Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə26/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

AYPARA VƏ ULDUZ
Parisin Luvr muzeyində vaxtilə Şuşa
şəhərində tapılmış, Miladdan öncə XII
əsrə aid olan bir daş abidə saxlanılır. Bu
daşın baş hissəsində həkk olunmuş ay-
para və ul duz diqqəti daha çox cəlb edir. 
Aypara və ulduz simvolları dünyada ən
geniş yayılmış rəmzlərdən biridir. Müa sir
dövrdə aypara, ilk növbədə, İsla mın rəmzi
kimi tanınır. Lakin İslamdan çox -çox əvvəllər də aypara və ulduz müxtəlif
ilahi qüvvələrin rəmzi sayılırdı.
Tarixi faktlara əsaslanaraq demək olar ki, aypara-ulduz qədim türklərin
İslamdan əvvəlki simvolu olmuşdur. Buna sübut kimi arxeoloji qa zın tılar
zamanı Orta Asiyada tapılmış dəmir pulları göstərmək olar. Bu pul lar 
VI-VII əsrlərdə mövcud olmuş Göytürk imperatorluğuna məxsusdur. Üzə -
rində aypara-ulduz rəmzi təsvir olunmuş bu 104 ədəd pul türk tarixində ən
qədim pullardır. 
İslamın yeni yarandığı dövrlərə aid tarixi mənbələrdə aypara-ulduz
simvolu haqda heç bir məlumat yoxdur. 
Bu
işarənin İslamın rəmzinə çev -
ril məsi prosesi bir qədər gec – türk xalqları bu dini qəbul etdikdən sonra
baş lamışdır. X əsrdən başlayaraq türklər nəinki İslamı qəbul etmiş, hətta
müsəlman dünyasında siyasi liderliyi ələ almışdılar. 
XI əsrdən etibarən şiddətlənən xristian-müsəlman qarşıdurmasında
xristianlar xaç simvolundan geniş istifadə edirdilər. Onlar bütün savaşlara
xaç təsvir olunmuş bayraqlarla, qalxanlarla gedirdilər. 
Bu,
İslam ideyasını
əks etdirən bir rəmzin yaranmasını zəruri etdi. Belə bir rəmzi müsəlman
dünyasına türklər gətirdilər. Xaçlılara qarşı mərdliklə vuruşan müsəlman
türklər özlərinin qədim simvolundan – aypara-ulduzdan istifadə etməyə
başladılar. Həmin vaxtdan aypara və ulduz İslamın rəmzinə çevrildi. Son-
ralar isə bu işarə Osmanlı imperiyasının dövlət sim volu oldu. Osmanlılar
bu simvolun bəzədiyi bayraq altında bir çox əraziləri fəth etdilər. Bundan
sonra aypara və ulduz rəmzindən bütün müsəlman dün yasında geniş
istifadə edilməyə başlanmışdır.
Ayparanın türk-İslam rəmzinə çevrilməsi ilə bağlı başqa bir fərziyyə də
var. Әfsanəyə görə, 1299-cu ildə Kiçik Asiyada balaca bir dövlətin – Os -
man oğulları bəyliyinin hökmdarı Osman bəy yuxuda dünyanın bu ba -
şından o başına uzanan aypara görür. Bunu xeyir xəbər kimi yozan
hökm   dar aypara-ulduzu öz dövlətinin rəmzi kimi qəbul edir.
89
DƏYƏRLƏRİMİZ
 Çap üçün deyil


III BÖLMƏ 
90
Yuxu Osmanı aldatmamışdı, onun xələfləri nəhəng Osmanlı imperiyası
yaradıb müsəlman aləminin ən böyük hökmdarları kimi tarixə düşdülər.
Sülalənin simvolu olan aypara isə tədricən bütün İslam aləmi ilə assosia -
siya olunmağa başlandı. Bu simvol bir sıra İslam dövlətlərinin bayrağında
həkk olunub. Bir çox İslam məbədlərinin günbəzini də aypara bəzəyir. 
Müsəlmanların qəməri (ay) təqvimindən istifadə etməsi, Məhəmməd
peyğəmbərin Səd ibn Malikə üzərində hilal çəkilmiş bir bayraq verməsi
haqqında rəvayətin olması – bütün bunlar hilalın İslam simvolu halına gəl -
məsinə sə bəb ol muş dur. Təsadüfi deyil ki, bir çox ölkələrdə xeyriyyə işləri
görən Qırmızı Xaç Cəmiyyəti müsəlman ölkələrində “Qızıl Aypara Cə miy -
yəti” adı altında fəaliyyət göstərir.
Aydın Əlizadənin
“Aypara və ulduz simvolu” məqaləsi əsasında
Söz ehtiyatı
1. Lüğ td n istifad  ed r k “hilal” sözünün m  nasını araşdırın. 
Düşün və cavab ver
2. M tnd   n vacib saydığınız üç m lumatı söyl yin.
Dil qaydaları
3. M tnd  göy r ngl  verilmiş  v zlikl r  sual verin v  cüml d  rolu nu
mü yy n edin.
4. Hansı cüml l rd  
o, bu  v zlikl rind n sonra vergül qoyulmalıdır? 
1. O söhb ti yarımçıq k s r k otaqdan çıxdı. 
2. Bu kitab göytürkl r haqqındadır.
3. Bu balaca qız m nim bacımdır.
4. O beş bacının bir qardaşıdır.
5. O g l nd  hava artıq qaralmışdı.
6. Bu Albaniya dövl ti haqqında  ld  etdiyim son m lumatdır.
O, bu v zlikl ri cüml d  mübt da v zif sind  olark n onlar -
dan sonra isim, sif t, say, z rf g l rs , vergül qo yul malıdır. M  s  -
 l n:
O, r fd n bir kitab götürdü. O, s kkizinci sı rada  yl şmişdi.
Bu, çoxdan oxuduğum kitablardan biridir. 
Mübt da v zif sind  olan 
o, bu v zlikl rind n sonra  v zlik,
feil v  köm kçi nitq hiss l ri g l rs , vergül qoyulmur. 
Yadda saxla!    
O, BU 
V ZLİKL RİND N SONRA VERGÜLÜN İŞL NM Sİ
 Çap üçün deyil


BAYRAQ
Torpağım üstünə kölgələr salan 
Mənim varlığımın cilası bayraq. 
Zəfərdən doğulmuş, Göytürkdən qalan 
Qurdbaşlı bayrağın balası bayraq. 
Üçrəngli bayrağın kölgəsində mən 
Qaraca torpağı vətən görmüşəm. 
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm. 
Bayraq mənliyimdir, bayraq kimliyim, 
Bayraq – öz yurduma öz hakimliyim. 
Harda əcdadımın ayaq izi var
Bu zəfər bayrağım orda dikəlsin. 
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin. 
Tarixdən qədimdir, zamandan qoca 
Mənim bayrağıma sancılan hilal. 
Aləmə nur saçdı tarix boyunca 
Məbədlər başına tac olan hilal.
Daim ucalasan! Savaş günündə
Әsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə 
Səni alqış üçün əyilən görüm.
Bəxtiyar Vahabzadə
Söz ehtiyatı
1. Lüğ td n istifad  ed r k “cila” sözünün v  “dövri-q  dim”  ifa d  sinin
m  na larını  araşdırın. 
Düşün və cavab ver
2. Az rbaycan bayrağı v  ümumiyy tl , bayraq haqqında şeird n  ld
etdiyiniz m lumatları d ft rinizd  qeyd edin. 
91
DƏYƏRLƏRİMİZ
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə