Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə75/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   71   72   73   74   75   76   77   78   ...   89

konqresdə,  b.e.d.,  professor R.Həsənov  yanvar  aymm  10-20-də 
Pakistanın Kəraçi şəhərində keçirilən “Təbii birləşmələrin kimyası” 
adlı  IX  beynəlxalq  simpozimnda,  biologiya  elmləri  doktorlan 
S.Süleymanov, D.Ağayeva,  S.Qafarova ABŞ-ın Berkli Universi- 
tetində, biologiya elmləri namizədi E.Novruzov isə 7-10 sentyabr
2004-cü il tarixində Türkiyənin Cümüşhane şəhərində keçirilmiş 
İtbumu  meyvələrinə  həsr  olunmuş  I  Beynəlxalq  konfransda 
iştirak etmişlər. Təkcə 2004-cü ildə AMEA-nın Biologiya Elmlər 
Bölməsinin 95  elmi əməkdaşı ABŞ, Böyük Britaniya, Yaponiya, 
Fransa,  Almaniya,  Türkiyə  və  digər  xarici  ölkələrin  65  elmi 
mərkəzində tədqiqat işləri aparmışlar (58, 31.01.2005).
Eyni  zamanda Akademiyanm Institutlanna  dünya  elmi  mər- 
kəzləri alimlərinin qarşılıqlı səfərləri olmuşdur. Məsələn, Botanika 
İnstitutunun  apardığı  elmi  tədqiqatlarla  tanış  olmaq  üçün  Lon­
don Universitetindən professor V. Solovyov, Nyu-York Botanika 
bağının Herbari  fondunun baş meneceri,  doktor D.Atha, Rusiya 
Elmlər Akademiyasının  Biologiyanın  Fundamental  Problemləri 
institutunun  elmi  işlər  üzrə  direktor  müavini,  b.e.d.  V.Klimov 
adı çəkilən Institutda olmuşlar. Belə səfərlər digər Institutlara da 
olmuşdur. Belə ki, Almaniya Drezden Təbiətşünaslıq Muzeyinin 
əməkdaşı doktor M.Aner,  Sankt-Peterburq Dövlət Universitetin- 
dən  b.e.n.  D.Dubovikov,  Moskva  Pedaqoji  İnstitutundan  b.e.d 
A.Makarov Zoologiya İnstitutunda olmuşlar (58,  16.02.2005).
Azərbaycan Milli Aerokosmik Agentliyi  də beynəlxalq  elmi 
əlaqələrdə  fəal  iştirak  etmişdir.  Azərbaycan  Milli  Aerokosmik 
Agentliyi  Rusiya  Kosmik  Tədqiqatlar  Institutu  ilə  əməkdaşlığı 
genişləndirmiş, Rusiya tərəfinin sifarişi ilə yerin maqnit sahəsinə 
günəş küləklərinin təsirini öyrənən nadir aerokosmik cihaz yarat- 
mışlar (36, VII  c,  s.460). Azərbaycan astronomlan mühüm elmi 
əhəmiyyəti olan mindən çox kəşf etmiş, onlann tədqiqatlan dün- 
yada yüksək qiymətləndirilmişdir.  Təsadüfi  deyil ki, bu xidmət- 
lərinə görə, Azərbaycan Milli Aerokosmik Agentliyi Avropa Birliyi, 
ABŞ,  Kanada, və Yaponiya tərəfindən himayə edilən qrant layi- 
həsinə layiq görülmüşdür (58,  31.01.2005). Azərbaycan alimləri 
tərəfindən AZT-8 və Üföqi günəş teleskoplan üçün yeni avtomat- 
laşdmlmış  müşahidə  sistemləri  yaradılmışdır.  Bu  əməkdaşlığın 
nəticəsi  olaraq  Beynəlxalq  Astronomlar  İttifaqınm  qəran  ilə


asteroidlərdən birinə “Hüseyn Cavid” adı verilmişdir. AMEA-nın 
müxbir üzvü Əyyub Quliyev Günəş sistemində hələ kəşf edilmə- 
miş  azı  üç  planetin  olduğımu  bildirmiş  və  bu  proqnoz  özünü 
doğrultmuşdur.  Sonrakı  illərdə  Neptun-Pluton  sistemində  yeni 
səma cisimləri aşkar olunmuşdur.
Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra 
dünyanın  elmi  mərkəzləri  ilə  əməkdaşlıq  haqqında  25-dən  çox 
ikitərəfli müqavilə protokolu imzalamışdır (100,15.XII.2005).
Azərbaycanın  dünya  ölkələri  ilə  təhsil  sahəsində  də  əmək- 
daşlığı  genişlənmişdir.  Bu  baxımdan  Azərbaycan  Respublikası 
Təhsil  Nazirliyinin  ali  təhsil  sahəsində  təhsil  sənədlərinin  və 
elmi  dərəcələrin tanınması  ilə bağlı YUNESKO-nun  1979-cu il 
Paris konvensiyasına,  1983-cü il Bankonq regional konvensiya- 
sına,  habelə Avropa  regionunda  ali  təhsil  sahəsində  ixtisaslann 
tanınması  haqqında  1997-ci  il  Lissabon  konvensiyasına  qoşul- 
ması  mühüm  əhəmiyyətə  malikdir.  Azərbaycan  təhsil  sistemi 
YUNESKO-nun Yunisef uşaq Fondu, Avropa Təhsil Fondu, Avropa 
Şurası, Avropa Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatlann təhsil 
proqramlan  ilə,  həmçinin Açıq  Cəmiyyət  İnstitutu  Soros  Fondu 
və başqa qeyri-hökumət təşkilatlan ilə six əməkdaşlıq edir. Нэг il 
yüzlərlə  təhsil  işçisi  Soros  Fondunun  köməyi  ilə  müasir  tədris 
texnologiyalan ilə tanış olmaq üçün xarici ölkələrə ezam olunur.
Avropa Birliyinin “Tempus” proqramı çərçivəsində ölkəmizin
16  ali  məktəbini  əhatə edən 4,4 mln avro məbləğində  21  layihə 
yerinə yetirilmişdir. Layihə çərçivəsində tələbə mübadiləsi, mütə- 
xəssis hazırlığı,  müəllimlərin xaricdə  təliminin təşkili,  ali  təhsil 
müəssisələrinin müasir tədris avadanlığı ilə təchiz edilməsi üzrə 
tədbirlər həyata keçirilmişdir.  2005-2006-cı illərdə daha bir sıra 
layihələrin  gerçəkləşdirilməsi  üçün 2  mln  avro  vəsait  aynlması 
nəzərdə tutulmuşdur (154, 259-260).
Azərbaycanın Texniki Universiteti, Neft Akademiyası və digər 
ali  məktəbləri  Avropa  Birliyinin  maliyyələşdirdiyi  “Tempus”, 
“Tasis” proqramma geniş miqyasda cəlb olunmuşdur. 2003-cü ilə- 
dək bu proqramlar çərçivəsində respublikamızm ali məktəblərinə 
3370  min  avro  məbləğində  maliyyə-texniki  yardımı  göstərilmiş 
(162, 259),  40-dan çox ölkənin,  о cümlədən ABŞ,  Böyük Brita-


niya, Almaniya, Yaponiya, Türkiyə və İsrailin ali təhsil sisteminin 
təlim texnologiyalan, idarəetmə modelləri öyrədilmişdir (162,258).
Bir  çox  ölkələrlə  birbaşa  təhsil  əlaqələri,  şagird  və  tələbə 
mübadiləsi yaradılmışdır (162, 426). Тэксэ 2002-2003-cü illərdə 
10-dan  artıq xarici  ölkənin  ali  məktəblərində  882  nəfərdən  çox 
azərbaycanlı  təhsil  almış,  respublikamızın  ali  məktəblərində  isə 
2100 xarici tələbə təhsilini davam etdirmişdir (36, VII c, s. 448). 
Xüsusilə Türkiyə ilə təhsil sahəsində  əməkdaşlıq geniş və çoxcə- 
hətli olmuşdur.  1992-ci ildə Azərbaycan Respublikası Təhsil Nazir­
liyi ilə Türkiyə Təhsil Nazirliyi arasmda “Tələbə mübadiləsi haq­
qmda” (87,  19),  elə həmin il sentyabnn 21-də Respublika Təhsil 
Nazirliyi  ilə Türkiyə Respublikasının Istanbul  şəhərindəki  “Çağ 
öyrətim anonim şirkəti ilə təhsil sahəsində birgə iş haqqında” mü- 
qavilə imzalanmışdır (87, 9). Türkiyə ilə təhsil sahəsində genişlə- 
nən  əlaqələri belə  bir fakt  daha  aydın göstərir ki,  təkcə  1995-ci 
ildə xarici ölkələrdə təhsil alan gənclərin sayı 2773 nəfər olmuşdur 
ki, bunun da 1853 nəfəri Türkiyədə təhsil alan gənclərdir (195,47).
Respublikamızın dövlət və özəl ali məktəblərində  1995/1996-cı 
tədris  ilində  3162  nəfər,  2001/2002-ci  tədris  ilində  1982  nəfər, 
2002/2003-cü  tədris  ilində  1864  nəfər,  2003/2004-cü  tədris 
ilində  1984  nəfər,  2005/2006-cı  tədris  ilində  isə  3073  xarici 
tələbə təhsil almışdır (32, 47).
Həmçinin respublikamızın müxtəlif ali məktəbləri ilə Avropa 
ölkələrinin  universitetləri  arasında  ikitərəfli  əlaqələr  də  inkişaf 
etdirilmişdir. Məsələn, Bakı Dövlət Universiteti Türkiyənin İzmir 
EK, Мэгтэгэ,  Səlcuq Yüzüncü il Universitetləri, ABŞ-ın Texas, 
Beylor Universiteti,  İranın Tabriz Universiteti,  Fransanın Pikar- 
diya Universiteti, Almaniyamn Odesval Universiteti, Çinin Elm və 
Texnologiya  Universitetləri,  Rusiya  Federasiyasmm  Novosibirsk 
Universiteti,  Ukrayna  Milli  Elmlər  Akademiyasının  Dövlət  və 
Hüquq institutu ilə ikitərəfli əlaqələr yaratmışdır (154, 78). Тэксэ
1999-2000-ci illərdə Bakı Dövlət Universitetinin  15  fakültəsində 
12 ölkədən 432 əcnəbi, о cümlədən hazırlıq kurslarmda 26 dinlə- 
yici, əsas fakültələrdə 357 tələbə,  13 magistrant, 38 aspirant, 3 dok- 
torant təhsil almışdır.  Bu müddətdə Bakı Dövlət Universitetinin
17  tələbəsi  və magistri  isə  təhsilini  davam etdirmək üçün ABŞ, 
Almaniya, İtaliya Universitetlərinə göndərilmişdilər (154, 72-74).


Yüklə

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə