Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə73/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   69   70   71   72   73   74   75   76   ...   89

publika rəhbərliyinin, müvafiq qurumlann, xarici şirkətlərin köməyi 
ilə bir sıra tədbirlər həyata keçirilmişdir. Müvafiq qanunvericilik 
bazasının yaradılması,  milli fəaliyyət proqramının hazırlanması, 
xarici  şirkətlərin  dəstəyi  ilə  ətraf mühitin  mühafizəsi  ilə  bağlı 
layihələrin reallaşdınlması,  müntəzəm  surətdə  sənaye müəssisə- 
lərinin monitormqlərinin keçirilməsi, qoruqlann salmması, xarici 
ölkələrlə ekoloji tarazlığı bərpa etmək üzrə  əməkdaşlıq müqavi- 
lələrinin  imzalanması,  Azərbaycan  Respublikasının  bu  sahədə 
bir çox beynəlxalq konvensiya və sazişlərə qoşulması, bu məqsəd 
üçün  dövlət  büdcəsindən  aynlan  vəsaitlərin  həcminin  ildən-ilə 
artmlması, ixtisaslı milli kadrlann hazırlanması, xarici ölkə mütə- 
xəssislərinin köməyindən geniş istifadə edilməsi və digər bu kimi 
tədbirlər xüsusi  əhəmiyyət kəsb  etmişdir.  Bütün bu tədbirlər isə 
respublikamızda nəticə etibarilə canlı aləmin qorunub saxlanma- 
sına, ekoloji böhranın qarşısının alınmasma, insanlann sağlam ekoloji 
mühitdə  işləyib  yaşamasına,  həyat  şəraitinin  yüksəldilməsinə, 
ölkəmizdə xarici turizmin inkişafına geniş imkanlar açmışdır.
4.3. 
Beynəlxalq elmi və mədəni əlaqələrin 
genişlənməsində “İpok yolu”nun əhəmiyyəti
Dövlət müstəqilliyimizin bərpa olunması,  digər sahələr kimi 
beynəlxalq elmi, mədəni əlaqələrin də yenidən qurulmasını, geniş- 
ləndirilməsini,  müasir  texnologiyalar  və  ideyalar  mübadiləsini, 
ümumbəşəri  dəyərlərə  daha  geniş  formada  inteqrasiyanı  həyati 
zərurətə  çevirmişdir.  Bu  baxımdan  yeni  formada  dirçəldilən 
“Tarixi İpək yolu” qədim dövrlərdə olduğu kimi, müasir dövrdə 
də xalqlann yaxınlaşmasma, ideya və biliklər mübadiləsinə, elmi 
əlaqələrin inkişafına, dil və mədəniyyətlərin qarşılıqlı zənginləş- 
məsinə  geniş  imkanlar  açmışdır.  Ona  görə  də  “Ipək  yolu”nun 
bərpası  prosesinin  digər  cəhətləri  ilə  yanaşı,  elmi,  mədəni  əla- 
qələrin  genişləndirilməsindəki  rolu  məsələsinin  tədqiq  edilməsi 
də böyük əhəmiyyətə malikdir.
Avropa və Asiyanm mərkəzi  hissəsində  yerləşən,  otuz dörd- 
dən çox ölkənin ərazisindən keçərək onları müasir nəqliyyat əla- 
qələri şəbəkəsi sistemində birləşdirən “Böyük İpək yolu” müasir 
elmi-texniki tərəqqinin nailiyyətlərinin yayılması baxımından da


xüsusi  əhəmiyyət  kəsb  edir.  Təsadüfi  deyil  ki,  bəşəriyyət  qar- 
şısında duran həyati əhəmiyyətli,  qlobal xarakterli problemlərin 
həll  edilməsində,  müasir  texnika  və  texnologiyalarm  tətbiqində 
“Yeni  İpək yolu” böyük əhəmiyyətə  malikdir.  Bu məsələ  “İpək 
yolu”nun  bərpasına  həsr  edilmiş  beynəlxalq  Bakı  konfransında 
nümayəndə  heyətlərinin  çıxışlannda  öz  əksini  tapmışdır.  Kon­
fransda iştirak edən Avstriya nümayəndə heyətinin başçısı Martin 
Sacik  qeyd  etmişdir  ki,  “...bərpasına  səy  göstərdiyimiz  bu  yol 
təkcə  ticarəti  deyil,  həm  də  ideya  və  dəyərlər  mübadiləsi  üçün 
eyni  dərəcədə  əhəmiyyətli  bir  yoldur,  buna  görə  də  biz  mədə- 
niyyətlərimizin zənginləşməsində bu yolun katalizator kimi  çox 
mühüm funksiyasmın da dirçəldiyini unutmamalıyıq. Bununla əla- 
qədar biz Avropada bunu yüksək qiymətləndiririk ki,  son illərdə 
bir  çox  Avropa  dəyərləri  Qara  dəniz,  Qafqaz,  Mərkəzi  Asiya 
ölkələrində dərin kök salmışdır. Biz bunu demokratik strukturlann 
inkişaf etməsində, insan hüquqlannın genişlənməsində, müdafiə- 
sində, məhkəmə-hüquq islahatlannın keçirilməsində görürük, nəq- 
liyyat  dəhlizinin  fəaliyyəti  eyni  zamanda  Qafqazda və  Mərkəzi 
Asiyada  mədəniyyətin  müasir  səviyyəsi  haqqında  Avropanm 
məlumat almasına, bu dəyərlərdən faydalanmasına səbəb olacaqdır” 
(59,171-172). Avropa tarixçilərinin,  etnoqraflann  aşkar  etdiyinə 
görə  hələ  VIII-XI  əsrlərdə  эгэЬ  dilində  sonra  isə  fars  və  türk 
dillərində  yazılmış  əsərlər  Mərkəzi  Asiya  və  Qafqazdan  ərəb 
ölkələrinə, Irana, Hindistana və Avropaya geniş yayılmışdır.
Müasir dövrdə Azərbaycan bəstəkan Ü.Hacıbəyov, gürcü rejis- 
soru İoseliani  və  qırğız yazıçısı  Ç.Aytmatov kimi  böyük mədə- 
niyyət  xadimləri  Avropada  özlərinə  geniş  auditoriya  qazanmış 
və qazanacaqdır.
Təbii  ki,  sivilizasiyanın  gələcək  inkişafı  üçün  elmi,  mədəni 
dəyərlər mübadiləsi olduqca vacibdir. Bu həm də qloballaşan dünya 
problemlərinin həlli üçün, xalqlann bir-birinə yaxmlaşması, huma­
nist  əlaqələrin  genişləndirilməsi  üçiin  zəruridir.  Təsadüfi  deyil 
ki,  YUNESKO  “İpək yolu”nun  elmi,  mədəni  əlaqələrin  inkişa- 
fında  rolunu  yüksək  beynəlxalq  miqyasda  qiymətləndirmişdir. 
Ayn-ayn  xalqlann  malik  olduqlan  dəyərlərdən  bütövlükdə 
dünya mədəniyyətində  geniş  istifadə  etmək  sahəsində  bu yolun 
əhəmiyyətini  nəzərə  alan  bu  beynəlxalq  qurum  XX  əsrin  80-ci


illərinin  sonunda  xüsusi  proqram  işləyib  hazırlamışdır.  “Böyük 
ipək yolu mədəniyyətlərin dialoqudur”  adlı bu proqram 2000-ci 
ilə  qədər  olan  dövr  üçün  nəzərdə  tutulmuşdur.  Həmin  proqram 
Avrasiyanın  30-dan  çox  ölkəsini  əhatə  etmişdir.  Bu  proqram 
həmin ölkələrdə təşəkkül tapmış elm, mədəniyyət və ictimai fəa- 
liyyət sahəsində эШэ edilmiş nailiyyətləri özündə əks etdirmişdir.
Proqrama  uyğun  olaraq  xüsusi  ekspedisiya  təşkil  olunmuş, 
Orta Asiya və Mərkəzi Asiya ölkələrində, Çində, Monqolustanda, 
Qazaxıstanda, Azərbaycanda,  Knmda,  Ukraynada böyük  tədqi- 
qat  işləri  aparmışlar.  Toplanmış  tədqiqat  materiallanna  əsasən 
bir  sıra beynəlxalq  seminarlar keçirilmiş və mühüm əhəmiyyəti 
olan  problemlər  geniş  müzakirə  olunmuşdur.  Belə  ki,  1989-cu 
ildə Moskvada “Böyük Ipək yolunun problembri” mövzusunda, 
1990-cı  ildə  Səmərqənddə  “Qədim  dövrdə  və  orta  əsrlərdə 
Mərkəzi  Asiyada  “Böyük  İpək  yolu”nun  meydana  gəlməsi  və 
inkişafı” mövzusunda,  1991-ci ildə Urgəncdə “Böyük İpək yolu 
xətbrində  şəhərlər  və  karvansaraylar”,  1992-ci  ildə  Donetskdə 
“Şərqi  Avropa  çölbrinin  orta  əsrlərdə  Şərqlə  Qərbin  qarşılıqlı 
əlaqəbrində yeri”,  1992-ci ildə Ulan-Batorda “Böyük Ipək yolu 
xətbrində nomandlann rolu” kimi mövzularda beynəlxalq semi­
narlar keçirilmişdir. Həmin seminarlarda Azərbaycan arxeoloqla- 
raıdan  R.Göyüşov,  A.Nuriyev,  Q.Qoşqarlı  məruzələrb  çıxış 
etmiş,  tezisbri  seminarların  materiallarında  dərc  olunmuşdur 
(180, 6.05.2000). “Ipək yolu” üzərindəki ölkələrin elm və mədə- 
niyyətbrinin  dialoqu  ilə  bağlı  problembri  şərh  edərkən  ilk 
növbədə  onu qeyd etmək lazımdır ki,  mədəniyyətlərin qarşılıqlı 
əlaqəsi  obyektiv  xarakter  daşıyan  bir  prosesdir.  Digər  tərəfdən 
dövlət  müstəqilliyi,  yeni  istehsal  münasibətbrinə  keçid,  “İpək 
yolu”nun Ьэфа olunması, ticarət iqtisadi əlaqəbrin inkişaf etməsi 
postsovet  məkanma  Qərb  mədəni  dəyərbrinin  nüfuz  etməsi  ilə 
müşahidə  olunur.  Belə  bir  şəraitdə  isə  bu  proseslər  elə  nizam- 
lanmalıdır  ki,  milli  mədəniyyətimizə  mənfi  təsirbr  olmasın. 
Etiraf etmək lazımdır ki, inkişaf etməkdə olan əksər ölkələr gün- 
dəlik  həyatlannda  Qərb  mədəni  dəyərbrinin  üstünlüklərindən 
istifadə  etməyə  əsaslanırlar.  Ona  görə  də  müasir  qərb  mədəni 
dəyərlərindən  bəhrələnərkən,  çalışmaq  lazımdır  ki,  əxz  edilən 
yenilikbr  milli  mədəni  dəyərlərə  uyğun  gəlsin,  onlan  inkar


Yüklə

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə