Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə31/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

Muzeyin sifarişi isə hələ də yerinə yetirilməmişdi. Odur ki tezliklə bəstə -
ka rın ikinci, həcm etibarilə daha böyük portreti üzərində işə başladım. Bu
dəfə Üzeyir bəy kabinetdəki iş masasının arxasında, tünd-qırmızı xal ça -
nın fonunda əyləşdi və yavaşca dedi: “İndi də belə oturaq”. Bu cür oturuş
çox xo şuma gəldi və mən ləngimədən işə başladım. 
İkinci portretin maraqlı bir macərası olmuşdu. 
İşimizi yenicə qurtarmışdıq. Portret hələ ki bəstəkarın iş otağında idi.
Üzeyir bəy bir balaca 
xəstələnmişdi
. O, iki-üç gün işə çıxmadı. Arada mən
gəlib öz iş ləvazimatımı aparmalı oldum. Bu zaman portreti iş ma sasının
arxasındakı stulun üstünə qoyaraq divar xalçasına söykədim. Bir müddət
onu diqqətlə nəzərdən keçirib otağı tərk etdim. 
Ertəsi gün Üzeyir bəy evdən konservatoriyanın dəftərxanasına zəng
vurub nə isə soruşur. Bununla əlaqədar kabinetin açarını xidmətçi qadına
verirlər ki, gedib onun istədiyini gətirsin. Xidmətçi qadın qapını açıb içəri
girir və cəld geri dönüb dəftərxanaya qayıdır. 
Bildirir
ki, Üzeyir bəy özü işə
gəlib və hal-hazırda öz kabinetindədir. Təəccüblənirlər ki, elə şey ola
bilməz. Әv vəla, Üzeyir bəy xəstədir, ikincisi, telefon zəngindən heç beş
dəqiqə keç mə yib. Bu tezliklə işə gəlib çatmaq olmaz. Kimsə tez gedib
kabinetin qa pısının açar yerindən baxıb görür ki, doğrudan da, Üzeyir
Hacıbəyli öz ye rin dədir. 
Nəhayət, tədris hissə müdiri özü gedir və kabineti açıb içəri girəndə
əv vəl çaşır, sonra masa arxasındakının bəstəkarın özü nün yox, portretinin
olduğunu görüb gülməyə başlayır... 
Bu əhvalatı xeyli vaxt deyib gülərdilər. Böyük bəstəkar isə deyərdi ki,
bax ikinci portret özü müəllifsiz imtahandan çıxdı... 
Azərbaycanın xalq rəssamı
Mikayıl Abdullayevin xatirələri əsasında
Söz ehtiyatı
3. Lüğ td n istifad  ed r k “ekspozisiya”, “natura”, “molbert”, “d ft r -
xa na”  söz l  ri nin    m nalarını  araşdırın. 
Düşün və cavab ver
4. Üzeyir Hacıb yli haqqında bildikl rinizi söyl yin.
5. Sonuncu cüml ni nec  başa düşürsünüz?
107
İNCƏSƏNƏT
 Çap üçün deyil


IV BÖLMƏ
108
Yazı
6. R ssam Mikayıl Abdullayevin yaradıcılığı haqqında araşdırma apa -
rıb yazılı t qdimat hazırlayın. Oxuduğunuz m tnin qısa m z mu -
nunu (3-5 cüml  il ) t qdimatda  ks etdirin.
Tapşırığı yerin  yetirm k üçün “Söz mücrüsü”nd n istifad  edin:
yaradıcılıq, portret, r ssam, istedadlı, t svir, t hsil, 
tanınmış ş xsiyy tl r, s rgi, inc s n t tarixind  iz qoymaq
Dil qaydaları
7. M tnd  göy r ngl  verilmiş feill ri kök v  ş kilçiy  ayırın. Bu
feill rin hansı nitq hiss l rind n yarandığını söyl yin. 
8. Aşağıdakı feill rin hansı nitq hiss l rind n yarandığını mü yy n
edin.
hallanmaq, azalmaq, döyüşm k, daralmaq, sancılanmaq, birl şm k, 
soyuqlamaq, ağarmaq, qaçırmaq, uzaqlaşmaq, otarmaq
9. Nöqt l rin yerin  uyğun ş kilçil r artırın. 
-ar, -lan, -al, -laş, -la, -ıl
1. Axşamüstü qoy uzaqdan hava...sın Xanın s si. (S m d Vurğun)
2. Tüstü get-ged  çox...ırdı.
3. Buludlar uzaqdan ağ...ırdı. 
4. Uşaqlar tezlikl  dost...dılar.
5. Tarz n tarı sin sin  basıb çalmağa baş...dı. 
6. Qapı bird n aç...dı, iç ri nurani bir qoca daxil oldu. 
*
10. Dördünd n biri quruluşuna gör  f rqlidir.
A) soyunmaq  B) soyumaq  C) soyundurmaq  D) soyulmaq
A) düşünm k  B) deyilm k  C) düşürm k  D) düşündürm k
A) sınamaq  B) qanamaq  C) boyamaq  D) qınamaq
Dilimizd ki bütün sad  feill r milli m nş lidir. 
Düz ltm  feill r müxt lif nitq hiss l rin , o cüml d n feill r  leksik
ş kilçil r ar tır maq  la  düz lir: 
lovğa-lan(maq), bir-l ş(m k), az-al(maq),
yaş-ar (maq), m n-ims (m k), yor-ul(maq), vur-uş(maq), qaç-ır(maq)
ir li-l (m k).
Yadda saxla!      
DÜZ LTM  FEİLL R
 Çap üçün deyil


SƏNƏT FƏDAİSİ
1908-ci il, 25 yanvar.
Bu, milli operamızın yarandığı gün -
dür. Hə min gün Tağıyev teatrında Üzeyir
Ha cı bəylinin “Leyli və Məcnun” operası
ta     maşaya qoyuldu. Bu nəinki Azərbay -
canda, bütün Şərq aləmində ilk opera idi.  
Premyeranın müvəffəqiyyətlə keçmə -
sinə baxmayaraq, “Leyli və Məcnun”  ta -
maşasına bir neçə ay fasilə verildi. Buna
səbəb Leyli obrazını ifa edən ak t yo  run
səhnəyə çıxmaqdan imtina et məsi idi.
Bəli, bəli, aktrisanın yox, ak  t  yo run. Axı o
zaman müsəlman qadın larının səh nəyə
çıxmasına yol verilmirdi. Ona görə də teatrda qadın rollarını da kişilər 
ifa
edirdilər
. “Leyli və Məcnun”un ilk tamaşasında Leyli rolunda Әb dür rəh man
Fərəcov çıxış edirdi. Elə ilk tamaşadan sonra o, qadın rolun da çıxış et -
 diyinə görə nadan qohumların, dostların tənə və təhdidlərinə məruz qaldı.
Bundan sonra aktyor nəinki həmin tamaşada oynamaqdan boyun qaçırdı,
hətta bir daha teatr aləminə yaxın durmadı. 
Üzeyir bəy yeni Leyli axtarışına çıxdı və doğmaca xalası oğlu Әhməd
Bədəlbəyliyə müraciət etdi. “Leyli və Məcnun”un ilk tamaşasında o da iş -
ti rak etmişdi, xorda oxumuşdu. 24 yaşlı Әhməd o zaman tələbə idi, müəl -
lim olmaq istəyirdi, amma hər bir qarabağlı kimi, musiqini, 
çalıb-oxumağı
,
teatr sənətini də ürəkdən sevirdi.  Beləliklə, Әhməd Bədəlbəyli uzun illər
boyu səhnə mi zin yeganə və təkrarsız Leylisi olan Әhməd Ağdamskiyə
çevrildi. 
Әhməd Ağdamski gözəl müğənni və mahir  aktyor idi. Bununla yanaşı,
o, teatr tarixində cəmiyyətdəki cəhalətə qarşı üsyan edən sənət fədaisi
kimi qalmışdır. XX əsrin əvvəllərində aktyorlar cahil adamlar tə rə findən təqib
olunurdular. Hətta istedadlı aktyor və rejissor Hüseyn Әrəblinski teatrda
işlədiyinə görə 1919-cu ildə öz qohumu tərəfindən öldürülmüşdü. Qadın
rolu oynayan kişi aktyorların vəziyyəti daha acınacaqlı idi. Onları “mütrüb”
deyə ölümlə hədələyir, ictimai yerlərdə təhqir edirdilər. Odur ki teatr afi şa -
larında Әhməd Ağdamskinin adı tanınmasın deyə “Miri” yazılırdı.
Ağdamski Üzeyir Hacıbəylinin başqa əsərlərində də baş qadın rollarında
çıxış etmişdir: “Әsli və Kərəm”də Әsli, “O olmasın, bu olsun”da Gülnaz,
“Arşın mal alan”da Gülçöhrə, “Әr və arvad”da Minnət, “Rüstəm və Söh -
109
İNCƏSƏNƏT
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə