Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə78/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   74   75   76   77   78   79   80   81   ...   89

Planetin 174 ölkəsinin və 34 beynəlxalq təşkilatın təmsil olun- 
duğu  sərgidə Azərbaycan Respublikasının mədəniyyət proqramı 
aynca  qeyd edilərək mədəniyyət xadimlərimiz xüsusi  sertifikat- 
larla qiymətləndirilmişdir (29, 289).
2000-ci  ildə Almaniyanın  Hannover  şəhərində  olmuş  Azər- 
baycan Dövlət Kamera Orkestrinin,  Dövlət Mahnı Teatrmm çıxış- 
lan mədəniyyətimizə yeni şöhrət gətirdi.
Son illərdə mədəniyyətimizi təbliğ etmək məqsədilə Respub- 
likanın Mədəniyyət Nazirliyinin xətti ilə Azərbaycanda fəaliyyət 
göstərən ayn-ayn şirkətlərlə müştərək layihələr də həyata keçiril- 
mişdir.  Məsələn, belə layihələrdən biri “Asir”  şirkətidir.  2000-ci 
ildə  bu  şirkətlə  birgə  Azərbaycan  musiqisi  incilərindən  ibarət 
“Küləklər  və  odlar  musiqisi”  adlı  kompakt-disk  buraxılmışdır. 
Bu diskdə Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, 
Fikrət  Əmirov,  Cövdət  Hacıyev,  Tofiq  Quliyev,  Rauf Hacıyev, 
Bülbül,  Rəşid  Behbudov,  Şövkət  Ələkbərova,  Rafiq  Babayev, 
Fərhad Bədəlbəyli,  Fidan  Qasımova,  Xuraman  Qasımova,  Zey- 
nəb Xanlarova, Alim Qasımov və başqa sənətkarlann yaradıcılığı 
təqdim olunmuşdur (29, 289).
BMT-nin  keçmiş  Baş  katibi  Butros  Qali  1996-cı  ildə  müsa- 
hibələrinin birində qeyd etmişdir ki “Planetin zənginliyi mədəniy- 
yətlərin müxtəlifliyidir. Biz bu müxtəlifliyi saxlamaqla əlaqələri- 
mizi davam etdirməli, qərarlar tapmalıyıq” (237,339). Bu baxımdan 
respublikamızda  mədəniyyət  sahəsində  yeridilən  siyasət  xarak- 
terikdir. Bu siyasi xəttə görə, Azərbaycanın mədəniyyət sahəsin- 
dəki  başlıca  məqsədi  mədəni  irsin  qorunması,  dünya  mədəni 
nailiyyətlərindən  yaradıcılıqla  istifadə  edərək,  mədəni  dünyaya 
bərabərhüquqlu  inteqrasiya  əsasında  Azərbaycan  cəmiyyətinin 
mədəni həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdır (14, 35).
Məlum  olduğu  kimi,  dünya  mədəniyyətinin  inciləri  bütün 
xalqlann mədəniyyətlərinin fəal qarşılıqlı təsiri, sintezi nəticəsində 
yaranmışdır.  Bütün dövrlərdə  incəsənət xalqlann estetik tələbat- 
lanm ödəməklə humanist ideyalann geniş yayılmasının, xalqlarm 
bir-birinə yaxınlaşmasının təsirli vasitəsi olmuşdur (14, s.36).
Lakin regional milli münaqişələrin baş verməsi və uzun illər 
boyu  davam  etməsi  bu  prosesə  öz  mənfi  təsirini  göstərmişdir. 
Belə ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində mədəni


dəyərlərimizə  böyük  ziyan  vurulmuşdur.  İşğala  məruz  qalmış 
ərazilərimizdə 982 kitabxana, 862 klub,  1831 kino qurğusu, 4 teatr, 
100 mindən çox dəyərli  eksponatı olan  13  muzey,  10 park qarət 
edilmiş,  Azərbaycanın  dahi  klassiki  M.Füzulinin  tunc  heykəli 
sökülüb  apanlmış,  31  məscid,  44  məbəd,  2  mağara-ibadətgah 
dağıdılmış,  mədəniyyət  abidələrimizə  qarşı  vandalizm  aktlan 
törədilmişdir. Belə ki,  Şuşada Ü.Hacıbəyovun, Bülbülün, X.Natə- 
vanın abidələri təhqir edilmişdir (141,117).  Bundan başqa, işğal 
edilmiş  ərazilərimizdə  989  təhsil  və  təlim-tərbiyə  müəssisəsi, 
643  səhiyyə  obyekti  məhv  edilmiş  (25),  60  mindən  çox  dünya 
əhəmiyyətli  qiymətli muzey  eksponatı,  4,6  mln  cild kitab  qarət 
edilib apanlmışdır (217,61).
Hazırda bədnam qonşulanmız bizim musiqimizi, hətta mətbəx 
mədəniyyətimizi  də  öz  adlanna  çıxarmaqdan  belə  çəkinmirlər. 
Qarabağ  uğrunda  Ermənistanla  apanlan  müharibənin  ağır  nəti- 
cələrinə baxmayaraq,  ölkəmizin dinamik iqtisadi inkişafı,  siyasi 
sabitliyin davamlı  qorunub  saxlanması,  ayrı-ayn ölkələrlə  ikitə- 
rəfli  mədəni  əlaqələrin  yaradılması Azərbaycan  mədəniyyətinin 
daha da inkişaf etməsinə, zənginləşməsinə geniş imkanlar açmışdır. 
Bu prosesdə, təbii ki, “İpək yolu”nun bərpası da mühüm əhəmiyyət 
kəsb  edir.  Milli  dövlət quruculuğunun geniş vüsət aldığı  1994-cü 
ildən sonrakı dövrdə Heydər Əliyevin iqtisadi siyasətində mühüm 
yer tutan “İpək yolu strategiyası” Azərbaycanm beynəlxalq elmi, 
mədəni əlaqələrinin genişlənməsinə böyük təsir göstərmişdir. Azər- 
baycanm  mədəni  nailiyyətləri  dünyada  daha  geniş  tanmmağa, 
elmi əlaqələri isə yüksələn xətlə inkişaf etməyə başlamışdır. Ümum- 
bəşəri  dəyərlərə qovuşma,  elm və mədəniyyətlərin sintezi “İpək 
yolu” üzərindəki ölkələrin və xalqlann elm və mədəniyyətlərinin 
tərəqqisində böyük irəliləyişə səbəb olmuşdur.
4.4. 
Turizmin inkişafında və humanitar missiyaların 
həyata keçirilməsində “İpək yolu”nun yaratdığı imkanlar
“Tarixi İpək yolu”nun bərpası respublikada infrastruktur sahə- 
ləri ilə yanaşı, dünya təcrübəsində çox gəlirli sahələrdən biri olan 
turizmin  inkişafına  da  böyük  imkanlar  açmışdır.  Qeyd  etmək 
lazımdır ki, bu gün turizm dünya iqtisadiyyatınm dinamik inkişaf


edən  apancı  sahələrindən  biridir.  Belə  ki,  dünya  ölkələri  üzrə 
ümummilli  məhsulun  6%-i,  sərmayə  qoyuluşunun  7%-i  və  hər 
16  işçi  yerindən biri  turizmin payına  düşür  (47,18-23.03.2003). 
Turizm həm də yeni iş yerlərinin açılması deməkdir. Belə ki, bir 
turist 7 nəfərin işlə təmin olunmasma şərait yaradır (52).
Turizmin  genişmiqyaslı  inkişafı üçün Azərbaycanda  hər cür 
əlverişli  şərait  var.  Belə  ki,  ölkəmizin  zəngin  flora  və  faunaya 
malik  olması,  əlverişli  iqlim  şəraitinin  mövcudluğu,  Dəvəçi, 
Kəlbəcər,  Şahbuz,  Lerik,  Yardımlı  və  sair  regionlardakı  şəfalı 
mineral su qaynaqlannm olması, həmçinin qədim tarixi abidələrlə 
zəngin olan şəhərlərin çoxluğu turizmin inkişafına geniş imkan- 
lar açır. Qədim Şəki diyannda Xan sarayı, Gələsən-görəsən qalası, 
görkəmli  maarifçi  M.F.Axundovun  ev  muzeyi,  Bakıda  Şirvan- 
şahlar sarayı, Qız qalası, İçəri şəhər, Abşeron kəndlərində məscidlər, 
qalalar,  Qobustanda  qayaüstü  rəsmlər  bu  baxımdan  xüsusilə 
əhəmiyyətlidir (47,  18-23.03.2003).
Azərbaycanda turizmin inkişafım şərtləndirən amillərdən biri 
də  “Qədim  İpək  yolu”nun  bərpası  ilə  əlaqədar  nəqliyyat 
yollannın  onun  ərazisindən  keçməsidir.  Belə  ki,  Bakı,  Şamaxı, 
Qəbələ,  Şəki,  Bərdə,  Gəncə, Beyləqan, Naxçivan,  İpək yolunun 
keçdiyi yollann üzərindədir və ya bu yola yaxın ərazilərə aiddir 
ki,  bu  şəhərlərin  hər  birində  onlarla  mədəni  və  tarixi  abidələr 
vardır. BMT-nin “Mədəniyyətin və sənətin dirçəldilməsi” proqra- 
nunda da “Qədim Ipək yolu” üzərindəki ölkələrdə turizmin inkişaf 
etdirilməsi məsələsi mühüm bir vəzifə kimi qarşıya qoyulmuşdur.
Ölkəmizin milli maraqlannın qorunması, valyuta ehtiyatlan- 
nın  davamlı  şəkildə  artınlması,  büdcə  gəlirlərinin  çoxaldılması 
üçün turizmin inkişafı böyük əhəmiyyətə malikdir və bu sahəyə 
diqqətin artınlması əsas məsələ kimi qarşıda durur. Turizmin inki- 
şafı  sahəsində  son  illərdə  Azərbaycanda  müəyyən  işlər  görül- 
müşdür.  Ölkə  başçısınm  18  aprel  2001-ci  il  tarixli,  464  saylı 
fərmanına  uyğun  olaraq  turizmin  inkişaf etdirilməsi  bir  vəzifə 
kimi  Gənclər  və  İdman  Nazirliyinə  tapşmlmışdır.  2001-ci  il 
oktyabnn 14-də Ümumdünya Turizm Təşkilatımn (ÜDTT) Seulda 
keçirilən XIV sessiyasmda Azərbaycan Respublikası bu beynəlxalq 
qurumun üzvü olmuşdur (52).  2002-ci il avqustun 27-də Heydər 
Əliyev “2003-2005-ci  illər üçün Azərbaycanda turizmin inkişaf


Yüklə

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə