Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə78/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   74   75   76   77   78   79   80   81   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

165 


 

müxt


əlif çalarlarla əks olunur.  Bilirik ki,  lirikanın  əsas  problemi  insandır.  İnsan 

onun h


əm obyekti, həm də subyektidir. Dağlarca da bütün gözəlliklərin qaynağının 

insanda axtarıb, tapır. Onun şeirinin əsas predmeti, insan bir sözlə bütün bəşəriy-

y

ətdir. Dağlarca şeirinin lirik qəhrəmanı irq, din, dil ayrıseçkiliyinə məruz qalma-



yan insandır. Onun əsərlərində daş dövründən başlayaraq müasir dövrümüzə qədər 

dem


ək olar ki, bütün insan tiplərinə rast gəlmək mümkündür. Sosial təbəqəsindən, 

m

əşğuliyyətindən  asılı  olmayaraqinsan  -  onun sevgisi,  nifrəti,  sevinci,  kədəri, 



t

ənhalığı, xəyal dünyası özünəməxsus şəkildə Fazil Hüsnü poeziyasının əsas möv-

zusuna çevrilir. 

Onun  şeirləri öz poetik duyumu,  dilinin zərifliyi,  qeyri-adi ifadə 

t

ərziylə  yadda  qalır.  Bu özünəməxsusluq  şairin  həm Türkiyədə,  həm də  onun 



hüdud

larından uzaqlarda tanınmasına vəsilə olmuşdur.  

Türkiy

ədə şeirləri dillər əzbəri olan Fazil Hüsnü Dağlarca Azərbaycanda da 



böyük  bir  şair  kimi  tanınmışdır.  Təsbitlərimizə  görəo,  1969-cu  ilin  may  ayında 

Aleksandr  Puşkinin  anadan  olmasının  170  illiyi  münasibəti ilə  Moskvaya,  daha 

sonra is

ə Azərbaycana gəlmiş, Bakı, Şamaxı, Göyçay, Gəncə, Göygöl və s. kimi 

şəhərlərimizi qarış-qarış gəzmiş, bu səfər təəssüratlarının nəticəsi olaraq Azərbay-

canın tərənnümünə həsr etdiyi silsilə şeirlər qələmə almışdır. Şair, burada Azərbay-

canın tanınmış elm adamlarıyla yaxından tanış olmuş, ədəbi əlaqə yaratmış, sevimli 

şairimiz Rəsul Rza ilə yaxından dostluq əlaqəsi qurmuşdur.  

Yazıçı Anar şairin Azərbaycan türkcəsinə uyğunlaşdırılmış “Sivaslı qarışqa” 

adlı kitabına ön söz yazarkən qeyd edir: 

“Moskvadan sonra Dağlarca Bakıya gəlmişdi. Atam onu mənim mənzilimə 

d

ə - oğlum Turalın ad gününə gətirmişdi. Atam Fazil bəyi akademik Həmid Araslı, 



Dağlarcanın araşdırıcısı Tofiq Məlikliylə birlikdə Azərbaycan rayonlarına aparmışdı. 

Bu g


əzidən sonra Dağlarca “Şamaxılı olmaq”, “Sabirin evində”, “Göyçay”, “Gəncə”, 

“G

əncəli Nizaminin türbəsi” adlı şeirlər yazdı və Rəsul Rza onları Azəri türkcəsinə 



uyğunlaşdıraraq “Ədəbiyyat və İncəsənət” qəzetində dərc etdirdi” (3, s.9).  

 Bel


əcə  Türkiyədən  qardaş  ölkə  olan Azərbaycana səfər edən  Dağlarca 

Az

ərbaycana olan sevgisini şeirləri ilə əbədiləşdirmişdir. Bu poetik nümunələrdən 



biri “G

əncə” şəhərinə həsr edilmişdir.  

 

Ür

əyidir yaşılın Gəncə.  



Yell

ər sakitləşər, yön dəyişdirər, oyanar 

G

əncədə.  



Axanda sevinir su,  

D

əyən kimi Gəncənin torpağına.  



Vardır gecə yarısındada bir aydınlığı,  

Qaranlıq Gəncəyə yaraşmaz ki (6, s. 61)! 

 

Nümun


ədən bəlli olduğu kimi, Gəncənin qədimiliyi, gözəl təbiəti rəng-rəng

naxış-naxış şeirin ruhuna hopmuşdur. Şair bu şəhərə olan sevgisini son misralarda 

daha poetik ifad

ə edir: 


 

Orada doğulduğuna inanarhər kəs 

 

Ömründ


ə bir kərə Gəncəni görsə (6, s. 61).  

Dağlarca  burada  olarkən  dahi  şairimiz  Nizami  Gəncəvinin də  türbəsini 

ziyar

ət  etmiş,  “Gəncəli Nizami türbəsi”  adlı  şeirində  şairə  olan  ehtiramınıözünə-



m

əxsus şəkildə ifadə etmişdir. Onun bu səpkidə yazdığı şeirlərdən biri isə “Sabirin 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

166 


 

evind


ə” adlanır. Bu şeirdən Dağlarcanın Şamaxı səfəri zamanı böyük şairimiz Mir-

z

ə  Ələkbər Sabirin ev muzeyinəgetdiyi bəlli olur.  Burada  da  Dağlarcanın  Sabir 



poeziyasına rəğbəti və ehtiramı öz poetik ifadəsini tapır.  

 

Şair “Şamaxılı olmaq” şeirində isə bu şəhərin gözəl təbiətini tərənnüm edir. 



B

əzi misralara nəzərsalaq,  

Axar o yerl

ərdə böyük bir su 

Şamaxı şəhərindəyəm. 

Üzüml


ərdə torpağın oyanıq uyqusu 

Şamaxı şəhərindəyəm (6, s. 63). 

 

Nümun


ədən göründüyü kimi,  lirik qəhrəman  Şamaxılı  olmağıyla  qürur 

duyur. O, 

bu torpaqlara ayaq basdığı üçün özünü xoşbəxt hiss edir. Şair bu məm-

l

əkətdə  gecələrin belə  zülmətin  əsarətindən  çıxıb  aydınlığa  qovuşduğunu,  tənha-



lığın insanı tərk etdiyini poetik dillə ifadə edir.  

 

 



Şamaxı şəhərindəyəm.  

 

Göy üzü yer üzünd



ən ağ,  

 

Şamaxı şəhərindəyəm.  



 

Yalnızlıq məni tərk edib,  

Şamaxı şəhərindəyəm (6, s. 63).  

 

Şair  göstərir ki, bu  xoşbəxtliyi lirik qəhrəmana bəxş edən duyğu,  onun bu 



m

əmləkətin övladı olmasıyla bağlıdır. O, hətta digər bir şeirində Azərbaycan övla-

dınınfiravan həyat sürməsindən, onun namusuyla, alın təriylə yaşamasından böyük 

h

eyranlıqla  söhbət açaraq, “Buradakı  pul/  Yalnız  alın  tərindir/ Sənin” deyə  ifadə 



edir. 

Bütün bunlar onun xalqımıza, ölkəmizə duyduğu sevginin səmimi ifadəsidir.  

Yuxarıda  qeyd  etdiyimiz  kimi  şairin  səfər etdiyi səfalı  guşələrdən biri də 

Göyçay şəhəridir. Bu şəhərin də füsunkar gözəlliyi şairi özünə heyran etmişdir. O, 

öz m

əftunluğunu “Göyçay” şeirində belə ifadə edir: 



 

Göyçayda axar çinarlar 

Göy

əmi, yoxsa yerəmi? 



Əfsanəvi yamaclardan  

Lövb


ər alır yavaş-yavaş,  

“Min bir gec

ə” denən gəmi 

*** 


Haranı dinləsən, ordan 

Tarixin tunc s

əsi gəlir 

Əfsanələrdən içəri.  

Söyk

ənmişlər bir-birinə,  



Evl

ər əski igidlərdir (6, s. 62).  

 

Üç b


ənddən ibarət olan bu poetik nümunənin hər sətrində  Azərbaycanın 

əsrarəngiz təbiəti,  meşələri,  yaylaları,  yamacları  hətta  çinarları  vəsf olunur.  Yeri 

g

əlmişkən qeyd edək,  təbiət  obrazını  canlandırarkən  şair  tez-tez çinar motivinə 



müraci

ət edir. Bunun əslndə maraqlı bir tarixçəsi var. F. H. Dağlarcanın görkəmli 

türkoloq T. M

əlikli öz xatirələrində yazır: 




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə