Azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə31/151
tarix07.04.2018
ölçüsü3,74 Mb.
#36496
1   ...   27   28   29   30   31   32   33   34   ...   151

100 

 

üsullar  vardır.  Hər  hansı  üsulun  seçilməsi  lay  şəraitindən 



asılıdır.  Məsələn  ,  az  keçiricilikli,  lakin  möhkəm  süxurların 

təşkil  edilmiş  laylarda  hidravlik  yarılma,  az  keçiricilikli 

karbonatlı  laylarda  turşu  ilə  işlənmə  üsullarından  istifadə 

olunur. 


 Xlorid  turşusu  drenaj  zonasında  çoxlu  ensiz  kanallar  da 

açır  ki,  bu  da  quyunun  drenaj  sahəsini  böyüdür  və  hasilatın 

çoxalmasına  səbəb  olur.  Odur  ki,  bu  da  quyunun  drenaj 

sahəsini böyüdür və hasilatın çoxalmasına səbəb olur. Odur ki, 

xlorid turşusu ilə quyudibi zonasının işlənməsində əsas məqsəd  

xlotid  turşusunun  quyudan  minimum  qədər  uzaq  məsafələrə 

təsir etməsidir.  

Tətbiq  olunan  üsulun  müvəffəqiyyətlə  aparılması  və 

nəticələrin  səmərəli  olması  üçün  texnoloji  prosesə  təsir  edən 

amillərin  parametrlərinin  seçilməsi  və  onların  idarə  olunması 

vacib məsələlərdəndir.    

 

 

MAİLİ İSTİQAMƏTLƏNMİŞ QUYU LÜLƏSİNDƏ BAŞ 

VERMİŞ MÜRƏKKƏBLƏŞMƏLƏRİN ARADAN 

QALDIRILMASI 

 

Magistr:    

 

 

         Rəhbər: 



Nəsirli Əkbər Fazil o.                            dos.Axundov C.S.                                

I kurs, qr A2227 



 

  Neft  və  qaz  quyularını  qazan  zaman  gil  süxurları  ilə 

qazıma məhlulunun qarşılıqlı təsirindən məhlulun tərkibindəki 

sərbəst  su  fazası  quyu  divarındakı  gil  laylarına  adsorbsiya, 

osmotik  və  kapillayrlar  vasitəsi  ilə  daxil  olur.  Vaxt  artdıqca 

qazıma  məhlulunun  su  fazası  gilli  layların  daha  dərinliklərinə 

hərəkət  edir.  Bu  səbəbdən  quyu  lüləsindəki  gil  hissəcikləri  öz 

həcmini artıraraq şişməyə başlayır.  

Quyu  lüləsinin  tamlığını  pozan  mürəkkəbləşmə  hadisəsi 



101 

 

maili istiqamətlənmiş quyu lüləsində baş verdikdə onun aradan 



qaldırılması  xeyli  çətinləşir.  Mürəkkəbləşmə  quyu  lüləsinin 

əyrilik  və  azimut  bucaqlarının  intensiv  dəyişdirilmiş 

intervalında  baş  verdikdə  onun  ləğv  edilməsi  bir  çox  hallarda 

yeni mürəkkəbləşmələrin yaranmasına səbəb olur Bu səbəbdən  

ikinci  lülə  ilə  quyunun  qazılması  baş  verir.  Daha  doğrusu, 

quyuda  iki  lülə  əmələ  gəlir.  Maili  istiqamətləndirilmiş 

quyuların lüləsində mürəkkəbləşmə baş verdikdə əvvəlcə quyu 

lüləsinin  şaquli  və  əyrilik  parametrlərinin  dəyişdirildiyi 

intervalların  faktiki  dərinlikləri  müəyyən  olunmalıdır  və  hər 

intervalın  təkrar  işlənilməsi  üçün  ayrılıqda  QKAH  quruluşu 

seçilməlidir. 

Mürəkkəbləşmiş  quyu  lüləsini  təkrar  işləyən  zaman 

QKAH  elə  seçmək  lazımdır  ki,  qazıma  baltasında  yaranaraq 

ona  istiqamət  verən  yanaverici  qüvvə  baltanı  daimi  quyu 

lüləsinin mərkəzi ilə aparmağa yönəltsin. 

Təcrübə  göstərir  ki,  mürəkkəbləşmiş  quyu  lüləsində 

intervalın  əyrilik  bucağının  artımı  böyük  intensivliyə 

malikdirsə, balta ilə mərkəzləşdirici arasındakı məsafəni 1÷1,2 

m-ə  qədər  azaltmaq  və  quyu  lüləsi  intervalında  əyrilik 

bucağının 

azalma 

intensivliyi 



çoxdursa, 

balta 


ilə 

mərkəzləşdirici  arasındakı  məsafəni  8-10  m-ə  qədər  artırmaq 

lazımdır. 

Qazıma  məhlulu  tərkibində  olan  sərbəst  su  quyu 

lüləsindəki  gil  süxurlarının  dərinliklərinə  daha  çox  daxil 

olduqda,  quyuda  təkrar  işləmə  aparılan  zaman  balta  ilə 

işlənilərək  aşağı  keçilmiş  süxurlar  qazıma  kəmərinin 

fırlanmasından  yaranan  mexaniki  təsir  nəticəsində  uçaraq 

həlqəvi fəzanı bağlayır.  

Maili quyu lüləsində təkrar işləmə aparan zaman baltadan 

yuxarıdakı  intervallarda  quyu  lüləsinin  uçaraq  həlqəvi  fəzada 

kipkəc yaratmasının qarşısını almaq üçün quyuda təkrar işləmə 

zamanı  təzyiqin  qalxması  nəzarət  altında  olmalıdır.  Quyuda 

təzyiq  qalxmağa  başladıqda  atqı  xəttindəki  siyirtmə  açılaraq 




102 

 

nasosların işləməsini dayandırmaqla təzyiqin artmasının qarşısı 



alınmalıdır.  Təcrübə  göstərir  ki,  quyuda  mürəkkəbləşmə  baş 

verdikdə  maili  quyu  lüləsinin  təkrar  işlənilməsi  nizəvari  balta 

ilə  aparılmalıdır.  Nizəvari  baltaların  kəsici  hissəsi  iti  bucaq 

altında  mərkəzi  ilə  birləşərək  nizəvari  formaya  malik 

olduğundan onun mərkəzi quyu lüləsinin mərkəzi istiqamətinə 

yönəlir 


Mürəkkəbləşmiş  quyu  lüləsi  maili  istiqamətlənmiş 

olduqda təkrar işləmə zamanı lülənin kəsilərək yana çıxmasının 

qarşısını  almaq  üçün  təkrar  işləmə  zamanı  mexaniki  sürət 

(V

m.t



)  təkrar  işlənilmə  aparılan  intervalın  qazılmasındakı 

mexaniki  sürətdən  (V

m.q

)  böyük  olmalıdır.  Muradxanlı, 



Neftçala,  Puta  və  Lökbatan  sahələrində  görülən  işlərin 

təcrübəsi  göstərir  ki,  V

m.t 

≥  (2÷2,5)V



m.q 

olduqda  və  quyu 

lüləsinə  uyğnyanaverici  qüvvənin  qiyməti  lülənin  əyrilik 

parametlərinə 

uyğun  seçildikdə  təkrar  işləmə  vaxtı 

mürəkkəbləşmiş quyu lüləsindən kənara çıxma baş vermir.  

 

HİDRATA QARŞI İSTİFADƏ OLUNAN METHANOL 

İNGİBİTORUNUN REGENERASİYASI 

Tələbə:                                            Elmi rəhbər 

Orucov Şəmsi Suliddin                   ass. S.H.Novruzova 

III kurs, 289.5S 

 

Qazkondensat  yataqları  şəraitində  təbii  qazlara  inhibitor 



kimi  vurulan  metanolun  regenerasiyası  üçün  qurğu 

rektifikasiya  kolonu,  riboyler,  soyuducu  kondensator  (T-2), 

istilik  dəyişdiricisi  (T-1),  su  ilə  doymuş  və  regenerasiya 

olunmuş metanol üçün tutumlardan ibarətdir. 

Metanolun  doymuş  sulu  məhlulu  nasos  vasitəsilə  istilik 

dəyişdiricisi T-1-ə verilir, burada o, əks istiqamətdə daxil olan 

isti  su  ilə  qızdırılır  və  buxarlandırıcı  kolona  göndərilir. 



Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə