Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   2   3   4   5   6   7   8   9   ...   50

kənara  çıxmayan  xarakterlidir  və  yer  qatı  təhlükəli 
toplanmış tullantılardan ibarətdir. 
Təbii  qazın  emalı  üzrə  mühüm  obyekt  qaz-kimya 
kompleksidir. 
Qaz-kimya 
kompleksinin 
spesifik 
xüsusiyyəti  çıxarılan  qazın  tərkibindən  asılıdır,  25% 
hidrogen  sulfid  və  1,4%  dördoksidli  karbohidrogendən 
ibarətdir, o, nadir təbii kompleksə yaxın  yerləşir. Neft-qaz 
yataqlarının  işlənməsində  ətraf  mühitin  çirklənməsinin 
ləğvinə imkan verən təbiəti mühafizə tədbirləri tam həyata 
keçirilir.  Bunun  üçün  müasir  tələblərə  cavab  verən  xarici 
avadanlıqdan  istifadə  edilməsi,  prinsipcə  təbiəti  mühafizə 
qərarlarının  tətbiqi  nəzərdə  tutulur,  xüsusilə  hava 
təbəqəsinə  atılan  zərərli  maddələrdən  istifadə  edilməsində 
yeraltı  separator  həcmlərindən  istifadə  məqsədəuyğundur. 
Bu  baxımdan  təbiəti  mühafizə  tədbirləri  sahədə  tam  həll 
edilməmişdir və problemlərin həll olunması tələb olunur. 
Belə 
ki, 
texniki-iqtisadi 
potensialının 
müasir 
səviyyəsi  hidrogen-sulfidli  yataqların  işlənməsi  və  emalı 
zamanı  ətraf  mühitə  müəyyən  qədər  təsir  göstərir.  Buna 
görə  də,  təbiətdən  səmərəli  istifadə  gözlənilən  neqativ 
nəticələrin  aradan  qaldırılmasında  mühüm  əhəmiyyəti 
vardır. 
Perspektivdə 
istehsal 
gücünün 
artırılmasının 
gücləndirilməsi,  yeni  yataqlarda  mədən  obyektlərinin 
tikintisi,  böyük  diametrdə  güclü  boru  kəməri  (1420  m), 


məhsuldar iri kompressor stansiyası, böyük neft-qaz emalı 
zavodu  və  s.  məhsuldar  torpaq  sahəsinin  zəbt  edilməsi 
müşahidə  olunur.  Bunun  nəticəsində  mikrorelyef  dəyişə 
bilər.  Bitki  örtüyünün  məhv  edilməsi  arzuedilməz 
nəticələrə gətirib çıxarır. 
Bundan  başqa,  aparılan  tədqiqatlara  müvafiq  olaraq 
neft-qaz 
sənayesi 
obyektlərində 
torpaq 
sahəsinin 
pozulması  bəzi  regionlarda  sənaye  meydançaları  üçün 
ayrılmış sahələrdən çoxdur [9.23.36]. 
Neft-qaz  sənayesi  obyektlərinin  torpaq  ehtiyatlarına 
təsir edən əsas neqativ nəticələr aşağıdakılar sayılır: 
- torpaqlarda kənd təsərrüfatı bitkilərinin 
məhsuldarlığının azalması; 
- ətraf mühitin çirklənməsi sayəsində torpaqların şərti 
sıradan çıxması; 
-
 
canlı heyvan və bitki aləminin məhv edilməsi
-
 
əhalinin sağlamlığının pisləşməsi. 
İstehsal gücünün artırılması ekoloji nöqteyi-nəzərdən 
başqa  neqativ  meyllərə  malikdir.  Elmi-texniki  tərəqqi 
ayrıca  maşın  və  qurğulardan,  biotexniki  sistemlərə  böyük 
avtomatlaşdırılmış 
sistemə 
gətirir 
(kommunikasiya, 
kompressor,  çoxlu  texnoloji  qurğuların  cəmlənməsi  və  i.a. 
ağır qəzalar, sınma, təhlükəli cisimlərin atılması və s.). 
Xəzər  dənizinin  Azərbaycan  sektorunda  zəngin 
karbohidrogen  yataqlarının  mənimsənilməsi  üzrə  xarici 


şirkətləri  ilə  bağlanmış  «Əsrin  müqaviləsi»nin  həyata 
keçirilməsi 
dəniz 
neft-qaz 
tikililəri 
və 
onların 
konstruksiyalarının  təkmilləşdirilməsi  ilə    xeyli  bağlıdır. 
Ətraf  mühitin  mühafizəsi,  o  cümlədən    Xəzərin  ekoloji 
tarazlığının  qorunub  saxlanması,  mürəkkəb    dəniz  şəraitində 
fəaliyyət 
göstərən 
bu 
qurğuların 
möhkəmlik 
və 
uzunömürlülüyünün təmin edilməsindən çox asılıdır. 
Məlumdur  ki,  dənizdə  qurğuların  qazılması  zamanı  
suyun  dərinliyindən  asılı  olaraq  stasionar,  yarımdalma 
platformalar və  qazma gəmilərindən geniş istifadə olunur.  
Son  50  ildə  Xəzər  dənizinin  neft  və  qaz  yataqlarında 
500 km-dən  çox estakad tipli qurğular, 1500-ə yaxın dəniz 
stasionar    platformalar,  10-dan  çox  üzən  qazma  qurğuları 
tikilmiş,  2000  km-dən  sualtı    neft-qaz  boru  kəmərləri 
çəkilmişdir. 
1960-cı  ildən  başlayaraq  respublikamızda  və  xaricdə 
intensiv 
surətdə 
 
üzən 
qazma 
qurğularının 
layihələndirilməsinə,  hazırlanmasına  və    istismarına  başlan-
mışdır. Hal-hazırda bir sıra müxtəlif  konstruksiyalı stasionar, 
dakartlı  üzən  qazma  qurğuları  fəaliyyət    göstərir.  Lakin 
dənizin  dərinliyinin  120  metrdən  çox  olan  yerlərində    bu 
qurğulardan  istifadə,  iqtisadi  və  texniki  göstəricilərə  görə 
səmərə  vermədiyi  üçün,  yarımdalma  üzən  qazma 
qurğularından istifadə edilir.  
Stasionar 
qazma 
qurğularından    fərqli  olaraq, 


yarımdalma  üzən    qazma  qurğuları  qazma  prosesində  dəniz 
dibi  ilə  şərti  əlaqədə  olmur,    suda  yaradılmış  vəziyyətdə 
qaldığından su dalğalarının, küləyin, eyni  zamanda müxtəlif 
dinamiki yüklərin təsirinə məruz qalır. 
Yarımdalma    üzən  qazma  qurğusunun  dəniz  dibi  ilə 
əlaqəsi    suayrıcı  boru  kəməri  adlanan  avadanlıq  vasitəsilə 
həyata  keçirilir.    Suayrıcı  boru  kəməri  dənizdibi  
avadanlıqdan    platformaya  qədər  uzanır,  qazılan  quyunu  və 
qazma  alətini  ətraf  mühitdən  qoruyaraq,  qazma  prosesini 
qapalı  şəkildə    aparılmasını  təmin  edərək,  çox  mürəkkəb 
şəraitdə işləyir.  
Sözügedən  möhkəmliyin  təmin  olunması  nəinki  qazma 
qurğusunun  işinin  səmərəliliyini  artıracaq,  həm  də  baş  verə 
biləcək qəza hallarının azalması hesabına dənizin çirklənməsi 
ilə bağlı ekoloji riski azaldacaqdır. Məhz bu baxımdan qazma 
qurğuları, o cümlədən  onların tərkib hissəsi olan boru kəmər-
lərinin möhkəmliliyinin artırılması ekoloji qarant hesab edilə 
bilər. 
 Azərbaycanın  siyasi,  iqtisadi,  ekoloji,  texniki  və  s. 
maraqlarının  təmin  edilməsi  baxımından  ən  çox  əhəmiyyət 
kəsb edən «Bakı-Tbilisi-Ceyhan» magistral neft kəməridir. 
Magistral  neft  kəmərlərinin  tikintisi  və  istismarı  
prosesində  qarşıya    çıxan  ən  mühüm  problemlərdən  biri  də 
ətraf  mühitin  mühafizəsidir.  Neft  kəmərlərinin  tikintisi  və 
istismarı zamanı ətraf mühitin bütün komponentlərinə, demək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə