Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/95
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50581
1   ...   26   27   28   29   30   31   32   33   ...   95

113 
 
17. ALLAHA PƏNAH 
 
Bir  gün  Musa  peyğəmbər  gedirmiş  Turi  Sənaya  Allah-
nan  danışmağa.  Rəvayətə  görə,  Allahnan  danışan  Musa  pey-
ğəmbər  olufdu.  Gedəndə  görür  yolda  bir  nəfər  var,  əli-əyağı 
tutuluf, dizinnən yeriyir. Deyir: 
– Ya Musa, harya edersən?  
Deyir: 
– Turi-Sənaya gederəm.  
Deyir: 
– Mənim də ərzi-bəndəliyimi eliyərsən Allaha? 
Deyir ki, nə ərzi-bəndəliyi? Deyir: 
–  Allaha  denən  mənim  bunnan  sonrakı  həyatım  nətəər 
olajax?  
Deyir: 
– Yaxşı, deyərəm.  
Musa gedir, Turi-Səna dağında üç dəfə əsasını yerə vuror. 
Allahdan səda gəler ki, eşidirəm, ya Musa! Olannarı danışer, mə-
ruzəsini eliyir, amma kişinin sifarişi yadınnan çıxer. Allah-taala-
dan səda gəler ki, ya Musa, yolda sana nəsə deyiflərmi? Deyir: 
– Hə, bir nəfər varıydı, yolda maa dedi ki, mənim bunnan 
sonrakı həyatım nətəər olojax? Amma gəl, mana düzünü denən.  
Deyir: 
– Get denən onu onnan da pis günə salajam.  
Gəlif keçəndə həmin adam deyir ki, ya Musa, nooldu?  
Deyir: 
– Yaxşı olar. 
Deyir: 
– Yox, Allahım nə deyif, onu mana de!  
Deyir: 
– Ayə, öyün yıxılsın, Allah dedi səni onnan da pis günə 
salajam.  


114 
 
Deyir: 
– Atam-anam fəda olsun Allaha! Qurvan olum ona! Özü 
bilən məsləhətdi!  
Musa ilə sağollaşıf getməh istiyir evinə. Arxaya dönəndə 
görör, bəyax bu gəldiyi cığırdan əsər-əlamət yoxdu. Burdan bir 
dərin iti arx axer, üç-dörd metr də eni olar. O üzdə də bir yarğan 
əmələ  gəlif.  Deyir,  ə,  burdan  hopbanajam,  Allaha  pənah.  Bu 
hopbananda, deyir, qayıfdan bir zincir sallaner. Bu zincirdən tu-
tor dırmaner, birtəri çıxer anrı. Bu zincirin divini eşəler, eşəler, 
görör əyə, burda qırx dənə qulplu qazan var, içi də ağzına qədər 
qızıldı. Bunun üstünü örtör. Bu çıxer geder öyə. Deyir: 
– Arvad!  
Deyir: 
– Ha!  
Deyir: 
– Belə bir şey tapbışam.  
Arvad ağıllı arvad olor, kişi kimi yelbeyin olmor. Deyir 
ki,  ə,  get  kəndin  koxasına  denən  oroyu  bizə  satsın,  o  torpağı 
alax. Gəler koxuya deyir. Koxa deyir: 
– A yiyən ölsün, orda Allahın eşşəh qanqalı pitmer. Get 
çəpərrə, nağayrersan qayır.  
Gəler  buruyu  çəpərriyir.  Savah  gələndə  görör  ə,  zincir 
ordadı, hər şey burdadı, arx da yoxdu. Bura yeddi yolun ayrı-
cıdı. Hər tərəfdən gələn yollar burda birləşer, burdan ayrıler. 
Bu  kişi  qızılın  ağzını  açer,  yavaş-yavaş  xırıd  eleer, 
burda  böyük  bir  mehmanxana  tikdirer.  Birinci  mərtəbəsi 
yeməkxana  olor,  ikinci  mərtəbəsi  istirahət  otağı  olor,  üçüncü 
mərtəbə bunun özünün evi olor. 
Bir gün, deyir, Musa peyğəmbər gəzirmiş də vilayətdə. 
Gələndə  görör  burda  bir  yer  var,  camaat  yığılıf  buruya.  Bir 
uşaxdan soruşur: 


115 
 
–  Ay  bala,  mən  ajmışam.  Burda  yeməkxana-zad  harda 
var görəsən?  
Deyir: 
– Bax, bura yeməkxanadı. Gəlin yiyin, ay dayı.  
Burda  çörəyini  yiyir  və  çıxanda  deyir  ki,  qarson  kimdi 
gəlsin pulunu alsın. Deyəndə qarson deyir ki, ay  dayı,  Allah-
taalanın şəninə bir salavat çevir, zikr elə, çıx getginən. Sənin 
yeməyinin haqqı budu. Deyir: 
– Ay bala, mən Allaha salavat, zikr eliyəndə gejeyi gün-
düz  eliyir,  varı  yox  eliyir,  dəryanı  qurudor.  Yox  yerdən  bir 
dərya yarader.  
Deyir: 
– Kişi, sana deyirəm Allaha salavat-zikr elə, çıx getginən.  
Musa da deyir ki, a balam, pulunu alginan mənnən, mən 
o  günaha  batammaram.  Bir  də  içəridən  mən  ağıldası  çıxer 
eşiyə, deyir ki, nə deyir ə bu? Qarson deyir: 
–  Deyirəm  bir  salavat-zikr  elə,  get.  Deyir,  mən  salavat 
çəkmerəm, pulunu al getginən.  
İçəridən çıxan deyir: 
– Ə, bu saat vuruf dişini tökəjəm, çıx rədd ol, salavatını 
çöyür.  
Allah  görör  kü,  bunun  beyni  qandı,  Musayı  vura  bilər. 
Səda  gəler  ki,  ya  Musa,  salavat-zikr  elə,  getginən.  Göybuy-
nuzdular,  səni  vurallar.  Cavandı,  o  xeyrini-şərini  qanmer. 
Musa deyir: 
– Allahın məsəli əla Məhəmmədin və ali Məhəmməd.  
Zikr eliyif gedəndə görör ə, yolda gördüyü yesir üçüncü 
mərtəbədə oturuf. Biri bunun qulağını siler, biri burnunu siler, 
biri ağzının şorşağını siler, biri dırnağını tutor, biri başını darer, 
biri çivinini yelpikleer, qoaleer. Deyir: 
–  Ya  Allah,  fida  olum  sana,  bu  nə  olan  şeydi?  Bə  sən 
buna deyirdin bunnan da pis günün olajax! Bu niyə belədi?  


116 
 
Deyir: 
–  Ay  Musa! Bəs  sən  bilmədinmi ki,  sən elə  deyəndə nə 
dedi o? Dedi Allahıma qurvan olum, özü bilən məsləhətdi! Gör-
düm,  mən bunu nə dona salsam da, bu  hamısını qəbul eliyir. 
Dedim qoy burdan belə həyatı yaxşı olsun.  
Səbr Allahın birinci adıdı. Səbirnən də Allah ona elə bir 
imkan  yaratdı  ki,  bu  gəldi  istədiyinə  nail  oldu.  Və,  Allahın 
yolunda aj qarınnarı doydurmağa başdadı.  
 
18. ÖMRÜNƏ ÜÇ GÜN QALMIŞ ŞƏXS 
 
Bir gün yenə bir kişi geder bir çəhməçinin yanına. Deyir 
ki,  mana  bir  cüt  çəhmə  tihginən.  Vallah,  yaxşı  olsa,  gələn  il 
bu  vaxtı  da  birini  tihdirəjəm.  Çəhməçi  bunun  əyağını  ölçör, 
nağayrer, nəvilim mən. Görör, atın üstündə bir cavan oğlan buna 
gülür. Deyir: 
– Ə, nəyə gülörsən? Yeriyif rədd olsana ordan oana.  
Deyir: 
– Öyün yıxılsın, mən Cənabı Azreyiləm, üç günnən sonra 
sənin  canını  alajam.  Nə  gələn  ilə  sən  sapox  gəzersən,  çəhmə-
əzersən? Üç günnən sonra sənin canını aleram, vaxtın qurtarıf.  
Çəhməçidən bir cüt çəhməni aler, qoltuğuna vuror, geder. 
Gedəndə örör böyüh bir bağ  var,  hasarranıf. Bunun içi güjdü 
ərihlihdi. Ərih bağıdı bura və ərih də yetişif. Buruya girməyə 
bircə su gilifi  var. Bu  deyir: “Sapoxlarım bulanmasın. Onsuz 
da mən öləjəm üç günnən sonra. Gənə ağlaşmada ortuya qoyar, 
ağlıyallar”. Sapoxların hasarın üstünnən tulluyuf su gilifinnən 
girer içəri. Sapoğu böyrünə qoyor, ərihdən yeyəndə görör kü, 
bağın  başında  böyük  bir  imarət  var  və  bu  imarətin  qavağına 
yaman adam  yığılıf. Deyir: “Sən öl, toy olsa, gedif burda bir 
qarın  yijəm,  bu  ərihdən  də  yığıf  varıf  gedəjəm.  Onsuz  da  üç 
gün qalıf da ömrümə”. Deyəndə, görör, molla səsi gəldi. Molla 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə