Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə37/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   33   34   35   36   37   38   39   40   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

79 


 

CURCI ZEYDANIN «FƏRQANƏ GƏLINI» ƏSƏRINDƏ AZƏRBAYCAN 

VƏ BABƏK HƏRAKATININ TƏSVIRI 

 

B

əsirə Əzizəliyeva, f. e. n.  

 (AMEA / Az

ərbaycan) 

 

IX 


əsrdə ərəb xilafətinə qarşı Babəkin başçılığı altında “Azərbaycan tarixin-

d

ə  ən parlaq səhifələrdən biri” (1, 257)  olan xürrəmilər hərakatı Şərqin tarixi və 



ictimai-siyasi hadis

ələrinə  güclü  şəkildə  təsir edərək  ədəbi-bədii  əsərlərin  əsas 

mövzularından da kənarda qalmadı. Ərəb ədəbiyyatında VIII-IX əsrlərdə yaşamış 

Əbu Təmmam, əl-Buhturi, əz-Zəyyat, əl-Bəhili, əl-Mehdi, əd-Dəhhak və digər şair-

l

ərin  divanlarında  xürrəmilər hərəkatı  geniş  şəkildə  öz əksini  tapmışdır.  Bu dövr 



şairləri içərisində Babək hərəkatına münasibət baxımından Əbu Təmmamın yaradı-

cılığı xüsusi yer tutur. “Əbu Təmmam xürrəmilər hərəkatına ilk dəfə, xəlifə əl-Mə-

munun 

ən bacarıqlı sərkərdələrindən olub, Babəkə qarşı göndərilmiş Muhəmməd 



İbn Humeyd ət-Tusinin Bəzz qalası yaxınlığındakı vuruşma zamanı öldürülməsin-

d

ən sonra ona həsr etdiyi mərsiyələrində toxunmuşdur” (3, 27). Əbu Təmmamın ət-



Tu

sinin qardaşı Qahtabəyə yazdığı mərsiyə və digər şeirlərində də ərəb sərkərdə-

l

ərinin xürrəmilərlə müharibəsi geniş şəkildə təsvir olunmuşdur. Tədqiqatçı alim E. 



Əzizov  ərəb  ədəbiyyatında  xürrəmilər hərəkatına  daha  çox  müraciət edən  şairin 

Əbu Təmmam olduğunu qeyd etsə də dövrünün bir sıra görkəmli şair və hətta, döv-

l

ət xadimlərinin də şeir yaradıcılığında bu mövzunun öz əksini tapdığını qeyd edir 



(3,  80).  E. 

Əzizov Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edən xürrəmilər 

h

ərəkatının  ərəb  ədəbiyyatındakı  əksi mövzusunun Azərbaycan-ərəb  ədəbi əlaqə-



l

ərinin öyrənilməsi  baxımından  da  vacibliyini  qeyd  etmişdir:  “…  İmperiyanın 

g

ələcək mövcudluğu üçün başlıca təhlükə olan xürrəmilər hərəkatı həmin dövrün 



orta s

əviyyəli  şairlərindən  tutmuş  nəhəng  söz  ustalarınadək  çoxlarının  nəzər 

diqq

ətini odlar yurduna cəlb etməklə, hələ Əməvilər xilafətinin sonlarında əsası qo-



yulmuş bu əlaqələrin IX əsrdə sürətli inkişafında böyük rol oynamışdır» (3, 5).  

Xürr


əmilər hərakatı XVIII və XIX  əsr ərəb ədəbiyyatında da başlıca möv-

zulardan biri kimi müşahidə olunur. Görkəmli ərəb yazıçısı Curci Zeydanın (1861-

1914) «F

ərqanə gəlini» tarixi romanı Babək hərakatının ərəb ədəbiyyatında ifadəsi 

baxımından mühüm mənbələrdəndir. Ərəbşünas alim Vilayət Cəfərin tərcüməsində 

“F

ərqanə  gəlini»  kitabının  ön  sözündə  “…Azərbaycan  oxucusu  bu  romanı  oxu-



yark

ən ondan yüksək mənəvi zövq və daha dəqiq tarixi məlumat əldə edəcəkdir” 

(2, 4) dey

ən görkəmli şərqşünas Z. Bünyadovun qeyd etdiyi kimi, burada tarixə uy-

ğun, elacə də ərəb tarixi qaynaqlarında fərqli planda verilmiş məlumatlara təsadüf 

edirik.  

X

əlifə Mötəsim, xilafət qoşunlarının baş komandanı Əfşin (tarixi mənbələr-



d

ə Afşin kimi göstərilir – B. Ə.) və Ərdəbil hakimi Babək Xürrəmi ilə bağlı tarixi 

faktlar, 

əsasən, gerçəkliyə uyğun verilsə də əsərdə qazinin Dirğama dediyi “Babək 

əl-Xürrəmi Ərməniyyədə Əmir əl-Möminin əleyhinə qiyam qaldırmışdır” sözləri-

nin d


ə  göstərdiyi kimi,  burada bəzi  ərəb  qaynaqlarında  yanlış  verilmiş  faktlara 

istinad olunmuşdur.  

Əsərdə ərəb xilafəti ilə xürrəmilərin müharibəsinin xilafətə xəlifə Mötəsimin 

başçılıq etdiyi dövrün bəzi illəri təsvir olunur. Xəlifə Mötəsimin siyasətinin əsas 

x

ətti Babək hərəkatının  süqutuna  yönəldilmişdir.  “Xəlifə  Məmun 833-cü il 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

80 


 

avqustun 7-sind

ə öldü, öz qardaşı Mötəsimi (Əbu İshaq Məhəmməd ibn Harun ər-

R

əşidi) taxta vəliəhd təyin edərək, ona vəsiyyətnamə qoydu. Bu vəsiyyətin başlıca 



madd

əsi xürrəmilərə  qarşı  müharibəyə  başlıca  diqqət vermək sərəncamı  idi: 

“Xürr

əmilərə  gəlincə,  onlara  qarşı  müharibəyə  qətiyyətli və  rəhmsiz bir adam 



gönd

ər, ona səbrlə, pul, silah, atlı və piyada qoşunla kömək et. Əgər onların vaxtı 

uzun ç

əksə, sən özün öz tərəfdarların və yaxın adamların ilə onların üstünə get” (1, 



241-242).  Görk

əmli şərqşünas tarixçi Z. Bünyadov bu məlumatı Təbəriyə istinad 

vermişdi. Tarixçi alimə görə, xəlifə Babəklə müharibənin strateji cəhətlərinə çox 

diqq


ət yetirirdi, o görkəmli sərkərdələri və qoşunun seçilməsində böyük səy göstə-

rir, Xilaf

ətin maliyə, ərzaq və yem ehtiyatlarını səfərbər edirdi (1, 244). Biz bu cə-

h

ətləri “Fərqanə gəlini” romanında da görürük. Bəbəklə müharibənin əsas hərəkat-



verici qüvv

əsi  olan  Əfşinin  qoşununa  sərf edilən xərclər  əsərdə  geniş  şəkildə  öz 

əksini tapmışdır. Təbəri məlumat verir ki, “Afşin  ata  minəndə,  yəni xürrəmilərlə 

vuruşmağa girəndə - gündə 10 min dirhəm, hərbi əməliyyat olmayanda isə 5 min 

dirh

əm pul alırdı” (1, 245).  



“F

ərqanə  gəlini”  romanında  Babək  haqqında  ilk  məlumat  əsərin  əsas qəh-

r

əmanı Cahanın dayəsi Xəyzəranla söhbəti zamanı verilir: “Mən belə düşünürəm 



ki, o kahinin Xürr

əmilər təriqətinin gizli cəmiyyəti ilə əlaqəsi vardır. O cəmiyyətlə 

ki, 

başında  bu  gün  müsəlmanların  xəlifəsinin  qorxduğu  əzəmət və  qüvvət sahibi 



Bab

ək  əl-Xürrəmi durur...Belə  aydın  olur  ki,  Xürrəmilərin məqsədi  farsların 

hakimiyy

ətini geri qaytarmaq və müsəlmanlarla vuruşmaqdır” (4, 23). Burada, gör-

düyümüz kimi, 

bir sıra ziddiyyətli fikirlər meydana çıxır. Bəbəkin farsların haki-

miyy

ətini geri qaytarmaq ifadəsi ilə  müəllif Babəkin  fars  olması  fikrini  nəzərdə 



tutur. Çünki 

əsərin bir neçə yerində bu barədə açıq-aydın deyilir. Ata tərəfdən fars 

olan F

ərqanə  gəlini  Cahanın  “məgər  farslarda  bu  gün  şah  qalmışdır?”  sualına 



day

əsi belə  cavab  verir:  “Farsların  hazırda  kəsraların  hakimiyyətini  qaytarmağa 

çalışan  böyük  şahları  var...Yoxsa  Ərdəbil hakimi Babək  əl-Xürrəmidən xəbərin 

yoxdur?” (4, 27-28). 

Əsərin digər bir hissəsində xəlifə Mötəsim, qazi və xəlifənin 

s

ərkərdələrindən və romanın əsas obrazlarından biri olan Dirğam xürrəmilərə qarşı 



müharib

ədən bəhs edərkən yenə  də  eyni fikirləri görürük.  Xəlifə  müvafiq olaraq 

Bab

əki və qazini nəzərdə tutaraq deyir: “Mən görürəm ki, qazilər qazisi bizim bu 



farsdan v

ə  yaxud  da  Uşrusanəlidən  qorxduğumuzu  deməkdə  bir qədər ifrata 

vardı...” (4,  135)  Cahanın Babəklə  söhbətində  eyni məsələlər  daha  aydın  şəkildə 

ifad


ə olunur. Cahan deyir: “Sən bilirsən ki, mən də sənin kimi farsam və mənim 

böyük atam m

ərziban da fars sirrini heç vaxt ərəblərə verməzdi” (4, 194).  

Romanda Bab

əkin  milli mənsubiyyəti  haqqında  yalnış  fikirlərə  təsadüf 

etdiyimiz kimi,  ölk

əsinin  adı  da  qeyri-düzgün göstərilir.  Yəni Babəkin  ərazisi 

Ərməniyyə adlandırılır və bununla da böyük tarixi yanlışlığa yol verilir. Əsərdə ilk 

d

əfə  “Sərkərdələr və  türklər” bölməsində  bu barədə  məlumat  verilmişdir.  Qazi 



Dirğama söyləyir: “Səndən gizli deyildir ki, Babək əl-Xürrəmi Ərməniyyədə əmir 

əl-möminin  əleyhinə  qiyam  qaldırmışdır”  (4,  133).  Burada  əsərin tərcüməçisi, 

ərəbşünas  alim  V.  Cəfərin qeydlərinə  diqqət yetirmək çox önəmlidir.  Tədqiqatçı 

S

əid Nəfisinin “Xilafət  zamanı  ərəblər  Arran  torpağını  Qafqazda  fəth etdikləri 



başqa  nahiyələrlə  birləşdirərək,  ona  “Ərməniyyə”,  yəni Ermənistan  adı  verdilər” 

fikirl


ərinə  istinad edərək  yazır:  “Göründüyü  kimi,  ərəb tarixçiləri özlərinin bu 

qondarma islahları ilə düşmən dəyirmanına su tökmüşlər və erməni tarixçiləri də 

bundan istifad

ə  edərək  əsrlərcə  Azərbaycan  tarixini  saxtalaşdırmağa  çalışmış  və 




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə