Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə79/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   75   76   77   78   79   80   81   82   ...   89

proqramı”  haqqında  sərəncam  imzalamışdır.  Turizmin  inkişafı 
respublika  rəhbərliyinin  daim  diqqət  mərkəzində  olmuş,  təkcə
2003-cü  ildə  bu  sahəyə  dövlət  büdcəsindən  1350  mln  manat 
vəsait aynlmışdır (57, 26.09.2004).
Son  vaxtlar  BMT-nin  “Mədəniyyətin  və  sənətin  dirçəldil- 
məsi” adı altında inkişaf proqramı fəaliyyətə başlamışdır ki, pro- 
qramda  İpək  yolu  ölkələrində  turizm  əlaqələrinin  genişlənməsi 
məsələsi də qarşıya qoyulmuşdur. Bu proqram hər bir “İpək yolu” 
ölkəsində  Ümumdünya Turizm Təşkilatının və YUNESKO-nun 
texniki yardımı üzrə apanlır. Нэ1э  1997-ci il oktyabnn  17-24-də 
İstanbulda Ümumdünya Turizm Təşkilatımn Baş Assambleyasmda 
Azərbaycan bu proqrama qoşulduğunu bəyan etmişdir.
Ümumdünya  Turizm  Təşkilatı  “İpək yolu”  üzərindəki  ölkə- 
lərdə turizmin inkişafına şərait yaratmaq üçün Ukraynanm Knm 
vilayətinin  Sudak  şəhərində  “Böyük  İpək  yolu  və  Knm-2003” 
festival-yarmarkası çərçivəsində  “İpək yolu”  ölkələri və region- 
larınm  beynəlxalq  forumunu  keçirmişdir.  Forumun  yekununda 
“Böyük İpək yolu klubu” adlı beynəlxalq təşkilatın nizamnaməsi 
qəbul olunmuşdur.
“İpək  yolu”  üzərindəki  ölkələrdə  turizmin  inkişafı  ilə  bağlı 
1991-ci il Xivə bəyannaməsi,  1994-cü il Səmərqənd bəyannaməsi, 
2002-ci il oktyabnn 27-də isə Buxara bəyannaməsi imzalanmışdır. 
Bu bəyannamələrdən əsas məqsəd “İpək yolu” boyunca turizmin 
inkişafma yardım göstəmıək olmuşdur (52). Bu istiqamətdə atılan 
addımlardan  biri  də  Ümumdünya  Turizm  Təşkilatınm  2004-cü 
ilin  əwəlində  Səmərqənddə  ofisinin  açılması  və  onun  “Ipək 
yolu” layihəsini irəli sürməsi olmuşdur.  Bu layihəyə 20-dən çox 
ölkə üzv kimi qoşulmuşdur. Bunlar aşağıdakılardır: Azərbaycan, 
Çin,  KXDR,  Özbəkistan,  Ennənistan,  Gürcüstan,  Qazaxıstan, 
Misir,  İran,  İsrail,  Koreya  Respublikası,  Yaponiya,  Qırğızıstan, 
Monqolustan, Pakistan, Türkiyə, Tacikistan,  Səudiyyə Ərəbistanı, 
Suriya, Ukrayna (52). Ümumdünya Turizm Təşkilatı 2003-cü ilin 
oktyabnnda  Çin  Xalq  Respublikasında  keçirilmiş  Baş  Assam- 
bleyasmın XV sessiyasında BMT-nin  stmkturana daxil olmuşdur 
(196.01.2004).
Turizmin  Azərbaycanm  bölgələrində  inkişafma  Azərbaycan 
hökuməti  ilə  BMT-nin  inkişaf  proqramı  arasında  ölkəmizdə


yoxsulluğun azaldılması məqsədilə daxili turizmin səmərəli inki- 
şafının təmin  olunması üzrə respublika Gənclər və İdman Nazir- 
liyinə instutisional yardım göstərilməsi haqqında  saziş  imzalan- 
masının müəyyən əhəmiyyəti olmuşdur (180, 7.02.2004). Layihə 
məşğulluq  problemini  qismən  həll  etməyə,  büdcə  gəlirlərinin 
formalaşmasına müsbət təsir edən turizmə sərmayə cəlb olunma- 
sını nəzərdə tutmuşdur.  Layihə çərçivəsində Bakı,  Şəki,  Şamaxı, 
Quba,  Xaçmaz  və  Lənkəranda  turizmin  inkişafına  yardım  mər- 
kəzlərinin  yaradılması,  kurslann  açılması  nəzərdə  tutulmuşdur 
(180, 7.02.2004).
Dövlət müstəqilliyi illərində Azərbaycamn “Tasis”, “TRASEKA” 
“İnogeyt” kimi qlobal layihələrdə iştirakı turizmin inkişafina da 
böyük  təsir  göstərmiş  və  ildən-ilə  turizm  əlaqələrinin  genişlən- 
məsinə təkan vermişdir. Belə ki,  1996-cı ildə Azərbaycana gələn 
xarici turistlər 203,3  min nəfər olmuşdursa,  1997-ci ildə bu gös- 
tərici  305,9  min  nəfərə  (52),  2003-cü  ildə  isə  1320  min  nəfərə 
çatmışdır (162) ki, bu da  1996-cı ilə nisbətən 6 dəfədən çoxdur.
Turizmin  inkişafı  problemi  müxtəlif beynəlxalq  qurumlann 
toplantısında  da  səslənmişdir.  Məsələn,  2003-cü  ilin  sentyabnn 
25-26-da  Bakıda  Qara  Dəniz  İqtisadi  Əməkdaşlıq  Təşkilatının 
“Regionda turizm  imkanlan”  mövzusunda  keçirilən  beynəlxalq 
konfransında bu məsələ diqqət mərkəzində olmuşdur (52).
Azərbaycan  İslam  Konfransı  Təşkilatı,  Qara  Dəniz  Əmək- 
daşlıq Təşkilatı,  GUAM,  ESKAP,  MDB  və  digər beynəlxalq və 
regional  təşkilatlar  çərçivəsində  turizm  sahəsi  üzrə  ikitərəfli  və 
çoxtərəfli əlaqələr yaratmışdır. 2006-cı ilin payızında İslam Kon- 
fransı  Təşkilatına  üzv  dövlətlərin  Turizm  nazirlərinin  Bakıda 
V  konfransı  olmuşdur.  Belə  mötəbər  toplantılann  keçirilməsi 
Azərbaycanm  bu  sahədə  potensial  imkanlannın  dünyada tanın- 
masında xüsusi rol oynamışdır (23,  1.X.2006).
XXI  əsrdə  dünyada  turizmin  daha  yüksək  sivil  formada 
inkişafının  təmin  edilməsi  üçün  hələ  1997-ci  ildə  Ümumdünya 
Turizm Təşkilatının  İstanbulda keçirilmiş  Baş Assambleyasında 
yeni  minillik  üçün  “Turizmin  Qlobal  Etik  Məcəlləsi”nin  hazır- 
lanması  qərara  alınmışdır.  BMT-nin  Davamlı  İnkişaf Komissi- 
yasmın  1999-cu ilin aprelində Nyu-Yorkda keçirilmiş sessiyasında 
bu  məcəllənin  müddəalan  bəyənilmiş  və  1999-cu  ilin  oktyab-


raıda  Santyaqoda  keçirilmiş  sessiyasında  10  maddədən  ibarət 
“Turizmin Qlobal Etik Məcəlləsi” qəbul edilmişdir (196.02.2005). 
Ölkə  başçısı  İlham  Əliyev  turizmi  milli  mədəniyyətin  tərkib 
hissəsi  kimi  dəyərləndirərək,  bu  sahədə  həyata  keçirilən  dövlət 
siyasətini  təkmilləşdirmək  məqsədilə  2006-cı  il  yanvann  30-da 
nazirliklərin  funksiyalannı  dəqiqləşdirmiş  və  yeni  dövlət  quru- 
munun -  Mədəniyyət və Turizm Nazirliyinin yaradılması haqqmda 
fərman  imzalamışdır  (23,31,01.2006).  2006-cı  ilin  oktyabnnda 
isə  2007-2016-cı  illərdə  turizmin  inkişafı  ilə  əlaqədar  Dövlət 
proqramınm  hazırlanması  üzərində  ciddi  işə  başlanmışdır  (23,
1.X.2006).
“Tarixi Ipək yolu”nun bərpası Azərbaycanın XXI əsrə Avropa 
ailəsinin  üzvü  kimi  qədəm  qoyması,  xalqlann  yaxmlaşmasma, 
ümumbəşəri  dəyərlərə  inteqrasiya  proseslərinin  sürətlənməsinə 
səbəb olmuşdur. Vaxtilə əsası A.Bakıxanov, M.EAxundov, H.Zər- 
dabi,  Ə.Hüseynzadə,  Ə.Topçubaşov,  M.Ə.Rəsulzadə  EXoyski 
tərəfindən  qoyulmuş  avropalaşma  ideyası  XX  əsrin  sonunda 
görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən uğurla həyata 
keçirilmiş,  indi isə  onun layiqli davamçısı İlham Əliyev tərəfin- 
dən bu kurs  davam etdirilməkdədir.  Heç  də təsadüfi  deyildir ki, 
Şərqdə  ilk  Universitet,  Parlament,  hüquqi  dövlətin  ilk  element- 
ləri məhz Azərbaycanda özünü göstərmişdir (120, 368).
Turizmin təşkilində müxtəlif məqsədlər nəzərdə tutulur. Məsə- 
lən,  istirahət,  əyləncə  və  ya  müalicə  məqsədli,  idman  turizmi 
formasında,  işgüzar  və  kommersiya  xarakterli  turist  səfərləri 
təşkil edilir. Bütün bu məqsədlərə uyğun istiqamətlərdə turizmin 
təşkili üçün Azərbaycanda hər cür imkanlar var.
Son vaxtlar Azərbaycanm dünya miqyasmda turizmlə əlaqə- 
dar  təşkil  olunmuş  sərgilərdə  fəal  iştirak  etməsi,  dünya  turizm 
hərəkatına fəal şəkildə inteqrasiya olunmağa başlaması bu imkan- 
ları  reallaşdırmağa  yardım  edir.  Bu  baxımdan  2004-cü  ilin 
aprelində Bakıda III Turizm və səyahətlər sərgisinin açılması və 
burada  15  ölkədən 70  şirkətin,  о  cümlədən Azərbaycan şirkətlə- 
rinin  öz  imkanlannı  nümayiş  etdirmələri  əlamətdar  olmuşdur. 
Bundan başqa, 2004-cü ilin martin  12-16-da Berlində keçirilmiş 
turizmlə  bağlı  sərgidə  50  kv  m-lik  stendlə,  həmin  ilin  martin 
24-27-də  isə  Moskvada keçirilmiş beynəlxalq turizm  sərgisində


Yüklə

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə