Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə29/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   25   26   27   28   29   30   31   32   ...   63

90
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
memorandumu imzalanmışdır. memorandumun əsas məqsədi 1991-
ci ildə, müstəqilliyin bərpasından sonra azərbaycan hökumətinin 
başladığı  demokratikləşməyə  yönəlik  islahatların  həyata 
keçirilməsinə  yardım  etməkdən  ibarətdir.  azərbaycan–atət/
dtİHB əməkdaşlığı çərçivəsində diqqət yetirilən sahələr aşağıda-
kılardır:  milli  qanunvericiliyi avropa  standartlarına  uyğunlaşdır-
maq məqsədini daşıyan qanun layihələrinin ekspertizası vasitəsilə 
qanunvericilik  sahəsində  texniki  yardımın  göstərilməsi;  hüquq-
mühafizə, sərhədlərə nəzarət və penitensiar sistem sahəsində isla-
hatların aparılması; insan hüquq və azadlıqları, gender məsələləri; 
media  ilə  vətəndaş  cəmiyyətinin  inkişafı  sahəsində  ictimaiyyət 
arasında maarifləndirmə işlərinin aparılması. əməkdaşlığın digər 
vacib  sahəsi  azərbaycanda  prezident,  parlament  və  bələdiyyə 
seçkilərinin monitorinqi olmuşdur. dtİHB azərbaycanda seçkilərlə 
bağlı  qanunvericiliyin  təkmilləşdirilməsinə,  o  cümlədən  2003-cü 
ildə həyata keçirilmiş seçki məcəlləsi layihəsinin hazırlanmasına 
yardım etmişdir. 
 Vətəndaş cəmiyyətinin inkişafına dair azərbaycanla atət ara-
sında müzakirələr atət-in media azadlığı nümayəndəsinin Ofisi 
ilə əməkdaşlıq olmadan mümkün deyil. azərbaycanın hakimiyyət 
orqanları və atət-in Bakı ofisi  media ilə bağlı bir çox məsələlər 
üzrə  intensiv  əlaqə  saxlayır.  atət  nümayəndəsinin  verdiyi 
tövsiyələr  azərbaycanda  demokratiyanın  daha  da  inkişaf  etməsi 
prosesinə öz töhfələrini verir.
 atət ilə azərbaycan arasında əməkdaşlıqda mühüm rol oyna-
yan atət-in  Bakı  ofisi  2000-ci  ildə  açılmışdır.  Ofisin  fəaliyyəti 
atət prinsiplərinin və öhdəliklərin həyata keçirilməsində yardım 
edilməsi, təmasların asanlaşdırılması və fəaliyyətin əlaqələndirilməsi, 
atət-in fəaliyyətdə olan sədri və digər atət təsisatları ilə infor-
masiya  mübadiləsinin  təşviqi  kimi  məsələləri  əhatə  edir. atət-
in  Bakı  ofisi  hökumətin  diqqətini  tələb  edən  bir  sıra  məsələlər 
üzərində  uğurla  çalışır.  O,  prioritetləri  müəyyənləşdirərək  dəstək 
və məsləhətləşmələr üçün effektiv mexanizmlər yaradır, demokra-
tik təsisatların sonrakı inkişaf prosesini və qHt-lərin fəaliyyətini 
həvəsləndirərək  bu  məqsədlərə  nail  olur.  Ofis  azərbaycanda 
hökumət orqanları və qeyri-hökumət təsisatları ilə də sıx əlaqələr 
qurmuşdur.
 Şübhəsiz,  azərbaycanın  avropa  Şurasına  (aŞ)  üzv  olması 


 YANVAR-MART, 2010  
  
91 
ölkəmizin avropaya inteqrasiya tarixində ən önəmli hadisə oldu. 
avropa  Şurası  1949-cu  ildə  yaradılmış  avropa  İnsan  Hüquqları 
Konvensiyası və digər beynəlxalq hüquqi sənədlər əsasında bütün 
avropada ümumi və demokratik prinsipləri inkişaf etdirməyə çalı-
şır.
 1992-ci ilin yanvarında azərbaycanın milli məclisi xüsusi qo-
naq  statusunu  almaq  məqsədilə  avropa  Şurasına  müraciət  etdi. 
1996-cı ildə Prezident Heydər əliyev avropa Şurasının Baş katibi 
daniel tarsçisə göndərdiyi məktubda azərbaycanın avropa Şurası-
nın tamhüquqlu üzvü olmaq və avropa İnsan Hüquqları Konvensi-
yasına qoşulmaq arzusunu bildirmişdir. 2000-ci ilin noyabr ayında, 
özünün  107-ci  iclasında avropa  Şurasının  nazirlər  Komitəsi  14 
(2000) saylı qətnamə qəbul edərək azərbaycanın Şuraya üzv olmaq 
haqqında etdiyi müraciəti müsbət qarşılamışdır. 2001-ci il yanvar-
ın 7-də azərbaycan respublikasının avropa Şurasına tamhüquqlu 
üzv qəbul edilməsi haqqında qərar qəbul edilmişdir.
 avropa  Şurasının  azərbaycana  etdiyi  yardımın  əsas  hissəsi 
üzvlükdən  sonra  öhdəliklər  və  ümumi  öhdəliklərin  yerinə 
yetirilməsi məqsədilə azərbaycanın avropa Şurasının üzv dövləti 
kimi  göstərdiyi  səylərə  dəstəyin  verilməsindən  ibarət  olmuşdur. 
əməkdaşlıq  əsasən  aşağıdakı  sahələrdə  aparılır:  insan  hüquqla-
rının  qorunması  və  təşviqi  ilə  bağlı  hüquqi  əməkdaşlıq;  qanu-
nun  aliliyi;  avropa  İnsan  Hüquqları  Konvensiyasının  tətbiqinin 
gücləndirilməsi,  məhkəmə  sisteminin  müstəqilliyi  və  işləməsi. 
Burada həmçinin korrupsiyaya və çirkli pulların yuyulmasına qar-
şı mübarizə, həbsxana sistemində islahatlar və demokratik proses 
də nəzərdə tutulur. əməkdaşlığın digər sahələri mədəniyyətlərarası 
dialoq,  təhsil  imkanları  vasitəsilə azərbaycanda  sosial  hüquqları 
təmin edərək vətəndaş cəmiyyətinin gücləndirilməsi, azərbaycanın 
mədəni və təbii irsinin qorunmasına yardım etməkdir.
 2008-2010-cu  illər  üzrə  əməkdaşlıq  proqramı  avropa  Şura-
sının  Parlament  assambleyası,  nazirlər  Komitəsinin  aqo  qrupu 
və  avropa  Şurasının  İnsan  Hüquqları  müvəkkilinin  verdiyi  son 
tövsiyələrdən ibarətdir. 2008-ci il oktyabrın 15-də keçirilmiş son 
prezident seçkilərinə hazırlıq və seçkinin keçirilməsi zamanı əldə 
olunmuş  irəliləyişin  möhkəmləndirilməsinə  xüsusi  diqqət  yetiril-
mişdir. 2007-2010-cu illər üzrə İnsan Hüquqlarının qorunmasına 
dair milli tədbirlər Planının həyata keçirilməsində yerli səviyyədə 


92
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
göstərilən səylərin dəstəklənməsi məqsədilə bir sıra layihələr tərtib 
edilmişdir.
 azərbaycan üçün avropa Şurasında üzvlüyün vacibliyi ondan 
ibarətdir ki, bu təşkilat özündə bütün avropa dövlətlərini birləşdirir. 
Bu o deməkdir ki, həmin hökumətlərarası təsisat avropanı coğrafi 
və siyasi mənada tam əhatə edir. Şuraya üzv olmaqla azərbaycan 
özünün avropaya yaxın olmaq istəyini nümayiş etdirdi.
 Şübhəsiz  ki,  avropada  hazırkı  vəziyyəti  formalaşdıran  əsas 
çoxtərəfli ali qurum avropa İttifaqıdır (aİ). müharibələrin qarşısı-
nın alınması mexanizmi kimi əlli il öncə yaradılan bu birlik avro-
panın unikal inteqrasiya təsisatıdır. aİ həm beynəlxalq təşkilatdır, 
həm də milli dövlət xüsusiyyətlərinə malikdir.
 etiraf  edilməlidir  ki,  sovet  İttifaqının  süqutundan  sonra  aİ 
Cənubi qafqaz dövlətlərinə böyük diqqət yetirmirdi. Bu fakt onun-
la izah olunur ki, həmin vaxt avropa İttifaqı əsas diqqətini Şərqi 
və  mərkəzi  Şərqi avropa  ölkələrinə  yönəltmişdi.  Cənubi  qafqaz 
ölkələri ilə münasibətlər 90-cı illərin ortalarında istiləşməyə başladı. 
son dövrlərdə Cənubi qafqaz yeni hadisələrlə yadda qaldı, bunun 
region və onun hüdudlarından kənarda böyük təsiri oldu: davamlı iq-
tisadi inkişaf, aİ sərhədlərinin Cənubi qafqaza doğru genişlənməsi, 
geosiyasi vacibliyi və əhəmiyyəti daha da artıran enerji və nəqliyyat 
sahəsində mühüm regional layihələrin həyata keçirilməsi və s. la-
kin  bu  məsələlərin  əksinə  olaraq,  azərbaycan  və  Gürcüstandakı 
mövcud münaqişələr bu ölkələrdə iqtisadi inkişaf tempini birmənalı 
şəkildə ləngidir. Bu vəziyyət  davamlı olaraq qala  bilməz.
 1996-cı il aprelin 22-də azərbaycan ilə aİ arasında tərəfdaşlıq və 
əməkdaşlıq sazişi (təs) imzalandı və 1999-cu ildə qüvvəyə mindi. 
Həmin vaxtdan etibarən təs siyasi dialoq, ticarət, sərmayə, iqtisa-
di, qanunverici və mədəni əməkdaşlıq sahələrində aİ–azərbaycan 
münasibətləri  üçün  hüquqi  çərçivəni  təmin  etməyə  başladı. təs 
əsasında  təsis  edilmiş  müxtəlif  birgə  qurumlar  (əməkdaşlıq  Şu-
rası,  əməkdaşlıq  Komitəsi,  ticarət,  İqtisadi  və  müvafiq  Hüquq 
məsələləri üzrə altkomitə və Parlament əməkdaşlıq Komitəsi) həm 
siyasi, həm də texniki səviyyədə dövri dialoqu təmin etdi. demok-
ratiya, beynəlxalq hüquq prinsipləri, insan hüquqları, eləcə də bazar 
iqtisadiyyatı prinsiplərinə hörmət təs-in mühüm elementləridir.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə