Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə80/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   76   77   78   79   80   81   82   83   ...   89

49 kv m-lik stendlə Azərbaycan özünün turizm imkanlanm nüma- 
yiş etdirmişdir (100, 24.09.2004). Həmçinin 2004-cü ilin noyab- 
nn 8-11-də Londonda keçirilmiş  190 ölkənin iştirak etdiyi sərgidə 
də respublikamız öz turizm imkanlarmı geniş nümayiş  etdirmiş- 
dir  (196,  01.2004).  2005-ci  ilin turizm  sərgilərində  də respubli- 
kamız  fəal  iştirak  etmişdir.  Həmin  il  mart  ayının  23-26-da 
Rusiyada,  martin  30-dan  aprelin  2-пэ  kimi  Ukraynada,  aprelin 
7-9-da  Bakıda,  aprelin  28-30-da  Qazaxıstanda  belə  sərgilər 
keçirilmişdir (196, XII.2004).
Qeyd  etmək  lazımdır  ki,  turizm  sərgilərində  iştirak  edən 
ölkələrin  sayı  ildən-ilə  artır.  Məsələn,  2002-ci  il  sərgisində 
25  ölkədən nümayəndə iştirak etmişdisə, 2003-cü ildə 40 ölkənin 
nümayəndəsi,  2004-cü  il  sərgisində  isə  70  ölkədən  nümayəndə 
iştirak etmişdir (52). Azərbaycanın beynəlxalq turizm sərgilərində 
iştirakı bir tərəfdən müstəqil dövlət kimi respublikamızm dünya 
bazannda özünü əlverişli turizm imkanları olan ölkə kimi tanıt- 
ması,  digər tərəfdən isə  dünya turizm ictimaiyyətinin diqqətinin 
Azərbaycana cəlb olunması üçün geniş imkanlar açır.
2001-ci ildən sonrakı dövrdə Azərbaycanın dünya ölkələri ilə 
turizm əlaqələri  daha sürətlə genişlənməyə başlamışdır.  Belə ki, 
bu dövrdə Türkiyə, Çin, Özbəkistan, Qırğızıstan, Polşa, Pakistan, 
Moldova, İtaliya,  Gürcüstan, Ukrayna, Belorus və Bolqanstanla 
turizm sahəsində əlaqələr yaradılmışdu' (52). Azərbaycan 2004-cü 
ilin martin 1-də Qazaxıstan Respublikası ilə, həmin ilin noyabnn 
30-da  isə  Qətər  dövləti  ilə  turizm  sahəsində  əməkdaşlığa  dair 
anlaşma memorandumu imzalamışdır (196, XII.2004).
Son vaxtlar  ölkəmizdə  daxili  turizm  də  inkişaf etməyə  baş- 
lamışdır. Aşağıdakı faktlar bunu aydın şəkildə sübut edir.  Məsə- 
lən,  2001-ci  illə müqayisədə  2002-ci  ildə  respublikada turizmlə 
məşğul olan qurumlann sayı 2,2 dəfə artaraq 39 müəssisəni əhatə 
etmiş, burada işləyənlərin sayı 319 nəfər olmuşdur (196, XII.2004).
2002-ci ildə əhaliyə  1  mlrd manat dəyərində  1546 turist putyov- 
kası  verilmişdir  ki,  bunun  da  46-sı  ölkə  daxili  səyahət,  1500-ü 
ölkədən kənar səyahət üçün nəzərdə tutulmuşdur (34, 271). Ümu- 
miyyətlə,  təkcə  2002-ci  ildə  5420  turistə  xidmət  göstərilmişdir 
ki, bu da 2001-ci illə müqayisədə  5,4  dəfə çoxdur.  Нэг 3  turist- 
dən  birinə  Xaçmazda,  hər  4  nəfərdən  birinə  Bakıda,  turistlərin


18%-nə isə Şəkidə xidmət göstərilmişdir. Turistlərin 74%-i qonaq 
evlərində,  16%-i turist bazalannda yerləşdirilmişdir.
Turizm  sahəsində  əldə  edilən  gəlir  müqayisə  edilən  dövrdə 
2  dəfə  artaraq  4,3  mlrd  manat  olmuşdur.  Əldə  edilən  gəlirin 
97%-i  qeyri-dövlət bölməsinin payına düşmüşdür  (34,  271).  Bu 
müddətdə  səfər  etmiş  turistlərin  44,8%-i  işgüzar  məqsədlə, 
27,2%-i istirahət məqsədli,  0,9  %-i müalicəvi, 27,1%-i isə digər 
motivlərlə gəzintiyə çıxmışlar.
2002-ci  ildə  ölkədən  1141  nəfər insan xaricə  səfər  etmişdir. 
Həmin  dövrdə  ölkəmizə  gələn  xarici  turistlərin  də  sayı  kəskin 
surətdə  artmışdır.  Belə  ki,  2002-ci  ildə  respublikanın  mehmatı- 
xanalannda  117  882 nəfər turistə xidmət göstərilmişdir ki, bu da
2001-ci illə müqayisədə  17 dəfə çoxdur (34, 271).
Aparılan məqsədyönlü siyasət nəticəsində son illərdə respub- 
likamıza gələn turistlərin sayı daha da artmışdır.  Son illərin  sta- 
tistik göstəricilərinin müqayisəsi bunu bir daha  sübut edir.  Belə 
ki, əgər 2000-ci ildə respublikamıza gələn turistlərin ümumi sayı 
680 909 nəfər olmuşdusa, 2001-ci ildə bu göstərici 766 992 nəfərə,
2002-ci  ildə  793  345  nəfərə,  2003-cü  ildə  1  066290  nəfərə,
2004-cü  ildə  1  197169  nəfərə,  2005-ci  ildə  isə  1261689  nəfərə 
çatmışdır (34,271).  Ölkəmizə  gələn turistlər içərisində  əsas  yeri 
MDB  ölkələrindən  gələnlər,  sonrakı  yerləri  isə  İrandan  və 
Türkiyədən gələnlər tutmuşdur. Belə ki, təkcə 2005-ci ildə MDB 
ölkələrindən gələn turistlərin  sayı  809  172  nəfər olmuşdusa, bu 
müddətdə  Irandan  gələn  turistlərin  sayı  21  616  nəfər,  Türkiyə- 
dən gələn turistlərin sayı isə  17 841 nəfər olmuşdur (32, 55).
Mədəniyyət  Nazirliyinin  əməkdaşı  Nigar  Axundova  Azər- 
baycanm turizm  imkanlannı  qiymətləndirərək qeyd etmişdir ki, 
ölkəmizdə  turistlərə  təqdim  oluna  biləcək  68300  mədəniyyət 
abidəsi, о cümlədən 146 muzey vardır (32,55).
Turizmin  inkişaf etdirilməsi  həm  də  bu  sahə  üçün  yüksək 
peşəkar,  səriştəli  kadrlann  hazırlanmasından  asılıdır.  Ona  görə 
son illərdə bu sahə üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlan- 
ması da əsas  məsələ  kimi  qarşıya qoyulmuşdur.  Bu istiqamətdə 
artıq  müəyyən  işlər  görülmüşdür.  Belə  ki,  2000-ci  ildən  Bakı 
Dövlət Universitetində, 2006-cı ildən Turizm İnstitutunda, bundan 
başqa, İqtisad Universitetində, Qərb Universitetində, Mədəniyyət


və İncəsənət Universitetində, Texnologiya Universitetində, Nax­
çivan Universitetində,  Bakı Biznes Kollecində turizm sahəsində 
kadr hazırlanması işinə başlanılmışdır.
Turizm sahəsində mütəxəssislərin hazırlığı səviyyəsinin yük- 
səldilməsi  məsələsi  diqqət  mərkəzində  olmuş,  bu  istiqamətdə 
ABŞ,  Italiya kimi  dövlətlərin təcrübəsindən istifadə olunmasına 
başlanmış, xarici turizm şirkətləri ilə əlaqələr yaradılmışdır. Belə 
ki,  2002-ci  il  iyun  aymm  8-dən  30-dək  Turizm  Baş  İdarəsinin 
rəisi  Natiq  Məmmədovun  rəhbərlik  etdiyi  nümayəndə  heyəti 
ABŞ-da  olmuş,  bu  ölkənin  turizm  şirkətlərinin  işi  ilə,  turizmin 
inkişaf  istiqamətləri  ilə  tanış  olmuşdur.  Həmçinin  nümayəndə 
heyətimiz tərəfindən onlara Azərbaycanın turizm imkanlan barədə 
məlumatlar  verilmişdir  (196,  01.2004).  ABŞ  Ticarət  və  İnkişaf 
Agentliyinin  xətti  ilə  “Skot  Veyn”  şirkəti Azərbaycana  gəlmiş, 
burada turizmin inkişafi perspektivləri ilə maraqlanmış, Binə hava 
limanmda mehmanxana tikilməsi  məsələsini nəzərdən keçirmiş- 
dir. ABŞ hökuməti Azərbaycanda turizm strategiyası üzrə texniki 
yardım üçün 308 050 min dollar ayırmışdır (47, 21.06.2002).
Nazirlər Kabinetinin  1992-ci  il  23  yanvar  17  saylı  “2002-ci 
ilin sentyabnn 2-пэ dək olan müddətdə turizm sahəsində fəaliy- 
yətlə  məşğul  olmaq  qaydası  haqqında”  qəranna  uyğun  olaraq 
sonrakı  illərdə  24  şirkətə  bu  fəaliyyətlə  məşğul  olmağa  icazə 
verilmişdir.  Həmin  şirkətlərin  fəaliyyəti nəticəsində  dövlət büd- 
cəsinə 192 mln manat vəsait daxil olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respub- 
likası  ərazisində  2002-ci  il  dekabnn  31 -nə  dək  müxtəlif  növ 
fəaliyyətlə  məşğul  olmaq  qaydasına  icazə  sistemi  haqqmda” 
2  sentyabr 2002-ci  il fərmanına uyğun olaraq 2002-ci  ildə  daha 
7 şirkətə, 2003-cü ildə 74 şirkətə, 2004-cü ildə 44 şirkətə turizm 
sahəsində  məşğul  olmaq üçün lisenziya verilmiş,  dövlət büdcə- 
sinə  rüsumlar keçirilməyə başlanmışdır.  2002-ci  ildə bu xidmət 
sahəsindən  dövlət büdcəsinə  211  250  min  manat,  2003-cü  ildə 
203  500 min manat, 2004-cü ilin təkcə  8 ayı ərzində isə  121  mln 
manat vəsait köçürülmüşdür (196, 06.2004). 2004-cü ildə respub- 
likada ümumilikdə  126  şirkət turizm sahəsində  fəaliyyət göstər- 
mişdir.  Məsələn,  bunlardan “Kav min-vod”,  “BR”,  “Xəzər Tur- 
Travel”,  “Azer  Ren  LTD”,  “Orin-Tur”,  “JET-Travel  LTD”,


Yüklə

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə