Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə49/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   45   46   47   48   49   50   51   52   53

Dil qaydaları
4. M tnd  göy r ngl  verilmiş sözl r  sual verin. H min sözl r cüm -
l  d  danışılan haqqında hansı m lumatları verir?
5. Suallar verm kl  x b rin ifad  vasit l rini mü yy nl şdirin.
1. Dağın başında bir maral durmuşdu.
2. Arif m nim  n yaxın dostumdur.
3. K ndimizin havası çox t mizdir.
4. O, h miş ki kimi, ir lid dir.
5. S nd n t l b etdiyim yalnız budur.
6. N rgizin atası neft müh ndisidir. 
7.  n böyük arzumuz torpaqlarımızı azad görm kdir.
6. Nöqt l rin yerin  verilmiş sözl ri x b r kimi işl tm kl  dostluq
haqqında atalar sözl rini b rpa edin. 
tanımaq, az, çox, üz  dem k, qalib g lm k, arxa olmaq,
sirr saxlamaq, axtarmaq, qorumaq
1. Dost dosta ... 
2. Dost dostu dar günd   ...
3. Dost dostun eyibini ...
4. Dost min is  ..., düşm n bir is  ...
5. Dostluq h miş  ...
6. Dostun yoxsa, ..., tapdın, ...
7. Dost dostdan ...
7. X b ri müxt lif suallara cavab ver n cüml l r qurub yazın.
X b r cüml d  haqqında danışılanın h r k ti, adı, müxt lif xü -
su siyy tl ri bar d  m lumat verir. X b rin sualları müxt lif olur:
n edir? kimdir? n dir? haradadır? nec dir? neç dir? hansıdır? v  s. 
Bu cüml  üzvü feil, isim, sif t, say, z rf,  v zlik, ismi v  feili
birl ş m  l r l  ifad  olunur. İfad  vasit l rind n asılı olaraq x b r
iki növ  ayrılır: 
feili x b r, ismi x b r. Feili x b r h r k t, ismi
x b r hökm bildirir. M s l n: 
hm d d
danışır. Yarışda qalib g l n
hm ddir. Bakı çox g
göz ldir.
X b r,  sas n, cüml nin sonunda işl nir. 
Yadda saxla!    
X B R – H R K T V  M LUMAT
169
QƏDİM DÜNYA
 Çap üçün deyil


AFİNA VƏ
ARAXNA
Yunanıstanın paytaxtı Afina yu -
nan ilahələrindən biri olan Afi na nın
şərəfinə 
adlandırılmışdır
. Әf sa nəyə
görə, bu şəhərə dəniz ilahı Posey-
don da öz adını 
vermək is tə yirdi
.
Belə olduqda ilahların ha kim liyi ilə
yarış 
təşkil olundu
. Afina və Po 
-
seydon şəhərə sahiblik etmək üçün
öz qüdrətlərini göstər məli idi lər. 
Әvvəlcə Poseydon gəldi və ak -
ropola – şəhərin ən yüksək yeri nə
öz üç dişli nizəsini sancdı. Həmin yerdən dəniz suyu fışqırdı. Sonra Afina
gəlib ni zəsini yerə vurdu və həmin yerdən o dəqiqə bir zeytun ağacı çıxdı.
Ha ki m lər məsləhətləşib Afinanı qalib elan etdilər. O vaxtdan bu şəhər Afina
ad lanır. 
* * *
Yunanıstanın qonşuluğunda yerləşən Lidiyada Araxna adlı bir qız
yaşayırdı. O, toxuculuqda ustalığı ilə 
ad çıxarmışdı
. Lidiyadan və Yu na -
nıstandan qızlar, hətta ilahələr gəlib onun əl işlərinə heyranlıqla tamaşa
edirdilər. Araxna duman kimi yüngül, hava kimi şəffaf saplardan gözəl
parçalar toxuyur və öyünürdü ki, toxuculuqda onun tayı-bərabəri yoxdur. 
Bir dəfə Araxna dedi:
– Qoy Afina özü mənimlə yarışa 
gəlsin
. Mən ona qalib 
gələrəm

Afina həm də sənət və peşə ilahəsi sayılırdı. O, Araxnanın çağırışını
eşitdi. Ağsaçlı, əli çəlikli qarı qiyafəsində onun qarşısına çıxdı:
– Araxna, gəl sən mənim məsləhətimə qulaq as, öz sənətində ancaq
insanlarla bəhsə gir, ilahəni yarışa çağırma. 
Araxna toxuduğu zərif parçanı əlindən yerə qoydu. Onun gözləri
qəzəblə parladı. Qız acıqla qarıya cavab verdi:
– Sən nə danışırsan, qarı?! Qocalıq ağlını əlindən alıb. Belə nəsihətləri,
get, öz gəlinlərinə və qızlarına ver. Mən isə nə etdiyimi bilirəm. 
– Qocalıq təkcə gücsüzlük demək deyil, Araxna. Qocalıq həm də böyük
təcrübə, müdriklik deməkdir. Təvazökar ol, itaət göstər, ilahəyə yalvar ki,
1. Oxuduğunuz hiss d n üç  sas m lumatı t qdim edin. 
170
VI BÖLMƏ 
 Çap üçün deyil


təkəbbürlü sözlərinə görə günahından keçsin. O, səhvini anlayıb üzr
istəyənləri bağışlayır.
– Yox, qarı, mən dediyimdən dönmərəm. Görürsən, Afina qorxusundan
gəlmir. Deməli, mənimlə yarışa girməkdən çəkinir.
Afina gördü ki, sözləri lovğa qıza təsir etmir. O öz görkəmini aldı və
qəzəblə dilləndi:
– Mən buradayam, Araxna. 
Araxnanın işlərinə tamaşa edən qızlar, qadınlar gözəl Afinanın qar şı -
sında təzim etdilər, onu alqışladılar. Təkcə Araxna halını pozmadı. Hər sə -
hər günəş üfüqdə görünəndə göyün üzü necə al rəngə bo ya nır sa, Afinanın
da üzü qəzəbdən o rəngə düşdü. 
İnsanla ilahə arasında yarış başlandı. Afina ağ parça üzərində möh -
təşəm Afina akropolunu və şəhərə hökmranlıq üstündə özünün Posey-
donla yarışını təsvir edən səhnələrdən ibarət parça toxudu. Parçanın
künclərində isə itaətkarlıqdan boyun qaçıran insanların ilahlar tərəfindən
cəzalandırılması təsvir olunmuşdu. Sənət və müdriklik ila həsi Afina bütün
bunları zeytun yarpaqlarından hörülmüş çələnglə çər çivəyə aldı.
Araxna isə öz parçasında ilahların adi insan ehtiraslarına uyduğunu
əks etdirən həyat səhnələri təsvir etdi. Parçanın kənarlarını sarmaşıq və
çiçək dəstələri ilə haşiyələdi. Arax na nın əl işi çox mükəmməl alınmışdı,
gözəlliyinə görə Afinanın işindən geri qalmırdı, amma onun toxuduğu
səhnələrdə ilahlara ehtiram yox idi, əksinə, istehza hiss olunurdu. Bu,
Afinanı dəhşətli dərəcədə qəzəb lən dirdi. O, Araxnanın parçasını əlindən
alıb cırdı və üzünə çırpdı. 
Araxna bu biabırçılığa tab gətirmədi, iplərdən kəndir toxuyub özünü
asdı. Afinanın qıza rəhmi gəldi, onu ölümdən qurtardı və dedi:
– Yaşa, itaət göstərmək istəməyən təkəbbürlü qız! Amma sən ömrün
boyu ipdən asılı qalacaqsan və ömrün boyu toxuyacaqsan. Bu cəzanı
sənin bütün nəslin də çəkəcək.
Afina sehrli bitkinin şirəsini Araxnanın üstünə çilədi. Həmin anda
Araxna kiçildi, saçları töküldü və o, hörümçəyə çevrildi. O vaxtdan hö -
rümçək – Araxna ipdən asılı qalıb və dinclik bilmədən toxuyur. 
Arif Əliyev   
Söz ehtiyatı
2. Lüğ td n istifad  ed r k “t vazökar”, “ita t”, “t k bbürlü” söz l  -
ri nin    m  na larını  araşdırın. 
Düşün və cavab ver
3. Sizc , n  üçün Afina Araxnanı d rhal c zalandırmadı,  vv lc  qarı
qiyaf sin  gir r k onu niyy tind n daşındırmaq ist di?
171
QƏDİM DÜNYA
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə