Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə45/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

V BÖLMƏ 
156
ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1. Aşağıdakı aforizm bölm d ki m tnl rin hansılarının ideyasına uy -
ğundur? Fikrinizi  saslandırın.
Sevinci biz   trafımızdakılar deyil, bizim  trafdakılara olan müna -
si b timiz b xş edir. (Fransua Laroşfuko)
2. Z rfl rin yazılışında hansı s hvl r  yol verildiyini mü yy nl şdirin.
1. M qal d n sonra q zetin qiym ti bir  min artdı.
2. İngilis dilind  biz d  azmaz başa düşürük.
3. Bu fikir onu azçox sakitl şdirdi.
4. K r m lal, dinm z dayandı. 
5. Bugün m kt bin h y tind  kiçik ş nlik keçiril c k.
6. S lim onun dedikl rini sözb -söz t krar edirdi. 
3. Dördünd n biri quruluşuna v  ya m na növün  gör  f rqlidir.
A) c ld  
B) dürüst  
C) daxil n  
D) s lis  
A) ir li  
B) üzüaşağı   C) aşağı  
D) bura 
A) h rd nbir  
B) addımbaşı  C) axşamt r fi  
D) s h rçağı 
A) sür tl   
B) daxil n  
C) çoxdan  
D) ç p ki 
A) tamamil   
B) d f l rl   C) sür tl  
D) qism n 
A) yuxarı  
B) xeyli  
C) geri 
D) bura 
A) bayaq   
B) dün n  
C) axşam  
D) b ri 
4. Düz ltm  z rfl ri kök v  ş kilçiy  ayırın.  m l  g ldiyi nitq
hiss sin  gör  qruplaşdırın.
ağayana, yoldaşcasına, şairan , zahir n, bird n, çoxdan, 
günd , namusla, astadan, h rd n
5. T l ffüz formasında verilmiş sözl ri düzgün yazın v  hansı nitq
hiss si olduğunu mü yy nl şdirin.
1. Ananın 
[h yacannan] ür yi  sdi.
2. Ana 
[h yacannan] oğlunu s sl di.
3. Stolun üstünd  
[q l mn n] başqa heç n  yox idi.
4. Stolun üstünd  
[q l mn n] ç kilmiş bir ş kil var idi.
5. 
[Sevincinn n] gözl ri dolmuşdu. 
6. Lal  qazandığı mükafat haqqında 
[sevincn n] danışırdı.
 Çap üçün deyil


VI 
BÖLMƏ
QƏDİM
DÜNYA
 Çap üçün deyil


AZIX MAĞARASI
Azərbaycan qədim tarixi abidə 
lərlə
zəngin bir ölkədir.
Bu abidə lə rin bir çoxu
ölkəmizin müxtəlif yer 
   lərində aparılan
arxe oloji qazın tı lar nəti cə sin də meydana
çıxmış dır. Uzun müd    dət ta rix çiləri mizi bir
məsələ dü 
şündür müş   dür: Azər 
bay can
əra  zi sində  in sanlar nə vaxt dan məs kun -
laşmağa ba ş    la  mışlar?
XX əsrin ortalarına qədər ölkə mi zin
ərazisində aparılan arxeoloji kəş fiy yat  iş -
ləri zamanı xalqımızın qədim keçmi şi nə
aid minlərlə maddi mə də niyyət abi dəsi
tapılmışdı. Bu abidələrin hamısı Daş döv ründən sonrakı dövr lərə aid idi.
Lakin Azər 
baycanın təbii-coğrafi şəraiti bu 
 rada daha qədim insan
məskənlərinin ol ması barədə ehtimallara əsas verirdi.
Nəhayət, 1956-cı ildə Məm mədəli Hüseynovun rəhbərliyi altında “Pa-
leolit” arxeoloji ekspedisiyası təşkil olundu. Bu ekspedisiya 1956-1958-ci
illərdə Qazax rayonu ərazisində yerləşən Damcılı mağarasında arxeoloji
qazıntı işləri apardı. Burada yüzlərlə daş alət – qaşov, bıçaq, ox ucluqları,
biz və s. tapıldı. Beləliklə, bu ərazidə Orta Paleolit dövrünə aid insan
məskəni aşkar edildi. 
1960-cı ildə Məmmədəli Hüseynovun başçılıq etdiyi arxeoloji ekspe-
disiya Qarabağ ərazisində tədqiqat işlərinə başladı. Kəşfiyyat işləri Qara -
ba ğın Quruçay və Köndələnçay va 
   di  lərində və ona yaxın ərazilərdə
apa    rıl mışdı. Arxeoloji tədqiqatlar za -
ma nı Azıx mağarasında daha bir qə -
dim insan düşərgəsi qeydə alındı.
“Azıx” sözü qədim türk dilində ayı
deməkdir. Bu mağara Füzuli şə h ə rin -
dən 14 km aralıda Quruçayın sol sa -
hilində, dəniz səviyyəsindən 900 metr
yüksəklikdə yerləşir. Mağaranın müx -
təlif tərəflərdən bir neçə girişi var. Bu -
radakı salonlar bir-biri ilə dar keçidlər
vasitəsilə birləşir. 
1. Tarix f nnind n öyr ndikl riniz   sas n bu ehtimalların doğru
olduğunu sübut etm y  çalışın.
158
VI BÖLMƏ 
 Çap üçün deyil


Azıx mağarasında qazıntı işləri çox çətin şəraitdə aparılırdı. Arxeoloqlar
mağa ranın bütün çıxışlarına aparan keçidləri bərpa etmək üçün çox
işləməli oldular. Artıq bərpa işləri zamanı alimlər qədim əşyalar tapırdılar.
Salonlarda ocaq izlərini və daş alətləri tapanda isə təəccüblərinin həddi-
hüdudu yox idi. Sonralar dünyanın adlı-sanlı tarixçiləri bu tapıntıları “arxe o -
logiya tarixinin ən möhtəşəm tapıntıları” adlandırmışlar.
Arxeoloqlar mağarada müxtəlif qədim heyvanların – mağara ayısının,
qılıncdişli pələngin və s. sümüklərini tapdılar. Ümumiyyətlə, tapıntılar
arasında 45 növ heyvan sümüyü müəyyənləşdirildi. İbtidai daş alətlərin
sivri ucundan anlamaq olardı ki, bu alətlər məhz ov üçün nəzərdə tutulub.
Qaya üzərində sivri daşla cızılmış rəsmlərdə müxtəlif heyvanlar, ov səh -
nələri və s. təsvir olunmuşdu.
Arxeoloqlar daha dərin qazdıqca sevinc və təəccüb içində yeni-yeni
maddi abidələr kəşf edirdilər. Dərində yerləşən qatlar daha qədim dövr -
lərdən xəbər verirdi. Təxminən 20 il ərzində hər birinin qalınlığı 10-14 metr
olan on təbəqə aşkarlandı. Onlardan ən dərini Alt Paleolit dövrünə aiddir.
Azıx mağarasında aparılan arxeoloji tədqiqat işlərində ilk vaxtlar yalnız
arxeoloqlar iştirak edirdilər. Lakin sonralar düşərgədə aşkar olunmuş mad -
di mədəniyyət qalıqlarının zənginliyi burada kompleks şəkildə qazıntı
işlərinin aparılmasını zəruri etdi. Ona görə də Azıx paleolit düşərgəsində
arxeoloqlarla yanaşı, paleontoloqlargeoloqlar və digər elm sahə lə rinin
mütəxəssisləri tədqiqat işləri aparmağa başladılar. 
Azıx mağarasının tapıntıları arasında ən məşhuru və dəyərlisi qədim
insanın alt çənə sümüyünün fraqmentidir. İbtidai insana məxsus olan bu
çənə sümüyü üzərində alimlər uzun müddət elmi tədqiqat işləri aparmışlar.
Bu tapıntı Azıx paleolit düşərgəsinin elmi əhəmiyyətini və şöhrətini daha
da artırdı və arxeologiya elminə “azıxantrop” (Azıx adamı) termini ilə daxil
oldu. Müəyyən edildi ki, tapılmış ibtidai insan çənəsi 350-400 min il bundan
əvvəl yaşamış 18-22 yaşlı qadının çənəsidir. Mütəxəssislərin fikrincə, bu
çənə sümüyü qədimliyinə görə dünyada tapılmış insan qalıqları arasında
dördüncü yerdədir. Qafqaz və Yaxın Şərqdə isə azıxantropun çənə sü mü -
yü ən qədim tapıntı hesab olunur. Hal-hazırda həmin çənə sümüyü qiy mət li
eksponat kimi Azərbaycan Tarixi Muzeyinin xüsusi fondunda saxlanılır. 
Azıx mağarasında aparılan tədqiqatlar sübut etdi ki, Azərbaycan əra -
zisində ən qədim dövrlərdən bəri insanlar məskən salmışlar. Çox təəssüf
ki, dünya nın ən qədim sakinlərinin yaşadığı bu Azərbaycan torpağı indi
işğal altındadır. Lakin çox keçməz ki, torpaq 
larımız azad olunar və
Azərbay can alimləri araşdır ma ları davam et di rərək dünya elmi nə yeni-yeni
töhfə lə rini verərlər. 
Afaq Məmmədhüseyn
159
QƏDİM DÜNYA
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə