Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə266/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   262   263   264   265   266   267   268   269   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

578 



Az

ərbaycan, xüsusilə Bakı şəhəri və Xəzər dənizi haqqında olduqca geniş məlumat 

vermişdir. Kitab Məcid Cəlilvənd tərəfindən fars dilinə tərcümə edilmişdir. 

10-


 

Əsərin  adı  Soltan  Sahibqeranın  dərbarına  səfər, müəllifi Henrix 

Brukeşdir.  Mövzü  İrana  səfəri və  İradan  oldğu  müddətdəki sərgüzəştlərdən 

ibar


ətdir. Kitab Mühəndis Kürdbəççe tərəfindən fars dilinə tərcümə edilmişdir. 

11-


 

Əsərin adı Ser Artur Hardinqin xatirələri, müəllifi Ser Artur Hardinqdır. 

O, (1859-1933) Müz

əffərəddin şah Qacarın vaxtında Britaniyanın İranda diplomatı 

idi. Bu s

əyahətnaməsini Hindistan, Misr və  İranda  məmuriyyəti  vaxti  yazmışdır. 

H

əmin vaxt onun  xanımının  İrandan  İngiltərəyə  getdiyi  zaman  Bakı  şəhərinin 



durumu  haqqında  yazdığı  bəzi  tarixi  faktları  öz  səyahətnaməsində  yazmışdır.  Bu 

kitab Cavad Şeyxulislami tərəfindən fars dilinə tərcümə edilmişdir. 

12-

 

Əsərin  adı  Pulak  səyahətnaməsi  ya  (İran  və  İranlılar) müəllifi  Pulak 



Yakub  Eduarddır.  O,  (1818-1891) səyyah kimi bir neçə  il  İranda  yaşadı  və  bu 

müdd


ət  ərzində  mütaliə  və  araşdırma  işi, Vyanada  olduğu  müddətdə isə  fars dili 

t

ədrisi ilə  məşğul  olmuşdur.  Kitabında  İranın  müxtəlif yerləri  haqqında  maraqlı 



m

əlumatlar  yazmiş,  Avropadan  İrana  gələn  yollar  haqqında  yazarkən  Bakı 

şəhərindən də  bəhs  etmişdir.  Kitab  Keykavus  Cahandari  tərəfindən fars dilinə 

t

ərcümə edilmişdir. 



13-

 

Əsərin  adı  İrandan  təsvirlər  ya  (Klonel  Kolombarinin  İran  şahının 



d

ərbarına  səfəri 1249-1269  h.ş.),  müəllifi  Lin Torentondur

.  Lin Torenton, bu 



kitabini  farnsalı  sərhəng Kolonel F. Kolombari

,  italiyalı  bir  rəssam və  qacar 



dövrünün bir neç

ə avropalı səyyahının raport və xatirələrindən toplayıb yazmışdır. 

Kitabın  ümumi  movzusu  Kolombarini  tanıtmaq və  Məhəmməd  şah  Qacarın 

vaxtında İranın ictimai, siyasi və hərbi vəziyyətinin şərhindən ibarətdir. Kolombari 

İrandakı  xidmətini  ən çox Təbriz və  Tehran  şəhərlərindəki hərbi hissədə 

keçirmişdir. O, İranda olduğu on beş il müddətində İranın bir çox yerlərini gəzmiş, 

İranın müxtəlif yerləri və Bakı şəhərindəki atəşgahdan da yazmışdır. Kitab Mina 

N

əvayi tərəfindən fars dilinə tərcümə edilmişdir. 



14-

 

Əsərin  adı  İran  və  İran  hadisəsi, müəllifi Corc Kerzendir. Kitab iki 



cildd

ən ibarətdir, yalnız I cildində Avropadan Bakıya gələn yollar haqqında dəqiq 

m

əlumat yazır. Kitab Qulamrza Vəhid Mazandarani tərəfindən fars dilinə tərcümə 



edilmişdir. 

Yuxarıda  adı  sadalanan  səyahətnamlər  əsasında  aparılan  bu  araşdırmada 

Az

ərbaycana Avropadan gələn yollar, Azərbaycan iqtisadiyyatı,  siyasi  vəziyyəti, 



Az

ərbaycan xalqı, Bakı şəhəri və Xəzər dənizi haqqında məlumatlar əldə etdik və 

bu m

əlumatları oxuculara təqdim edirik. 



Öz  strateji  mövqeyinə  görə  dünya  xəritəsində  çox  mühüm  ölkələrdən  biri 

sayılan  Azərbaycan  bir  çox  cəhətdən  dünya  dövlətləri  arasında  ta  qədim  zaman-

lardan tanınmışdır. Həm quru, həm də dəniz yolu ilə səfər edənlər üçün olduqca 

əlverişli olan Azərbaycan iki qitə arasında keçid olmuşdur.  

Qacar  dövrü  Avropa  və  Asiyda  olan  ölkələr  arasında  əlaqələrin  müxtəlif 

sahələrdə  genişlənməsi  nəticəsində  gedib-gələn  rəsmi  ya  qeyri-rəsmi  məmurların 

böyük əksəriyyətinin səfəri məhz Azərbaycan üzərindən həyata keçirdi. İstər dəniz, 

                                                 

 Lynne Thornton 



 F. Colombari 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

579 



istərsə də quru yolla gedib-gələn müsafirlər Azərbaycan ərazisində bir neçə yolla 

səfərlərini  davam  edə  bilərdilər.  Bu  haqda  daha  geniş  məlumat  adı  gedən 

səyahətnamələrdə vardır.  

Həmin  səyahətnamələrdən  əldə  olunan  məlumatlara  əsasəngörürük  ki, 

Avropadan  gələn  səyyahlar  İstanbuldan  Batumiyə  və  Tiflisə,  Tiflisdən  qatarla, 

bəzən  də  faytonla  Bakıya  gəlirdilər.  Başqa  bir  yol  Gürcüstan  və  Ermənistan 

üzərindən Naxşıvana, Naxçıvandan isə ya Təbrizə ya da Azərbaycandaxili yollarla 

Bakıya  gələn  yoldur.  İrandan  Tiflisə  ya  əksinə  olan  daha  bir  yol  Rəşt,  Astara, 

Hacıqabul,  Gəncə,  Şəmkir  üzərindən  Tiflisə  gedən  yoldur.  (4; s. 37)  Lakin bu 

yoldan  avropalılar  deyil,  iranlılar  istifadə  edirdilər.  Müxtəlif  yollar  və  nəqliyyat 

vasitələri  ilə  Bakıya  gələn  avropalılar,  Bakıdan  dəniz  ya  Xəzər  dənizi  kənarı 

yollarla İrana gedirdilər. Dəniz yolu ilə həmçinin Həştərxan limanından gəmi ilə 

Bakıya, Bakıdan da Ənzəli limanına getmək mümkün idi. 

Bir müddət İranda yaşamış Pulak Yakub Eduard (1818-1891) yazıdğı “İran 

və  iranlılar”  kitabında  Avropadan  İrana  gələn  yollar  haqqında  yazarkən 

Azərbaycanın da adı keçir. O, Tiflisdən İrana gedən yolları üç yolla göstərir. 

1-

 

Karvanla, Araz çayı vasitəsilə Təbrizə 9 günə gedən yol. 



2-

 

Qatarla Bakıya, Xəzər dənizinin sahilinə və Bakıdan hər on beş gündən 



bir,  əslində  isə  nizamsız  şəkildə  gedən  Rus  buxar  gəmisi  vasitəsilə  bataqlıqı 

keçdikdən sonra Ənzəli lamanına gedən yol. 

3-

 

Bakıdan  dəniz  kənarı  boyu  karvanla  Lənkəran  ya  Astaraya  oradan  da 



Rəştə  gedən  yol.  Pulak  habelə  yazır:  “Yeddi  ya  doqquz  dayanacağı  olan  bu  yol 

çətin olsa da, yolçu yol boyu Talış torpaqlarının gözəlliyini, bitki və ağaclarını, sıx 

meşələrini və geniş otlaqlarını görüb ləzzət almaq imkanını əldə edir”. (8; s. 310) 

Corc Kerzen Avropadan Bakıya gələn yollar haqqında yazır: 

“Ənzəlidə  Rusyanın  “Qafqaz”və  “Merkuri”  adlı  gəmi  servisi  şirkəti 

Badkubədən  oraya  gedib-gəlirdi.  Avropadan  Badkubəyə  çatmaq  üçün  müxtəlif 

yollar vardır. İstanbula dəmir yolu ilə gəlib oradan Avstriya ya Rusiya gəmi şirkəti 

ilə (2 ya 4 günə) Batumiyə və Tislisə, Tiflisdən 32 saat ərzində Badkubəyə çatmaq 

olar. Bundan başqa Berlidən gələn dəmir yolu ilə Xarkov, Odessa və oradan Rusiya 

gəmisi ilə Batumiyə gəlmək olar. 3 gün ərzində Sanpetrburq və Moskvadan quru 

yolu  ilə Tiflisə, Tiflisdən isə  qatarla Vladiqafqaza  ya  faytonla  136  mil  uzunluğu 

olan 


məşhur  Daril  yolu  ilə  Gürcüstana  çatmaq  olar. Başqa  bir  yol  qatar  yolu  ilə 

Rusiya 


daxilində Volqaya, oradan gəmi ilə Həştərxana

, Həştərxandan isə Qafqaz 



yolundan, Merkuri şirkətinin gəmiləri ilə Xəzər dənizinin qərb sahilindən gəlmək 

mümkündür  və  bu  ola  bilsin  ki,  ən  qısa  yoldur.  Beləliklə  heç  bir  müsafir  səkiz-

doqquz gündən tez Londondan Badkubəyə gəməyi düşünməməlidir”.(6; s. 62) 

Qeyd etməliyik ki, uzun illərdən bəri gəmilər nəqliyyat vasitəsi kimi Xəzər 

sularında  xidmət  göstərirdi.  Həmin  dövürdə  bu  gəmiləri  idarə  edən  Rusiya  tərə-

findən təsis edilmiş böyük şirkətlər vardır. Yuxarıda adı gedən Qafqaz və Merkuri 

şirkətləri Rusiyanın tabeliyində olan həmin şirkətlərdən idi. Şirkətin gəmiləri Xə-

zərin bütün limanları arasında yük və sərnişin daşımaq məqsədi ilə davamlı şəkildə 

gedib-

gəlirdilər. 



Corc  Kerzen  şirkətin  gəmilərinin  hərəkəti  haqqında  yazır:  “May  ayından 

                                                 

 

Mətnlərdə adı Hacı Tərxan limanı kimi yazılıb. 




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə