Azərba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə33/223
tarix17.09.2017
ölçüsü5,21 Mb.
#420
1   ...   29   30   31   32   33   34   35   36   ...   223

70 

 

"Azərbaycan  fövqəladə  komissiyası‖nın  sədri  M.C.Bağırov  "ÇK"-nın 



yaranmasının beĢilliyi  münasibətilə "Kommunist" qəzetinin 1925-ci il 3  iyul tarixli 

sayında  yazırdı:  "...  DüĢmənlərimizin  baĢında, Ģübhəsiz, "Müsavat"  partiyası durur. 

M.Ə.Rəsulzadə  Avropaya  qaçdıqdan  sonra  Azərbaycan  inqilabının  əleyhdarları 

onun ətrafına toplanaraq öz irt ica fəaliyyətlərinə baĢladılar.  Fürsət tap dıqca fəhlə-

kəndli  hökumətinə  zərbə  endirməyə  çalıĢırlar.  Xaricdə  M.Ə.Rəsulzadənin  baĢına 

toplanan  milliyyətçilərin  içəridəki  tərəfdarların ı  əzmək  lazımd ır".  Ġzaha  ehtiyac 

qalmır! 

Azərbaycan siyasi mühacirəti 1920-ci  ildən - 1930-cu illərə kimi, əsasən 

Türkiyədə,  Ġkinci  dünya  müharibəsi  və  ondan sonrakı  dövrdə  Qərbi  Avropanın və 

Asiyanın  baĢqa  ölkələrində  qərarlaĢıb  fəaliyyət  göstərmək  məcburiyyətində 

qalmıĢdı.  Ancaq  azərbaycanlı  soydaĢlarımız  bəzi  çətinliklərlə,  məhru miyyətlərlə 

üzləĢsələr də, ictimai-siyasi, elmi və mədəni sahələrdə iĢlərini davam etdirirdilər. 

Azərbaycan  mühacirlərinin  ilk  Assosiasiyası  Fransada  meydana  gəlmiĢdi. 

Onun  əsas  nüvəsi  Əlimərdan  bəy  TopçubaĢovun  rəhbərlik  etdiyi  Azərbaycan 

diplomatları:  Əkbər  ġeyxülislamov,  Ceyhun  bəy  Hacıbəyli,  Miryaqub  Mehdiyev, 

Məmməd  bəy  Məhərrəmov  və  b.  idi.  Onlar  1919-cu  ilin  mayından  1920-ci  ilin  

aprelinə  kimi  "Azərbaycan"  bülleteninin  on bir  nömrəsini,  üç  kitab,  Azərbaycanın 

ilk rəngli xəritəsini və onlarca məqalələr çap etdirmiĢdilər

153



Azərbaycan  dövlətçiliy i  və  müstəqilliyinin  keĢiyində  durmuĢ,  1967-ci 



ildə  Türkiyədə  vəfat  etmiĢ  Gəncəli  Nağı  Keykur  (ġey xzamanlı)  xatirələrində 

yazırdı:  "Mühacirət  həyatının  min  bir  məhru miyyət  və  iztirabı  içində  səfalət  və 

zərurətlərin  pəncəsində  inlərkən  öz  maddi  imkanlarımız  daxilində  nəĢr  etdiyimiz 

qəzetlər, dərgilər, kitabçalar və kitablar sayəsində mübarizəmizi dimdik ayaqda tutduq. 

Ġstiqlal  mübarizəsin in dastanlarını əbədiləĢdirmiĢ olan mühacirətdəki bu 

nəĢriyyat  Azərbaycanın  istilasından  iki  il  sonra  baĢlamıĢ  -  1932-ci  ilə  qədər 

Ġstanbulda  və  1932-1939-cu  illərdə  isə  Berlin  və  Parisdə  öz  fəaliyyətini  davam 

etdirmiĢdir.  Azərbaycan  Milli  Mübarizəsinin  böyük  lideri 

mərhum 

Məmmədəmin  Rəsulzadənin  qurduğu  bu  nəĢr  sistemi  günümü zə  qədər  davam 



etməkdədir. Bu mətbuat mübarizəsinin arasında "Yeni Qafqasiya", "Azəri-Türk", 

"Odlu yurdu", "BildiriĢ", "Ġstiqlal" və "Azərbaycan" kimi qə zet və dərgilə rindən 

baĢqa türkcə, farsca, almanca, polyakca, fransızca,  ingiliscə və rusca çap olunan 

çoxlu sayda kitabça və kitablar böyük bir kitab xana təĢkil edir". 

Azərbaycan  mühacirləri  Qafqazdan  və  Türküstandan,  Rusiyadan, 

xüsusilə  tatar-baĢqırd  mühacirlərlə,  Ukraynadan  olan  mühacirlərlə,  onların  

təĢkilatları, mətbuat orqanları ilə sıx əlaqədə olmuĢ dular. 

Türkiyədə  yaĢayan  Azərbaycan  mühacirləri  onun  daxilində  gedən 

ictima i-siyasi,  mədəni  proseslərdə  yaxından  iĢtirak  et miĢ  və  qardaĢ  Türkiyə  

xalq ının tərəqqisində əlamətdar rol oynamıĢlar. 




71 

 

Türkiyədə  mühacirətdə  olan  azərbaycanlı  ailələrinin  üzləĢdikləri 



məhru miyyətləri  təsəvvür  etmək  üçün  valideynlərini  itirib  yetim  qalan, 

pansionata verilən DilĢad adlı bir çocuğun "Türkiyə taleyi" səciyyəvi bir faktdır. 

DilĢad  yaxĢı  o xuyur,  daha  çox  təbiət  elmlərinə  maraq  göstərirmiĢ.  30-cu  illərin 

bir günündə ölkənin prezidenti M. K. Atatürk pansionata gəlir və Respublikan ın 

ilk  prezidentin i  təbrik  etmək  DilĢada  nəsib  olur.  Qızcığazın  cəsarətinə  heyran 

qalan  prezident  onun  azərbaycanlı  yetim  olduğunu  biləndə  ona  öz  adından 

təqaüd təyin  edir.  Sonralar  da  daim  onunla  maraqlan ır  və  onu  xaricə  o xu mağa 

göndərir.  Təhsilini  müvəffəqiyyətlə  baĢa  vuran  DilĢad  atom  fizikasından 

dissertasiya müdafiə edib, alim o lur və bir  müddət məxfı laboratoriyada tədqiqat 

aparır. 


Daha sonra müəllim  iĢləyən DilĢad qohumların ı axtarmağa baĢlayır. O, 

yarmarkada  SSRĠ  pavilyonunda  Ġstanbulda  təsadüfən  tanıĢ  olduğu  bakılı  bir 

soydaĢının  kö məyi  ilə  qohumları  ilə  əlaqə  yarada  bilir.  Onun  Bakıya  gəlmə k 

üçün  dəfələrlə  göstərdiyi  təĢəbbüslər  baĢ  tutmur.  Görünür  hakimiyyət  atomçu 

alimi buraxmay ıb. Sonralar  məlu m olur ki,  DilĢad həsrətində olduğu vətənini və 

qohumlarını görmədən yetmiĢinci illərin əvvəllərində dünyasını dəyiĢmiĢdir. 

Azərbaycan  mühacirlərindən  çoxlu  dəyərli  insanlar  Türkiyə  torpağında 

əbədiyyətə qovuĢmuĢlar. 

1931-c i  ildə  a zərbaycanlı  siyasi  mühacirlər,  "Sovct  Ġttifaqının"  təzy iqi 

nəticəsində,  Türkiyəni  tərk  et mə li  o ldular.  Onların  mühacirlik  həyatının  ağır 

dövrü  baĢladı.  Azərbaycan  siyasi  mühacirətində  bu  illərdə  daxildə  kəskin 

ziddiyyətlər,  "liderlik"  uğrunda  çəkiĢmələr,  ciddi  ixtilaflar  da  müĢahidə 

olunurdu. Hətta mühacirətin daxilində bir-birinə  mü xalif  mövqedə dayanan açıq 

qruplar peyda olmuĢdu. 

1936-c ı  ilin  avqustunda  VarĢavada  "Müsavat"  partiyasının  qurultay 

səlahiyyətli  konfransı  oldu.  M.  Ə.  Rəsulzadə  konfransı  açarkən  söylədiyi 

nitqində  müsavatın  keçdiyi  tarixi  yolu  xarakterizə  etdi,  Nizamnaməyə  bir  sıra 

düzəliĢlər və əlavələr edild i, yeddi nəfərdən ibarət partiya Divanı formalaĢdırıld ı, 

Azərbaycandakı  vəziyyətlə  bağlı  firqənin  taktikası  müəyyənləĢdirild i  və 

müsavatın Yeni Proqramının əsasları qəbul edildi. 



 

 

 

 

 

 

 

 


Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   223




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə