Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə260/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   256   257   258   259   260   261   262   263   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

564 



göstərirdi. Zəngəzur qəzasında 38, bütün İrəvan quberniyasında 382 şiə və 9 sünnü 

məscidi fəaliyyət göstərirdi. Hal-hazırda İrəvan şəhərində bir Göy məscid qalıb. 

1911-

ci ildə Şuşa qəzasında 50 məscid var idi. 1918- 1920 ci illər ərzində 



kəndlər  yandırılır  əhali  kütləvi  surətdə  qırğına  məruz  qalır  və  tarixi  abidələr 

dağıdılıb, məhv olunmuşdur. 

XX əsrin əvvəllərində erməni milllətçiləri Azərbaycanın əzəli tarixi torpağ-

larında  Rusiyanın  və  müttəfiqlərin  səyi  nəticəsində  Ermənistan  Respublikası 

yaratdılar. 

Azərbaycan  xalqının  mədəni  irsinə  qarşı  təcavüzün  ikinci  mərhələsi  XX 

əsrin sonunda daha qlobal şəkil aldı. Bu gün də azərbaycanlılara məxsus maddi-

mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılır və mənimsənilir.  

Cəfərəbadda  yerləşən  Qaraqoyunlu  dövlətinə  aid  olan  türbə  və  onu  əhatə 

edən orta əsr qəbristanlığından yalnız türbə binası qalıb. Yazını AMEA-nın müxbir 

üzvü  M.Nemət  oxuyub.  Abidənin  üzərində  gümbəzdən  aşağı  22m  uzunluğunda 

ərəb dilində yazı var. Orada qeyd olunur ki, abidə H. 816-ci ildə (=1413) Sultan Pir 

Budaq  xanın  və  Yusif  noyonun  hökmranlığı  zamanı  Əmir  Hüseyn  Əmir  Səd 

oğlunun əmri ilə inşa olunub. 

Ermənilər  bir  neçə  il  bundan  əvvəl  Türkmənistan  alimlərini  dəvət  edərək, 

türbənin  ətrafında  qazıntı  işləri  aparıb,  belə  nəticəyə  gəliblər  ki,  türbə  erməni 

ustaları tərəfindən tikilib, Qaraqoyunlu dövlətini İran dövləti, Qaraqoyunlu əmirlə-

rini – 


türkmənlərə ( müasir türkmənlər nəzərdə tutulub) aid edirlər. Erməni məntiqi 

ilə  çox  maraqlı  bir  şey  alınır  ərazisində  erməni  mədəniyyət  abidəsi  olan  Türk-

mənlər tərəfindən idarə olunan İran dövləti.  

Belə  elmi  nəticə  yalnız  və  yalnız  erməni  təfəkkürünün  məhsulu  ola  bilər. 

Lakin  öz  memarlıq-konstruktiv  quruluşuna  görə  türbə  Naxçıvandakı  Möminə 

Xatun və Yusif b. Kəbir türbələri ilə eynilik təşkil edir və Əcəmi b. Əbu – Bəkr 

Naxçıvan memarlıq məktəbinin davamı hesab olunur. 

Zəngəzurda dəniz səviyyəsindən 2410 m hündürlüyündə Elxani Əbu – Səid 

dövründə inşa olunmuş bir karvansara var. Bu barədə karvansaranın üzərində ərəb-

fars dilində həkk olunmuş yazıda bəhs olunur. Ermənilər karvansaranın içərisində 

qapıdan girən yerdə sağ tərəfdə erməni dilində yazı yerləşdiriblər. Erməni yazısının 

mətni qapının üzərindəki ərəb dilli yazı ilə eynilik təşkil etmir. 

Ermənilər  iddia  edirlər  ki,  ərəbdilli  yazını  “tatarlar”  (yəni  azərbaycanlılar) 

sonradan  qapının  üzərinə  yerləşdirib  Karvansaraya  Səlim  adını  veriblər.  Lakin 

qeyd etmək lazımdır ki, ərəb dilli yazı Karvansara tikilən zaman qapının üzərinə 

yerləşdirilib, və sonradan oraya heç cürə qoyula bilməzdi. Bundan əlavə yazı daşın 

formasına, yazının poleoqrafik xüsusiyyətlərinə və cızma üslubuna görə Zəngilan 

rayonunun  Məmmədbəyli  kəndində  yerləşən  Yəhya  b.Məhəmməd  (1305  il) 

türbəsinin  yazısı  ilə  eynilik  təşkil  edir.  Burada  Qarabağ  memarlıq  məktəbinin 

banisi  Məcd-Əd-Din  Əlinin  adı  qeyd  olunmuşdur.  Bir  sıra  memarlıq  ünsürləri 

karvansaranın bu memarın işi olduğunu sübuta yetirir. 

Beləliklə,  biz  tam  əminliklə  deyə  bilərik  ki,  erməni  yazısı  karvansaranın 

içərisində divarına sonralar qoyulub və abidənin erməniləşdirmə məqsədi güdürdü. 

Erməniləşdirə bilmədiklərini sadəcə məhv edirlər. Məhv olunan abidələrdən 

biri Zəngəzurun Urud kəndində yerləşən orta əsr qəbristanlığıdır. 

1961-


ci ildə burada aşkar olunmuş üzərində qədim türk tayfalarına məxsus 

olan  təsvirlərlə  (burada  onqonların,  şamanların təsvirləri  var)  qoç  heykəlli  məzar 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

565 



daşları alban tayfalarının islamlaşma türkləşmə prosesini göstərir. Bu vaxta qədər 

tarixşünaslıqda  belə  bir  fikir  mövcud  idi  ki,  xristian  olan  albanlar  islam  gələndə 

gürcüləşdilər və erməniləşdilər. Urud abidələri albanların islamı qəbul edib türkləş-

məsini sübüt edirdi və beləliklə, azərbaycan xalqının təşəkkülündə iştirak etdiyini 

sübuta yetirirdi. Qədim türk tayfalarına məxsus onqonların təsviri alban tayfaları-

nın islamdan əvvəl türkləşmə prosesini keçməsinin göstəricisidir. Beləliklə, bu fakt 

azərbaycan - türk elementinin Qafqaza gəlmə konsepsiyasını alt-üst edirdi. 

Kifayət qədər dəlil tapmayaraq ermənilər bu qəbristanlığı şumladılar və qoç 

heykəlli abidələri məhv etdilər.  

Bunun  ardınca  1988-ci  ildə  bütün  azərbaycanlıları  Qərbi  Azərbaycandan 

qırıb-qovub çıxartdılar.  

Bu gün də 20% torpaqların işğal olunması ilə yanaşı mənəvi genosid davam 

edir.  

Bu gün yeni işğal olunmuş ərazilərin aktiv surətdə “erməniləşdirmə” prosesi 



gedir. İşğal olunmuş ərazilərin adı dəyişdirilir və bu torpaqların ermənilərin tarixi 

vətəni olduğunu sübuta yetirməyə çalışırlar. 

Tarixi  saxtalaşdıran  əsərlər  meydana  gəlir.  Bunlardan  ikisini  Samvel 

Karapetyanın  “Dağlıq  Qarabağ  ərazisində  olan  erməni  mədəniyyət  abidələri”  və 

Şaqen Mkrtcyan “ Arsaxın xəzinəsi”əsərlərini qeyd etmək istərdim. 

Bu 


əsərələr biri-birindən yalnız müəlliflərin və sərlövhələrin adı ilə fərqlənir. 

Əslində  hər  ikisi  heç  bir  elmi  məlumat  daşımır  və  azərbaycan  xalqının  maddi-

mədəniyyət abidələrinə yönələn açıq təcavüzdür. 

Məlumdur  ki  “Dağlıq  Qarabağ”  ərazisinə  Əsgəran,  Qadrut, Mardakert, 

Martuni  və  Şuşa  rayonları  daxildir.  “Dağlıq  Qarabağın  erməni  mədəniyyət 

abidələri” adı altında faktiki olaraq dağlıq və aran Qarabağın ərazisi təqdim olunur. 

Bundan əlavə Bərdə, Ağcabədi, Tərtər rayonları da daxil olur. 

Bu  əsərdə  Dağlıq  Qarabağ  ərazisində  olan  alban  abidələrinin  coğrafiyası 

dəyişdirilib onlar yeni işğal olan ərazilərdə yerləşdirilir. Beləliklə, Cənubi Qafqazın 

coğrafiyasını bilməyən avropalılarda yanlış təsəvvür yaranır. 

Dağlıq  Qarabağda  yerləşən  alban  abidələri  Kəlbəcər,  Laçın,  Qubatlı, 

Zəngilan, Ağdam, Cəbrayıl, Fizuli rayonlarının ərazisində yerləşdirilir və beləliklə 

ermənilər  sübut  etməyə  çalışırlar  ki  bu  ərazilər  erməni-xristian  abidələri  ilə  zən-

gindir. Bu abidələr bu torpağın ermənilərə məxsus olduğunun bariz nümunəsidir. 

Və haqlı olaraq ermənilər tərəfindən tutulub. 

Əsərlərdə  Azərbaycan  xalqının  maddi-mədəniyyət  irsi  ermənilər  tərəfindən 

hayasızcasına  erməniləşdirilir  və  mənimsənilir.  Azərbaycan  mənşəli  yer  adları 

sadəcə olaraq erməni dilinə tərcümə olunur. Məs: Almalı – Xndzorek, İstibulağ – 

Djermaxbür, Başlıbel – Apaxen, Covdar – Yeznaratsans və əzəli erməni torpaqları 

olduğunun  sübutu,  dəlili  kimi  təqdim  olunur.  Müəllif  elə  çaşır  ki,  Zorkeşiş 

toponimini  erməni  toponimi  adlandırır  və  yazır  “Zor”-  erməni  dilində  güclü, 

“keşiş” – iyerey deməkdir. 

Laçında,  Qubatlıda  erməni  abidəsi  olmadığından  müəllif  iddia  edir  ki, 

türkdilli  kürdlər  buradakı  çox  saylı  erməni  kilsələrini,  qəbristanlıqlarını  dağıdıb 

daşlarından  itləri  üçün  damlar  tikiblər.  Bu  torpaqların  ermənilərə  məxsus 

o

lduğunun  dəlili  kimi  guya  erməni  ustaları  tərəfindən  düzəldilmiş  üstündə  yazısı 



olmayan  yonulmuş  baş  daşlar  gətirilir.  Bütün  bunlara  son  qoymaq  üçün  Cənubi 

Qafqazın yeni tarixi konsepsiyası işlənib hazırlanmalıdır. Bunun üçün kifayət qədər 




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə