Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə71/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   67   68   69   70   71   72   73   74   ...   89

ətraf mühitin  mühafizəsi  ilə  əlaqədar  2,9  mlrd  manat  aynlmış- 
dırsa, 2002-ci il üçün bu göstərici  12 mlrd manatdan çox olmuş- 
dur  (34,  320).  Bu istiqamətdə  aynlan büdcə vəsaitlərinin həcmi 
sonrakı  illərdə  də  artmlmışdır.  Belə  ki,  2003-cü  ildə  təbiətin 
mühafizəsi  üçün  14,4  mlrd  manat  vəsait  aynlmışdır  ki,  bu  da
2002-ci illə müqayisədə  19% çoxdur. Bu vəsaitin 9,1  mlrd manatı 
su mənbələrinin mühafizəsinə, 4,6 mlrd manatı atmosferin müha- 
fizəsinə, 0,7 mlrd manatı Iropağın mühafizəsi üçün nəzərdə tutul- 
muşdur (180, 3.02.2004). 2005-ci ildə isə ətraf mühitin mühafizəsi 
üçün  3  mln manat  (yeni kursla)  vəsait  aynlmış,  bunun  1,6  mln 
manatı (52,3 %-i) atmosferin mühafizəsi,  1,3 mln manatı (44,4 %-i) 
su  hövzəsinin  mühafizəsi,  0,1  mln  manatı  (3,3%-i)  toфaqlaпn 
mühafizəsi üçün nəzərdə tutulmuşdur (100, 7.02.2006).
Ətraf mühitin  mühafizəsinə  nəzarətin  artınlması  məqsədilə 
Ekologiya və  Təbii  Sərvətlər Nazirliyi  tərəfindən təkcə  2005-ci 
ildə  1836 müəssisədə yoxlama apanlmış, təbiətin mühafizəsi qa- 
nunvericiliyini pozduğuna görə 2087 vəzifəli şəxs inzibati məsu- 
liyyətə cəlb olunmuş, 2478 müəssisəyə qarşı iddia qaldınlmışdır 
(100, 8.02.2006).
Son  vaxtlar  Azərbaycanda  həyata  keçirilən  qlobal  iqtisadi 
layihələrlə əlaqədar ekoloji tarazlığın qorunması məsələsi xarici 
şirkətlərin, xüsusilə Avropa birliyinin diqqəti mərkəzində olmuş- 
dur.  Bu baxımdan “Tasis” proqrammm maliyyələşdirdiyi “Ekoloji 
informasiya,  ictimai  təhsil  və  məlumatlılıq”  regional  layihəsi 
əhəmiyyətli  olmuşdur.  Dəyəri  2,5  mln  avro  olan  bu  layihəni 
Hollandiyanın “Royal Haskoninq”  şirkəti MDB-nin 5  ölkəsində
-  Azərbaycan, Gürcüstan, Belorus, Moldova və Ukraynada həyata 
keçirmişdir  (180,  12.08.2003).  Layihənin  həyata  keçirilməsi 
nəzərdə tutulan ölkələrdə bu məqsədlə milli qruplar yaradılmış- 
dır.  Azərbaycanda  yaradılmış  milli  qrupa  Ekologiya  və  Təbii 
Sərvətlər  Nazirliyinin,  Ədliyyə  Nazirliyinin  8  nümayəndəsi 
daxil edilmişdir. Layihə bir neçə mərhələdə həyata keçirilmişdir.
Layihənin  əsasını  1998-ci  ildə  Danimarkanın  Orxus  şəhə- 
rində  qəbul edilmiş konvensiyanın yerinə yetirilməsi təşkil  edir. 
Layihənin  rəhbəri  Veronika  Vann  bu proqramın  mahiyyətindən 
danışarkən, onun yerinə yetirilməsi üçün layihə çərçivəsində vəzi- 
fəli  şəxslərə,  qeyri-hökumət  təşkilatlanna,  kütləvi  informasiya


vasitələrinə və ictimaiyyətə kömək göstərilməsi məqsədilə birinci 
mərhələdə  təlimat  sənədlərinin hazırlandığı,  dövlət  qulluqçulan 
və qeyri-hökumət təşkilatlan üçün 6 məşğələnin keçirildiyi, müx- 
təlif ölkələrə təlim keçmək üçün səfərlərin təşkil edildiyi barədə 
məlumat vermişdir (180,  12.08.2003).
Neft  strategiyasınm  reallaşdınlması,  “Tarixi  İpək  yolu”nun 
bərpası  nəticəsində  respublikamızda  ekoloji  təhlükənin  artması 
ölkə  rəhbərliyi  qarşısında  bu  sahədə  lazımi  kadr  potensialının 
formalaşdırmasına diqqət artırmağı mühüm bir vəzifə kimi qarşıya 
qoymuşdur. Bu istiqamətdə bir-birirıin ardınca çox səmərəli işlər 
görülmüş  və  görülməkdədir. Artıq yuxanda  qeyd  edildiyi  kimi, 
Azərbaycan  Dövlət  Neft  Akademiyası  tələbələri  üçün  “Ətraf 
mühit və neft sənayesi” ixtisası üzrə magistr təhsili həyata keçi- 
rilməyə başlanmışdır. Avropa ölkələrinin təcrübəsi ilə tanış olmaq 
üçün Azərbaycanın 19 alimi Fransa və İtaliyada elmi ezamiyyətdə 
olmuşlar.  1999-cu ilin iyun ayında Təhsil Nazirliyi tərəfindən ətraf 
mühitin  mühafizəsi  üzrə  kadr  hazırlığına  dair  proqram  təsdiq 
edilmişdir (12).
Beynəlxalq miqyasda ekoloji tarazlığı  qorumaq üçün müəy- 
уэп addımlann atılmasma baxmayaraq, son illərdə dünyada eko­
loji  böhran  artmaqdadır.  Beynəlxalq  Energetika  Agentliyinin 
verdiyi  məlumata  görə,  təkcə  1993-cü  ildə  atmosferə  23  mlrd 
ton  karbon  qazı  atılmışdır,  2010-cu  ildə  isə  bu  göstəricinin 
32  mlrd tona  çatacağı  gözlənilir.  Bu  da  planetdə  pamik  efFekti 
yaradılmasına, temperaturun yüksəbnəsinə səbəb olmuşdur. Proq- 
nozlara görə, gələn yüzilliyin ortalannda yer kürəsində orta illik 
temperaturun 3-4  dərəcə yüksələcəyi gözlənilir (206,  202).  Belə 
bir  vəziyyət  isə  alimlərimizin  bu  istiqamətdə  fəaliyyətini  daha 
da  genişləndirməyi  çox  məsul  vəzifə  kimi  qarşıya  qoymuşdur. 
Son  illərdə  bu  istiqamətdə  elmi  ictimaiyyətimiz  fəaliyyətini 
genişləndirməkdədir.NATO-nun  “Sülh  naminə  elm”  proqramı 
çərçivəsində  beynəlxalq  təşkilatlar  tərəfindən  həyata  keçirilən 
“Səhralaşmaya  qarşı  mübarizə”,  “Çirklənməyə  nəzarət”  layihə- 
lərinin  icrasında Azərbaycan  alimlərinin  fəal  iştirakı  bu baxım- 
dan çox əhəmiyyətlidir (36,VII c, 460).
Hazırda respublikamızda ekoloji baxımdan böyük əhəmiyyət 
kəsb edən 6 milli park,  13  dövlət qoruğu, 21  yasaqlıq var. Ekolo-


giya  və  Təbii  Sərvətlər  NazMiyinin  fəaliyyət  göstərdiyi  dövr 
ərzində  6  milli  park,  1  dövlət  qoruğu,  1  yasaqlıq yaradılmışdır. 
Mövcud 5 dövlət qoruğunun ərazisi 2-3 dəfə artmlıb. Belə ki, əgər
2001-ci  ildə  xüsusi  mühafizə  olunan  ərazilər ölkənin 40,75  min 
hektar ərazisini əhatə  edirdisə,  indi bu rəqəm 640,5  min hektar- 
dır.  Bu, respublika ərazisinin 8 %-i deməkdir.  Hazırda Qafqazda 
эп böyük park olan “Şahdağ” milli parkınm yaradılması üzərində 
səmərəli  iş  gedir.  Belə  parklann  birinin  də  gələcəkdə  “Qızıla- 
ğacda”da yaradılması nəzərdə tutulmuşdur (161, 6-7.07.2006).
Ümumiyyətlə,  ətraf mühitin  mühafizəsi  kompleks  tədbirlər 
sisteminin  həyata  keçirilməsini  tələb  edir  ki,  bu  istiqamətdə 
dövlət  səviyyəsində,  alimlərimizin birgə  səyi, Avropa Birliyi və 
digər  xarici  qurumlann  köməyi  ilə  müəyyən  işlər  görülmüş  və 
görülməkdədir. “Yeni İpək yolu”nun fəaliyyətinin intensivləşməsi 
xarici  turizmin  inkişafına  da  geniş  imkanlar  açmışdır.  Bu  isə 
yüksək ekoloji mədəniyyət çərçivəsində ətraf mühitin qorunma- 
sını,  ekoloji  böhran  nəticələrinin  tez  bir  zamanda  aradan  qal- 
dınlmasım tələb edir.
Respublikamızda ekoloji vəziyyətin ağırlaşmasına təsir edən 
mühüm amillərdən biri ərazimizin 20 %-nin Ermənistan tərəfin- 
dən işğal olunması ilə bağlıdır.  Belə ki,  ölkəmizin meşə  ehtiyat- 
larının  25-26  %-ni  əhatə  edən  261  min  hektar  sahə  düşmən 
tapdağındadır.  Bu  ərazilərdə meşə  ehtiyatlarının  8-10%-i vəhşi- 
cəsinə  qınlmış,  bir  hissəsi  isə  yandınlmışdır.  Nəticədə  meşə 
massivinə dəyən ziyanın həcmi 2 mlrd dollara çatmışdır (25). Bun­
dan başqa, Azərbaycamn xüsusi mühafizə olunan sahələr sisteminə 
daxil olan 2 dövlət qoruğu -  Bəstiçay və Qaragöl, 4 yasaqlıq yeri
-  Laçın, Daşaltı, Qubadlı, Arazboyu düşmən əlinə keçmişdir (26).
Təsadüfi  deyil  ki,  Avropa  Şurasının  bioloji  müxtəliflik  böl- 
məsinin  direktoru  Elaqio  Fernandes  Qalyanonun  Azərbaycan 
Ekologiya və Təbii  Sərvətlər Nazirliyinə ünvanladığı məktubda 
Azərbaycanın işğal olunmuş  ərazilərində qəsdən yanğın törətmə 
faktlanna münasibət bildirilmiş, həmçinin qurumun Canlı Təbiət 
və Ətraf Mühiti mühafizə üzrə Bern Konvensiyasının katibliyinə 
ünvanladığı məktubunda Azərbaycamn Ermənistanın işğalı altmda 
olan  ərazilərində  törədilən  yanğınlar  barədə  məlumat  verərək 
qeyd etmişdir ki, 2006-cı ilin avqust-sentyabr aylannda Azərbay-


Yüklə

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə