Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə41/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   37   38   39   40   41   42   43   44   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

88 


 

g

ələn Hüseynzadə  Əli  bəyTibbiyyədə  (Tibb məktəbində)  türkçülüyün  əsaslarını-



başa salırdı. “Turan” adlı şeiri Turançılıq ülküsünün – ideyasının ilk ortaya qoyu-

luşu idi. İlk Yunan savaşı başladığı zaman türk şairi Mehmet Emin bəy: -“Mən bir 

türk

əm, dinim, cinsim uludur”- misrası ilə başlayan şerini nəşr etdi. Bu iki şeir türk 



h

əyatında  yeni  bir  devrimin  –  inqilabın  başlanğıcından  xəbər verirdi”  (3,  28). 

M

əhzƏli bəy Hüseynzadənin “Turan” şerində: 



Çingizl

əri titrətdi bu afaqı sərasər 

Teymurları hökm etdi şahənşahlara yeksər,  

Fatehl


ərinə keçdi bütün kişvəri-qeysər... (4, 5) 

 

misralarının  təsiri Z.Gökalpın  “Turan”  şeirində,  hətta bütünlükdə  turançılıq 



görüşlərinin mahiyyətində aşkarca duyulmaqdadır.  

Hilmi Ziya Ülken “Mill

ət və tarix şüuru” kitabında “Əli bəy Hüseynzadənin 

sakin v


ə  ədəbi  turançılığı Ziyada  aktiv  və  mücadil turançılıq  şəklini  almışdı”  (5, 

162), -dey

ə Əli bəy Hüseynzadənin milli-ideoloji görüşlərinin birmənalı şəkildə Z. 

Gökalpın  ictimai  fəaliyyətinin və  millətçilik  ideyasının  qaynağı  olduğunu 

əsaslandırır. Eyni zamanda, Yusif Akçura “Türkçülüyun tarixi” əsərində “Əli bəy 

Hüseynzad

ənin şairanə turançılığı 1908-ci ildən sonra İstanbulda digər turançıları, 

başlıca  Z.  Gökalpı  yaratmışdı”  (6,  231)  yazaraq  Ə.  Hüseynzadənin Z.  Gökalpın 

ictimai-siyasi f

əaliyyətinə yeni, daha milli və məfkurəvi istiqamətverməklə yanaşı 

Türkiy

ə aydınları şəxsində türk millətinin məhvinə çalışan qüvvələrə qarşı böyük 



ideoloji c

əbhə  yaratdığını  vurğulayır.  Təsadüfi deyil ki,  bütün  türk  dünyasının 

möht

əşəm  əsəri olan “Türkçülüyün əsasları”nda  türkçülüyün mahiyyətini  şərh 



ed

ən, “Türkçülüyün proqrqmı” ilədövlətçilik əsaslarını işləyib hazırlayanZ. Gökalp 

türk dünyasının qurtuluş, azadlıq, birlik və hakimiyyətə aparan yolunun Azərbay-

candan keçdiyini,  Az

ərbaycanın xilas və nicat məkanı olduğunu düşünür və bədii 

əsərlərində  həmin  düşüncələrini  çox  poetik  şəkildə  əks etdirir,  bədii-fəlsəfi 

m

ənalarda şərh edir.  



“Z. Gökalp 

ən çətin anlarında belə millətinə inamını itirməzdi. Millətinə ləkə 

yaxılmasını qəbul edə bilməzdi. O, bükülməz bir iradəyə sahib idi” (2, 25). Millə-

tinin taleyi onun şəxsi taleyinə çevrilmişdi, millətçilik və dövlətçilik mübarizəsin-

d

ən kənarda onun həyatı, şəxsi taleyi mövcud deyildi. Z. Gökalp öz şəxsi həyatını 



bütöv türk mill

əti  uğrunda  siyasi  mübarizələr,  ideya  savaşları  zəminində  yaşadı, 

reallaşdırdı. Bu qeyri-adi, mübarizəlrdən yorulmaz həyatında güvənci isə Azərbay-

can,  Az


ərbaycanda yetişən sağlam ictimai-siyasi görüşlər, milli-məfkurəvi düşün-

c

ələr və mübarizə qüdrətiidi. “Ergenekon” şeirində şair bütün dünyaya: 



Biz Türk xan

ın beş oğluyuq 

Göy Tanrının öz quluyuq 

Beşmin illik bir orduyuq 

Turan yurdu durağımız (2, 87),  

 

dey



ə  səslənərək böyük əminlik və  qürur hissi ilə  Azərbaycanı  ön  sıraya  çəkərək 

yazır: 


Birincisi Az

ərbaycan  

İkincisi Geldanistan 

Üçüncüsü Ərzi-Kənan 

Fışqırdı üç qaynağımız (2, 87).  



AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

89 


 

 

Z. 



Gökalpın turançılıq görüşlərində Azərbaycanın xüsusi yer aldığını ifadə 

ed

ən  əsərlərindən  biri  “Qızıl  alma”  (Qırmızı  alma)  poemasıdır.  Əsər müəllifin 



ictimai-

siyasi görüşlərinin rəmzi şəkildə, poetik çalarlarla, “türkçülərin uzaq ülküsü 

olan Turan”  (3,  38) 

arzusunu  nağıl  dili  ilə  əks etdirən bədii nümunədir.  Əsərin 

q

əhrəmanı Ay xanım Parisdə təhsil alan Bakılı gəncdir. O, xaricdə təhsil alarkən 



valideynl

əri vəfat edir, lakin Ay xanım bu faciədən sarsılmır, çünki onun vətəni və 

bu v

ətən naminə həyata keçirmək istədiyi böyük arzuları var: 



Dayandı bu qəhrə şövqü sönmədi,  

Tutduğu müqəddəs yoldan dönmədi; 

İstərdi Turanda məktəblər açmaq,  

H

əqiqət nurunu ruhlara saçmaq (2, 105).  



 

Z. Gökalp v

ətən və millət naminə yaşayan, böyük məqsədlərə sahib insanın 

bütün ail

əsini, yaxınlarınıitirsə belə tənha olmadığını, vətənin ən böyük ailə, millə-

tin h


ər bir üzvünün doğma varlıq olduğunu vurğulayır. Z. Gökalpa görə, insan var-

lığının göstəricisi, həyatının dəyəri onun millət uğrunda yaşamaq əzmində təzahür 

edir. Z. 

Gökalpın qəhrəmanı da millətə xidmət məqsədilə Bakıya dönür və burada 

“İstiqbal beşiyi”adlı məktəb açır. Əsərdə təsvir olunan bu məktəb də Z. Gökalpın 

Bakıya – Azərbaycanaböyük türk birliyini reallaşdırmaq üçün əsas ideoloji, milli-

m

əfkurəvi dayaq kimi bəslədiyi ümidlərini rəmzləndirir.  Çünki,  qeyd olunduğu 



kimi, Z. Gökalp v

ə dövrün digər türk aydınları türkçülük ideyasını, Turan ünvanını 

Ə.Hüseynzadənin millət düşüncəsi vasitəsilə Azərbaycandan mənimsəmişdilər.  

Eyni zamanda, Z. Göka

lpın qəhrəmanı türkiyəli gənc rəssam Turğut qarşısın-

da açılmış yol ayrıcında sol tərəfə aparan yolun haraya getdiyini sorarkən – “Qızıl 

Almaya” – 

cavabını alır və Qızıl Almanı axtararaq müxtəlif diyarları dolaşır. Qızıl 

Alma, m

əlum olduğu kimi, Türk dünya hakimiyyətini, yer üzündəki bütün türklərin 



birl

əşdirilməsini məqsəd kimi götürən ülkü-idealdır. Bu idealın gerçəkləşməsi üçün 

poemada ir

əli sürülən fikirlərZ. Gökalpın “türkçülük proqramı”nın bəzi müddəala-

rını ifadə edir:  

Qızıl Alma yoxmu? Şübhəsiz vardır; 

F

əqət onun səmti başqa diyardır... 



Z

əmini məfkurə, səması xəyal... 

Bir gün gerç

ək, fəqət indilik masal... 

Türk m

ədəniyyəti təqlidsiz, safi 



Doğmadıqca bu yurd qalacaq hafi... 

Çox yerl


əri biz fəth edə bilmişik

H

ər birində mənən fəth edilmişik 



Bir kişvər almışız tabiiyyətə 

Uymuşuq ordakı mədəniyyətə (2, 109).  

Bu  misralarla  şair  türk  millətini bir-birindən  ayrı  salan  səbəblərdən biri 

kimi bu mill

ətin öz mənəvi-əxlaqi dəyərlərindən  ayrı  düşməsini,  uzaqlaşmasını 

görür, eyni zamanda: 

Bilir bir gün milli irf

an doğacaq,  

Yeni Orxan, 

yeni Turfan doğacaq.  

İctimai bir yurd, qövmi bir tarix 

Ed

əcək Türklüyü təqliddən tənzih (2, 110),  




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə