Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   2   3   4   5   6   7   8   9   ...   50

Bəzi  müəlliflərin  fikirlərinə  həmrəy  olaraq  bildirmək 
istəyirik  ki,  ƏMM  və  TESİ  sahəsində  uzun  müddətli 
proqnozlaşdırma  iqtisadi-ekoloji  xarakter  daşımaqla  o, 
təkcə  ətraf  mühitə  təsir  dairəsinin  səviyyəsini  deyil,  eyni 
zamanda ətraf mühitdə baş verən keyfiyyət dəyişikliklərini 
və 
bu 
dəyişikliklərin 
sosial-iqtisadi 
nəticələri 
öyrənilməlidir.  İqtisadi  artım  sürətinin  maksimum  imkanı 
ilə  ekoloji  cəhətdən  (ƏMM-ni)  icazə  verilən  çirklənmə 
proqnozlaşdırmanın son məqsədi olmalıdır. 
Ona  görə  də,  qaz  sənayesində  ƏMM  və  TESİ 
proqnozlaşdırma  sisteminə  elmi-texniki  və  sosial-iqtisadi 
cəhətdən baxılması məqsədəuyğun sayılmalıdır. 
Fikrimizcə,  sahəvi  proqnoz  məsələləri  üçün  yuxarıda 
göstərilən bölmələrin  strukturunu təqdim etmək olar. 
Proqnozun  elmi-texniki  bölməsində  aşağıdakılar 
nəzərdə tutulmalıdır: 
-
 
sahəvi  obyektlərin  yerləşdiyi  yerlərdə  ekoloji 
situasiyanın  təhlili  və  ƏMM-ə  təsir  edən  amillərin 
öyrənilməsi; 
-
 
proqnozlaşdırılan 
dövrdə 
ETT 
üzrə  təbiətin 
mühafizəsi 
fəaliyyətinə 
təsir 
istiqamətlərinin 
öyrənilməsi; 
-
 
çirklənmənin  həcmi  və  ətraf  mühitin  korlanması, 
çirkləndirici zəhərli komponent maddələrin tərkibi və 
strukturunun 
dəyişməsi, 
normativ 
bazaların 


dəyişməsinə dair proqnozların işlənib hazırlanması; 
-
 
təbiətin 
mühafizəsi 
tədbirlərinin 
alternativ 
variantlarının,  müvafiq  kapital  qoyuluşlarının  həcmi 
və istismar məsrəflərinin xarakteristikası; 
-
 
ətraf mühitdə baş verəcək keyfiyyət dəyişiklikləri və 
bunlara  uyğun  olan  təbiəti  mühafizə  tədbirlərinin 
proqnozu; 
-
 
perspektiv  məqsədlər  üçün  yaranmış  vəziyyət  və 
meyllərin,  ətraf  mühitin  keyfiyyət  göstəricilərinin 
müqayisəsi. 
-
 
Proqnozun  sosial-iqtisadi  bölməsində  isə  aşağıdakı 
məsələlərə baxılmalıdır: 
-
 
təbiəti  mühafizə  variantlarından  asılı  olaraq  dəyən 
iqtisadi zərərlərin proqnozu; 
-
 
hər  bir  variantın  yarada  biləcəyi  nəticələrin  sosial-
iqtisadi 
cəhətdən 
qiymətləndirilməsinin 
hesablanması; 
-
 
təbiəti 
mühafizə 
tədbirlərinin 
səmərəliliyinin 
müəyyənləşdirilməsi və optimal variantın seçilməsi; 
-
 
perspektiv məqsəd və normativləri təmin edən təbiəti 
mühafizə  tədbirləri  planının  tərtib  edilməsi  üçün 
verilən təklif və tövsiyələr (optimal variantları həyata 
keçirmək  üçün  kapital  qoyuluşuna  olan  tələb, 
proqnozlaşdırılan  dövr  ərzində  kapital  qoyuluşunun 
bölüşdürülməsi, istiqaməti, müddəti və s.). 


Qeyd  etmək  lazımdır  ki,  neft-qaz  sənayesində  ƏMM 
və  TESİ  sahələrində  ancaq  bir  variantda  proqnozlaşdırma 
aparılır.  Mahiyyət  etibarı  ilə  bu  proqnozlaşdırma  təbiəti 
mühafizə  fəaliyyətini  əks  etdirir.  Ancaq  planlaşdırılan 
məsələlərin  optimallaşdırılmasına  nail  olmaq  üçün  təbiəti 
mühafizə  tədbirlərinin  bir  neçə  mümkün  variantları 
haqqında  proqnoz  informasiyalara  nail  olmaq  lazımdır. 
Ona  görə  də,  ekoloji  proqnozlaşdırma  sistemi  heç  olmasa 
ən azı iki variantda (resurs və normativ) işlənməlidir. 
Resurs  variantı  sahələrdə  tədbiq  ediləcək  təbiəti 
mühafizə  tədbirlərinin  əvvəlcədən  müəyyənləşdirilmiş 
miqyasına  uyğun  gəlir  (planlaşdırılan  tədbirlərin  olmadığı 
vəziyyətdə isə təbiətdən istifadənin əvvəldən əmələ gəlmiş 
meyl və xarakterinin saxlanılması nəzərə alınmalıdır). 
Normativ variant üzrə proqnozlaşdırılan dövr ərzində 
təbiətdən  istifadə  mövcud  elmi-texniki  tərəqqi  və  onun 
nailiyyətləri  ətraf  mühitin  arzu  oluna  biləcək  vəziyyəti 
nəzərdə  tutulmalıdır.  Lazım  gəldikdə  resursların  para-
metrlərinin 
və 
normativ 
variantların 
daha 
inamlı 
kombinasiyasını  əks  etdirən  aralıq  variantlarına  da 
baxılmalıdır. 
Resurs  və  normativ  proqnoz  məlumatlarını  müqayisə 
etməklə  təbii  mühitin  normativ  və  gözlənilən  vəziyyəti 
arasındakı  disproporsiya  aşkar  edilir.  ƏMM  sahəsində 
qəbul  edilmiş  təbiəti  mühafizə  tədbirləri  təsiredici  neqativ 


halları 
kompensasiya 
etmədikdə 
ilkin 
istehsal 
məqsədlərinə düzəlişlər verilir [20.35.53]. 
 
1.2. İqtisadi-ekoloji proqnozların işlənib hazırlanmasının 
metodik məsələləri 
 
İqtisadi  idarəçilik sisteminə  keçidin bir sıra obyektiv 
xüsusiyyətləri mövcuddur. Bu hər şeydən əvvəl cəmiyyətin 
iqtisadi 
əsasından  və  onun  doğurduğu  münasibət 
formalarının idarəçiliyindən irəli gəlir. 
Planlı bölgü sisteminin ləğvi və bazar iqtisadiyyatına 
keçid  tədricən  dövlətin  mərkəzləşdirilmiş  planlı  idarəetmə 
sistemi  ilə  üzvü  əlaqəsini  qırmış  və  bu  əlaqələrin  bazar 
münasibətləri əsasında formalaşmasına imkan yaratmışdır. 
Müasir 
dövrün 
problemləri 
sırasında 
ekoloji 
gərginliyin  aradan  qaldırılması,  təbiəti  mühafizə  və  təbii 
ehtiyatlardan  səmərəli  istifadə  edilməsi  mühüm  yerlərdən 
birini tutur. Təbii şərait, iqtisadi və sənaye potensialı, təbii 
ehtiyatlar,  yanacaq-enerji  kompleksinin  inkişafı  və  s. 
nöqteyi-nəzərdən  Azərbaycan  Respublikası  dünya  ölkələri 
arasında xüsusi yer tutur. 
Canlı  həyatın  mövcudluğu  təbii  sərvətlərdən  asılıdır. 
Bütün  qüvvələrin  vəhdəti  isə  insanlar  üçün  zəruri  sayılan 
həyat  amillərinin  əsasıdır.  Ona  görə  də,  insanların 
tələbatını  ödəyən,  onların  maddi  rifahının  yüksəlməsinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə