Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə82/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   78   79   80   81   82   83   84   85   ...   89

Qəbul edilmiş qərara uyğun olaraq TRASEKA ekspert qrup- 
lan humanitar yüklərin daşınmasına dair əlverişli şəraitin yaradıl- 
ması  üzrə  təkliflər  əsasında  qərar  layihəsi  hazırlamış,  bununla 
əlaqədar nəqliyyat dəhlizinin fəaliyyətinə dair çoxtərəfli əsas sazişə 
dəyişiklik  və  əlavələr  edilmişdir.  Həmçinin  dəmir  yolu,  liman, 
gəmiçilik kompaniyalan üçün humanitar yüklərin güzəştli şərtlərlə 
daşınmasına dair yeni təkliflər verilmişdir.
Bu məsələ 2002-ci il fevral ayının 14-15-də TRASEKA Höku- 
mətlərarası Daimi Katibliyinin qərargahında Gürcüstan, Özbəkis- 
tan dəmir yolu idarələrinin səlahiyyətli nümayəndələrinin, Xəzər 
Dövlət  Dəniz  Gəmiçiliyinin,  Ukrayna  gəmiçilik  kompaniyala- 
nnın,  Aktau,  Bakı,  Batumi  limanlannın,  həmçinin  TRASEKA 
Daimi Katibliyinin səlahiyyətli nümayəndələrinin işçi görüşündə 
diqqət  mərkəzində  olmuşdur.  Toplantıda  qərara  alınmışdır  ki, 
TRASEKA  dəhlizində  Əfqanıstana  humanitar  yüklərin,  tikinti 
materiallannın  daşınmasına  50%  güzəşt  edilir.  Bununla  əlaqə- 
dar,  TRASEKA Daimi  Katibliyi  əməkdaşlıq üzrə  öz  təkliflərini 
dünya nəqliyyat yükdaşıma kompaniyalanna,  beynəlxalq agent- 
liklərə göndərmişdir (232, 76).
Həmçinin çoxtərəfli əsas saziş iştirakçılanndan ibarət nəzarət 
sistemi  və  yükdaşıma  prosesində  qarşıya  çıxan  problemlərin 
operativ  həlli  üçün  “Qaynar  xətt”  layihəsi  hazırlanmışdır.  Bu 
layihəyə  əsasən,  müvafiq  orqanlann,  rəhbər  işçilərin  telefonla- 
nna çıxışı olan vahid rabitə şəbəkəsi yaradılmışdır.
TRASEKA Daimi Katibliyinin rəhbərliyi Almaniyanın “Daim­
ler  kreysler”  firmasınm  köməyi  ilə  2002-ci  il  aprelin  12-də 
Frankfurt-Mayn  şəhərində  bu  məsələ  ilə  bağlı  xüsusi  seminar 
keçirmişdir.  Seminarda Avropa Komissiyasmın, BMT-nin Ərzaq 
proqrammm və iri nəqliyyat-ekspedisiya kompaniyalannm nüma- 
yəndələri  iştirak etmişdir.  Seminar iştirakçılan TRASEKA Daimi 
Katibliyinin bu  istiqamətdə  ardıcıl və məqsədyönlü  fəaliyyətini 
yüksək qiymətbndirmiş və “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəh- 
lizi vasitəsilə  humanitar yüklərin  daşınmasının  genişbndirilmə- 
sinin  zəruri  olduğunu  nəzərə  çatdırmışlar.  Seminann  sonunda 
görüşün  bütün  iştirakçıları  tərəfindən  əməkdaşlıq  haqqında 
bəyannamə imzalanmışdır.


2002-ci il aprel ayının 24-25-də Daşkənddə TRASEKA Höku- 
mətlərarası  Daimi  Komissiyasının  növbəti  illik  görüşündə  bu 
proqrama  üzv  ölkələrin  nümayəndələri  bu  istiqamətdə  qəbul 
edilmiş  qərarlan bəyənmiş  və bu prosesin reallaşdınlması üçün 
əlverişli şəraitin yaradılması haqqında qərar vermişlər.
Humanitar  yüklərin  Əfqanıstana  çatdınlması  istiqamətində 
növbəti mərhələ 2003-cü ilin  sentyabr ayının 7-dən başlamışdır. 
Нэ1э  sentyabnn  4-də  Avropa  Komissiyasınm  vitse-prezidenti 
Lyolo Plaçionun və nəqliyyat-eneıji komissannın humanitar yük 
karvanının Əfqanıstana göndərilməsi barədə rəsmi bəyanatından 
sonra 2000 tonluq humanitar yük, о cümlədən xəstəxana və mək- 
təblər  üçün  tikinti  materiallan,  enerji  sisteminin  bərpası  üçün 
zəruri olan digər yüklər 24 Mersedes-Bens tipli yük maşınlannda 
yola salınmışdır. Bu maşın karvanı Brüsseldən hərəkətə başlaya- 
raq 6000 km məsafəni qət edərək Avstriya,  Macanstan,  Serbiya, 
Bolqanstan, Gürcüstan, Azərbaycan, Türkmənistan və Özbəkistan 
ərazisindən  keçərək  2003-cü  il  sentyabr  ayının  30-da  Əfqanıs- 
tana çatmışdır (4).  Qeyd etmək lazımdır ki, bu humanitar yüklər 
Azərbaycan ərazisinə sentyabnn  17-də çatmış və cəmisi  14 dəqi- 
qəyə gömrük sərhəd məntəqəsindən keçmişdir (4).
Son  dövrdə  İran  və  Əfqanıstan  da  TRASEKA  proqramına 
qoşulmaq niyyətində  olduqlannı rəsmən bildirmişlər (232,s.76). 
Bu  niyyət  reallaşdıqda  nəqliyyat  dəhlizi  ilə  yaxın  gələcəkdə 
İrana  və  Iraqa  da  humanitar  yüklərin  bu  marşrutla  daşınması 
mümkün  olacaqdır.  Ümumiyyətlə  isə  “Avropa-Qafqaz-Asiya” 
nəqliyyat dəhlizi bu yol üzərində yerləşən 30-dan çox ölkə üçün 
zəruri hallarda humanitar yüklərin daşınmasına imkan yaradır.
Son  vaxtlar  “İpək  yolu”  proqramına  üzv  ölkələr  arasında 
humanitar yardım,  texniki  kömək göstərilməsi  istiqamətində  də 
əlaqələr inkişaf etmişdir. Belə ki, təkcə 2001-ci ilin  11  ayı ərzində 
Azərbaycan  Ukraynadan  260  min  dollarlıq,  Qazaxıstandan
49,6  min dollarlıq, Özbəkistandan  181  min dollarlıq, Türkiyədən
719,1 min dollarlıq, Bolqanstandan 113,3 min dollarlıq humanitar 
yardım alınmışdır (15,600-607-610).  2002-ci  ildə  Gürcüstandan 
405  min  dollarlıq  yardım  alınmış,  oraya  isə  55,7  min  dollarlıq 
yardım  göstərilmişdir.  Bu  müddətdə  Ukraynadan  234  min  dol- 
larlıq,  Özbəkistandan  16,6  min  dollarlıq,  Bolqanstandan  7  min


dollarlıq, Türkiyədən isə  1762,3  min dollarlıq humanitar yardım 
alınmışdır (16,627-633-637-640).
2003-cü ildə  Gürcüstandan 4,3  min  dollarlıq humanitar yar- 
dım  alınmış,  oraya  150,2  min  dollarlıq  yardım  göndərilmişdir. 
Həmin il Qazaxıstandan 1347,9 min dollarlıq yardım alınmış, oraya
44.5  min  dollarlıq  yardım  edilmiş,  Özbəkistandan  isə  13,8  min 
dollarlıq  yardım  alınmış,  oraya  isə  69  min  manatlıq  yardım 
göstərilmişdir.  Həmin müddətdə Ukraynadan  599 min dollarlıq, 
Bolqanstandan 41,4  min  dollarlıq,  Türkiyədən  1748,4  min  dol- 
larlıq, Rumıniyadan isə  114,7 min dollarlıq humanitar yardım alm- 
mış, oraya isə 3,1  min dollarlıq humanitar yardım göstərilmişdir 
(17, 662-667).
2004-cü il  ərzində Türkiyədən  628,6  min  dollar məbləğində 
humanitar  yardımlar  almmışdır  ki,  bu  yardımlar  da  əsasən 
buğda, diri qoyun, santexnika avadanlığı, qızdmcı cihazlar, mebel 
ehtiyat  hissələri,  məişət  soyuduculan  və  sair  mallar  olmuşdur. 
Həmin  il  respublikamızdan  Türkiyəyə  4  min  dollar  dəyərində 
olan kağız, karton, makulatura göndərilmişdir (18, 678). Bu müd- 
dətdə Gürcüstandan isə  155,4 min dollarlıq humanitar yardımlar 
alınmışdır ki, bunun da 87,7 min dollan sement, 46,7 min dollan 
kitab  və  digər  çap  materiallan,  21  min  dollan  minik  maşını 
olmuşdur.  Qonşu  ölkəyə  göndərilmiş  humanitar  yardımlann 
ümumi  həcmi  isə  118,3  min  dollar təşkil  etmişdir ki,  bunun  da
18.6  min  dollan  təyyarə  və  vertolyotlar  üçün  ehtiyat  hissələri,
75,1  min dollan kitab, broşura və digər çap materialları, 3,8 min 
dollan  çörək-bulka,  qənnadı  məmulatlan,  20,8  min  dolları  çay 
olmuşdur (18, 679).  Özbəkistandan bu müddətdə  154,7 min dol- 
larlıq  humanitar  yardımlar  alınmışdır  ki,  bunun  da  145  min 
dollan  gücü  1  kvt-dan  16  kvt-a  qədər  olan  transformatorlar, 
9,7  min  dollan  gücü  1000 v-dan çox olmayan elektrik сэгэуат 
bölüşdürücü  avadanlığı  olmuşdur.  Özbəkistana isə  5  min  dollar 
dəyərində  olan  20  kondisioner  göndərilmişdir  (18,679).  Ukray- 
nadan qeyd olunan dövrdə 201,3  min dollarlıq humanitar yardım 
alınmışdır ki, bunlann sırasında 68,9 min dollarlıq  süd və  şəkər 
məmulatları,  500  dollarlıq çörək, bulka, unlu qənnadı məmulatı, 
22,5  min dollarlıq qara metaldan tikinti üçün düzəldilmiş dayaq 
və  şəbəkə  dirəkləri,  4,6  min  dollarlıq  qara  metaldan  döyülüb


Yüklə

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə