Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə43/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   39   40   41   42   43   44   45   46   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

92 


 

AZƏRBAYCANIN AVROPA TƏHLÜKƏSIZLIK VƏ ƏMƏKDAŞLIQ 

INSTITUTLARI ILƏ MÜNASIBƏTLƏRI 

 

Elçin ƏHMƏDOV Siyasi elmlər üzrə fəlsəfə doktoru 

(

Azərbaycan Respublikasının Prezidenti 

yanında Dövlət İdarəçilik Akademiyası /Azərbaycan) 

 

XX 


əsrin sonunda SSRİ və sosializm sisteminin süqutu ilə dünyada bir sıra 

d

əyişikliklər baş verdi. Soyuq müharibənin başa çatması ilə beynəlxalq münasibət-



l

ərin əsas güc mərkəzləri yeni geosiyasi reallıqlardan çıxış edərək öz fəaliyyətlərini 

mövcud  şəraitə  uyğunlaşdırmağı  qərara  aldılar.  Köhnə  beynəlxalq münasibətlər 

sisteminin süqutu il

ə yanaşı, yeni dünya düzümünün əsası qoyulmağa başladı.  

İdeoloji  qarşıdurma  başa  çatsa  da,  Avropada sülh və  təhlükəsizlik üçün 

t

əhlükə hələ də qalmaqda idi. Belə bir şəraitdə SSRİ və Yuqoslaviya məkanında 



yen

i  münaqişə  ocaqları  yaranaraq  genişlənməkdə  davam edirdi.  Bu amillər bey-

n

əlxalq və regional təşkilatların fəaliyyət istiqamətlərində keyfiyyətcə yeni mərhə-



l

ənin  başlanmasına  imkan  yaratdı  və  dünya siyasətində  ATƏT,  NATO,  Avropa 

İttifaqıvə  Avropa  Şurasıkimi təhlükəsizlik və  əməkdaşlıq  strukturlarının  rolunu 

əhəmiyyətli dərəcədə yüksəltdi.  

1991-ci ild

ə  müstəqillik  əldə  etdikdən sonra Azərbaycan  Respublikası 

müst

əqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi, eyni zamanda dövlət 



quruculuğu  prosesində  qarşılaşdığı  problemlərin həll edilməsində  bu təşkilatların 

da siyasi v

ə iqtisadi potensialından istifadə etməyə səy göstərir. Azərbaycan Res-

pub


likası adı çəkilən nüfuzlu beynəlxalq təşkilatlarla siyasi, iqtisadi, hərbi, mədəni, 

humanitar v

ə  s.  sahələrdə  genişmiqyaslı  əməkdaşlıq  edir  və  bu da ölkəmizin 

maraqlarının  daha  dolğun  ifadə  olunmasına,  dünyanın  aparıcı  dövlətləri ilə 

qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsinə mühüm təsir göstərir.  

Az

ərbaycanın xarici siyasət prioritetləri içərisində Avroatlantik strukturlara 



v

ə institutlara inteqrasiya mühüm yer tutur. 1993-cü ildən Azərbaycan dövlətinin 

xarici siyas

ətində  Avropaya inteqrasiya prioritet istiqamətə  çevrilmiş  və  bu 

kontekstd

ə  beynəlxalq təşkilat  kimi  Avropa  İttifaqı  ilə  fəal  əməkdaşlığa 

başlanmışdır.  Avropa və  Asiyanın  kəsişmə  nöqtəsində  yerləşən Azərbaycanın 

strateji  mövqeyi  Avropa  İttifaqına  üzv  dövlətlərin də  eyni zamanda,  ölkəmizlə 

siyasi v

ə iqtisadi münasibətləri inkişaf etdirmək marağını daha da artırmışdır.  

Az

ərbaycan  -  Avropa  İttifaqı  əlaqələri xüsusi proqramlar çərçivəsində 



qurulmuş və müxtəlif sahələr üzrə: iqtisadi və sosial islahatlara yardım, Şərq-Qərb 

n

əqliyyat-kommunikasiya  (TRASEKA)  dəhlizinin  yaradılması,  infrastrukturların 



inkişafı və s. istiqamətlərdə aparılır.  

1996-


cı il aprelin 22-də Avropa İttifaqı və Azərbaycan Respublikası arasında 

ticar


ət,  sərmayə,  iqtisadiyyat,  qanunvericilik,  mədəniyyət,  imiqrasiya və  qeyri-

qanuni ticar

ətin  qarşısının  alınması  sayəsində  əməkdaşlığı  nəzərdə  tutan 

"T

ərəfdaşlıq  və  Əməkdaşlıq  Sazişi"  (TƏS)  imzalanmışdır



1

.  Bu müqavil

ənin 

imzalanması  Azərbaycanın  xarici  siyasətinin  ən  uğurlu  səhifələrindən biri kimi 



qiym

ətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən 

bu müqavil

ə  Azərbaycanın  Avropa  strukturları  və  institutları  ilə  əlaqələrin 

genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüququ baza rolunu oynayır.  



AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

93 


 

1999-cu il iyunun 22-d

ən qüvvəyə  minən Avropa İttifaqının hazırladığı və 

ümummilli lider Heyd

ər  Əliyevin  imza  atdığı  bu  saziş  tərəflər  arasında  yüksək 

s

əviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir.  



İmzalanan  TƏS-də  müvafiq siyasi dialoq çərçivəsində  tərəflər  arasında 

siyasi münasib

ətlərin  inkişafının  təmin edilməsi,  Azərbaycanda  demokratiyanın 

möhk


əmlənməsi, iqtisadi inkişaf, bazar iqtisadiyyatına keçid məqsədilə bəzi struk-

tur islahatların aparılması, ticarət və investisiyanın inkişafı, iqtisadi, sosial, maliy-

y

ə, elmi-texniki və mədəni əməkdaşlıq məsələləri nəzərdə tutulmuşdur. Bu məsələ-



l

ərin təmin edilməsi üçün Azərbaycan  qanunvericiliyinin  Avropa  İttifaqı  qanun-

vericiliyin

ə uyğunlaşdırılması sahəsində geniş iş prinsipləri müəyyənləşdirilmişdir.  

"Saziş"də nəzərdə tutulur ki, Əməkdaşlıq Şurası Avropa İttifaqı ilə Azərbay-

can  arasında  əməkdaşlığın  əsas istiqamətlərini müəyyənləşdirir,  qarşıya  qoyulan 

m

əqsədlərə nail olmaq üçün lazımi tədbirləri həyata keçirir. Bundan başqa, fəaliy-



y

ət göstərən  Əməkdaşlıq  Komitəsi  Şuranın  tövsiyələrinin həyata keçirilmə-sinə 

n

əzarət edir.  2004-cü  il  mayın  17-19-da Azərbaycan  Respublikasının  Prezidenti 



İlham Əliyevin Brüsselə rəsmi səfəri zamanı Avropa İttifaqına on üzvün qoşulması 

il

ə əlaqədar olaraq "Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş"ə Əlavə Protokol 



im

zalanmışdır

2

.  


Avropa İttifaqının Azərbaycanla əlaqələri təkcə "Tərəfdaşlıq və Əməkdaşlıq 

Sazişi" çərçivəsində deyil, həm də Cənubi Qafqazda həyata keçirilən ümumi regio-

nal 

əməkdaşlıq layihəsi, eyni zamanda bölgədə sülhün və sabitliyin təmin olunma-



sına dair digər proqramlar çərçivəsində  reallaşır.  Cənubi Qafqazda mövcud olan 

naqişələrin  aradan  qaldırılması,  o  cümlədən Ermənistan-Azərbaycan,  Dağlıq 



Qara

bağ  probleminin  həlli,  region dövlətləri  arasında  vahid  əməkdaşlıq  və 

t

əhlükəsizlik sisteminə inteqrasiya mühitinin yaradılması da Avropa İttifaqının əsas 



şərtlərindəndir.  

2003-cü il iyulun 7-d

ə Avropa İttifaqı Cənubi Qafqaz üzrə Xüsusi nümayən-

d

əsini təyin etməsi təşkilatın  regionda  fəallığının  artmasını  göstərən  addım  kimi 



qiym

ətləndirilməlidir

3

. Eyni zamanda, Avropa Parlamenti d



ə Cənubi Qafqazda təh-

lük


əsizliyin təmin edilməsinə  mane olan Ermənistan-Azərbaycan  münaqişəsinin 

nizama  salınmasının  vacibliyini  bildirmişdir.  Avropa  Parlamentinin  sessiyasında 

"Av

ropa İttifaqının Cənubi Qafqaz siyasəti" mövzusunda Pyer Qartonun məruzəsi 

əsasında qəbul edilmiş qətnamədə ermənilərin işğal etdikləri ərazilərdə azərbaycan-

lılara  qarşı  etnik  təmizləmə  apardıqları  göstərilmişdir

4



Bununla  yanaşı,  Avropa 

Parlamenti C

ənubi Qafqazda təhlükəsizliyin bərqərar olmasına maneə olan müna-

qişənin  nizama  salınması  üçün  işğal  olunmuş  Azərbaycan  ərazilərinin  (Ağdam, 

Füzuli, C

əbrayıl, Qubadlı, Zəngilan) azad edilməsi təklifi ilə çıxış etmişdir.  

Dövl

ət  başçısı  İlham  Əliyev  2004-cü  il  martın  17-də  Bratislavada "Daha 



geniş Avropaya doğru: yeni gündəlik" mövzusunda keçirilən beynəlxalq konfrans-

da Erm


ənistanın işğalçılıq siyasətinin bütünlüklə Avropada, xüsusilə, Cənubi Qaf-

qazda sülhün v

ə təhlükəsizliyin təmin edilməsinə ciddi maneə olduğunu vurğula-

yaraq,  t

əcavüz nəticəsində  Azərbaycan  ərazisinin 20 faizdən  çoxunun  işğal 

olunduğunu, nəticədə bir milyondan artıq insanın acınacaqlı vəziyyətdə yaşadığını 

bildirm

əklə ölkəmizin prinsipial mövqeyini bəyan etmişdir



5

.  


Prezident  İlham  Əliyev  2004-cü  il  mayın  19-da Brüsseldə  Avropa Siyasi 

M

ərkəzinin təşkilatçılığı  ilə  "Avropa Birliyi və  Azərbaycan-tərəfdaşlıq  üçün  yeni 



üsullar" mövzusunda keçiril

ən siyasi brifinqdə  Azərbaycanın ərazi bütövlüyünün 




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə