Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə81/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   77   78   79   80   81   82   83   84   ...   89

“Kənan-1”,  “Biznes Serviz Senter”, “Sim-Sim”, “Nicat” və baş- 
qalannı göstərmək olar (52).  2006-cı ildə isə 200-dən artıq fiziki 
və  hüquqi  şəxsə  turizm  sahəsində  fəaliyyətlə  məşğul  olmağa 
lisenziya verilmişdir.
Son  vaxtlar ABŞ Azərbaycanda  turizmin  inkişaf etdirilməsi 
sahəsinə  sərmayə  qoymağa  başlamışdır.  Belə  ki, Azərbaycanda
2005-2010-cu  ildə  turizmin  inkişaf  etdirilməsinin  master  pla- 
nının  hazırlanması  üçün  ABŞ-ın  Ticarət  və  İnkişaf  Agentliyi 
ölkəmizə  daha  300  min  dollar  həcmində  yardım  etməyi  qərara 
almışdır.  Bu  məqsədlə  2004-cü  ilin  aprelində ABŞ-ın  ölkəmiz- 
dəki səfiri Rino Hamişlə Azərbaycan Respublikası Gənclər, İdman 
və Turizm Nazirliyi arasmda müqavilə imzalanmışdır. Mərasimdə 
ABŞ-ın  Ticarət  və  İnkişaf Agentliyinin  Avrasiya  üzrə  regional 
direktoru Daniel  Stayan da iştirak etmişdir.  Respublika Gənclər, 
İdman  və  Turizm  naziri  Əbülfəz  Qarayevin  məlumatına  görə, 
master planın hazırlanması üçün ABŞ şirkətlərinin iştirak edəcəyi 
tender keçiriləcək,  qalib gələn şirkət master planın hazırlanması 
üçün respublikamıza ekspert qrupu göndərəcəkdir (196, XII.2004).
Turizmin respublikada inkişaf etdirilməsində mühüm  istiqa- 
mətlərdən  biri  turizm  informasiya  mərkəzlərinin  açılması  ilə 
bağlıdır.  Təsadüfi  deyil  ki,  Azərbaycan  hökuməti  və  BMT-nin 
İnkişaf Proqramınm birgə  layihəsi  əsasında  ölkəmizin  7  bölgə- 
sində  turizm  informasiya  mərkəzlərinin  yaradılması  nəzərdə 
tutulmuşdur.  Ilk  belə  mərkəz  2005-ci  ilin  fevralın  2-də  Bakıda 
açılmışdır (196, 06.2005).Belə mərkəzbrin yaradılmasınm yerlərdə 
turizm  sahəsində  kadrlann  hazurlanmasında,  ölkəmizin  turizm 
imkanlarmm  təbliğində  mühüm  rolu  olacaqdır.  Нэг  hansı  bir 
xarici  ölkə  vətəndaşı  respublikamızın  turizm  sahəsi  barədə  bu 
mərkəzbrdə lazımi informasiya toplamaq imkanı əldə edəcəkdir.
2003-cü  il  noyabnn  17-28-də  Italiyanın  Rerica  şəhərində 
Ümumdünya Turizm Təşkilatınm təşkil etdiyi “Ted.Qual-MQE” 
tədris  kursunda Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi  və  İdman 
Akademiyasının baş müəllimi V.Bağırov iştirak etmişdir.  11  ölkə- 
nin  nümayəndələrinin  iştirak  etdiyi  kursda  80  saatlıq  proqram 
əsasında turizm sahəsində işlərin idarə olunması, kadr hazırlığı və 
sair məsələlər barədə zəruri məlumatlar verilmişdir (47,21.06.2002).


2003-cü il oktyabnn 2-dən dekabnn 19-na dək İtaliyanın Milan 
şəhərində  də turizm  sahəsində kurslar təşkil  edilmiş,  13  ölkənin 
nümayəndəsinin  iştirak  etdiyi  bu  kurslarda  da  Azərbaycan 
nümayəndələri təmsil  olunmuşdur.  Bu kursda turizmin müxtəlif 
sahələri üzrə  250  saatlıq mühazirə  oxunmuş,  xüsusi  sertifikatlar 
verilmişdir. Azərbaycandan olan nümayəndələr sırasında Turizm 
idarəsinin əməkdaşı Mehri Alxasova da xüsusi sertifikat almışdır 
(196, 01.2004).
2004-cü  il  fevralın 24-25-də  Ümumdünya Turizm Təşkilatı- 
nın  MDB-уэ  üzv  ölkələrlə  əməkdaşlıq  çərçivəsində  seminan 
keçirilmişdir.  Burada  Ümumdünya  Turizm  Təşkilatının  tədris 
proqramlanna  uyğun  olaraq  turizmin  müxtəlif  aspektləri  ilə 
bağlı məsələlər diqqət mərkəzində olmuşdur.
Qeyd  etmək  lazımdır  ki,  “İpək  yolu”nun  imkanlan  yalnız 
mədəni  turizmlə  məhdudlaşmır.  “İpək  yolu”  həmçinin  iqtisadi 
turizm,  aqroturizm,  sərgüzəşt  turizminin  də  inkişafına  kömək 
edir.  Bu gün neft  strategiyası,  “Yeni  İpək yolu”nun yaradılması 
turizmin  inkişafına  müsbət  təsir  göstərir.  Bununla  bağlı  xarici 
şirkətlərin iş  adamlannın  ölkəmizə  səfərləri  çoxalmışdır.  Bu  da 
öz növbəsində  xarici  şirkətlərin Azərbaycanın  turizm  imkanlan 
ilə tamş olmasma, bu sahədə müvafiq əlaqələr yaratmasına imkan 
vermişdir. Nəqliyyat daşımalannın artması ilə əlaqədar yeni otel
motel, kempinqlərin tikilməsi zərurəti yaranmışdır və bu iş üçün 
xarici  investorları  cəlb  etmək  olar.  “İpək  yolu”  boyunca  avto- 
busla Bakı,  Şamaxı,  Qəbələ,  Şəki, Balakən, Gürcüstan istiqamə- 
tində  turizm  səyahətlərinin  təşkili,  həmçinin  “İpək  yolu”nun 
bэфasında mühüm rol oynayan dəniz nəqliyyatı vasitəsilə yüksək 
komfortlu gəmilərlə üzən otellərdə Xəzərdən keçməklə Qara dəniz, 
Aralıq dənizinə səyahətlərin keçirilməsi mümkündür (73, 432).
Azərbaycan  Gənclər  İdman  və  Turizm  Nazirliyinin,  Təhsil 
Nazirliyinin, Milli Elmlər Akademiyasınm, Türkiyə Respublika- 
sımn ölkəmizdəki səfirliyi nümayəndələrinin 2004-cü ilin dekab­
nn  3-də  keçirilmiş  birgə  iclasında  “Babalann  tarixi  zəfər  və 
şəhadət yolu”  adlı yeni bir turizm marşrutunun açılması tövsiyə 
edilmişdir.  Azərbaycan  və  Türkiyə  ərazilərini  əhatə  edəcək  bu 
marşrut  ölkələr  arasında  turist  mübadiləsini  genişləndirməklə 
bərabər, həm də iki qardaş  dövlətin erməni terroruna qarşı birgə


mübarizəsinin tarixi araşdmlmasma xidmət edəcəkdir. Qeyd etmək 
lazımdır  ki,  bu  marşrut  “Azərbaycan  Respublikasında  2002-
2005-ci illərdə turizmin inkişafina dair dövlət proqramı”nm  1.5-ci 
bəndində  nəzərdə  tutulan  tədbirlərin  tərkib  hissəsidir  və  uğurla 
həyata keçirilmişdir (194,22).  Belə  bir marşrutun həyata vəsiqə 
alması  gənclərimizin  vətənpərvərlik,  milli  dövlətçilik  ənənələri 
ruhunda tərbiyə  olunmasında,  türk dünyası  gənclərinin mənəvi- 
siyasi  birliyinin  möhkəmlənməsində  və  türk  xalqlannın  tarixi 
yaddaşının Ьэфазцк1а və inkişafında mühüm rol oynayacaqdır.
Turizm  ölkədə  sürətlə  inkişaf edir,  əldə  olunan  gəlirlərin  də 
həcmi ildən-ilə artır. Belə ki,  əgər 2002-ci ildə bu sahədən dövlət 
büdcəsinə  keçirilən  vəsaitin  həcmi  51  mln  dollar  olmuşdursa,
2005-ci ildə bu göstərici 77  mln  dollara çatmışdır (23Д.Х.2006). 
Azərbaycanm  bu  sahədə  potensial  imkanlannın  dünyada tanm- 
masmda xüsusi rol oynamışdır.
Göründüyü kimi, TRASEKA proqrammm reallaşdmlması nəinki 
elmi, mədəni dəyərlərin mübadiləsinə, inkişafına, həmçinin turiz­
min  genişlənməsinə,  xalqlann  bir-birinə  yaxınlaşmasına,  ölkə 
büdcəsinin zənginləşməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.
“Tarixi  1рэк  yolu”nun  bərpası,  artıq  yuxanda  qeyd  edildiyi 
kimi, nəinki elm və mədəniyyətlərin dialoquna, zənginləşməsinə, 
xalqların  bir-birinə  yaxınlaşmasına,  həmçinin  humanitar  missi- 
yalarrn reallaşdınlmasma da böyük yardım göstərir. Təsadüfi deyil 
ki, Əfqanıstanda yaranmış mürəkkəb şəraitlə əlaqədar 2001-ci il 
dekabnn  11-12-də Tbilisidə TRASEKA Hökumətlərarası komis- 
siyatım iclasında nəqliyyat dəhlizi vasitəsilə  Əfqanıstana huma­
nitar  yüklərin,  tikinti  materiallannın  çatdınlması  üçün  əlverişli 
şəraitin  yaradılması  məsələsinə  baxılmışdır.  TRASEKA  Daimi 
Katibliyinin  təşəbbüsü  proqram  iştirakçısı  olan  ölkələr  tərəfin- 
dən müdafiə edilmiş, aşağıdakı mühüm qərarlar qəbul edilmişdir: 
1) Maksimum qısa müddət ərzində humanitar yüklərin və tikinti 
materiallannın göstərilən regiona çatdınlması ilə əlaqədar təklif- 
lərin hazırlanması; 2) Humanitar yüklərin və tikinti materiallannm 
göstərilən regiona  çatdınlması  məsələsi  üzrə  nəzarət  sisteminin 
hazırlanıb tətbiq edilməsi;  3) Humanitar yüklərin daşınması üçün 
xərclərin azaldılmasma dair konkret təkliflərin öyrənilməsi (232,73).


Yüklə

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə