Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə34/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

7. T l ffüz formasında olan feill ri seçib düzgün yazın.
1. Uşaq şirin-şirin  sniyir.
2. Qarışqa özünd n ağır yük daşıyır.
3. N n  n v l rin  nağıl söylüyür.
4. Şagirdl r otağı gül-çiç kl  b ziyirdil r.
5. D rsl r s h r 8-d  başdıyır.
8. Aşağıdakı nümun l ri t l ffüz qaydalarına uyğun oxuyun.
1. Altı bulaq, iç rl r,
Üstü z mi, biç rl r. (Tapmaca)
2. Cüc ni payızda sayarlar. (Atalar sözü)
3. Aşığı ustadına gör  tanıyırlar. (Atalar sözü)
4. Dağdan düz  baxırlar,
Düzd  bitib taxıllar.
Taxılımız tel-teldi,
Qoy çatlasın paxıllar. (Dilrüba C f rova)
İndiki v  g l c k zaman ş kilçil ri q bul etmiş feill rin sonun -
dakı
a,    saitl ri ı, i, u, ü kimi t l ffüz olunur: yaşayır [yaşıyır],
yox la yacaq [yoxluyacax], anlayar [annıyar].
Yadda saxla!  
III ş xsin c mind  işl ndikd  
-ır
4
indiki zaman ş kilçisinin v  
-ar
2
g l c k zaman ş kilçisinin samiti 
[l] kimi t l ffüz olunur:
qaçırlar [qaçıllar], baxarlar [baxallar].
Yadda saxla!     
II ş xsin c mind  feill rin yazılışı il  t l ffüzü f rql nir:
görürsünüz [görürsüz], qayıtdınız 
[qayıtdız], oxuya caq sınız
[oxuyacaxsız], g lm zsiniz [g lm zsiz].
Yadda saxla!     
116
IV BÖLMƏ
9. T l ffüz formasında olan feill ri düzgün yazın.
1. Görürsüz, n l r olur?
2. Bunu heç vaxt unutmuyacaxsız.
3. Siz bu sınağa hazır deyilsiz.
4. K ndd  darıxmağa vaxt tapmıyacaxsız. 
5. H rbi qulluğu harada keçir c x
’siz?
6. Neç  vaxtdır, h y ti t mizd mirsiz.
 Çap üçün deyil


QOCA AŞPAZ
1786-cı ilin qış axşam larının bi rin -
də Vyana şəhərinin kənarında bala -
ca bir evdə kor qoca – qrafinya
Tu   nun keçmiş aşpazı son saatlarını
yaşa yırdı. Әslində, bu heç ev də
deyil di, bağın lap qırağında hasara
bitişik köhnə gözətçi daxması idi. 
Aşpazla birgə burada onun on
sək kiz yaşlı qızı Mariya da yaşa yırdı.
Gö zətçi daxmasının bütün avadanlığı
çar pa yı dan, ayaqları qırıq skam ya -
lardan, yön 
dəm siz masadan, üstü
çatlarla örtülmüş saxsı qablardan və
köhnə klavesindən ibarət idi.
Can üstə olan aşpaz qızına dedi:
– Mən heç  vaxt  keşişləri və rahibləri sevməmişəm. Günahlarımı yu -
maq üçün etiraf etməyə keşiş çağıra bilmərəm, amma ölümqabağı vic da -
nımı təmizləməliyəm.
– Bəs mən nə edim? – deyə Mariya təşvişlə soruşdu.
– Küçəyə 
çıx
və ilk rast gəldiyin adamdan bizə gəlməyini 
xahiş elə

Mariya bağın paslanmış qapısını zorla açıb qaranlıq küçəyə çıxdı. Bir
hənirti eşitmək ümidi ilə xeyli gözlədi. Nəhayət, ona elə gəldi ki, hasarın
dibi ilə kimsə zümzümə edə-edə yaxınlaşır. Mariya səs gələn tərəfə bir
neçə addım atdı, yolla gələn adamla toqquşdu, diksinib qışqırdı. Adam da -
yandı və soruşdu:
– Burada kim var?
Mariya onun əlindən yapışıb titrək səslə atasının xahişini çatdırdı.
– Yaxşı, – deyə adam sakitcə dedi, – düzdür, mən keşiş deyiləm,
amma bunun əhəmiyyəti yoxdur. Gedək.
* * *
Onlar evə daxil oldular. Şam işığında Mariya gətirdiyi adamı göz dən
keçirdi. Bu, arıq, bəstəboy bir gənc idi. Sadə, amma zövqlə ge yin miş di.
O, uşaq kimi başını silkələyərək pudralı parikini düzəltdi, kətili çarpayıya
yaxınlaşdırıb oturdu, əyilərək qocanın üzünə baxdı və gümrah səslə:

Danışın
! – dedi. – Günahlarınızı 
etiraf edin
. Bəlkə, son dəqiqələrinizi
yüngülləşdirə, ürəyinizdəki yükü götürə bildim.
Qoca ağır nəfəs ala-ala sözə başladı:
117
İNCƏSƏNƏT
 Çap üçün deyil


– Çox illər əvvəl arvadım vərəm xəstəliyinə tutuldu. Həkim ona cür bə -
cür bahalı dərmanlar yazıb yaxşı yedirtməyi tapşırmışdı. Mən çarəsiz qalıb
qrafinya Tunun servizindən bir dənə kiçik qızıl boşqab oğurladım. Onu
xırda parçalara bölüb satdım. İndi mənə bunu xatırlamaq çox ağır gəlir.
– Bəs qrafinyanın xidmətçilərindən kimsə buna görə cəzalandırıldımı?
– And içirəm, cənab, heç kəs, – deyə qoca cavab verdi və ağladı. –
Bilsəydim ki, qızıl mənim Martama kömək etməyəcək, heç oğur la yar dım mı?!
Naməlum adam əlini qocanın kor gözlərinin üstünə qoyaraq dedi:
– Qulaq asın, sizin insanlar qarşısında təqsiriniz yoxdur. Sizin hə rə kə -
ti niz günah deyil. Әksinə, bəlkə də, məhəbbət naminə edilmiş qəh rə -
manlıqdır. İndi isə mənə son arzunuzu söyləyin.
Can verən qoca gülümsündü və bərkdən dedi:
– Mən Martanı bir dəfə də görmək istəyərdim, özü də gəncliyimdə rast
gəldiyim kimi. Günəşi və bu bağı baharda, gül açan vaxt görmək is tə yər -
dim. Amma bu, mümkün deyil, cənab. Axmaq sözlərimə görə məni ba ğış -
layın. Görünür, xəstəlik mənim ağlımı lap çaşdırıb. 
Naməlun adam:
– Yaxşı, – dedi və qalxdı. – Dinləyin. 
Dinləyin
və 
baxın
.
* * *
O, otağın küncündəki klavesinə yanaşıb çalmağa başladı. Uzun illər -
dən bəri klavesin ilk dəfə idi ki, tam səsi ilə dillənirdi. Qoca:
Mən görürəm, cənab! – dedi və çarpayısında dikəldi. – Mən Marta
ilə rastlaşdığım günü görürəm. 
Naməlum adam gözünü qara pəncərəyə dikərək çalırdı.
– İndi necə, – deyə o çalmaqda davam edərək soruşdu, – bir şey
görürsünüzmü? Siz məgər görmürsünüz ki, haradansa yuxarıdan ilıq işıq
süzülür, sizin qoca ağacların budaqlarında ağ çiçəklər açılır. Baxın, daş
hasarın üzərinə günəşin ilk şüası düşdü, onu isitdi və artıq ondan buxar
çıxır. Bu, görünür, yaş mamırdan çıxan buxardır.
– Mən bütün bunları görürəm! – deyə qoca qışqırdı. – Allah xatirinə
mənə 
yaxınlaşın
.
Naməlum adam qalxıb çarpayıya yaxınlaşdı. Qoca nəfəsi kəsilə-kəsilə:
– Mən hər şeyi çox illər bundan qabaqkı kimi aydın görürdüm, – dedi. –
Ancaq mən adınızı bilmədən ölmək istəməzdim... Adınız?!
– Mənim adım Volfqanq Amadey Motsartdır, – deyə naməlum adam
cavab verdi.
Konstantin Paustovski
1. Sizc , nam lum adam bu sualı n  üçün verdi?
118
IV BÖLMƏ
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə