Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə39/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   35   36   37   38   39   40   41   42   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

83 


 

yoldaşımdır. Elə bir iş olmayıb ki, mən ona tapşırım, o isə yerinə yetirməsin. O iş 

h

ətta uçan quşun kəlləsində olsa belə Vərdan həmin işi yerinə yetirməyə qadirdir” 



(4,  60).  El

ə  ilk təqdimatdan sonra onun Od evində  Əfşin  ilə  Babəkin köməkçisi 

arasındakı  sövdələşməni izlədiyini görürük.  Onun tez-tez “bəzi  adamlarla”  əlqə 

saxlaması,  Babək üzərinə  hücum edərkən “ölkənin cikini-bikini bilirəm”,  -  deyə 

Dirğamı müşayiət etməsi, Babəkin qəsrinə hücum planının hazırlanmasında ətrafı 

daha yaxşı tanıdığı və cəsuslarla sıx əlaqəsi olduğu üçün fəal iştirak etməsi, Əfşini 

ittiham etm

əsi,  xəlifəyə  sui-qəsd  hazırlanmasını  öyrənməsi və  bu tipdən olan 

çoxsaylı  hadisələr  əsl erməni xislətinə  uyğun  gəlir.  Əsərin sonuna kimi nökər 

simasında  görünən Vərdan sonda xəlifənin də  böyük  nüfuzunu  qazanır,  hətta 

xilaf

ətin  əsas dayaqlarından  olan  Əfşinin  məhkəməsində  də  sanki məhz erməni 



bütün h

əqiqətləri açıb söyləyir. Burada Əfşinin sözlərinə diqqət yetirmək maraqlı 

olardı: “Deməli, Əfşin kimi bir ölkə hakimi, qoşun sərkərdəsi bu böyüklükdə ağ 

yalan deyir, 

bir imansız dığa isə həqiqəti söyləyir, hə? Heyif sənə, a dünya, heyf” 

(4, 276). 

Doğrudan da, Əfşinin mövqeyindən asılı olmayaraq, cəsus bir erməninin 

ərəb yazıçısı tərəfindən belə yüksək təqdimi təəssüf doğurur.  

Əsərdən məlum olur ki,  nəinki Vərdan,  bütün ermənilər xürrəmilərlə 

düşməndirlər. Vərdan Babəkin yerini axtararkən deyir: “Mən güman etmirəm ki, o 

hansı  bir  erməni  əyalətinəsə  pənah  aparsın,  çünki ermənilərin onu görən gözü 

yoxdur v


ə onu öldürməyə fürsət axtarırlar” (4, 236).  

Bab


əkin ələ keçməsində məhz erməni batriqlərinin iştirakı da romanda ərəb 

tarixçil


ərinə  istinadən təsvir  olunmuşdur.  Burada Babəkin gizlənmək üçün 

Erm


ənistan  dağlarına  üz  tutması,  erməni batriqlərindən birinin hiylə  ilə  onu 

aldatması,  öz qəsrində  tutulmasından  qorxaraq  onu  hiylə  ilə  ova  çıxarması  və 

Əfşinə xəbər verərək Babəki ələ keçirtməsi hadisələri sadalanır. Bundan sonra qısa 

şəkildə Babəkin işgəncə ilə edam edilməsi hadisəsi danışılır. Əsərin bu hissəsi çox 

yığcam  şəkildə  təsvir  olunmuş,  yazıçı  sadəcə  məlumat verərək Babək  əhvalatını 

yekunlaşdırmışdır.  Bu hadisələr də  tarixi həqiqətlərə  uyğun  şəkildə  verilmişdir. 

Tarixi m

ənbələr Şəki vilayətinin knyazı Səhl ibn Sunbatın Babəki aldadaraq ova 

çıxartması və ovda əvvəlcədən xəbər verdiyi Afşinin Babəki əla keçirməsi faktları 

göst


ərilir (1, 254).  

Bab


əkin yenilməz qəhrəman olması onun həyatının son günlərində də özünu 

göst


ərir,  C.  Zeydan bu nöqtəyə  xüsusi diqqət yetirir.  Bəzz  qalasının  süqutundan 

sonra Bab

ək  meşədə  gizlənir.  Əfşin  xəlifənin  əfh etmə  məktubunu xürrəmilər 

vasit


əsilə ona göndərir. Artıq onun oğlu da bu zaman Əfşinin yanında idi və o da 

bir çox xürr

əmi kimi məktubun Babəkə  aparmaqdan qorxurdu.  Babək isə  qalib 

t

ərəfə və oğluna bu sözləri çatdırmağı tapşırır: “...mənim oğlum olsaydın, mənim 



dalımca gələrdin. Ancaq sən mənim oğlum deyilsən, çünki bircə gün rəhbər kimi 

yaşamaq  qırx  il  zəlil  qul  kimi  yaşamaqdan  yaxşıdır”  (4,  236).  Bu sözlər tarixi 

m

ənbələrdən  götürülmüşdür.  Z.  Bünyadov  ərəb tarixçilərinə  əsasən qeyd edir ki, 



Afşin  Babəkin izinə  düşdüyü  zaman  xəlifənin  qızıl  möhrü  ilə  Mötəsim Babakə 

aman b


əxş edir. O, Babəkin əsir olan oğlunu atasının yanına göndərmək istədiyi 

zaman  oğlu  imtina  edir.  Əsir  düşmüş  iki  xürrəmi xəlifənin məktubu ilə  yanaşı, 

oğlunun  məktubunu da Babəkə  göndərir.  O,  Babəkdən xəlifənin  verdiyi  amanı 

q

əbul edərək həyatını  qurtarmağı  xahiş  edir.  Bu məktubun məzmunundan çox 



əsəbləşən Babək belə  cavab  verir:  “Əgər sən mənim  ardımca  gəlsəydin,  öz 

sülal


ənin varisi olardın və vərəsəlik sənə keçərdi, bir neçə gün bundan əvvələdək 


AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

84 


 

s

ən mənim  oğlum  sayılırdın...Ola bilər mən bu gündən sonra  az  yaşayım,  lakin 



m

ənim üstümdə padşah (məlik) adı vardır və harada olsam, ya da mənim barəmdə 

harada n

ə desələr, mən padşah olaraq qalıram...Mən (ucadan hamıya) deyirəm ki, 

s

ən mənim oğlum deyilsən, çünki qırx gün alçaq kölə kimi ömür sürməkdənsə, bir 



gün r

əhbər kimi yaşamaq yaxşıdır” (1, 253).  

Romanda 

ərəb  qoşunlarının  xürrəmiləri məğlub  etməsi  zamanı  törətdikləri 

qırğınlar, etdikləri talanlar da öz əksini tapmışdır. Dirğam və dostu Həmmad yol 

boyu qalib qoşunun törətdiyi vəhşilikləri seyr edirlər: “Onlar yol boyu müsəlman 

qoşunlarının  şəhəri necə  qarət etmələrinin,  evləri necə  dağıdıb  xaraba  qoymala-

rının, sarayları necə yandırmalarının şahidi oldular. Bu qoşunlar şəhərə elə divan 

tuturdular ki,  orada n

ə  düşmən,  nə  də  dost üçün bir salamat daldanacaq,  bir 

sığınacaq yeri qalmırdı” (4, 233). Ərəb müəllifi Təbəriyə istinad edən Z. Bünyadov 

müs


əlman qoşunlarının törətdiyi qırğınlardan da bəhs edir: “Afşin əmr etdi, şəhərin 

qalalarını  dağıtsınlar  və  şəhəri üç gün ərzində  yandırsınlar. “Bircə  ev,  bircə  qala 

salamat qalmadı – o hər birini yandırdı və ya dağıtdı” (1, 250).  

Gördüyümüz kimi,  “F

ərqanə  gəlini”  romanında  Azərbaycan tarixində  çox 

mühüm yer tutan xürr

əmilər hərəkatının və bu hərəkatın rəhbəri əzəmətli Babəkin 

obrazı  bəzi subyektiv meyllərə  baxmayaraq,  öz tarixi yenilməzliyi  simasında 

yaradılmışdır. Romanın Azərbaycan dilinə tərcüməsi əhəmiyyətini də xüsusi qeyd 

etm


ək lazımdır. Bəhs etdiyimiz kimi, ərəbşünas alim Vilayət Cəfərin tərcüməsində 

bu 


əsər çox oxunaqlı, gözəl tərcümə sənəti nümunəsində meydana çıxmışdır. Dün-

ya 


ədəbiyyatı  tarixində,  məhz,  Azərbaycan tarixi və  mədəniyyətini hər  hansı  bir 

istiqam


ətdə təsvir edən əsərlərin dilimizə tərcümə olunmasının zəruriliyini söylə-

m

əklə Curci Zeydanın “Fərqanə gəlini” əsərinin də bu baxımdan böyük əhəmiyyət 



daşıdığını qeyd etmək lazımdır.  

 

ƏDƏBIYYAT 

1.

 

Bünyadov Z. Az



ərbaycan VII-IX əsrlərdə, Bakı, 1989.  

2.

 



Bünyadov Z. Ön söz. Zeydan C. F

ərqanə gəlini. Bakı, Gənclik, 1996.  

3.

 

Əzizov E.  IX  əsr  ərəb  poeziyasında  Xürrəmilər hərəkatının  əksi,  Bakı,  Bakı 



Universiteti n

əşriyyatı, 2004.  

4.

 

Zeydan C. F



ərqanə gəlini, Bakı, Gənclik, 1996.  

5.

 



N

əfisi S. Babək, Bakı, “Örnək” nəşriyyatı, 1990.  

 

DESCRİPTİONS OF AZERBAİJAN AND BABAK MOVEMENT İN THE 

BOOK THE BRİDE OF FARGANA BY GURGİ ZEYDAN 

 

Summary 



 

The Khurramite movement led by Babak against the Arabic Caliphate in the 9

th

 

century not only had a profound impact on historical, public and political events in the East



but also became one of the main subjects of literary,  artistic works.  In the works of Abu 

Tammam, al-Buhturi, az-Zayyat, al-Bahili, al-Mehdi and other poets of Arabic literature the 

Khurramite movement has been depicted extensively.  According to E.  Azizov it is 

important to study the problem concerning the reflection of the Khurramite movement in 

Arabic literature.  

A historical novel The Bride of Fargana by a prominent Arabic writer Gurgi Zeydan 

(1861-1914) is an important source in terms of conveying the Babak movement in Arabic 



Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə