Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/50
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#36939
1   ...   4   5   6   7   8   9   10   11   ...   50

zamanı  iqtisadi  səmərəliliyin  müvəqqəti  nümunəvi  üsulla 
təyini  xalq  təsərrüfatının  təsərrüfat  obyektlərinin  və 
fəaliyyətinin 
qiymətləndirilməsi 
nöqteyi-nəzərdən  
səhvdir.  Lakin  kompleks  qiymətləndirdikdə  səmərəlilik 
nəzərə çarpacaq dərəcədə aşağı düşür. 
Konkret  istehsalat  obyektinin  təbiəti  mühafizə 
fəaliyyəti,  əsasən  iki  istiqamətdə  həyata  keçirilir: 
texnoloji  proses  dəyişilmədiyi  halda,  təmizləyici 
qurğuların 
tikintisi; 
aztullantılı 
və 
tullantısız 
texnologiyanın  tətbiqi.  İkinci  yol  proqressivdir,  belə 
ki, sərf olunan xammal  həddindən artıq  məhsul almağa 
imkan  verir.  Bununla  belə  qarşısı  alınan  itkiyə  görə 
səmərəlilik 
təmizləyici 
qurğuların 
tikintisinə 
əsaslanan,  istehsalın  artmasına  gətirib  çıxaran  və 
regionun  əlavə  xərcləri  olan  təsərrüfat  təcrübəsinə 
əsasən  verilir.  Beləliklə,  təbiəti  mühafizə  tədbirlərinin 
iqtisadi  səmərəliliyinin  qiymətinin  təyini  müvəqqəti 
tipik  metodu  proqressiv  aztullantılı  texnologiyanın 
tətbiqinə  yönəldilməlidir  və  əsaslı  şəkildə  yenidən 
işlənilməlidir. 
Əvvəllər 
proqnozlaşdırma 
məsələləri 
ekstropolyasiyanın 
passiv 
metodlarının 
tətbiqi 
ilə 
məhdudlaşırdı.  Ətraf  mühitin  qorunmasını  proqnozlaşdır-
manın  normativ-məqsəd  metodların  tətbiqi  olmadan 
təsəvvür etmək çətindir. Qoyulmuş məqsəddən asılı olaraq 


proqnozlaşdırmanın aktiv metodları istifadə olunur. 
Son  illər  proqnozlaşdırmanın  dinamik  modellərinin 
aktuallığı  artır.  İqtisadi-ekoloji  metodlardan  istifadə 
etməklə üç ümumi proqnozlaşdırma problemi həll edilir: 
1.
 
Ətraf  mühitə  antropogen  təsirin  həcminin 
proqnozlaşdırılması; 
2.
 
Regiondakı 
iqtisadi-ekoloji 
strukturun 
dinamikasını  təmin  edən  istehsal  proseslərinin 
texnoloji parametrlərinin proqnozlaşdırılması; 
3.
 
Perspektivdə  təbiəti  mühafizə  tədbirləri  üçün 
lazım  olan  çətin  tapılan  iqtisadi  resursların 
paylanmasının proqnozlaşdırılması. 
Bu  problemlərin  həlli  iqtisadi-ekoloji  sistemin 
proqnozlaşdırılması  və  modelləşdirilməsinə  münasib 
yanaşmadır.  Ətraf  mühitin  qorunması  tədbirlərini 
nəzərə  alan  istehsalatlararası  balans  modellər  xarici 
ölkələrdə  milli  və  dünya  təsərrüfatının  artımının 
proqnozlaşdırılması  üçün  istifadə  olunur.  Dünya 
iqtisadiyyatının istehsalatlararası balansı regionlararası 
modelinə əsaslanan və Leontyevin rəhbərliyi ilə BMT - 
ekspertlər 
qrupunun 
hazırladığı 
layihə 
geniş 
tanınmışdır.  «Gələcək  üçün  təbii  ehtiyatlar»  (ABŞ) 
şirkətində  mürəkkəb  Leontyev  modelinə  əsasən 
araşdırma  aparılmışdır.  Hansı  ki,  iqtisadi  və  demoq-
rafik,  ətraf  mühitin  çirklənməsini  idarə  edən  amillərin 


qarşılıqlı  təsirini  qiymətləndirməyə  cəhd  olunmuşdur. 
Təcrübə  göstərmişdir  ki,  əgər  təbiəti  mühafizə 
tədbirləri vaxtında və səmərəli həyata keçirilərsə, onda 
istehsalın  artım  tempinin  nisbətən  azalması  ilə  bərabər 
ətraf  mühitin  çirklənmə  səviyyəsinin  daha  çox 
azaldılması tamamilə realdır. 
Təbiəti  mühafizə  tədbirləri  spesifikasında  özünü 
göstərən  makroiqtisadi  göstəricilərin  formalaşdırılması 
birbaşa  xalq  təsərrüfatı  prosesinə  ətraf  mühitin 
çirklənməsinin proqnozlaşdırılması ilə əlaqədardır. 
Bu  nöqteyi-nəzərdən  işlənmiş  iqtisadi-ekoloji  model 
istehsalatlararası  balansın  statik  modeli  hesab  oluna  bilər. 
Ətraf mühitin iqtisadiyyatı ən münasib sisteminin dinamik 
məsələsi  təklif  olunmuşdur.  Müəllif  tərəfindən  Leontyev 
tipli  modelin  (maksimum  «təmiz  istifadə  olunmanın» 
inteqral 
kriteriyası 
ilə) 
iqtisadi-ekoloji 
hesabatı 
verilmişdir.  Tətbiq  olunmuş  «təmiz  istifadə  olunma» 
göstəricisi 
istifadə 
olunma 
üçün  nəzərdə  tutulan 
(çirklənmiş  mühitə  təsir  edən  və  onu  yox  edən)  təbii 
ehtiyatlara bərabərdir. 
Təbiətin  istifadəsinin  iqtisadi  məsələlərindən  biri 
zərərli  maddələrin  havaya  atılması  üzərində  nəzarətdir. 
Ona  görə  bu  məsələnin  həlli  üçün  qurulmuş  model  daha 
aktualdır. 
Məsələnin  qoyuluşunda  nəzərdə  tutulur  ki,  konkret 


rayonda  sənaye  obyektləri  artıq  mövcuddur  və  havaya 
müəyyən miqdarda zərərli aerozol atılır [25,36,40]. 
Yanacaq  -  enerji    kompleksi  üçün  havaya  atılan, 
buraxıla  bilən  aerozolun  qiymətinin  təyin  olunması 
zamanı,  nəzərə  alınmalıdır  ki,  onların  miqdarı  səhiyyə 
normasından  çox  olmasın,  eyni  zamanda  bu  rəqəmi  çox 
aşağı  salmaq  olmaz.  Ona  görə  ki,  bu  YEK-in  sahələrinin 
fəaliyyətinin  iqtisadi  göstəricilərinin  aşağı  düşməsinə 
gətirib  çıxaracaq.  Beləliklə,  söhbət  maksimum  iqtisadi 
səmərəni təmin edən məhdudiyyət şərtlərindən gedir. 
Tutaq  ki,  verilmiş  regional  n  -  sənaye  sahəsi 
tərəfindən havaya atılan aerozol A
1

 
 
 
Q
i
 (i = 1,2,...,n) – ekoloji zonalar                    (1.2.1) 
 
G
k
  (k  =  1,  2,...,n)  -  hər  biri  üçün  konsentrat  norması 
(BBK)  -  buraxıla  bilən  konsentrat,  aerozol  üçün  zaman 
intervalı (0, T). 
Aşağıdakı funksiyaya baxaq: 
                 
 
 
     



n
1
i
i
i
1
Q
Q
I




            
     
        (1.2.2.)                        
 
       
Burada      Q
i
  -  verilən  Q
i
  -  planlaşdırılan  gücü,  ξ
1
  - 
texnologiyaya qoyulan kapitalı təyin edən əmsal. 
Onda İ funksiyası bütün müəssisənin A
1
; verilən Q
i
 - 
(1.2.2 ) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə