Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə263/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   259   260   261   262   263   264   265   266   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

572 



Əzab-i qəbri şətarətlə atlatır Feyzi, 

dəm ki, baş ucuna Al-i Mustafa gəlir. 



 

Seyid Nigari 

XIX əsr ədəbi və dini-fəlsəfi fikrinin görkəmli təmsilçilərindən 

olmuşdur. Seyid Nigarinin həyat və yaradıcılığı Ağa Məhəmməd Müctəhidzadənin 

«Riyazül-

aşiqin»  adlı  təzkirəsində,  F.B.Köçərlinin  «Azərbaycan  ədəbiyyatı»  adlı 

əsərində xatırlanmış və əsərlərindən nümunələr verilmişdir. 

Son  illərdə  aparılan  araşdırmalar  arasında  Nigarinin  türkcə  divanının  nəşri 

xüsusilə diqqətəlayiqdir. Divan Ə.Bilgin tərəfindən hazırlanaraq 2003-cü ildə çap 

olunmuşdur.  Bundan  əlavə,  Türkcə  divan  K.Altınbaş  tərəfindən  latın  qrafikasına 

çevri


lərək nəşr edilmişdir.  

F.e.n. P. Bayram ilk dəfə olaraq Azərbaycanda Seyid Nigarinin həyatı, yara-

dıcılığı  və  türkcə  divanının  poetik  strukturunu  tədqiqata  cəlb  etmişdir  (Bayram 

2008). 


Seyid Mir Həmzə Nigari bəzi mənbələrə görə XVIII əsrin sonu, bəzilərində 

isə XIX əsrin əvvəllərində Qarabağda Zəngəzur qəzasının Bərgüşada bağlı Cicimli 

kəndində anadan olmuşdur. Müxtəlif qaynaqlar onun doğum tarixini 1805, 1815, 

1795 və 1797-ci kimi göstərirlər (Bayram 2008: 14). Mir Həmzə 15 yaşından sonra 

Şəkidə təhsil almışdır. Seyid Nigari, Mövlana Xalid Bağdadinin şöhrətini eşidərək 

Osmanlı  ölkəsinə  gəlir,  daha  sonra Amasyaya  gələrək,  Şeyx  İsmayıl  Siracəddin 

Şirvaniyə mürid olur. 1840-41-ci illərdə anasını görmək üçün Azərbaycana qayıdır. 

Qarabağda  və  daha  çox  Qazax  mahalının  Xanlıqlar  kəndində  yaşayan  şair,  çar 

höku

mətinin onu sürgünə göndərmək istədiyindən xəbər tutub yenidən Anadoluya 



gedir. Minlərlə müridi də şairin arxasınca Anadoluya qayıdır.  

Nigari, 1853-

cü  ildə  başlayan  Krım  müharibəsində  bir  çox  mücahidi  ilə 

bərabər Qarsa keçərək, Osmanlı ordusu tərkibində Qafqaz süvari alayının komandi-

ri olur. Şair 1851-1867-ci illərdə Ərzurum və İstanbulda yaşamışdır.  

XIX əsrdə yaşayıb-yarıtmış Seyid Nigari və ailəsi haqqında geniş məlumatı 

Mahmud Kamal İnalın “Kəmalüş-şüəra” adlı təzkirəsindən alırıq (İnal 2000: c. 2, s. 

1627). Nigar

inin həyat və yaradıcılığı geniş şəkildə araşdırıldığı üçün bu təzkirədə 

verilən bilgiləri burada təkrarlamağa ehtiyac duymuruq.  



Rəmzi  Baba  Təbrizdə  dünyaya  gəlmişdir.  İyirmi  yaşında  İstanbula 

gəlmişdir. Dostlarının köməyi ilə yoxsul həyat tərzi keçirmişdir. H. 1306/1889-cu 

ildə vəfat etmişdir.  

Vəfatı haqqında şair Dəli Hikmət bu qitəni yazmışdır: 

 

Bir 


düşün, ey zair-i qafil, şu qəbrin halini, 

Bir 


də altında yatan pir-i bəla-pərvərdəyi. 

İxtiyarlıq, xəstəlik, qürbətdə yokluk birləşib, 

Boğdular biçarə Rəmzi-yi fəlakət-didəyi.  

 

Şeirlərinin bir hissəsini “Məcməül-əşar” adı ilə 1889-cu ildə çap etdirmişdir. 



Rəmzinin müasirləri Ləli, Ahi, Rahi və Şükuhi olmuşlar. O, 1884-cü ildə Şükuhi 

ilə görüşmüş və Şükuhi öz “Divan”ında onun haqqında yazmışdır (Tərbiyət 1987: 

272).  

Şeirlərinin  bir  qismi  “Məcmue-yi  əşar”  adıyla  16  səhifədən  ibarət  olaraq 



1888-89-

cu ildə çap olunmuşdur. Kitabın üstündə 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

573 



Bənim məzarıma bakman həqarət ilə ki bən

Əgərçi mücrimim, amma mühibb-i Mövlayım 

 

beyti və “Müəllifi: Şeyx Rəmzi. Naşiri: Məhəmməd Əli” yazılıdır.  



“Ayine-

yi ibrət” adlı 91 beytdən ibarət türkçə mənzuməsi 1872-ci ildə çap 

edilmişdir. Dunyadan şikayətindən bəhs edir.  

“Hədiqətül-üşşaq”  adlı  mənzum  bir  əsərinin  çap  olduğu  eşidilmiş  isə  də, 

Kamal İnal onu görməmişdir. 

İnal Rəmzi Baba haqqında maraqlı bir əhvalatı nəql edir (İnal 2000: c. 4, s. 

1858). Rəmzi Baba, bir yeməkxanada ciyər yemiş, pulunu verməmiş, aşçı hiddət-

lənib,  acı  sözlərlə  ciyərini  sızlatmış.  O  sırada  tanıdıqlarından  birinin  gəldiyini 

görüncə bu qitəni söyləmişdir: 

 

 



Duzladı aşçı dil ilə yürəyim yarəsini, 

Ciyərim parəsi gəl, ver ciyərin parəsini. 

Bən deməm aşçıya bir şey, dilərim Mövladan, 

Bitbazarında məzad eyləyə ızqarəsini. 

 

Əsl  adı  Hafiz  Məhəmməd  Səbatəddin  Əfəndi  olan  Səbati  1846-cı  ildə 



Azərbaycanın Qutqaşen (Qəbələ) bölgəsində anadan olmuşdur. 1850-ci ildə onun 

ailəsi  Türkiyənin  Qars  şəhərinə  köçmüşdür. 1867-ci  ildən  etibarən  Amasyada 

məskunlaşan şair orada Nigaridən, Seyyid Mir Həsənül-Hüseyndən və İsa Ruhidən 

dərs almış, türbədar vəzifəsində çalışmışdır. 1905-ci ildə vəfat etmişdir. Onun şeir 

divanı 1891-ci ildə İstanbulda çap olunmuşdur (İnal 1999: c. 4, s. 2135). 

Qəzəl 


Başımda dərd-i sevda, sinəmdə nar-i həsrət

Düşdüm çəh-i fikara, oldum nizar-i həsrət. 

 

Qıldı bəni pərişan, üftadə zar ü giryan



Dərda ki, dərd-i hicran, heyfa ki, xar-i həsrət. 

 

Qəddim kəmanə döndü, tir-i mujəndən ayru, 



Bükdü belim tiz 

əldən şiddətlə bar-i həsrət. 

 

Gəl, gör, figanə bülbül ağaz qıl bənimlə, 



Sən mübtəla-yi hicran, bən biqərar-i həsrət. 

 

Görsəydi bəzm-i vəslin bir kərrə çeşm-i aşiq, 



Razı olurdu çəksə gər səd həzar-i həsrət. 

 

Leyl ü 



nəhar sənsiz yeksan ikən gözümdə, 

Hər anı bir yıl oldu leyl ü nəhar-i həsrət. 

 

Ey bad-i sübh ü 



şamı ver yardan pəyamı, 

Mirat-i 


dildən eylə rəf-i qubar-i həsrət. 

 

Dil 



vermə qil ü qalə, saqi, gətir piyalə, 

Döndürdü cism-i 

nalə dərd-i xumar-i həsrət. 



Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə