Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə259/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   255   256   257   258   259   260   261   262   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

561 



 

 

Summary 



 

The article “Act of Independence of Azerbaijan” as a symbolic artifact of the civil 

war of 1918-1920”, describes the levels of studying of the historical text. The empirical 

approach to the phenomenon of the text is coupled with conceptual approach, enabling to 

identify the undermining of the “Act” and motives of authors. The article analyzes the 

common features of conflicting ideologies -  socialistic (“hummetizm”) and nationalistic 

(“musavatizm”). It has been concluded that both ideologies were developed around the 

European values of “The Epoch of Enlightenment” and realized during the revolutionary 

events of 1917-1920. 

 

Key words: 

conflicting ideologies, “hummetizm”, nationalistic, (“musavatizm”). 

«Поле  символики»,  «декларация  державного  азербайджанизма,  «процедура  деду-

цирования», «модернизм гумметизма и мусаватизма». 

 



AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

562 



AZƏRBAYACANIN ERMƏNI TƏCAVÜZÜ OBYEKTI 

OLAN MƏDƏNI IRSI 

 

V.Quliyeva 

 

H



ər  bir  xalqın  təşəkkül  prosesini  onun  yaratdığı  maddi  –  mədəniyyət 

nümun


ələri təsdiqləyir. Azərbaycan xalqı qədim, zəngin mədəniyyətin qovuşduğu 

m

əkanda yaranan və təşəkkül tapan bir xalqdır (burada büdpərəstlik, atəşpərəstlik, 



xristianlıq, islam mədəniyyətləri nəzərdə tutulur) bu mədəniyyətlərin təsiri altında 

formalaşıb. 

 Maddi  –  m

ədəniyyət abidələri və  o cümlədən  yer  adları  –  toponimlər 

yüzillikl

ər nəticəsində formalaşır və bir etnosun müəyyən coğrafi arealda yayılıb 

t

əşəkkül  tapmasının  ən  əsas  şahidləridir.  Yer  adları  müəyyən  ərazinin konkret 



etnosa m

əxsus  olduğunu  təsdiqləyən  ən  dəqiq  mənbədir. Məhz buna görə  tarixi 

abid

ələr və toponimlər, ilk növbədə erməni təcavüzünə məruz qalıb.  



XX 

əsrin 60 – cı illərindən erməni tarixşünaslığında qeyri sağlam tendensiya 

müşahidə  olunmağa  başlayır.  Erməni tarixçiləri  tarixi  faktları  saxtalaşdırmaqla 

erm


əni tarixini qədimləşdirmək istiqamətində sistemli işə başlayırlar. 

1967 – 


ci ildə Çexoslovakiyada çıxan “New orient” jurnalında Mkrtçan “The 

myster  of  Metsamor”  adlı  məqalə  ilə  çıxış  edir  və  Eldəgizlərin  dövründə  zərb 

olunan  pulları  e.ə  XIX  əsr  erməni  hayas  pulları  kimi  təqdim  etmişdir.  Başqa  bir 

erməni  tarixçisi  S.Ayvazyan  qədim  erməni  hayas  yazısı  kimi  Zəngəzurun 

azərbaycanlılara məxsus Zeyvə kəndində aşkar olunmuş ərəb dilində yazılmış XIX 

əsr baş daşını təqdim etmişdi və sübut etməyə çalışmışdır ki, dünyada mövcud olan 

bütün  əlifbalar  bu  qədim  erməni  metsamor  əlifbasından  əmələ  gəlib.  Akademik 

Piotrovski B. vaxtilə erməni mətbuatında ermənilərin qeyri elmi fikirlərini tənqid 

atəşinə tutmuş və ifşa etmişdir. (1971 – ci il Tarixi – filoloji jurnal. Redaksiyaya 

məktub).  

Ümumiyyətlə  erməni  tarixşünaslığında  belə  bir  fikir  formalaşmışdır  ki, 

tarixən üç dəniz arasında (Qara, Aralıq, Xəzər) Böyük Ermənistan dövləti mövcud 

olub.  Azərbaycanın  ərazisi  bu  dövlətin  Şərq  vilayətləri  adlandırılırdı  və 

Ermənistanın tarixi ərazisi elan olunurdu. Burada xüsusi qeyd etmək lazımdır ki, 

Cənubi Qafqazın tarixi konsepsiyası ilk dəfə XX əsrin 40 – cı illərində sovet – rus 

tarixçiləri tərəfindən işlənilib. Bu konsepsiyaya əsasən erməni dövlətçiliyi Cənubi 

Qafqazda  qədim  ənənələrə  malikdir.  Mənbələri  saxtalaşdıraraq  sovet  tarixçiləri 

Qərbi  Azərbaycan  ərazisini  Qafqaz  Ermənistanı  və  Ararat  ölkəsi  adlandırırlar. 

Halbuki  heç  bir  tarixi  mənbədə  biz  belə  yer  adları  ilə  rastlaşmamışıq.  Bütün 

mənbələrdə bu ərazi Çuxur – Səd adlanır və Azərbaycan anlayışına daxildir. Orta 

əsr Ermənistan tarixi faktiki olaraq saxtalaşdırılmış orta əsr Azərbaycan tarixidir. 

Xüsusi qeyd etmək vacibdir ki, ərəb mənbələrində “Ərməniyyə” coğrafi məkan adı 

həm sovet rus, həm də sovet azərbaycan tarixşünaslığında Ermənistan kimi təqdim 

olunur. Bu fikrin yalnış olduğunu ərəb səyyahı ibn Xordadbehin dediyi fikirlər bir 

daha  təsdiqləyir.  ərəb  səyyahı  yazırdı:  “Ərməniyyənin,  Azərbaycanın,  Bağdadın, 

Vasitın,  əl-Kufənın,  əl-Mədainin,  əl-Bəsrənin,  əd-Dinavarın,  Nihəvəndin,  İsfəha-

nın,  ər-Reynin,  Təbəristanın,  bütün  Xorasanın,  Xəzərlər  ölkəsinin,  Hind  Kəşmi-

rinin  əhalisinin  qıblası  Kəbənin  divarları,  onun  qapısı  tərəfə  yönəlib.  Deməli 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

 

563 



Ərməniyyənin  əhalisi  müsəlmanlar  olub.  Beləliklə,  mənbədə  qeyd  olunan 

Ərməniyyənin  müasir  Ermənistanla  heç  bir  əlaqəsi  yoxdur. Tarixi saxtalaşdırma-

ğın,  Ermənistan  tarixini  yazmağın  əsas  səbəbi  erməniləri  Cənubi  Qafqazda 

aboriqen xalq kimi təqdim etmək məqsədi güdür. 

70 il sovet dövründə yuxarıda qeyd etdiyimiz proseslər azərbaycanlıların öz 

tarixi  torpaqlarından  sistemli,  planlı  şəkildə  sıxışdırılıb,  çıxarılması  ilə  müşahidə 

olunurdu. 

Bu proses bir neçə tarixi mərhələni əhatə edir və özünün aktiv fazasına Rus 

imperiyasının Azərbaycanı işğal etdikdən, yəni XIX əsrin əvvəlindən daxil olub. 

Rusların  Cənubi  Qafqaza  sahib  olmaq  siyasətinin  mühüm  istiqaməti  kimi 

Cənubi Qafqazı xristianlaşdırmaq məqsədi idi. Məhz buna görə ermənilərin Cənubi 

Qafqaza sistemli, planlı şəkildə köçürülməsi başlayır. Bu proses XIX əsr rus- İran, 

rus-

türk müharibələri zamanı daha da aktivləşir. Yüz minlərlə erməni indiki Dağlıq 



Qarabağ  ərazisinə,  Zəngəzura  köçürülür.  Köçürülmə  siyasəti  faktiki  olaraq, 

Azərbaycanın gələcək parçalanması üçün zəmin yaradır. 

Rus tarixçisi Veliçko bunu ağılsız siyasət adlandırırdı və yazırdı ki, ruslar öz 

pullarına başlarına bəla alırlar. Ona görə ki böyük Ermənistan xülyasıyla yaşayan 

ermənilər Türkiyədə ərazi olmadığından burada, Cənubi Qafqazda, öz ideyalarını 

həyata  keçirməyə  çalışacaq  və  ruslara  əlavə  problemlər  yarada  biləcək  bir  amilə 

çevriləcəklər. Zaman rus tarixçisinin öz mülahizələrində yanılmadığını göstərdi. 

Ermənilərin  Azərbaycan  xalqının  mədəni  irsinə  qarşı  təcavüzün  ikinci 

mərhələsi XX əsrin əvvəllərinə təsadüf edir. 

Birinci  dünya  müharibəsinin  yaratdığı  vəziyyətlə  əlaqədar  və  ermənilərin 

arxa  cəbhədə  Türkiyədə  dinc  əhalini  kütləvi  şəkildə  qırğına  məruz  qoyması 

nəticəsində ermənilərin Cənubi Qafqaza ikinci kütləvi axını başlayır və Türkiyədən 

qaçan ermənilər Qərbi Azərbaycan ərazisinə üz tuturlar. 

1918-


ci  ildə  müttəfiqlər  Cənubi  Qafqazda  Kars  vilayətində  və  İrəvan 

quberniyasının bir hissəsində daşnak Ararat Respublikası yaratdılar. 

Yaradılmış AR Azərbaycanın Qarabağ, Naxçıvan və Yelizavetpol quberni-

ya

sının  Cənub  hissəsinə  iddia  irəli  sürdü.  Bu  ərazilərdə  o  cümlədən  Qərbi 



Azərbaycanda azərbaycanlılar 1918-1920 –ci illərdə kütləvi qırğına məruz qaldılar 

və  fiziki  genosidlə  yanaşı  mənəvi  genosid  də  kütləvi  xarakter  aldı.  Yəni 

Azərbaycan xalqının mədəni irsi ermənilər tərəfindən məhvə məruz qaldı, dağıdıl-

dı, mənimsənildi. 

1918-20 

ci illər ərzində bütün İrəvan quberniyası üzrə 199 azərbaycanlılara 

məxsus kənd yandırıldı, dağıdıldı və 135 min insanın bir qismi qırıldı, bir qismi isə 

türk 


ordusunun tutduğu ərazilərə köçdü. Azərbaycan Dövlət tarix arxivində tədqiq 

olmuş  tarixi  sənədlərdə  dağıdılan  kəndlərin  adları  azərbyacan,  türk  mənşəlidir: 

Məs.  Zəngəzur  qəzasında  Şəki,  Urud,  Qızılcık,  Dərəkənd,  Qarakilsə,  Çobanlı, 

Seidlər  və  s.,  Sürməli  qəzasında  –  Daşlıca,  Mələkli,  Qazançı,  Hüseynkəndi, 

Qaraqoyunlu, Öküzlü və s., Eçmiadzin qəzasında – Molla Dursun, Hacılar, Zeyvə, 

Kiçik kənd, Türkmənli, Molla Bədəl, Saatlı və s. 

Qərbi  Azərbaycan  ərazisində  (yəni  indiki  Ermənistan  Respublikasının 

ərazisində)  çoxlu  sayda  məscidlər,  mədrəsələr,  məktəb-məscidlər,  xanəgahlar, 

karvansaralar və s. dini, ictimai binalar mövcud olmuşdur.1918-ci ilə qədər İrəvan 

şəhərinin özündə Qədim şəhər məscidi, Göy məscid, Hacı Novruzəlibəy məscidi, 

Hacı İmamverdi məscidi, Mirzəsəfibəy məscidi, Hacı Cəfərbəy məscidi fəaliyyət 



Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə