Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə268/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   265   266   267   268   269   270   271   272   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

582 



Deyilənlərə görə bir zamanlar ora tam quru ərazi imiş. Onun üzərində daş döşən-

miş qədim  yol izləri var idi ki, bu yol dənizin ortasından Bakıya tərəf uzanır və 

sonra dənizin şərq sahilindən çıxırdı. Kapitanın dediyinə görə o daş döşəmə üzə-

rində  bir  zamanlar  oradan  keçən  atarabalarının  izləri  hələ  də  açıq-aşkar  görün-

məkdədir”.(16; s. 263) 

İngiltərəli Ser Persi Sayks isə öz səyahətnaməsındə Bakını belə təsvir edir. 

“İranın digər yerləri kimi Bakı ətrafında da ağac az görünür. Bu şəhərin bir neçə 

metrliyində  yerləşən  neft quyuları,  Balaxanı  adlı  yerdə  yanan  ərazinin  görüntüsü 

insanı heyrətə gətirir.(10; s. 9) 

Adı gedən səyahətnamələrdə həmçinin suyun altında xarabalıqları qalan bir 

q

əsr,  Bayıl  qalası  haqqında  söhbət  gedir.  Bu  günlərədək  qalıqları  muzeylərdə 



saxlanılan Bayıl daşları keçmişdə dənizdə olan bir qala kompleksinin qalıqlarıdır. 

Qala mənbələrdə müxtəlif adlarla (“Sualtı şəhər”, “Bayıl daşları”, “Səbayıl qalası”, 

“Karvansara”

, “Xanəgah”, “Kömrükxana” və s.) anılsa da elmi ədəbiyyatda daha 

çox “Bayıl qəsri” adı ilə tanınır. 

Bayıl qəsrinin tikintisi siyasi-hərbi baxımdan çox qarşıq bir çağda – monqol 

yürüşləri bütün Yaxın Şərqi lərzəyə gətirdiyi vaxtda (1234-1235 - ci illərdə) başa 

çatmışdr.  Ancaq  sahilə  yaxın  adada  tikilən  bu  möhtəşəm  qəsrin  ömrü  çox  qısa 

olmuşdur. Alimlərin fikrincə, qala 1306 – cı ildə baş verən güclü zəlzələ nəticə-

sində dənizə batmışdır.(9; s. 161) 

Ernest Ursel öz 

səyahətnaməsində  Xəzər  dənizində  gəmi  ilə  səfəri  zamanı 

həmin qəsri belə təsvir edir: “Gəminin kapitanı bizə deyirdi ki, bu bölgədə dənizin 

altında sulara qərq olmuş bir şəhər var. Həqiqətən də dəniz sakit olduğundan onun 

küçə və evləri görünürdü. Bu su altındakı şəhəri ruslar “Çortvıy qorod” ya “şeytan 

şəhəri”, yerli camaat isə “Yunanların şəhəri” adlandırırlar.(15; s. 5)  

Ernest  habelə  Bakı  yaxınlığında  çoxlu  sayda  kiçik  adaların  olduğunu  və 

gəmi səfərlərinin bu adalara görə gecikdiyini də yazır. 

Bakı şəhəri haqqında daha geniş məlumatı almanyalı Henrix Brukeş verir. O, 

yazır:  “Əhalisinin  əksəriyyəti  müsəlman  olan  qədim  Bakı  şəhərinə,  xristian 

köçkünlər  gəldiyi  üçün  müsəlmanlar  tədricən  yeni  tikilmiş  məhəllələrə  köçdülər. 

Bu evlər Avropa üsulu ilə tikilmişdir və dənizin sahilində bu gün camaatın gəzinti 

yeri olan bir park da vardır. Bu şəhərdə islami dövürdən yadıgar qalan nümunələr, 

qədim  “Bala  hesar”

 

qəsri,  bir  neçə  məscid  və  qədim  evlərdən  ibarətdir.  Bu 



binaların divarları zaman keçdikcə qaralmış və köhnəlmişdir. 

Şəhərin uzaqdan görünüşü yarıavropa və yarıasiyalıdır. Bir tərəfdə ağ, gözəl 

qapı-pəncərəsi  olan  yaraşıqlı  binalr,  digər  tərəfdə  isə  üzərinə  qara  tüstünün 

çokdüyü,  forması  görünməyən  binalar  vardır.  Ora  Qara  şəhərdir,  xam  və  qəliz 

neftin  təmizləndiyi  və  ağ  neft  halına  gətirildiyi  yerdir...  Bakıda  su  qıtlığı  var  və 

suya  qənaət edirlər.  Misal üçün  küçələrdə toz  torpaqı  yatırmaq  üçün  su  əvəzinə, 

yerə  neft  səpir,  beləliklə  yer  getdikcə  bərkiyib,  asfalta  çevrilirdi.  Amma  bunun 

nəticəsində xüsusilə isti havalarda küçələrdən çox kəskin neft qoxusu gəliridi. 

Dükanlar, qəhvəxanalar və hamamlar İrandakı üsulla tikilib bəzədilmişdir”. 

(2; s. 37-38)  

Uzun əsrlərdən bəri burada yaşayan azəri türkləri yenə də Qafqada ən böyük 

                                                 

 

İçəri şəhər 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

583 



xalqlardan biri kimi üstünlük və çoxluq təşkil edirdilər. Avropalı səyyahlar Azər-

bay


can  əhalisini tatar

,  türk,  müsəlman  və  bəzən  də iranlı  adlandırırlar.  Əhalinin 



müsəlman  tatarlardan  ibarət  olduğu  haqda  səyyahların  hər  biri  məlumat  verir. 

Əvvllər Bakı şəhərinin əksər əhalisi tatarlar yəni azərbaycnalılar idi lakin sonradan 

ruslar 

və digər Qafqaz xalqları buraya köçüb gəldikləri üçün, əcnəbilər yerli xalqı 



müsəlman adlandırmağa başladılar. Henrixin dediyinə görə avropalı və rus hərbi və 

dövlət  işçiləri  yerli  bakılılardan  çəkinirdilər.  Bakılılar  həmişə  silahlı  gəzdikləri 

üçün bundan 

çəkinən  ağıllı  əcnəbilər  pəncərənin  öndündə  dayanmaqdan  belə 

qorxurdular. Hətta polislər də onlardan çəkinirdilər. 

Henrix əhalinin geyim tərizinin iranlıların geyim tərzi ilə çox fərqlənmədi-

yini, kişilərin geyiminin qara rəngli dəri papaq, qara ya yaşıl qəba

, uzun qolları 



dizə qədər çatan büzməli xalat, rus şalvarı, rəngli yun çorab və kiçik ayaqqabıdan 

ibarət olduğunu yazır. 

Henrixin dediyinə görə azərbaycanlılar Rusiya vətəndaşı olduqları üçün öz 

millətlərindən  olub,  İranda  şah  rejimi  altında  yaşayan  xalqa  nisbətən  özlərindən 

daha  çox  razıdırlar.  Ən  çox  ticarət,  puldəyişmə,  işçilik,  yük  daşıma  və  fayton 

sürməklə pul qazanırlar. 

Henrix  habelə  Bakı  xalqının  novruz  bayramı,  toy  və  digər  ənənələrinin 

iranlıların  ənənəsinə  bənzərdiyi  haqqında  yazır:  “Şənliklərdə  pəhləvanlar  güləşir, 

bəziləri qoç döyüşdürür və oğlan uşaqları rəqs paltarı geyinib rəqs edirlər. Bunların 

musiqi alətləri də irandakılarla eynidir. Bakıda yaşan gəlmə xalqlar bu şənliklərə 

tamaşaçı kimi qatılırlar”.(2; s. 38-39) 

 

Əhalin müxtəlif əyləncə növlərindən biri də sakit gecələrdə dəniz kənarında 



od qalayıb onun suya düşən əksinə baxmaqdan zövq almaqdır.(10; s. 9) 

Yuxarıda  qeyd  etdiyimiz  kimi  Azərbaycan  əhalisi  milliyətcə  ən  çox  azəri 

türklərindən  və  digər  kiçik  xalqlardan  təşkil  olunmuşdur.  Kiçik  xalqların  öz  ana 

dilləri  olsa  da  Azərbaycan  dili  hakim  dil  kimi  istifadə  olunurdu.  Lakin  böyük 

şəhərlər,  xüsusilə  də  Bakıda  yerli  əhali  rus,  fars  və  türk  dillərini  də  bilirdilər. 

Bunun ən başlıca səbəbi əhalinin milliyətcə türk olması ilə yanaşı Rusiya dövləti-

nin tabeliyində yaşamaları və Rusiyadan əvvəl Qacar hakimiyyətinin tərkibində ol-

maları idi. Bütün bunlara rəğmən Azərbaycan dili həmin dövürdə həmçinin geniş 

bir  ərazidə istifadə  olunur və  çox  əhəmiyyət  daşıyırdı.  Azərbaycan  dilinin  Qacar 

dövrü


ndə  geniş  ərazidə  istifadə  olunması  haqda  Ujen  Uben  yazır:  “Qəzvindən 

şimala doğru hərəkət etdikcə fars dili öz yerini türk dilinə verir. Artıq azəri türkləri 

yaşayan  məntəqələrə  girdik  və  Təbriz,  Yerevan,  Tiflis  və  Bakıda  əhali  bu  dildə 

danışırlar.(14; s. 34) 

 

Hedin Sven də Bakıda qaldığı üçün türk dilini öyrəndiyi və bu dilin yayğın 



olduğu haqda geniş məlumat vermişdir. (12; s. 135) 

O dövür Azərbaycan əhalinin dini islam dini idi lakin Bakı şəhərinə müxtəlif 

səbəblərə görə gəlmiş xristianlar da var idi. 1893-1896 cı illərdə Məşhəddə konsul 

olmuş Ser Karls Yetenin dediyinə görə həmin vaxt Bakının təqribən 120000 əhalisi 

var idi və bunların əksəriyyətini müsəlmanlar təşkil edirdi.(16; s. 264) 

Avropalı  və  iranlıların  səyahətnamələrinə  istinadən  şəhərdə  çoxlu  sayda 

                                                 

 



Bəzi xalqlar azərbaycanlıları tatar adlandırırdı 

 



Kişilərə aid uzunqollu paltar. 


Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə