Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə38/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   34   35   36   37   38   39   40   41   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

81 


 

tarixi Erm

ənistan xülyasına düşmüşlər” (4, 133). S. Nəfisi Babəkin vətənini aydın 

şəkildə  təsvir edir: “Babəkin vətəni cənub tərəfdən  Ərdəbil və  Mərəndə,  şərq 

t

ərəfdən Xəzər dənizinə, Şamaxı və Şirvana, şimaldan Muğan düzü ilə Muğana və 



Araz  çayı  sahilinə,  qərbdən isə  Culfa,  Naxçıvan  və  Mərənd nahiyələrinə 

qovuşurdu.  Başqa  sözlə  desək,  indiki  Ərdəbil,  Muğan  və  Aran düzənliklərini, 

Ordubad, Culfa, 

Naxçıvan və Mərənd nahiyələrin əhatə edirdi” (5, 26).  

V. C

əfərə görə, C. Zeydan da romanı yazarkən ərəb tarixçilərinin əsərlərin-



d

ən istifadə etmişdir. Əsərdə dəfələrlə Ərməniyyə adı çəkilir: “...o, Ərməniyyəyə 

t

ərəf istiqamət götürmüşdür. Orada Bəzz adlı alınmaz, mətin bir yer var. O, Araz 



(

Ər-rəs) sahilində yerləşir” (4, 171); “Biz hazırda Ərməniyyə ilə müharibədəyik və 

ip

ə-sapa  yatmayan  o  üsyankara  öz  qalasına  çəkilib  sığınacaq  tapmasına  imkan 



yaratdıq və buna dözdük” (4, 203) və s. Göründüyü kimi, Azərbaycan torpaqlarının 

böyük bir qisminin v

ə Qazqazın digər ərazilərinin çox kiçik Ermənistanın adı ilə 

verilm


əsi  çox  yalnış  bir  faktdır.  Erməni təəssübkeşliyi  əsərdə  verilmiş  müxtəlif 

hadis


ələrin  gedişində  çox fəal  iştirak  edən erməni  obrazına  yanaşmada  da  hiss 

olunur ki, h

əmin cəhətlərə diqqət yetirəcəyik.  

Qeyd etm


ək lazımdır ki, IX əsr ərəb poeziyasında biz daha çox xürrəmilər 

h

ərəkatı ilə bağlı Muğan, Bəzz qalası kimi yer adlarına təsadüf edirik. Əbu Təm-



m

amın şeirlərindən birində deyilir: “Muğanda elə hadisələr oldu ki, xürrəmilərdə 

n

ə baş qoydu, nə bədən” (3, 40).  



“F

ərqanə  gəlini”  romanında  Azərbaycan  adına  da  təsadüf edirik.  Burada 

Az

ərbaycan dedikdə,  əsasən,  bəzi  ərazilər istisna olmaqla,  Cənubi Azərbaycan 



n

əzərdə  tutulur.  Xəlifə  mötəsim  Dirğam  ilə  söhbətində  Azərbaycandakı  düşmən-

l

ərindən bəhs edir: “Mən hər tərəfdən düşmənlə əhatə olunmuşam. Hələ Azərbay-



canda,  T

əbəristanda  olan  uzaq  düşmənlərim  azmış  kimi,  onlar  şəhərimdə,  hətta 

q

əsrimdə  yuva  salıblar”  (4,  123).  Əsərin  sonlarına  doğru  Bəzz  qalasının  süqu-



tundan sonra Bab

əkin gizləndiyi ərazini təsvir edərkən ərəb yazıçısı yenə də yazır: 

“Ora keçidi,  yolu olmayan, 

ağacları  olduqca  çox  sıx olan  bir  meşədir və  özü də 

Az

ərbaycanla Ərməniyyə arasında yerləşir” (4, 236).  



Əsərdə  Babəkin  əsas iqamətgahlarından  biri  olan  Bəzz  qalası  öz  tarixi 

h

əqiqətlərinə uyğun olaraq təsvir olunmuşdur. Yazıçı göstərir ki, Bəzz hər tərəfdən 



möhk

əmləndirilmiş bir istehkama, yaxud da əlçatmaz bir qalaya bənzəyirdi. O, hər 

birinin 

ətrafına qalın divarlar çəkilmiş bir neçə qəsrdən ibarət idi, bu divarların hər 

birinin bürcl

əri və  qapıları  var  idi  ki,  onların  üzərində  xürrəmilərin  bayraqları 

dalğalanırdı.  Həmin  ərazi tamamilə  sıldırım  qalalar  və  və  yarğanlarla  əhatə 

olunmuşdur. C. Zeydan Bəzzin əzəmətini təsvir etməklə müsəlman qoşunlarının bu 

istehkamı almaqda üzləşdikləri böyük çətinliklərə də bir növ bəraət qazandırırdı.  

“F

ərqanə  gəlini”  romanında  Azərbaycanın  qəhrəman  oğlu  Babəkin 



şəxsiyyətinin təsvirində də obyektiv və qeyri-obyektiv cəhətlərə təsadüf olunur. Nə 

q

ədər ərəb təəssübkeşliyindən çıxış etsə də Babəkin əzəmət və yenilməzliyi roman 



üçün d

ə xarakterikdir. Babəkin şəxsiyyəti ilə bağlı cəhətlər daha çox onun Cahan 

il

ə görüş və əsərin sonlarında xürrəmilər hərəkatının süqutu səhnələrində meydana 



çıxır.  C.  Zeydan xürrəmilərin sərkərdələrini belə  təsvir edir: “O,  xürrəmilərin 

c

əmiyyətdə  başçısı,  müharibədə sərkərdələri idi.  Olduqca  şücaətli,  güclü zərbəyə 



malik, möhk

əm əzələli, məğrur bir adam idi. Əgər şəhvət əsiri olmasaydı, deyərdin 

ki, 

kişilik  mücəssəməsidir,  böyük rəhbərlərə  belə  ideal  olacaq  bir  adamdır”  (4, 



185). H

ələ özü səhnəyə çıxmadan öncə yazıçı Cahanı onun yanına aparmaq istəyən 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

82 


 

h

ərəmxana müdirəsinin dilindən Babəki  amansız,  “hirslənincə  bir  andaca  adamı 



xıncım-xıncım edən”, öldürən, parçalayan qəhrəman, ilk dəfə göründüyü zaman isə 

t

əkəbbür və qürurlu, hökmlü, daim səcdə olunan bir rəhbər kimi təqdim edir. C. 



Zeydan Bab

əkin,  eyni zamanda,  qadın  və  içki  düşkünü  olduğunu  yazır.  Lakin 

burada ziddiyy

ətli məqamlar da  meydana  çıxır.  Ərəb  yazıçısı  Babəki  qadın 

düşkünü kimi, “harda bir gözəl qadın olduğunu eşitsəydi, həmin qadın dərhal onun 

sarayında olmalı idi” xislətində göstərməyə çalışsa da, eyni zamanda, Cahan onun 

yanına getmək istəməyəndə Cahanın yanına özü gələcək qədər alicənab olduğunu 

da etiraf etm

əli olur. Eləcə də “içkiyə hədsiz aludə”, “şərabdan başı dumanlanmış” 

kimi t


əqdim edilən bu ölməz qəhrəman öz ağıllı taktikası və yüksək zəkası ilə uzun 

ill


ər xilafətə qarşı çıxa bilmiş, ən cəsur ərəb sərkərdəsi belə onu döyüş səhnəsində 

m

əğlub  edə  bilməmişdir.  Z.  Bünyadovun “xürrəm” terminini əxlaqsızlıqla 



əlaqələndirən müəlliflərə bu baxımdan çox haqlı cavab verir: “İyirmiildən artıq bir 

müdd


ət  ərzində  Xilafətə  qarşı  mərdliklə  çox çətin  azadlıq  mübarizəsi edən 

xürr


əmiləri kefcil qara camaat,  “kef içində  pozğun  həyat sürən” adamlar hesab 

etm


ək olmaz. Bu barədə hələ A. Müller demişdi və təəssüf ki, onun bu sözlərinə 

lazımı diqqət verilməmişdir. Sərxoşluğa, pozğunluğa və əxlaqsızlığa yol verən hər 

bir azadlıq hərəkatı əvvəlcədən tezliklə pozulmağa məhkum olardı” (1, 223).  

Bab


ək  Cahanın  simasında  gözəl,  ağıllı  və  tədbirli  bir  xanıma  da  çox 

m

ərdcəsinə yanaşır. Bütün bunlar Babəki nə qədər düşmən obrazı qismində təsvir 



ets

ə də ərəb yazıçısının əsərindən də əldə olunan nəticədir.  

C.  Zeydan 

əsərdə, hətta, statistik məlumat da verir, o, Babəkin 7600 nəfər 

müs

əlman  əsiri  sağladığını  və  255000 adam öldürdüyünü söyləyir.  Babəkin 



m

əğlubedilməzliyi tarixi mənbələrin hamısında təsdiq olunur. “Dinəvəri bildirir ki

bu zaman “Bab

əkin  işi  böyük  vüsət  aldı  və  adamlar  (ərəblər  –  Z.  B.)  ondan 

qorxmağa başladılar. Onunla vuruşurdular, lakin ona qalib gələ bilmədilər. Babək 

onları dağıdır və onların sərkərdələrini öldürürdü” (1, 237).  

Əsərdə  Babəkin  əzəmətli  obrazı  onun  tutulmasını  təsvir edən məqamlarda 

daha  aydın  şəkildə  müşahidə  olunur.  Lakin bu məsələni qeyd etmədən öncə 

əsərdəki erməni obrazları və Babəkin ələ keçirilməsində mühüm rolu olmuş erməni 

c

əsuslarının  fəaliyyətinə  diqqət yetirmək  lazımdır.  Fərqanə  gəlini Cahan və  ərəb 



s

ərkərdəsi Dirğamın məhəbbət xətti üzərində qurulan romanda xəlifə qoşunları ilə 

xürr

əmilər arasındakı müharibə daha çox hadisələrin baş verdiyi tarixi şərait kimi 



göst

ərilir.  Lakin həmin  tarixi  şərait  fon  kimi  qalmır,  qəhrəmanların  həyat 

f

əaliyyətini müəyyənləşdirir, onların yollarında müxtəlif maneələr yaradır. Cahan 



v

ə Babək, Babək və Əfşin, Dirgam və Əfşin, Cahan və Əfşin, Səman xətti romanın 

əsas hissələrindəndir.  Əsərdə,  demək olar ki,  bütün hadisələrə  və  obrazlara 

müdaxil


əsi  olan  şəxslərdən biri də  erməni Vərdandır.  Vərdan,  əslində,  keçmiş 

erm


əni batriqi olan,  arvadı  Həylanənin Babəkin  adamları  tərəfindən  qaçırılma-

sından sonra onu geri qaytarmaq və xürrəmilərdən qisas almaq məqsədilə Dirğamın 

nök

əri kimi fəaliyyət göstərən bir obrazdır. Ərəb yazıçısı bu obraza nə qədər xüsusi 



diqq

ətlə  yanaşsa  və  onu yüksək dəyərlərlə  təqdim etməyə  çalışsa  da  biz  onun 

erm

əni xislətini çox aydın şəkildə görürük. Görünür, tarixi həqiqətlərin göstərdiyi 



kimi,  Bab

əkin  ələ  keçirilməsində  erməni cəsuslarının  böyük  rolu  olduğu  üçün 

y

azıçı həmin obrazı bir minnətdarlıq əlaməti kimi yaratmışdır.  



Dirğamın öz nökəri Vərdanı Cahanın atası mərzbana təqdim etməklə yazıçı 

h

əmin  obraz  haqqında  məlumat verir: “Vərdan mənim həm nökərim,  həm də 




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə