Azerb dili 6-01 Layout 1



Yüklə 40,85 Mb.
Pdf görüntüsü
səhifə19/53
tarix28.06.2018
ölçüsü40,85 Mb.
#52253
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

8. M tnd n r q ml  verilmiş sıra saylarını seçib sözl  yazın.
Sizc , hadis l r hansı  srd  baş vermişdir?
9. Nöqt l rin yerin  sıra saylarının r q ml  uyğun g l n ifad sini
yazmaqla cüml l ri d ft riniz  köçürün.
1) İclasın ... m s l si t drisin keyfiyy tinin artırılması idi.
2) M nim sizd n c mi 2 xahişim var: 
... nizam-intizama riay t etm k,
... d rsl r  ciddi hazırlaşmaq.
3) G lin baxaq gör k qlobal istil şm ni hansı faktlar sübut edir:
... Temperatur yüks lir.
... Qütbl rd ki buzlaqlar  riyir.
... İqliml r d yişir.
Yazı
*
10. “İlk coğrafi k şfl r müst ml k çiliyin başlanğıcıdır” mövzu -
sun da  m  ru z   hazırlayın.
Plan:
a) Giriş
b) İlk k şf olunan  razil r
c) Sifarişçi dövl tl r v  m şhur s yyahlar
d) Müst ml k  dövl tl rinin dün ni, bu günü
Sıra sayları h m  r b, h m Roma r q ml ri il , h m d  sözl  ifad
oluna bil r: 
2-ci, II, ikinci.
Sıra sayları  r b r q ml ri il  ifad  olunark n 
-ıncı
4
ş kilçisinin
qısaldılmış forması olan 
-cı
4
defisl  r q ml r  artırılır: 
7-ci, 83-cü.
Roma r q ml ri il  ifad  olunan sıra saylarından sonra heç bir
ş kilçi yazılmır: 
III Şah Abbas, II bölm , VI  sr.
-ıncı
4
ş kilçisi kökü saitl  bit n saylara qoşulduqda onun  ilk saiti
düşür: 
ikinci, altıncı.
Siyahıların t rtibi zamanı sıra saylarını  r b r q ml rinin ya -
nına nöqt  v  ya yarımmöt riz  qoymaqla da ifad  etm k olar: 
1. İlqar Abdullayev 
1) giriş
2. Jal  R himli
2)  sas hiss
3. Nail  Rüst mova  
3) n tic
Yadda saxla!         
SIRA SAYLARININ YAZILIŞI
66
II BÖLMƏ 
 Çap üçün deyil


QALİLEY
Qaliley – ağsaçlı alim ixtiyar!
Ömürlük zindana salındın ki, sən
Belini bükdükcə zalım ruzigar,
Bəlkə, əl çəkəsən dediklərindən.
Sonra çıxartdılar səni zindandan
Gördün ki, asiman alışıb yanır.
Ölüm ayağında, ey böyük insan,
Sən yenə dedin ki, Yer yuvarlanır.
Səməd Vurğun
Qədim yunan alimi Klavdi Ptolemey elə hesab edirdi ki, Yer Kainatın
mərkəzidir, Günəş, Ay, planetlər və ulduzlar onun ba şı na dolanır. Әsrlər boyu
insanlar Pto le meyin təlimini ye ga nə düz gün təlim hesab etmişlər. Bu təlim
ke şiş lərin və rahiblərin dün yanın ya ranması haqqında dini tə səv  vür lərinə
uyğun gəldiyi üçün kilsə başqa cür düşü nən lərə aman sız divan tuturdu.
Polyak alimi Kopernik sübut etdi ki, Günəş sisteminin bütün planetləri,
eləcə də Yer Günəşin ətrafında fırlanır. O öz kəşfi haqqında kitab yazdı,
amma kilsədən qorxduğu üçün kitabını çox gec, 70 yaşı olandan sonra
ortaya çıxardı. Kopernikin tərəfdarı olan italyan alimi Cordano Bruno da
bildirdi ki, Günəş Yerin ətrafında deyil, Yer Günəşin ətrafında fırlanır. Buna
görə cəsur və üsyankar alimi 1600-cü ildə Romada kitabları ilə birlikdə
tonqalda yandırdılar.
Böyük fizik Qalileo Qaliley astronomiya ilə məşğul olmağa baş la yanda
vəziyyət belə idi. Qaliley kiçik görünən məsələlərdən böyük nəticələr çı -
xarmağı bacaran qəribə adam idi. O, saat kəfkirinin necə yelləndiyini,
üfüqi və maili müstəvi üzərində kürəciyin necə diyirləndiyini müşahidə
edərək hər cür hərəkəti, o cümlədən səma cisimlərinin hərəkətini idarə
edən mühüm qanunlar kəşf etmişdi.
Bir dəfə Qaliley öyrəndi ki, Hollandiyada müşahidə borusu ixtira edilib.
Alim fikirləşdi: “Belə borunu gecə səmaya yönəltmək olmazmı?” Bu,
cəsarətli fikir idi. Axı ruhanilər təlqin edirdilər ki, adamlar  “Allahın işlərinə”
nəzər salmamalıdırlar.
1. Bu şeird n hansı m lumatları  ld  etdiniz? Sizc , Qaliley kim
olub? Onu n  üçün zindana salmışdılar? Şeirin sonuncu mis ra -
sı nı izah edin.
67
İXTİRALAR VƏ KƏŞFLƏR
 Çap üçün deyil


Beləliklə, Qaliley teleskop icad etdi. Ulduzlu gecələrdə onu səmaya
tuşlayaraq 
bir çox 
maraqlı şeylər öyrəndi. Alim gördü ki, Süd Yolu 
saysız-
he sabsız
ulduzlardan ibarətdir. Qaliley Ayda dağlar, kraterlər gördü. Ay
Yerin ətrafında dolandığı kimi, Yupiter planetinin ətrafında da dörd peyk
dövr edirdi. Deməli, Yer heç də kainatın mərkəzi deyilmiş, Ko pernik və
Bruno haqlı imişlər!
Gündüz isə o, şüşəni hisə verməklə Günəşə tamaşa edirdi. Burada
da hər şey qəribə idi. Günəşin üzərində ləkələr vardı. Zaman keçdikcə
on lar Günəş diski boyunca yerini dəyişirdi. Deməli, Yer kimi, Günəş də
öz oxu ətrafında fırlanır!
Qaliley “Ulduz müjdəçisi” adlı kitabında müasirlərini özünün qəribə
kəşflərindən xəbərdar etdi. Bundan duyuq düşən keşişlər alimi al lah -
sızlıqda təqsirləndirərək dəhşətli kilsə məhkəməsinə – inkvizi 
si yaya
çağırıb hədələdilər. Әslində, Qaliley dindar idi, amma hesab edirdi ki, Allah
insana hissiyyatı, nitq bacarığını və zəkanı verdiyinə görə bunlardan ən
faydalı şəkildə istifadə olunmalıdır. Qaliley bilirdi ki, həqiqət kilsə ki tab -
larında deyil. O deyirdi ki, əsl həqiqət həmişə gözlərimiz qarşısında olan
böyük bir kitabda yazılmışdır. Bu kitab kainatın, təbiətin özüdür.
Qaliley nə gördüsə, nə düşündüsə, hamısını yeni kitabında yaz dı.
Lakin kilsə həmin kitabı qadağan etdi. Alimi həbsxanaya saldılar, iş gən -
cə ilə hədələyərək Kopernikin təlimini inkar etməyi tələb et dilər. 
Qaliley çox fikirləşdi. Nə etsin? Dediklərindən dönməyərək həmvətəni
 Bru no kimi edam edilsin? Bəs bütün kopernikçilər məhv olsalar, yeni ide -
 yaları insanlara kim çatdıracaq? Həyatını xilas etmək üçün 69 yaşlı
Qaliley 
otuz üç 
il əvvəl Cor dano Brunoya ölüm hökmü oxunan yerdə dizi
üs tə çökərək ona verilən imtina mətnini təkrar etdi. Deyirlər, məhkəmə
qurtarandan sonra alim dodağının altında demişdi: “Onsuz da o (Yer)
fırlanır”. Gözləri yaxşı görməyən bu qoca – böyük fizik, astronom, mu -
 siqiçi, rəssam və yazıçı bundan sonra düz doqquz il – ölən günə qədər
ev dustağı oldu. 
Qalileyin ölümündən 350 il sonra kilsə səhv etdiyini boynuna aldı. 
Reyhan Yusifqızı
Söz ehtiyatı
3. Lüğ td n istifad  ed r k “t lqin”, “krater”, “ixtiyar”, “ruzigar”
söz l  rinin  m nalarını araşdırın.
2. 
H r hansı yumru  şyadan istifad  etm kl  sonuncu abzasda
ifad  olunmuş fikri  yani ş kild  nümayiş etdirin. 
68
II BÖLMƏ 
 Çap üçün deyil


Yüklə 40,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə