Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   29   30   31   32   33   34   35   36   ...   95

125 
 
kişi şahın dediyi əlli dəvə  yükü var-döyləti hazır eliyir. Ağsak-
qalları çağırır, deyir ki, bəs belə-belə. Mən hazır eləmişəm. İndi 
munu şaha demək lazımdı ki, nə vaxt onun qapısına gedək?  
Deyillər: 
– Yaxşı. 
Gedillər şahın hüzuruna. Şah soruşur ki, xeyir ola, nəyə 
gəlmisiniz?  
Deyir: 
–  Dediyinə  əməl  eləmişik,  nə  vaxt  sənin  qapına  gələ 
bilərik? 
Şah təəccüb qalır ki, nətəər oldu, qısa bir müddətdə hazır 
oldu? Deyir: 
–  Yoxlatdırajam  gələndə,  əgər  mən  deyən  olmasa,  ol-
muyajax. 
Deyir: 
– Yaxşı. 
Kişi bütün əyannarını, özünün köməhçilərini сəlb eliyir. 
Karvana  nə  lazımdısa,  hamısını  –  dəvəsini,  filanını  yüklü-
yüllər,  karvan  bağlıyıllar,  şahın  dediyi  vaxt  bunun  qapısında 
olullar. Hansı ki, bir gün qalır. Şahın qapısına gedillər ki, bəs 
biz  gətirmişih.  Bu  da  öz  adamlarına  deyir  ki,  gətirin.  Gətiril-
lər, yoxlatdırır, görür kü, doğrudan da, bu dediyindən də ləya-
qətdi  bir  kişi  bunun  qapısına  gəlif.  Hə,  kişiyə  söz  verir  ki, 
kişi,  sən  get,  indi  mən  tədarük  görüb  toy  məclisi  qururam. 
Toy elətdirəjəm, toynan da qızımı verəjəm. Eyni zamanda nə 
layiqdi, onu da verəjəm.  
Şah o formu da eliyir. Gəlini gətirillər kişinin evinə. Evi 
var,  eşiyi  var,  hər  şeyi  Allah-taala  əvvəlcədən  vermişdi,  dü-
zəltmişdi. Bir neçə ay yaşıyıllar. Gəlin bir də görür kü, qayna-
tası  getdikcə  geriliyir,  zəyifliyir,  nasazdı,  kefsizdi,  nəsə  halı 
özündə döyül. Həyat yoldaşına deyir ki, get atamıza de ki, bu 
sirrdən  məni  agah  eləsin,  görüm,  niyə  sınıxır  bu  adam?  Mən 


126 
 
ona pismi qulluğ eliyirəm? Mən atam qədər ona qulluğ eliyi-
rəm,  əziyyət çəkirəm, halalı olsun. Bunun dərdi nədi? Bəlkə, 
xəstədi, maalicəyə ehtiyacı var? Bəlkə, nəsə lazımdı? 
Deyir: 
– Yaxşı.  
Gəlir anasının yanına ki, ay ana, mən atama deyə bilmə-
rəm. Bunu sən denən ki, gəlinin belə deyir. Arvad gəlir kişinin 
yanına  ki,  ay  kişi,  bəs  belə-belə.  Gəlinin  deyir  ki,  mən  burda 
oturmuyajam,  əgər  bu  sirridən  məni  agah  eləməsə.  Nədi 
dərdi? Mən  muna bu qədər əziyyət çəkirəm, qulluğ  eliyirəm, 
bu niyə sınıxır? Xəstədimi, nədi? 
Kişi əvvəl demək istəmir, sonra deyir: 
–  Ay  arvad,  bəs  bilmirsənmi?  Allah-taalanın  borcunu 
geri  almağına  üçcə  ay  vaxt  qalıf.  Mən  bunu  fikirrəşirəm  ki, 
Allah-taala  bu  var-döyləti  alannan  sonra  bu  uşağın  axırı 
nolajax.  Şah  qızı  munnan  oturajax,  oturmuyajax?  Uşağın 
vəziyətini fikirrəşirəm ki, bəs bunun axırı çətin olajax. 
Gəlir oğluna  deyir. Oğlu da bikef, çox məlul gəlir  yolda-
şının  yanına  ki,  bəs  belə-belə.  Atamız  buna  görə  qəmgindi  ki, 
Allah-taala var-döylətini alandan sonra şahın qızı mənim oğlum-
da oturajax, oturmuyajax? Mənim axırım nolajax? Bunu fikirrəşir.  
Şah qızı deyir ki, get atamıza de ki, fikir eləməsin. Pey-
ğəmbər  Allah-taalaynan  danışmağa  gedəndə  Allah-taaladan 
rica eləsin ki, mənim gəlinim deyir ki, bütün varı, döyləti, nə 
veribsə,  Allah-taala  geri  alsın.  Ancax  bizim  məhəbbətimizi, 
bizim ağız birriyimizi, bizim şirinniyimizi əlimizdən almasın. 
Munu kişiyə deyəndə kişi bir az təsəlli tapır, deyir: 
– Deyərəm. 
Vaxt  gəlir,  söhbət  uzun  olmur.  Musa  peyğəmbər  gəlib 
burdan keçən vaxtı kişi qavağa çıxır, deyir: 
–  Ya  peyğəmbər,  Allah-taaladan  xayişimiz  var.  Mənim 
gəlinim  xayiş  eliyir  ki,  Allah-taala  nəyi  istiyir  alsın,  ancax 


127 
 
bizim  ağız  birriyimizi,  məhəbbətimizi,  ünsiyyətimizi  əlimiz-
dən almasın. 
Deyir: 
– Baş üstə. 
 Musa  peyğəmbər  gedir,  yolda  gənə  görür  kü,  qumdakı 
qumdadı.  Ancax  həmən  kor  qamışın  arasındadı.  Girif  qamış-
dardan  kəser,  şiş  qayırer,  gölə  sancer,  çıxer  çölə.  Uşaqlar  da, 
deyir,  suya  tullananda  kimisinin  böyrünə  girer  qamış,  ki-
misinin qabırğasına, kimisinin buduna. Su qızıl ala qandı. Elə 
orda üzünü Allaha tutur ki, ya Allah, mən peşmanam sənin bu 
kora  göz  verməyinə.  Özün  bilən  məsləhətdi.  Gedir  Allahnan 
danışır, eliyir. Həmin bu kişinin də xayişini  yerinə  yetirir ki, 
bəs gəlinim belədi, helədi. Allah-taaladan səda gəlir ki: 
– O kişiyə deginən ki,  ona bir də dillənsə, o qəddər  var-
döylət verərəm ki, altında itib batar, nə var elə odu. Danışmasın. 
Qayıdanda  görür  kü,  kor  öz  yerində  oturuf,  gözdəri  tu-
tulub. Kişinin yanına gəlir. Deyir ki, Allah-taaladan belə səda 
gəldi  ki,  heş  vaxt  deməsinnər  mənim  malım  artıxdı,  filandı. 
Nə var-döylətini alıram, nə bir şey eliyirəm. Əgər var-döyləti 
alajax  olsaydım,  birinci  oların  səmimiyyətini,  ağız  birriyini, 
ünsiyyətlərini,  məhəbbətlərini  əllərinnən  alajeydim,  var-
döylət öz-özünə dağılajeydi. Mən verdim əbədi.  
Bax, söhbəti Qədir dayım belə qutarardı. Allah ona rəh-
mət eləsin, ruhu şad olsun. Sizin də canınız sağ olsun ki, onun 
rəvayətlərini yazıya alırsınız.  
 
20. QƏBUL OLUNMUŞ EHSAN 
 
Belə  rəvayət  eliyillər  ki,  keşmiş  zamanlarda  bir  varrı-
hallı, pullu, ağsakqal, dünyagörüşatdı qocaman tacir var imiş. 
Bu  tacirin  dünyada  o  qədər  dostu,  tanışı,  hörməti  var  imiş, 


128 
 
bütün aləm munu tanıyermış. Bir gün tacir xəstələner, arvad-
uşağını çağırer. Deyir: 
– Buruya gəlin, vəsiyət eliyirəm, vəsiyət yüngüllükdü.  
Oğlannarı  gəler.  Böyük  oğluna  deyir  ki,  a  bala,  mən 
ölöjəm, mənim bu  varım, mülküm hamısı sizindi. Amma elə 
eləginən ki, mənim ehsanımı kəsmə. Mana ehsan ver.  
Deyir: 
– Yaxşı, ateyi-mehriban.  
Kişiyi  dəfn  eliyillər.  Üçü,  yeddisi,  qırxı  çıxer.  Anasına 
deyir ki, ana, qırx çıxdı, savah adını anax, atama bir ehsan verək.  
Hazırrıx  göröllər.  Camaat  çağrıler,  qazannar  asıler,  eh-
sannar pişer. Bütün nə qədər dostu-tanışı var, hər yerdən mil-
lət çağırer. O xörəklər hazırraner ki, göydəki quşdar da qanad 
saxlıyıf bu xörəkdən yiyillər. Yiyillər qutarellar, camaat dağı-
ler  geder.  Oğlan  gejə  yatanda  görör  atası  gəldi  dedi  ki,  oğul, 
ehsan qəbul döy. Deyir: 
–  Ateyi-mehriban,  sana  büyün  bu  qədər  xərc  çəkdim, 
belə əziyət...  
Deyir: 
– Ehsan qəbul döy.  
Kişi bunu deyir, ajığ eliyir geder.  Oğlan durur, munu – 
kəntdə bir ağsakqal var imiş, – bu ağsakqala söylöör, anasına 
söylöör, bir-iki qocaya söylöör. Deyir: “Zərəl yoxdu, bir həf-
tədən sonra bir də ehsan verəjəm atama”.  
Atasına  bir  də  ehsan  verer,  yenə  dünya-aləm  tökülör 
gəler,  yeer-içer. Gənə atası  yuxuda deyir ki, ehsan qəbul döy. 
Beləliknən  yeddi  yol,  yeddi  dəfə,  yeddi  dönüş  atasına  ehsan 
verer.  Yeddi  dönüş  ehsannan  sonra  hamısında  atası  deyir 
ehsan  qəbul  döy,  ehsan  qəbul  döy.  Oğlan  geder  xəzinəyə 
baxer, görör kü, xəzinədə beş-on dinar pul qalıf. Deyir ki, bu 
atamın  axırıncı  qəpikləridi,  munu  da  verəjəm,  indi  nə  olar, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə