük köməyin
yaxşı oxumağındır.
Atasının bu sözləri heç vaxt Elxanın yadından çıxmırdı. Bu səbəbdən
səylə çalışır, dərslərini yaxşı oxuyurdu. O, ağıllı oğlan idi, başa düşürdü
ki, təhsildəki hər bir uğuru atasına güc verir. Bilirdi ki, yaxşı oxuyub bir iş
sahibi olsa, atasını bu ağır zəhmətdən qurtarar.
Həmin gün usta Nazimin təcili sifarişi var idi. Sabaha dörd qapı çat dır -
malı idi. Səhər tezdən durub işləməyə başladı. Yenicə dəzgahını işə salıb
taxtaları kəsməyə başlamışdı ki, birdən elektrik kəsildi. Nazimin qanı qa ral -
 dı. “Bu işıq verənlərin heç insafı yoxdur. İşıq pulu bir gün gecikən kimi gə -
lib qapının ağzını kəsdirirlər. Özləri isə istədikləri vaxt elektriki kəsirlər”, –
de yə düşündü. Bir müddət dəzgahı yağlamaqla, alətləri itiləməklə məşğul
1. Ata-oğul münasib tl rini nec  qiym tl ndirirsiniz? Onlar haq -
qın da ilkin t
ssüratlarınızı söyl yin.
33
FƏRD VƏ CƏMİYYƏT
 Çap üçün deyil


ol du. Amma işıq yanmırdı ki, yanmırdı. Nəhayət, səbri tükəndi, ema lat xa -
na  dan çıxıb evin giriş qapısının yanındakı elektrik löv həsinə nəzər sal dı:
“Aaa, bu elektrik dəstəyini kim aşağı salıb?” Nazim ikinci [mər tə bi yə] apa -
ran pilləkənə yaxınlaşıb yuxarı baxdı. Heç kim gö rün mürdü, səs-səmir də
gəlmirdi. Qayıdıb elektrik dəstəyini qaldıran kimi işıqlar yandı.
Nazim [e:malatxanıya] keçib yenidən dəzgahı işə saldı. Lakin heç on
dəqiqə keçmədi ki, elektrik yenə də kəsildi. Bu dəfə usta cəld girişə tərəf
getdi. Burada pilləkənlə tez-tələsik yuxarı çıxan Elxanı gördü.
– Dayan! Sən burada nə edirsən? Düş aşağı görüm.
Elxan 
pilləkəndən
düşüb atasının qarşısında başıaşağı dayandı.
– İşığı sən söndürdün? – deyə usta Nazim zəhmli səslə soruşdu.
Elxan başını tərpədib “Hə”, – dedi.
– Niyə? – Nazim oğlunun çiynindən tutub silkələdi. – Səndən so -
ruşuram. Niyə?
Elxandan səs çıxmırdı.
– Mən səhərdən axşama qədər qan-tər içində çalışıram ki, səni bir
yana çıxardım. Sən də mənimlə oyun oynayırsan?! Heç utanmırsan? 
Elxanın gözündə yaş damlaları göründü. Bu, atanın ürəyini bir qədər
yumşaltsa da, hirsini soyutmadı. Bir tərəfdən təcili sifariş, digər tərəfdən
oğlunun məsuliyyətsiz hərəkəti onu lap özündən çıxarmışdı. Elxanın
çiynindən yüngülcə itələyib:
– Get, dərslərinlə məşğul ol! – dedi.
Axşam evdə hamının qanı qara idi. Nazimin 
qorxusundan
heç kim sə -
sini çıxarmırdı. Düzdür, Nazim sifarişçiyə zəng edib qapıları təhvil ver mək
üçün sabah axşama kimi möhlət almışdı, amma indi onu ən çox dü şün -
dürən oğlunun hərəkəti idi. O, həmişə elə düşünürdü ki, oğlu yaşına görə
çox məsuliyyətli, sözünün, hərəkətinin yerini bilən, ağıllı oğlandır. Birdən-
birə belə bir hərəkət...
Mətbəxdə oturub səssiz-səmirsiz şam etdilər. Sonra Elxan yavaşca
durub öz otağına getdi.  
Usta Nazim mətbəxin qapısını örtüb həyat yoldaşını məzəmmət et -
məyə başladı:
– Özün görürsən ki, mən səhərdən axşama kimi işləyirəm. Uşağın tər -
biyəsi ilə məşğul olmağa vaxtım yoxdur. Niyə ona nəzarət eləmirsən?
Məgər bunu da mən etməliyəm?!
– Nazim, vallah, bilmirəm, bu gün ona nə olmuşdu. Özün də bilirsən ki,
Elxan elə uşaq deyil. Sən allah, get, onun könlünü al. Həssas uşaqdır, ba -
rışmasanız, ürəyinə salacaq, dərslərində də geriləyəcək.
2. Sizc , Elxan n  üçün işığı söndürürdü?
34
I BÖLMƏ
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə