Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə269/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   265   266   267   268   269   270   271   272   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

584 



məscidlərin və Bakı yaxınlığında ziyarət yerlərinin olması bu yerlərin müsəlman-

lara  aid  olmasının  şahidi  oluruq.  Lakin  İslamdan  öncə  Zərdüşt  dininin  məskəni 

sayılan Azərbaycanın bu dinə aid nümunələri də qalmaqdadır. Suraxanı ərazisində 

yerləşən Atəşgah Zərdütlüyün bariz nümunələrindən biridir. Avropalı səyyahların 

ən çox söz açdıgı ziyarət yeri də zərdüştlərə aid olan bu məbəddir. Henri Binder 

Suraxanıda  yerləşən  Atəşgah  haqqında  geniş  məlumat  vermiş  və  bu  çümləni 

yazmışdır: “Bakıda yanan atəş və genş miqyasda yerdən çıxan bu maddə keçmişdə 

Bakını  atəşə  sitayiş  edən  gibrilərin  ziyarətgahına  çevirmişdir.  Bu  məbədi  onlar 

burada tikdilər.(1; s. 510) Ser Persi Sayks da bu məbədin içərisində hind dilində 

kitabələrin olması haqqında yazır. (10; s. 9) 

Qaca

r  hakimiyyəti  dövrü  böyük  tarixi  təhəvvülatlarla  üzləşən  Azərbaycan 



müxtəlif tarixi hadisələrin meydanı olmuşdur. Böyük Qacar dövlətinin tərkibindən 

ayrılıb  Rusiyanın  tərkibinə  verilən  Azərbaycan  öz  daxili  problemləri  ilə  yanaşı 

tabeliyində olduğu imperianın devrilməsi və öz müstəqilliyinə qovuşması yolunda 

zaman-


zaman çalışmışdır. Həmin problemlərdən dogan tarixi hadisələrin təfərrüa-

tını yazmaqla mövzudan uzaqlaşmamaq üçün avropalı səyyahlardan birinin şahid 

oldğu siyasi vəziyyəti yazmaqla kifayətlənirik.  

Daha  əvvəlki  yüzilliklərdən  başlayıb  bu  günə  kimi  davam  edən  erməni 

özbaşnalığı və Rusiya imperiasına qarşı mübarizəyə şahid olmuş ingilis Ser Artur 

Hardinq,  həyat  yoldaşının  yazdıqlarını  o  öz  səyahətnaməsində  qeyd  etmişdir. 

Həmin yazını olduğu kimi oxuculara təqdim edirik:  

 

“O,  Ənzəlidən  Badkubəyə  çatdıqda  şəhəri  həmin  vaxt  baş  verməkdə  olan 



inqilabdan  dolayi  yaranmış  qeyri-sabit  zamanda  gördü.  Bu  inqılab  Qafqaz  və 

Rusiyanın  sair  bölgələrində  də  yayılmışdı  və  günü-günündən  vəziyyət  daha  da 

gərginləşirdi. Arvadım Xəzər dənizinin fırtınalı vaxtında gəmi ilə səfər etdiyi üçün 

çox yorğun idi və buna görə bir neçə gün Bakıda qalıb dincəlmək və sonra yenə 

yoluna davam etmək istəyirdi. Lakin yerli həkimlər hətta bir gecə belə Badkubədə 

qalmamasını  tövsiyə  etmişdilər.  Çünki  heç  bir  şey  bəlli  deyildi,  hər  an  bu  şəhər 

ölüm səhnəsinə dönə bilərdi. Badkubənin bütün böyük adamları və varlıları yük və 

çamadanlarını özlərinə bağlayıb Avropaya gedən qatarlara tərəf hücum çəkirdilər. 

Nəticədə arvadıma o şəhərdə hətta bir gecə belə qalmamasını tövsiyə etdim. Əgər 

sağ-salmat  İngiltərəyə  çatmaq  istəyirsə  tez  bir  zamanda  çalışıb  özünü  Rusiyanın 

Avropa  tərəfinə  çatdırmasını  və  məlum  olmayan  sabahı  gözləməməsini  məsləhət 

gördüm”. (5; s. 282-282) 

O,  davamında  yazır:  “Qafqaz  tatarları  (azərbaycanlılar)  və  erməniləri  çax-

naşmada idilər və adı gedən ikinci qrupun (ermənilər) Nihilistlərlə bir başa əmək-

daşllıqları  vardı. Mən  Qafqaza  gəldikdən  bir  neçə  gün  əvvəl  inqilabçı  ermənilər, 

keçmişdəki  müsəlmanlarla  xristianlar  arasında  olan  ixtilafları  yenidən  qabartmış-

dılar. Bu iki qrupun hazırkı (məzhəb adı altında olan) çəkişmələri olduqca qabarıq 

və  dəhşətli  idi.  Buna  rəğmən  hər  iki  tərəf  Çarlığın  yüksək  məqamlı  ofiser  və 

məmurlarına,  xüsusilə  də  Moskvadan  təyin  edilən  əyalət  və  vilayət  hakimlərinə 

qarşı dərin nifrət bəsləyirdilər. 

Öz  nökər  və  xidmətçilərimi  qonaq  evi  sahibinin  nəzarətinə  tapşırdıqdan 

sonra uzun illərdən bəri Qafqaz mədənləri ilə məşğul olan və bu şəhərdə yaşayan 

varlı  bir  ingilis  tacirinin  görüşünə  getdim.  Bu  ingilis  tacirin  evində  oturub  söbət 

etdiyimiz vaxt mənzilin qapısı çalındı və bir necə dəqiqədən sonra içəriyə bir kişi 

daxil  oldu  və  özünü  ev  sahibi,  mən  və  birlikdə  oturub  çay  imdiyimiz  başqa 



AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

585 



qonaqlara  təqdim  etdi.  Sonra  gəlişinin  səbəbini  ev  sahibi  üçün  açıqladı.  Bakı 

inqilab  komitəsinə  kömək  üçün  bir  miqdar  pul  istədi  və  onun  dediyinə  görə  bu 

komitənin sədr və məsul işçiləri Badkubədə bir Nihilist inqilabı hazırlığnda idilər. 

Həmvətənim onun sölərini dinlədikdən sonra Qafqaz inqilab komitəsinin istəklərini 

nəzərə alıb olnara lazım olan qədər maddi yardım edəcəyinə dair söz verdi. Onun 

verdiyi bu qəribə qərarı məndə mühafizəkarlıq hisslərini oyandırdı. Bakıda yaşayan 

bir  ingilis  taciri,  Rusiya  imperatorluğunun  kölgəsi  altında  ticarət  və  sərmayə  ilə 

məşğul olduğu və bəhrələndiyi halda belə bir nankorluğa necə yol verə bilərdi, və 

bu imperatorluğu aradan aparan şəxslərə necə maddi yardım edə bilərdi? Bu hissi 

içimdə gizlədə bilmədim və həmvətənimə, insanın bir torpaqda və bir hakimiyyətin 

əmri altında oturub dolayı yollarla həmin hökümətin devrilməsi üçün hazırlanmış 

planda iştirak etməsinin doğru olmadığını dedim. Amma məclisdə oturanlardan biri 

ev  sahibinin  köməyinə  gəldi  və  mənə  dedi  ki,  özünü  bu  qədər  narahat  etməyə 

dəyməz. Çünki aldığı məlumata görə Badkubədə Rusiya tərəfindən seçilmiş olan 

nümayəndə,  Badkubə  şəhərinin  fərmandarı  özü,  bu  nizamı  devirmək  üçün 

inqilabçılara, bu ev sahibinin vəd etdiyi pulun bir neçə bərabərini verəcəyinə dair 

söz verib”.(5; s. 297) 

Almanyalı Hedin Sven də 1905-ci ildə Bakıda baş verən qırğınlar haqqında 

qısa məlumat vermişdir.(12; s. 103) 

Ta  qədim  zamanlardan  ipək  yolunun  keçdiyi  Azərbaycan  iqtisadiyyat  və 

ticarət  baxımdan  da  dünyanın  əhəmiyyətli  yerlərindən  biri  olmuşdur  .  Əkinçilik, 

heyvandarlıq,  müxtəlif  sənət  növlərinin  inkişaf  etdiyi  Azərbaycanın  bir  çox 

şəhərlərində ipəkçilik işi hələdə davam edirdi. Dünyada nadir sayılan ipək növləri 

arasından bir növü də məhz Azərbaycanda vardır. Oliviyer adlı səyyahın yazdıq-

larını buna misal olaraq göstərmək olar. O yazır: “ Nadir ipək növü olan sarı ipək 

bəzən ağ rəngdə alınır və onun olduqca yumşaq və nazik telləri və çox gözəl mate-

rialı var. Gəncə və Şamaxı tərəfindən gətirilən “Ardassines”

 



adlanan bu ipək çox 

yaxşı ipəkdir.(7; s. 182-183) 

Azərbaycanın  digər  şəhərləri  kimi  Astara  şəhəri  də  ticarət  üçün  olduqca 

əhəmiyyət  daşıyan  yerlərindən  biri  idi.  Ujen  Ubenin  yazdığına  görə  bu  şəhərin 

ticarəti  Rusiya  müsəlmanlarının  əlində  idi  və  bu  müsəlmanlar  Bakının  türkdilli 

əhalisi idilər.(14; s. 149) 

O  dövür  iqtisadiyyatı  üçün  olduqca  əhəmiyyət  daşıyan  və  Azərbaycan,  o 

cümlədən  Rusiyanın  əsl  gəlir  mənbəyindən  biri  də  Bakı  nefti  idi.  Xəzərin  nefti 

Rusiyada  çox  istifadə  olunduğu  üçün  gəmi  vasitəsilə  Astraxana  ordan  isə  başqa 

yerlərə göndərilirdi. Rusiya dövləti 1860-cı ildən Bakının neft mənbəyindən bəhrə 

götürməyə  başlasa  da  bəzi  çatışmazlıq  üzündən  qane  edici  bir  nəticə  əldə  edə 

bilməmişdi. Nəhayət 1873-cü ildə Nobel qardaşlarının başçılığı ilə xüsusi bri qrup 

Bakı neftini çıxarmağı öz öhdələrinə götürdülər. Beləliklə Bakını dünyanın iqtisadi 

və ticarət baxımından ən önəmli yerlədən birinə çevirdilər.(2; s. 37) Məhz həmin 

vaxtan etibarən neft quyularının çoxu Nobel qardaşlarının ixtyarıa keçdi.  

Balaxanıda  yerləşən  neft  buruqları  Bakıya  o  zaman  gələn  hər  bir  qonağın 

maraqla görmək istədiyi yer idi. Milliyətindən və məmuriyyətindən asılı olmayaraq 

bu şəhərə gəln hər bir qonaq mütləq neft quyuları və neftayırma zavodu yerləşən 

                                                 

 - 



Bu adı Olivye yazıb 


Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə