xətti ilə 80-dək tələbə Almaniyada, Yaponiya səfirliymin xətti ilə isə
bir neçə tələbə Yaponiyaya təhsil almağa göndərilmişdir (154,240).
Təhsil sahəsində əməkdaşlığın genişlənməsi nəticəsində bu gün
Türkiyədə dövlət xətti ilə təhsil alan məzunlann sayı 1200 nəfərə,
ABŞ-da təhsil alanlann sayı 1000 nəfərə, Böyük Britaniyada
təhsil alanlann sayı 200-э nəfərə çatmışdır (154, 240). Dünya
ölkələri ilə təhsil sahəsində əlaqələrin genişlənməsi nəticəsində
ölkəmizdə təhsil alan əcnəbi tələbələrin də sayı daim artmışdır.
Belə ki, əgər 2002/2003-cü tədris ilində respublikamızın ali
məktəblərində 28 ölkədən 1850 əcnəbi tələbə təhsil almışdırsa,
2005/2006-cı tədris ilində isə artıq 45 ölkədən 4500 nəfərə yaxın
xarici tələbə təhsil almışdır (154, 241).
Hazırda Azərbaycanın 3000-dən artıq gənci Türkiyə, Rusiya,
Ukrayna, Misir, Iran, Çin, Çexiya, Slovakiya, Böyük Britaniya,
ABŞ, Almaniya, Fransa, Yaponiya, Yunanıstan və digər ölkələrin
nüfuzlu universitetlərində təhsil alır (154, 236). Тэксэ 2006-cı ildə
Türkiyə respublikasında 621, Rusiyada 167, Misirdə 55, Ukray-
nada 29, Çində 17 tələbə bakalavr və ya magistr pilləsində təhsil
almış, aspirant, doktorant kimi təhsilini davam etdirmişdir (154,
237). Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi nəticəsində
2002/2003-cü tədris ilində T.Şevçenko adına Kiyev Dövlət
Universitetinin Şərqşünaslıq fakültəsində “Azərbaycan dili və
ədəbiyyatı” ixtisası tədris olunmağa başlamışdır (154, 238).
“Yeni Ipək yolu”nun yaradılması dünya ölkələri ilə mədəni
əlaqələrin genişlənməsinə də böyük təkan vermişdir. Mədəni
əməkdaşlığın inkişaf etdirilməsində Heydər Əliyevin 1997-ci il
noyabr ayının 18-də imzaladığı “Mədəniyyət haqqında” qanunun
xüsusi əhəmiyyəti olmuşdur. Bundan sonrakı dövrdə Azərbaycan
Bejməlxalq Muzeylər Şurasının (İKOM), Beynəlxalq Kitabxa-
nalar Şurasının (İFLA) üzvü olmuş, bu istiqamətdə Azərbaycan
milli komitələri yaradılmışdır.
1997-ci ilin yazmda Azərbaycan respublikası “Mədəniyyət
haqqında” Avropa konvensiyasına qoşulmuşdvır (140, 264). Azər-
baycan muğamının YUNESKO tərəfindən tərtib olunmuş dünya
sənəti inciləri sırasına daxil edilməsi üçün xüsusi layihə hazırlan-
mışdır. M.F.Axundov adına milli kitabxana dünyanın 45-dən çox
ölkəsinin 60-a yaxın kitabxanası ilə əlaqə saxlayır, kitab
mübadiləsi aparır (36,VII c, s. 450).
Azərbaycan kinosu dünya ekranlarmda geniş təmsil olumnağa
başlamış, mükafatlar almışdır. Belə ki, hələ 1995-ci il noyabnn
10-da Azərbaycan bədii filmi ilk dəfə Beynəlxalq Nant üç qitə
kino festivalmda nümayiş etdirilmişdir. “Yarasa” bədii filmi
1996-cı ildə Fransada keçirilən kinofestivalda эп yaxşı bədii
film adına, уепэ həmin il keçirilmiş Misir beynəlxalq kino
festivalında isə эп yüksək mükafata layiq görülmüşdür. 1997-ci
il beynəlxalq Madrid kinofestivalmda isə “Özgə vaxt” filmi
yüksək qiymətləndirilmişdir (36,VIIc, s.469). 2002-ci ildə rejis-
sor Vaqif Mustafayevin çəkdiyi “Bir həsədin tarixi” adlı sənədli
film “Qran-Pri” mükafatına layiq görülmüşdür (36,VII c, 469).
1997-ci ildə ABŞ-ın Azərbaycandakı səfirliyi Bakının kino klub-
lanna 9 bədii film hədiyyə etmişdir (36,VII c, 469).
Müstəqillik illərində Azərbaycanın fırça ustalannın əsərləri
də dünya sərgi salonlarmda uğurla nümayiş etdirilmişdir. 1994-cü
ilin avqustunda BMT-nin Nyu-Yorkdakı binasında görkəmli
Azərbaycan rəssamı S.Bəhlulzadənin əsərlərinin sərgisi açılmış,
buraya 40 qədər rəsm əsəri təqdim olunmuşdur (214,7.08.1994).
Bunun ardınca S.Bəhlulzadənin 1995-ci ildə ABŞ-ın digər ştat-
lannda, 1996-cı ildə isə Almaniyada əsərlərinin sərgisi təşkil
olunmuşdur (36, VII c, 470). 1996-cı ildə görkəmli Azərbaycan
rəssamı Toğml Nərimanbəyovun Parisdə, 1997-ci ildə Vaşinqtonda
fərdi sərgisi açılmışdır. Həmin il Nyu-York və Çikaqoda isə
K.Nəsibzadənin əsərləri nümayiş etdirilmişdir (36, VII c, 470).
Rəssam Elnur Babayevin rəsm əsərləri isə 1999-cu ildə BMT-nin
Türk mədəni mərkəzində sərgilənmişdir.
Azərbaycan-Amerika mədəni əlaqələrində uşaq rəsm sərgiləri
də mühüm rol oynamışdır. 1994-cü ilin mayında “Amoko-Kaspians
petrolewn” şirkətinin təşkilatçılığı ilə Hyüston məktəblilərinin
Bakının 164 saylı məktəbində rəsm sərgisi keçirilmiş, eyni
zamanda Bakı məktəblilərinin rəsm əsərləri bir neçə ay Amerika
sərgi salonlannda uğurla nümayiş etdirilmişdir (234).
Milli mədəniyyətimizin dünyada tanınmasında Heydər Əli-
yevin fənnanı ilə dahi Azərbaycan şairi M.Füzulinin 500 illik
yubileyinin Fransada, Türkiyədə, İraqda, İranda, Rusiyada, dünya
şöhrətli musiqiçi Bülbülün 100 illik yubileyinin Moskvada, Tbi-
lisidə, Ankarada, məşhur bəstəkar Qara Qarayevin 80 illik yubi-
leyinin Moskvada, Parisdə, görkəmli müğənni Rəşid Behbudovun
80 illik yubileyinin Moskvada keçirilməsi, Azərbaycan xalqının
qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının
1300 illik yubileyinin Parisdə - YUNESKO iqamətgahında yük-
sək səviyyədə qeyd olunmasının mədəniyyətimizin dünyada
tanınmasmda mühüm rolu olmuşdur (29,285).
Son illər ərzində Azərbaycanın mədəniyyət dünyasına maraq
daha da artmış, planetin эп müxtəlif ölkələrinin tanmmış incəsənət
kollektivlərinin respublikamıza qastrol səfərləri olmuşdur. Onların
sırasında dünyaşöhrətli musiqiçi Mstislav Rastropoviç, Belçikalı di-
rijor Jan BeyU, Amerika pianoçusu Nikolay Suk, Dünya balet ustası
Maya Plisetskaya, İqor Moiseyevin rəhbərlik etdiyi Rusiya Döv-
lət rəqs ansamblı, Fransa və Türkiyənin tanınmış teatr sənəti ustalan,
Çin Xalq Respublikasınm rəqs kollektivi və bir çox başqa sənət
adamlannın və kollektivlərinin adlarma rast gəlmək olar (29,288).
Azərbaycan incəsənət ustalannın xarici ölkələrə səfərləri,
mükafatlar alması xalqımızın mədəni dəyərlərinin tanınmasında
mühüm rol oynamışdır. Məsələn, 1999-cu ildə Fransada VII Bey-
nəlxalq musiqi festivalında Üzeyir Hacıbəyov adına Azərbaycan
Dövlət Simfonik orkestrinin böyük qələbəsi, digər sənət korifeyləri
ilə yanaşı, Azərbaycanm Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara
Qarayev kimi dahi bəstəkarlannın əsərlərinin yüksək ustalıqla
səsləndirilməsi bu ölkə tamaşaçılannın böyük heyranlığına səbəb
olmuşdur. Fərhad Bədəlbəyli Fransanın “Sevale” ədəbiyyat və
incəsənət ordenilə təltif olunmuşdur (29, 288). Bənzərsiz muğam
ustası Alim Qasımov 1999-cu ildə YUNESKO Milli Şurasınm
ali mükafatı olan “Pikasso-miro” qızıl medalma layiq görülmüşdür
(29, 289). Azərbaycan incəsənət ustalanmn “Ekspo-2000” ümum-
dünya sərgisində möhtəşəm çıxışlan, 2010-cu ildə Bakının İslam
mədəniyyətinin paytaxtı elan edilməsi, 2011-ci ilin aprelində
Bakıda “Ümumdünya mədəniyyətlərarası forumun” keçirilməsi,
həmin ilin maymda Almaniyada “Avrovizion-2011” musiqi müsa-
biqəsində Eldar Qasımov və Nigar Camalın birinci yer tutması
ölkəmizin mədəniyyət sahəsində əldə etdiyi uğurlardan, onun
dünyada tanmmasmdan xəbər verir.
Yüklə Dostları ilə paylaş: |