Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə10/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

Aygün qızın əlindən tutub doktor Maksvelin yanına gətirdi: 

Doktor, bu qız pasiyentin bacısıdır
, – dedi. – Bəlkə, qan qrupları eynidir?
– Axı o lap balacadır.
Başqa çarəmiz yoxdur, doktor. Məncə, problem olmaz. Sağlam qıza
oxşayır.
– Yaxşı. Qanını analiz edin.
Bir azdan məlum oldu ki, bacılar eyni qan qrupuna malikdirlər. Allen
Maksvel qıza yaxınlaşıb soruşdu:
– Adın nədir?
– Nərminə.
Aygün onların danışığını tərcümə edirdi.
– Nərminə, bacın çoxlu qan itirib. Öz qanından ona verməyə razısan?
Nərminənin gözləri yaşardı. Titrək səslə dedi:
– Yoxsa ölər? – deyə soruşdu.
Doktor qeyri-müəyyən tərzdə başını tərpətdi. Qız dedi:
– Hə, razıyam. 
Nərminəni çarpayıda uzatdılar. O, bir müddət damarından çıxan qanın
şüşəyə necə dolduğuna baxdı. Sonra üzünü yana çevirib hıçqırmağa
başladı. Qızcığaz tir-tir əsirdi. Maksvel narahat oldu:
– Nə olub, Nərminə, ağrıdır?
– Yox, – deyə Nərminə ağlaya-ağlaya cavab verdi.
Qanköçürmə əməliyyatı bitdi. Nərminə gözünü yumub çarpayıda
uzanmışdı. Doktor yaxınlaşıb Nərminənin başını sığalladı:
– Çox sağ ol, 
Nərminə, sən yaxşı bacısan
.
Nərminə gözlərini açıb soruşdu:
– O sağalacaq?
– Әlbəttə, söz verirəm.
– Bəs mən nə vaxt öləcəyəm?
Aygün bu sözləri tərcümə edəndə Allen Maksvel özünü itirdi.
– Sən niyə ölməlisən ki?
– Axı siz mənim qanımı aldınız.
– Nərminə, biz sənin qanının az bir hissəsini aldıq. Bundan heç nə
olmur. Belə şeydən adam ölmür.
Sonra qızcığaza baxıb soruşdu:
– Öləcəyini düşünürdünsə, niyə qanını verməyə razı oldun?
– Axı o mənim bacımdır...
Maksvel heyranlıqla başını bulayıb Aygünə dedi:
– Neçə ölkədə işləmişəm. Sizin insanlardakı altruizmə heç yerdə rast
gəlməmişəm.
İşləyəni: Dilrüba Cəfərova
38
I BÖLMƏ
 Çap üçün deyil


Söz ehtiyatı
1. Lüğ td n istifad  ed r k “pasiyent”, “analiz”, “altruizm” sözl rinin
m nalarını araşdırın. “Altruizm” sözünün antonimini tapın.
Araşdırma
2. Qızıl Aypara C miyy ti haqqında m lumat toplayaraq kiçik t q di -
mat hazırlayın.
Dil qaydaları
3. Göy r ngl  verilmiş cüml l rin x b rini mü yy n edin. Bu sözl  rin
sualı v  qrammatik xüsusiyy tl ri haqqında bildikl rinizi danışın.
4. Cüml l rd  x b rlik ş kilçil ri q bul etmiş isiml ri seçin, neç nci
ş xs  aid olduğunu mü yy nl şdirin. 
1. O, h yatda ayağını yer  möhk m dir miş güclü v  eyni zamanda
çox yaxşı bir adamdır. (İlyas  f ndiyev)
2. El  z nn etm  ki, qapıçınam m n, 
Bir az seçilir m nök r l  rin d n... (S m d Vurğun)
3. M n torpağam, nem timi, varımı
Z hm t sev n insanlarla böl r m. (R sul Rza)
İsim cüml d  x b r v zif sind  çıxış ed rk n müvafiq x b rlik
ş kilçil ri q bul edir. Bu ş kilçil r aşağıdakılardır:
-dır
4
v  -sınız

ş kilçil rinin deyilişi il  yazılışı f rql nir:
alim-dir [a:limdi], mü llim-siniz  [m :llimsiz].
Yadda saxla!       
XӘBӘRLİK ŞӘKİLÇİLӘRİ
Ş xsl r
T k
C m
Ş kilçi
Nümun
Ş kilçi
Nümun
I ş xs
-am
2
(-yam
2
)
şagird- m
usta-yam
-ıq, -ik, -uq, -ük 
(-yıq, -yik, -yuq, 
-yük)
şagird-ik
usta-yıq
II ş xs
-san
2
şagird-s n
usta-san
-sınız
4
şagird-siniz
usta-sınız
III ş xs
-dır

şagird-dir
usta-dır
-dır
4
+ -lar
2
şagird-dir-l r
usta-dır-lar
39
FƏRD VƏ CƏMİYYƏT
 Çap üçün deyil


“ELEKTRON ÜNVANIM 
OLSAYDI...”
Bir çox gənc amerikalı kimi zənci
Coninin də ən böyük arzusu zəngin biznes-
men olmaq, cəmiy yətdə nüfuz qazanmaq
idi. Həyatda idealı dünyanın ən varlı adamı
sayılan Bill Qeyts idi. Eşitmişdi ki, bu şəxs
universitetdə təhsilini yarımçıq qoyub kom -
püter texno logiyalarının istehsalı ilə məş ğul
olan “Microsoft” şirkətini yaratmış və az
müddətdə milyarder olmuşdur. 
Coni də 
imkansız
ailədə böyüdü yün dən
mükəmməl təhsil ala bilmə mişdi. Bəlkə də,
Bill Qeytsin şəxsiyyətinə maraq bununla bağlı idi.
Bir gün qəzetdə oxudu ki, “Microsoft” şirkətinə süpürgəçi tələb olunur.
Yubanmadan şirkətin ofisinə müraciət edib ərizə yazdı və tərcümeyi-halını
kadrlar şöbəsinə təqdim etdi. Təyin olunan gün gəlib psixoloji testdən keçdi
və ona bildirdilər ki, işə qəbul olunur. Sevincinin həddi-hüdudu yox idi.
Coninin özünə inamı çox idi. Bilirdi ki, süpürgəçi vəzifəsində çox qalmaya -
caq. Xəyallarında düşünürdü ki, bir gün şirkətin dəhlizində Bill Qeyts lə
rastlaşacaq. Ola bilməz ki, böyük biznesmen ondakı fərasəti duymasın.
O, Coniyə daha 
məsuliyyətli
işlər tapşıracaq və günlərin bir gü nü bu gənc
oğlan Bill Qeytsin sağ əli olacaq.
Lakin birdən-birə xəyalları puç oldu. Kadrlar şöbəsində işləyən qız
Coninin şəxsi anketini doldurmaq üçün ondan elektron poçt ünvanını
soruşdu. Coni utana-utana dedi:
– Mən hələ kompüter almamışam. Ona görə də elektron poçt ünvanı
aç ma mı şam.
Qız təəccüblə ona baxıb soyuqqanlı tərzdə dedi:
– Bağışlayın, şirkətimizin prinsiplərinə görə, elektron ünvanı olmayanın
özü də mövcud deyil və bu səbəbdən biz sizi işə götürə bilmərik...
Coni başını aşağı salıb küçə ilə gedirdi. İndi o, “Microsoft”a, hətta Bill
Qeytsə də nifrət edirdi: “Mən sizə kim olduğumu göstərərəm. Siz məni işə
1. Bu sözl ri eşid n Coninin keçirdiyi hisl ri t svir edin. Sizc ,
o, uğursuzluğu il  barışacaqmı? Hadis l rin davamını t xmin
edin. 
40
I BÖLMƏ
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə