Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə79/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   75   76   77   78   79   80   81   82   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

167 


 

 

“Bakıda  Rəsul  Rzanın  evində  olanda,  Rəsul müəllimlə  Nigar  xanımın  bir 



“mübahis

əsinin” şahidi olduq. Nigar xanım Dağlarcaya, Gəncədə olarkən, şəhərin 

bir növ simvoluna çevrilmiş çinar ağaclarının gözəlliyinə diqqət yetirməsini söy-

l

ərkən,  Rəsul müəllim gülümsəyərək,  Gəncə  çinarlarının  Göyçay  çinarlarının  ya-



nında cılız qaldığını, Azərbaycanın ən qocaman çinar ağacının Göyçayda olduğunu 

iddia edirdi. 

İki böyük şairin “çinar dartışması” hamımıza nəşəli dəqiqələr yaşat-

mışdır. Göyçaya gəldiyimizdə Rəsul Rza bizi içi ovuq nəhəng bir çinar ağacının 

altında çay içməyə dəvət etdi. Ağac həqiqətən tarixi bir heykəl təəssüratı yaradırdı. 

Dağlarcanın  çinar  ağacından  etkiləndiyini görən Rəsul müəllim,  iki gəncəliyə  - 

H

əmid Araslı və mənə: “Deyin görüm, Gəncədə belə çinarınız varmı?” Deyə soru-



şunca,  Həmid müəllimin “Gəncənin hər küçəsində  onlarca belə  çinar  ağacı  var” 

cavabı qonağımızı heyrətə salmış, biz isə bu sözlərə xeyli gülüşmüşdük.  

“Çinar  dartışması”nın  təsiriylə  Dağlarca  “Çinar”  şeirini  yazaraq  Nigar 

xanıma göndərmişdi” (7, s. 4-5) 

El

ə bu səbəbdən də şair Azərbaycana həsr etdiyi şeirlərində əzəmətin sim-



volu olan çinar motivin

ə uğurla müraciət edir. Onu da qeyd edək ki, Dağlarcanın 

bu s

əpkidə qələmə aldığı şeirlərində ölkəmizin dilbər guşələrinin füsunkar gözəl-



liyinin t

ərənnümü ilə yanaşı, onun qədimiliyi, tarixiliyi də öz poetik ifadəsini tapır. 

Bel

ə şeirlərdən biri də Qobustan haqqındadır.  



 

Bakının 70. 000 addım şərqindəyik 

Dağlar qüvvətli çiyinlərinə almış böyük bir sazı: 

Gün


əşin yandırdığı susuz çöllər uzanarkən,  

Qaranlığın qeyri-adi gözəlliyi doğarkən yenə  

Parlar qayalar üz

ərində 25. 000 illik qazı (1, s. 230) (6, s. 57) 

 

Q

ədim yaşayış məskəni olan Qobustan şairin diqqətini cəlb etmiş, nümunə-



d

ən də görüldüyü kimi onun tarixiliyi, qədim insanların məskəni olduğu poetik şə-

kild

ə ifadə olunmuşdur. Şair xəyal gücünün dərinliyi ilə sanki keçmişə ekskursiya 



edir,  halay vuran,  ov ed

ən qədim insanları görür, onların kədərini, sevincini hiss 

edir. 

Şeir həm ideya məzmun, həm də ifadə baxımında diqqəti cəlb edir.  



F.  H. 

Dağlarcanın  Azərbaycanın  tərənnümünə  həsr  etdiyi  şeirlərə  nəzər 

saldıqda  bu  qənaətə  gəlirik ki,  şairin  ölkəmizə,  onun təbiətinə  böyük  heyranlığı 

olmuşdur.  Ölkəmizin səfalı  guşələrini  qarış-qarış  gəzən  Dağlarca  bu  sevgisini 

poetik nümun

ələrlə əbədiləşdirmişdir. O, təkcə yuxarıda qeyd etdiyimiz “Göyçay”, 

“G

əncə” vs kimi şeirlərini deyil, eyni zamanda “Bir ölkə görürəm”, “Daha gözəl 



biri”, 

“Ormanların içindən”, “And”, “Azadlıq haqqında”, “Pul”, “Mənlərdən mən”, 

“Yoldaş” və s. kimi şeirlərini də ölkəmizə həsr etmişdir. Dağlarcanın dostu Rəsul 

Rza v


ə Nigar xanımım Rəfibəylinin vəfatına həsr edib, öz səmimi duyğularını dilə 

g

ətirdiyi “Rəsul Rza və  Nigar”  adlı  şeiri  dostluğun  sevginin  bariz  nümunəsinə 



çevrilmişdir. Bu şeirdən, hələ o dövrlərdə Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin 

m

əhdudlaşdırıldığı,  baskı  altında  olduğu  mərhələdə  Fazil  Hüsnü  Dağlarca,  Rəsul 



Rza v

ə Nigar Rəfibəylinin simasında Azərbaycan və Türkiyəninəbədi dostluğunu, 

birliyini görürük.  

 

ƏDƏBİYYAT 

1.

 

Dağlarca F. H. Dört kanatlı kuş. İstanbul: Yapı kredi yayınları, 2010, 293 s.  




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

168 


 

2.

 



Dağlarca F. H. Havaya çizilen dünya. İstanbul: Kitap yayınları, 1960 

3.

 



Dağlarca F. H. Sivaslı qarışqa. Tərc. ed: T. Məlikli, S. Babullaoğlu, Yurd N PB, 2007, 

112 s.  


4.

 

Dağlarca H. Müasir dünya poeziyasından nümunələr: Vyetnam sahilləri, Söz oğrusu, 



İnam vs. (şeirlər), “Ədəbiyyat və İncəsənət” qəz. , Bakı, 1969, 17 may 

5.

 



M

əlikli T. Türkoloji problemlər (Üç telli sözdən…), Bakı: Azərnəşr, 2008, 180 s.  

6.

 

Sülh v



ə dostluq. Bakı: Azərbaycan dövlət nəşriyyatı, 1958, 338 s.  

7.

 



Tapdılar  bir-birini  –  sevgini  bölüşdülər. (R.  Rza və  N.  Rəfibəyliyə  həsr  olunmuş 

şeirlər, poemalar). Bakı: Nurlan, 2002, 278 s.  

8.

 

Türk şairi qonağımızdır. “Bakı” qəz. , 1969, 9 iyun 



 

 

THE GLORIFICATION OF AZERBAIJAN IN FAZIL HUSNU 

DAGLARCA'S POETRY 

 

Summary 

 

One of the prominent poets of modern Turkish literature was Fazil Husnu Daglarca. 

Having passed a long way of his literary creation,  Daglarca became the author of such 

books as "Our Vietnamese War",  "Whale with a Mandolin",  " A Child and God",  " A 

Legend of Chanakkale", "World Spurted into Air", and others. For the first time in 1969 the 

poet arrived in Azerbaijan to take part in "The Days of Pushkin`s Poetry",  meeting and 

establishing close literary relations with scientists,  poets,  especially with our great poet 

Rasul Rza.  His verse named "Rasul Rza and Nigar" is the result of their friendship and 

mutual love. Daglarca travelled all over very picturesque areas of Azerbaijan, such as Goy 

Gol, Genca, Shemakha and dedicated such verses as "I See such a Country", " Gobustan", 

"Gyanca", "Goychay", "In the Apartment of Sabir", " Being from Shemakha", " The Tomb 

of Nizami from Gyanca" and others to Azerbaijan.  

Here the author analyses and research Daglarca's verses dedicated to Azerbaijan.  

Key  words:  Daglarca,  Fazil Husnu,  the glorification of Azerbaijan,  Fazil 

Husnu Daglarca's friendship with Rasul Rza, modern Turkish poetry.  



 

 


Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə