Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə32/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   28   29   30   31   32   33   34   35   ...   223

68 

 

Parisdə  olan  siyasi  mühacirlər,  xüsusilə  Əlimərdan  bəy  TopçubaĢov 



Azərbaycan  həqiqətlərini  dünya  ictimaiyyətinə  çatdırmaq  üçün  ardıcıl  və  ciddi 

çalıĢmıĢdı.  O,  1920-ci  ilin  noyabrında  Cenevrədə Millətlər  Cəmiyyətində,  1922-ci 

ildə  London,  Genuya,  1923-cü  ildə  Lozanna  konfranslarında  çıxıĢ  edərək, 

Azərbaycanın milli hüquqlarının pozulması və dövlət müstəqilliyinə olan təcavüzü 

aĢkarlamağa nail o lmuĢdu. 

Ə.TopçubaĢov,  X.  Xasməmmodov  və  Paris  Sülh  Konfransında  iĢtirak 

etmiĢ  digər  nümayəndələr  Gürcüstanın,  Ermənistanın,  ġimali  Qafqaz 

respublikalarının 

keçmiĢ 

hökumətlərinin 



nümayəndələri 

ilə 


Qafqaz 

respublikalarının  federasiyasını  yaratmaq,  Qafqaz  xalqlarının  müstəqilliyi  uğrunda 

"bolĢevik"  rejiminə  qarĢı  mübarizə  aparmaq  məqsədilə  öz  aralarında  danıĢıqlar 

aparmıĢ,  müqavilə  bağlamıĢdılar

150

.  1922-ci  ildə  Genuya  konfransı  ərəfəsində  Ə. 



TopçubaĢov,  Gürcüstan və  Ermənistan nümay əndələri  Parisdən  Londona getdilər 

və  qarĢıdakı  beynəlxalq  forumda  Qafqazın  mənafeyinin  qorunması  barədə 

ingilislərin nazirlər kabinəsinin üzvləri ilə danıĢıqlar apardılar

151


Ə.TopçubaĢov  Parisdə və  baĢqa  yerlərdə yerləĢən bütün  mühacirləri  bir 

Mərkəzdə  birləĢdirmək  ideyasını,  Qafqaz  Konfederasiyası  mövqeyini 

dəstəkləyirdi. 

M.Ə.Rəsulzadənin  Ġstanbula  gəliĢindən  sonra  onun  təĢəbbüsü  və 

rəhbərliyi ilə Müsavat partiyasının Xarici Bürosu təĢkil olundu. O, Türkiyədə olan 

siyasi  mühacirlərin  fəaliyyətini  məqsədyönlü  istiqamətləndirir,  eləcə  də 

Azərbaycandakı  təĢkilatlarla  əlaqə  yaradırdı.  1923-cü  ildən  " Yeni  Qafqaziya", 

"Azəri-Türk",  "Odlu  yurd",  "BildiriĢ",  "Ġstiqlal",  "Azərbaycan  Yurd  Bilg isi", 

"QurtuluĢ", "Azərbaycan" adlı və b. qəzet, dərgi və jurnallar nəĢr olunmuĢdu. 

1923-cü ildə Ġstanbulda M. Ə. Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti", 

1927-ci  ildə  Mirzə  Bala  Məmmədzadənin  "Azərbaycan  misaqi  millisi;  28  mayis 

istiqlal  Bəyannaməsinin  təhlili",  1938-ci  ildə  isə  Berlində  "Milli  Azərbaycan 

hərəkatı, "Milli Az. "Müsavat" Halq Firqəsi Tarixi" kitabları çapdan çıxmıĢdı. 

M.Ə.Rəsulzadə Ġstanbulda nəĢr olunmuĢ "Əsrimizin SəyavuĢu"  publisistik 

əsərində demokratiya və sosial islahatlar ideyasını əsaslandırırdı.  20-ci illərin sonu 

-  30-cu  illərin  əvvəllə rində  o,  Azərbaycan  xalqının  və  Qafqazın digər  xalqlarının 

müstəqillik  uğrunda  mübarizə  problemlərinə  həsr  olunmuĢ  yeni  publisistik 

məqalələr yazmıĢdı. 

M.Ə.Rəsulzadə  "Rusiya  köləliyi"ni,  onun  məkrli,  yaltaq  erməni 

havadarlarını ifĢa edərək qeyd edirdi: "Biz rus xalqına bir  xalq  kimi heç bir ədavət 

bəsləmirik,  əksinə  biz  ona  münasibətdə  ən yaxĢı  arzular diləyirik.  Lakin  bununla 

belə  biz  həqiqətən  də  zor  və  qəsbkarlıqla  bizi  öz  cəng  arabasına  bağlayıb, 

həyatımızı qurmağa və mədəniyyətimizi ö z istədiyimiz formada inkiĢaf etdirməyə 

mane olacaq rus imperializminin də düĢməniy ik". 



69 

 

M.Ə.Rəsulzadə  ―ağ  rus"  mühacirlərinə  xas  olan  hakimiyyətçi  ġovinizm 



ideologiyasına qarĢı da çıxıĢ edirdi. O, "Odlu yurd" qəzetində "Kerenskilərə cavab" 

məqaləsində  Sovet  Ġttifaqında  türk  respublikalarına,  ələlxüsus  Azərbaycana  zidd 

mövqe tutan "kerenski" qrupunu kəskin tənqid atəĢinə tutmuĢdu. 

Qafqaz  Konfederasiyası  ideyasını  müdafiə  edən  M.Ə.Rəsulzadə  demiĢdi: 

"Müstəqil  Qafqaz  təkcə  onun  xalqlarının  səadətinin  təminatı  deyil,  həm  də 

xalqlararası  sülhün  ciddi  amilidir.  ġübhə  yoxdur  ki,  Ümu mqafqaz  dövlətçiliyi 

sahəsində  bizim  həqiqətən  real  fəaliyyətimizdə  əldə  etdiyimiz  nailiyyətlər  bizim 

cənub qonĢularımızda bizə və bizim iĢimizə lazımi hörmət və inam yaradar". 

Xaricdəki  Azərbaycan  mühacir  nümayəndələrinin  publisist  və  təbliğat 

fəaliyyəti,  onların  liderlərinin  siyasi  çıxıĢları  "Sovetlər  ölkəsinin"  rəhbərliyini  çox 

narahat  edirdi.  M.Ə.Rəsulzadənin  1923-cü  ildə  çapdan  çıxan  "Azərbaycan 

Cümhuriyyəti" kitabı barədə Stalin 1923-cü il sentyabrın 16-da "R.Zadənin mürtəce 

kitabçası  barədə"  baĢlığı  altında  "Yol.  Musabəyova,  Mirzəyana,  Axundova, 

Kirova  və  OrixelaĢviliyə  mənim  məsləhətim"  qeydi  ilə  məktub  göndərmiĢdi. 

Q.Musabəyov dərhal  inqilab  mu zeyinin  rəhbərliyinə  (Rotqauzerə)  " Yol.  Stalinin  

tezislərinə  uyğun  broĢür  (kitabça)  tərtib  etmək  üçün"  lazımi  materialların  ona 

təqdim cdilməsi göstəriĢini vermiĢdi. 

Stalin M.Ə.Rəsulzadəni "reneqatçılıqda  (o, əvvəl  bolĢevik olub)", "Türkiyə 

xa lqının    mənafeyinə    xəyanətkarlıqda"  (o  və  onun  partiyası  Türkiyə  xalq ına 

köməyə  gedən  Qızıl  ordunun  Azərbaycana  gəlməsinə  müqavimət  göstərirdilər...) 

"Azərbaycan xalqının mənafeyinə... " və baĢqa sahələrdə cəmi a ltı te zisinə uyğun 

"Rəsulzadəyə  hücuma  keçməyə,  onu  "ittiham  etməyə"  çağırırdı.  Bundan  sonra 

SSRĠ  Xalq  Xarici  ĠĢlər  Komissarı  G.V.Çiçerinin  IV  Ümuma zərbaycan  Sovetlər 

qurultayındakı  (1925-ci  il  mart)  çıxıĢı  da  təsadüfi  deyildi.  O  göstərirdi  ki,  "Son 

zaman lar  müsavatçıların  Türkiyədəki  fəaliyyəti  xüsusilə  artmıĢdır.  Biz  dəfələrlə 

Türkiyə  hökumətinə  müraciət  edərək  Sovet  hökuməti  əleyhinə aparılan  intriqalara 

protest etmiĢ və buna son qoyulmasını tələb etmiĢik. Müsavatçıların tələbatı xüsusilə 

bu  son  günlərdə  tüğyan  edir.  Müsəlmanlara  Azərbaycanda  təzyiq  göstərildiyinə 

dair  köhnə  fəryadlar  təkrar  olunur,  müsəlman  əhalisi  tərəfindən  təkrar  Ģikayətlər 

gəlir, güzəĢtlər tələb o lunur"

152



Hətta  Çiçerin  A zərbaycanı  müsavatçılara  cavab  verməklə,  "nümunə 



olacaq bir Sovet Cümhuriyyəti" etməyə çağırmıĢdı.  

Partiya 


və  dövlət  rəhbərliyindən  M.D.Hüseynov,  Ə.H.Qarayev, 

D.Bünyadzadə,  M.Quliyev,  S.M.Əfəndiyev  və  tədqiqatçılardan  A.Rayevski, 

Y.A.Ratqauzer,  N.Pçelin,  S.Sef,  A.Steklov  və  b.  siyasi  mühacirlərin  fəaliyyətini 

"ifĢa" edən kitabçalar və mü xtəlif yazılarla çıxıĢ etməyə baĢladılar. Əlbəttə, baĢqa 

cür də ola bilməzdi. 



Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə