Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə21/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   17   18   19   20   21   22   23   24   ...   151

68 

 

metallurgiya  zavodlarında  yaranan  şlaklar  da  dağ-mədən 



müəssisələrinin  tullantılarına  aid  edilirlər.  Dağ-mədən 

müəssisələrində  tətbiq  edilən  texnologiyaya  uyğun  olaraq 

yaranan  müxtəlif  növ  tullantılar  bir  çox  hallarda  istifadə 

edilmir və ümumi tullantıxanalarda toplanır. 

Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, 

bu tullantıların əksəriyyəti mineral xammal kimi başqa sənaye 

sahələrində  istifadəyə  yararlıdır.  Bu  tullantılardan  istifadə 

etməklə  həm  onların  ətraf  mühitə  zərərli  təsirini  aradan 

qaldırmaq, torpaq sahələrini tullantılardan təmizləmək, həm də 

qum,  çınqıl,  beton  istehsalında  xammal  kimi  istifadə  edərək 

müəssisə üçün əlavə  gəlir əldə etmək olar. 

Baxılan bu məsələnin aktuallığı respublikanın dağ-mədən 

müəssisələrində  yaranmış  tullantılardan    istifadə  vəziyyətinin 

lazımi səviyyədə olmaması ilə bağlıdır. 

Məqalədə  Daşkəsən  dəmir  filizi  yatağının  işlənməsində 

yaranan  tullantılardan  istifadə  vəziyyəti  tərəfimizdən  tədqiq 

edilmişdir. 

İstehsal  həcminə  görə  Azərbaycanda  dağ-mədən 

müəssisələri  arasında  mühüm  yer  tutmuş  Azərbaycan 

Filizsaflaşdırma  Kombinatı  Daşkəsən  maqnetit  filizi  yatağının 

istismarı zamanı tullantıxanaya üç növ tullantı toplanmışdır: 

1)  Açılış süxurları və filizi əhatə edən boş süxurlar

2)  Filizin  zənginləşdirilməsi  zamanı  yaranan  domna 

tullantıları; 

3) 

Zənginləşdirmə 



zamanı  yaranan  aqlomerasiya 

tullantıları. 

Bu mədəndə açılış süxurlarının həcmi ildə 1.5 milyon m

3

 



təşkil  edirdi.  Çıxarılan  bu  süxurlar  istifadə  edilməyib,  ümumi 

tullantıxanaya  yığılmışdır.  Aparılan  tədqiqatlar  nəticəsində 

müəyyən  edilmişdir  ki,  yatağın  şimal  sahəsindəki  açılış 

süxurları  yüksək  keyfiyyətli  çınqıl  və  qum  istehsalı  üçün 

yararlıdır.  Yatağın  bu  sahəsindəki  süxurların  yararlılığı 

öyrənilib  və  Ərazi  Ehtiyyatlar  Komissiyasında  (ƏEK)  tikinti 




69 

 

daşı kimi təsdiq edilmişdir.  



Müxtəlif    illərdə  mədəndə  toplanan  açılış  süxurlarının 

miqdarı 1-ci cədvəldə verilmişdir.  

 

Cədvəl 1. 



Daşkəsən dəmir filizi mədənində toplanan açılış 

süxurlarının həcmi, min m

3

 

İllər üzrə açılış süxurlarının həcmi 



Mədən üzrə, 

min m


3

 

1954-cü ildən 01.01.1976-cı ilə 



qədər 

36503,5 


1976 

2874,5 


1977 

2925,5 


1978 

2635,5 


01.01.1979-cu ilə cəmi 

44939,0 


01.01.1991-ci ilə cəmi 

77439,0 


 

QAZAX BENTONİT GİL YATAĞININ 

XAMMALINDAN KOMPLEKS İSTİFADƏNİN 

MÜMKÜNLÜYÜNÜN TƏDQİQİ 

Magistr:                                                Elmi rəhbər 

Qasımov Lətif Şiralı oğlu                     dos. Əliyeva M. H            

II kurs,                                      

 

Keçən  əsrin  əvvəllərində  Azərbaycan  neft  sənayesi 



inkişaf  etdikcə  və  bentonit  gillərinin  istifadə  sahəsi 

genişləndikcə  bentonit  gilinə  maraq  artmağa  başladı.  1961, 

1963-1965  ci  illər  ərzində  Qazax  rayonu  Əlibayramı  və 

Daşsalahlı  yataqlarında  axtarış-kəşfiyyat  işləri  həyata 

keçirilmiş,  1965-ci  ildə  isə  Qazax  rayonu  ərazisində  nəhəng 

Daşsalahlı  bentonit  gili  yatağı  aşkar  edilmişdir.  1965-1971  ci 

illər  ərzində  aparılan  dəqiq  kəşffiyat  işləri  nəticəsində  bu 



70 

 

yatağın  ehtiyatının  180  mln.ton  olduğu  müəyyən  edilmişdir. 



1971-ci ildən isə bu yatağın istismarına başlanılmışdır. Keçmiş 

SSRİ-də  ümumi  bentonit  gillərinin  ehtiyatının  37-40%-ni  bu 

yatağın payına düşür. 

Daşsalahlı  yatağını  örtən  süxurların  sıxılmaya  qarşı 

möhkəmliyi  8,6-15,4  mPa  arasındadır.  Gillərin  suda  şişmələri 

yatağın müxtəlif sahələrindən çıxarılan gilər üçün müxtəlifdir, 

yaşılı-şüşə,  sarı  və  ya  krem  rənginə  malik  olurlar,  plastikliyi 

yüksəkdir. 

Yatağın  açılması  və  işlənməsi  nəqliyatlı  sistemlə  həyata 

keçirilir.  Yataqda  açılış  süxurlarının  çıxarılması  zamanı 

qazıma-partlayış  işlərindən  istifadə  olunur,  bentonit  gillərinin 

çıxarılmasında isə ekskavatorlarla həyata keçirilir.  

Bentonit  gilləri,  həmdə  onların  emal  məhsulları  çoxlu 

özəl  xüsusiyətlərə  malikdir  və  müxtəlif  sənaye  sahələrində, 

xalq 

təsərrüfatında 



istifadə 

olunur. 


Bunlar 

neft-qaz 

sənayesində,  metallurgiya(dənəvərləşdirici  kimi)  və  tökmə 

sənayesində  (forma  qarışığının  hazırlanmasında  yapışqanlıq 

xüsusiyyətinə  görə),  tikinti  sənayesi  sahəsində  (keramzit 

hazırlanmasında),  neft  emalı  sahəsində  (neft  məhsullarının 

təmizlənməsində),neft-kimya  sənayesində(sorbsiya  xüsusiyyəti 

və  katalitik  aktivlik)  ,  kimya  sənayesində(polimer  istehsalı, 

tullantı  suların  təmizlənməsində,  sintetik  kauçuk  istehsalında 

və  s.)  ərzaq  və  yeyinti  sənayesində(müxtəlif  mayelərin 

təmizlənməsində, 

yağların 

durulaşdırılmasında),  məişət 

kimyası 


(yuyucu, 

təmizləyici, 

ağardıcı 

tozların 

hazırlanmasında),  kənd  təsərrüfatında  (bitkilərin  xəstəliklərə 

qarşı  davamlı  olmasında),  şaxta  tikintisi  və  hidroenergetikada 

(su keçirməzlik xüsusiyyətinə görə) istifadə olunmasıdır. 

Çoxsaylı  qeyri-filiz  faydalı  qazıntıları  arasında  bentonit 

gillərinin  geniş  sahədə  istifadə  oluna  bilməsi  bu  faydalı 

qazıntıya marağı artırır. Hazırda, Daşsalahlı bentonit yatağının 

ehtiyatı kifayət qədərdir və yüksək keyfiyyətə malikdir. 

 



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə