Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə42/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   38   39   40   41   42   43   44   45   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

90 


 

-dey


ə  türkün öz mənəviyyatına  qayıdışı  ilə  əsrlər öncəki hakimiyyətinə  yetə 

bil


əcəyinə inanırdı. Onun qəhrəmanı Turğut da bu inamla Qızıl Almanı axtarır.  

Z.  Gökalp özünün türkçülük m

əfkurəsini izah edərkən  yazırdı:  “Bu  gün 

gerç


əkləşən  yalnız  türkiyəçilikdir.  Ancaq  ruhların  böyük  həvəslə  aradığı  Qızıl 

Alma gerç

ək  –  həqiqət sahəsindədeyil,  xəyal sahəsindədir.  Türk kəndlisi  Qızıl 

Almanı  xəyalında  canlandırarkən  onun  gözünün  qabağına  əski  türk  elxanlıqları 

g

əlir. Həqiqətən Turan ülküsü keçmişdə bir xəyal deyil, bir gerçək idi” (3, 39).  



Son arzumuz budur fani dünyada: 

Türkük, 


varacayıq Qızıl Almaya,  

 

dey



ən  şair  poemada  Qızıl  Almanın  Bakıda  oluğu  ideyasını irəli sürür.  İstanbullu 

Turğutla bakılı Ay xanımı qarşılaşdırmaqla Turan xəyalının nə zamansa ilk öncə 

Türkiy

ə və Azərbaycan tərəfindən reallaşdırılacağı fikri ilə çıxış edir. Turğut bütün 



dünyanı gəzib Qızıl Almanı arayaraq tapmadıqda ümidsizləşir, baş verən hadisələri 

düzgün çöz

ə bilmədiyindən mənəvi böhran keçirərək intihar etmək qərarına gəlir. 

Heç t


əsadüfi deyil ki, ən son anda Ay xanım ona mane olaraq intihar etməsinə yol 

vermir v


ə Turğut həqiqətdən agah olur: 

Siz yapmaqda ik

ən Qızıl Almanı 

Koşmuş, aramışım bütün dünyanı (2, 115). 

 

Əsər  başdan-başa  rəmzlərdən ibarətdir.  Qızıl  Almanın  da  Bakıda  olması, 



əslində, türk birliyinə rəvac verəcək qüvvənin – həm ideoloji, həm hərbi, həm mə-

n

əvi gücün Azərbaycanda  mövcud  olduğuna  və  bütün dünya türklərininAzər-



baycana güv

ənə biləcəyinə işarədir.  

Ən sonda şair: 

Qızıl Alma oldu bir gözəl cənnət 

Oradan Turana yağdı səadət (2, 116),  

 

-dey



ə  yazan  şair  məhz  Bakıdan  Turana  səadət  yağacağını  əminliklə  ifadə 

etm


əklə Azərbaycanın bütün türk dünyasının qüdrətli dayağı olduğunu bəyan edir.  

 Z. 


Gökalp  türkçülük  ideyasını  Ə.  Hüseynzadədən alsa da,  öz  görüşlərini 

inkişaf etdirərək, çox geniş, əhatəli bir milli proqram hazırlamış, yer üzündəki bü-

tün türkl

ərin qovuşub bir məslək ətrafında birləşdirilməsi, Turanın reallaşdırılması 

üçün konkret yollar t

əklif  etmiş,  eyni zamanda,  Azərbaycanıtürk  birliyinə  gedən 

yolda 

əsas aparıcı qüvvə  kimi dəyərləndirmişdir. Z. Gökalpın bədii təqdimatında 



Az

ərbaycan qədim türk əxlaqına,  islam  ideologiyasına,  türk mübarizə  və  ha-

kimiyy

ət ənənələrinə, dövlətçilik qüdrətinə malik ölkədir.  



 

“Qızıl alma” poemasında irəli sürülən əsas ideya da budur ki, bütün türklərin 

azadlıq,  birlik və  xilasıAzərbaycandadır.  Məhz Azərbaycandan “Turana səadət 

yağacağ”ını  elan  edənZ.  Gökalp zaman-zaman Azərbaycanda  yetişən  sağlam 

t

əfəkkür sisteminə, mübarizə əzminə, əsrlərdən bəri qorunan türkçülük dəyərlərinə 



güv

ənir.  


Bununla, Z. 

Gökalp Turançılığa aparan yolun məhz Bakıdan, geniş mənada 

is

ə Azərbaycandan keçdiyini vurğulamışdır. Bu yolun isə Azərbaycan aydınlarının 



saf  düşüncəsi,  milli-məfkurəvi  görüşləri ilə  aydınlanacağına  böyük  inam  əsərin 

ruhuna hakimdir.  Z. 

Gökalpın  böyük  türk  birliyi,  turançılıq  arzusu  ilə  dünyaya 



AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

91 


 

n

əzər salan baxışlarında Bakı Türk istiqbalının beşiyidir və əsərdə bu ideya geniş 



şəkildə əksini tapmışdır.  

 

ƏDƏBİYYAT 

1.

 



Turan A. 

Əli bəy Hüseynzadə. Moskva: Salam press, 2008.  

2.

 

Kocakaplan İ. Ziya Gökalp. İstanbul: Timaş yayınları, 2001.  



3.

 

Z. Gökalp. Türkçülüyün 



əsasları. Bakı: Maarif, 1991.  

4.

 



Hüseynzad

ə Ə. Əbədi gözəlliklər. Bakı: Vektor, 2008.  

5.

 

Ülken H. Z. 



Millet ve tarih şüuru. İstanbul, 1948.  

6.

 



Akçura Y. Türkçülüyün tarixi. 

Bakı, Qanun, 2006.  

 

 

AZERBAİJAN İN Z. GOKALP’S THOUGHTS ABOUT TURAN 



 (On the basis ofthe poem “ The Golden Apple” byZ. Gokalp) 

 

Summary 



 

The great statesman Z. Gokalp (1876-1924) was one of the famous representatives of 

Turkish literature at the beginning of the 20th century.  His thoughts about the nation,  the 

Unity of Turan, contains its influence on the ideas of the modern Turkish people. His “The 

program ofthe  Turkish”influenced not only all the Turkish intelligentsia,  but also M.  K. 

Ataturk’s view in his time.  One of the most outstanding representatives of Azerbaijani 

romanticism A.  Husseynzade’s ideas about Turan were the source ofZ.  Gokalp’s 

philosophic and political points of view.  

 Z. Gokalp’s works were dedicated to the unity of all the Turkish in the world. Oneof 

his poems about Turan is “The Golden Apple”.  The Golden Apple is the symbol of the 

Unity of Turan. Ay Khanim, the principal character of the poem was from Baku. Turgut, a 

painter from Turkey,  told her about The Golden Apple – freedom and eternal unity of the 

Turkish.  But one day Turgut lost his hope,  felt alone,  and wanted to kill himself.  Ay 

Khanim rescued him from hopelessness.  By means of that  theme the poet meant that he 

believed Azerbaijan was the cradle of hope, freedom, and unity. The poet thought that the 

Great Unity of the Turkish would be realized by Azerbaijan.  

 

Key words: Z.Gokalp, Turkish literature, Unity of Turan, “The Golden Apple”.  

 

 




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə