Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə264/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   260   261   262   263   264   265   266   267   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

574 



Səbr ü səbatə səy et, ey bül-i səba Səbati, 

Gəldikdə peyk-i vüslət eylər fərar-i həsrət.  

 

Hüseyn Kami 

irəvanlıdır. Mahmud Kamal İnal kitab çapı ilə məşğul olan 

Nəsrulla Əfəndiyə istinadən onun irəvanlı Hacı Abbasın oğlu olduğunu qeyd edir 

(İnal 2000: c. 2, s. 1110). Anası isə Qafqazlı çərkəzdir. 1878-ci ildə anadan olmuş-

dur.  Aksaraydakı  Mədrəseyi-Ədəbiyyədə  təhsil  almışdır.  Bir  müddət  Karaçidə 

işləmişdir.  

Həzl  və  həcvlərdən  ibarət  mənzumələrini  və  bəzi  şeirlərini  “Divançeyi-

Dəhri” adıyla iki dəfə nəşr etdirmişdir. Bu səbəblə həbs olunmuşdur. Ancaq divan-

çanın  nəşrinə  kömək  etmiş  Əhməd  Ramiz  Əfəndi  əsərin  Kami  Əfəndiyə  deyil, 

özünə  aid  olduğunu  söyləyərək  onu  həbsdən  qurtarmış,  fəqət  özü  Kastamonuya 

sürgün edilmişdi.  

Hüseyn Kami İttihadçılarla əlaqəsi olduğuna görə Karamana gödərlimişdir. 

1912-

ci ildə vəfat etmişdir.  



Kamal  İnal  şairin  şeirlərinin  demək  olar  ki,  hamısının  həcv  və  həzllərdən 

iba


rət olduğunu yazır və bu şeirləri oxuduğunu bildirir. Təzkirəçi Kaminin təbinin 

güclü  və  qələminin  qüdrətli  olduğunu  mənzumələrinin  hər  bir  beytində  duyul-

duğunu qeyd edir. “Sabah-i Hürriyyət” adlı pyesi teatrlarda səhnəyə qoyulmuş və 

xalqın rəğbətini qazanmışdır. 



Ömər  Kəşfi  bəy  şəkilidir.  Əli  Əfəndinin  oğludur.  1835-ci  ildə  anadan  ol-

muşdur.  Krım  müharibəsində  Seyid  Həmzə  Nigarinin  dəstəsində  döyüşmüşdür. 

Ana

dolu  ordularında  xidmət  edərkən  təltif  olunmuşdur.  Müharibədən  sonra 



Ərzurumda işləmişdir. 1867-ci ildə 32 yaşında vəfat etmişdir.  

Kəşfinin  oğlu  Hafiz  Mehmed  Əfəndinin  də  (1863-1921)  mənzumələri 

olduğunu Kamal İnaldan öyrənirik (İnal 2000: c. 2, s. 1214).  

 

Təpdi sevda yenə dil mənzil-i canana gedər, 



Baş açıq, yalın ayaq dərke-yi sultana gedər. 

Cuşiş-i şövq ü niyaz ilə o meydana gedər

Qaliba şah-i şəhid eşqinə qurbana gedər. 

 

Apardığımız araşdırmalar nəticəsində Mahmud Kamal İnalın əsərində səkkiz 



azərbaycanlı  mühacir  şairin  həyat  və  yaradıcılığı  haqqında  məlumatın  olduğu 

müəyyən edilmişdir. Bu təzkirədə Türkiyəyə müxtəlif səbəblərlə mühacirət etmiş 

Azərbaycan ədəbiyyatının nümayəndələrinin həyat və yaradıcılığını, eləcə də Azər-

baycan mühaci

rət ədəbiyyatının qeyd olunun bölümünü araşdırmaq üçün mühüm 

qaynaqlardandır. Mahmud Kamal İnalın təzkirəsində bəhs olunan şairlərdən bir ne-

çəsinin yaradıcılığının Türkiyədə öyrənildiyini, bir qisminin divanlarının və digər 

əsərlərinin günümüzə çatdığı, hətta bəzilərinin XIX əsrin sonu - XX əsrin əvvəl-

lərində kitablarının nəşr olunduğu və ya qəzetlərdə, jurnallarda şeirlərinin çap edil-

diyi məlum olmuşdur. Qarşıda duran əsas vəzifə bu şairlərin əsərlərinin əldə edilə-

rək Azərbaycanda tanıdılması və nəşridir. Əgər bunu həyata keçirə biləriksə, unu-

dul


muş  şairlərimizi  və  onların  əsərlərinin  yenidən  Azərbaycan  ədəbiyyatına  və 

oxucusuna qaytar

a bilərik. 

 

 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

575 



ƏDƏBİYYAT: 

1.

 



AKÜN,  Ömer  Faruk  (2000),  İbnülemin  Mahmud  Kemal.  Diyanet  Vakfı  İslam 

Ansiklopedisi, c. 21, s. 249-262.  

2.

 

ALTUNBAŞ, K (2004), Divan-i Seyyid Nigari. c.I-II. Samsun, 639+622 s. 



3.

 

BAYRAM, Pervane (2008), 



Qarabağlı Seyid Mir Həmzə Nigarinin həyatı, yaradıcılığı 

və türkcə divanının strukturu. Filol. elml.namiz...dissertasiyanın avtoreferatı. Bakı, 14 

s.  

4.

 



BİLGİN (2003), Divan-i Seyyid Nigari. İstanbul, 369 s. 

5.

 



İNAL, Mahmut Kemal (1999), Son asır Türk şairleri, I. c. (haz. M.Cunbur), Ankara, 

Atatürk Kültür Merkezi. 

6.

 

İNAL,  Mahmut  Kemal  (2000),  Son  asır  Türk  şairleri,  II. c. (haz. M.K.Özgül), 



Ankara, Atatürk Kültür Merkezi. 

7.

 



İNAL, Mahmut Kemal (2000), Son asır Türk şairleri, III. c. (haz. H.Özcan), Ankara, 

Atatürk Kültür Merkezi. 

8.

 

İNAL, Mahmut Kemal (1999), Son asır Türk şairleri, IV. c. (haz. İ.Baştuğ), Ankara, 



Atatürk Kültür Merkezi. 

9.

 



TƏRBİYƏT, Məhəmmədəli (1987), Danişməndani–Azərbaycan: Azərbaycanın gör-

kəmli  elm,  sənət  adamları  (fars  dilindən  tərcümə  ed.:  İsmayıl  Şəms,  Qafar  Kəndli). 

Bakı: Azərnəşr, 464 s. 

10.


 

MUSALI,  Vüsalə  (2009),  Osmanlı  təzkirələrində  Azərbaycan  şairləri,  Bakı, 

Nurlan. 

11.


 

VASSAF,  Hüseyin  (2009),  Bir  eski  zaman  efendisi  İbnülemin  Mahmud  Kemal, 

İstanbul, Dergah. 

 

 



 

AZERBAIJANI POETS IN THE TADHKIRA OF MAHMUD KAMAL INAL 

  

Summary 

 

Ottoman tadhkiras (memoirs of poets) have rich information about Azerbaijani poets 

who migrated to Turkey in XV-XIX centuries. Mahmud Kamal Inal is the last Turkish 

tadhkira writer. In his “Kamal al-shuara” he gives valuable facts on the lives and poetry of 

8  Azerbaijani poets (Ahmad Behayi Efendi of Tebriz, Aq-qoyunlu Abdi Efendi, Feyzi 

Efendi of Serab, Sebati Efendi of Qabala, Seyid Nigari of Qarabagh, Remzi Baba of 

Tebriz). These poets lived and worked in Turkey in the second half of the XIX and the 

beginning of the XX centuries. Literary activities of the first four of them were not 

researched in our country and they have not yet entered the literary history of Azerbaijan. 

Studying the information of “Kamal al-shuara” about these poets holds importance for 

investigation of Azerbaijani migration literary of the XIX century.  

Key words: 

Mahmud Kamal Inal, tadhkira, Azerbaijani poets

 

 



Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə